Qorxudan uzaq zorakiliqdan uzaq qadınlara qarşı zorakılıq və məişət


Download 0.7 Mb.
Pdf ko'rish
bet1/7
Sana06.02.2018
Hajmi0.7 Mb.
#26140
  1   2   3   4   5   6   7

QORXUDAN UZAQ 

 

ZORAKILIQDAN UZAQ 

 

Qadınlara qarşı zorakılıq və məişət 

 zorakılığının qarşısının alınması və  

ona qarşı mübarizə haqqında Avropa 

 Şurası Konvensiyası 

 

 

Parlament üzvləri üçün stolüstü kitab 

 

Qadınlara qarşı zorakılıq və məişət 

zorakılığının qarşısının alınması və 

ona qarşı mübarizə haqqında Avropa 

Şurası Konvensiyası 

(İstanbul Konvensiyası) 

 

 

 

 

 

 

 

 

 

 

  2 

 

 

 

Parlament üzvləri üçün stolüstü kitab 

 

Qadınlara qarşı zorakılıq və məişət 

zorakılığının qarşısının alınması və 

ona qarşı mübarizə haqqında Avropa 

Şurası Konvensiyası 

(İstanbul Konvensiyası) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  3 

Sənəd  ekspert  məsləhətçi  Hilari  Fişer  (Hilary  Fisher)  tərəfindən,  Avropa  Şurası  Parlament 

Assambleyasının  Bərabərlik  və    Ayrı-seçkiliyə  yol  verilməməsi  üzrə  Komitəsinin  Katibliyi  ilə 

əməkdaşlıq çərçivəsində hazırlanıb. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitabın üz qabığının dizaynı və tərtibi Avropa Şurası Sənədlər və Nəşrlər İdarəsinə məxsusdur. 

 

Bərabərlik və Ayrı-seçkiliyə yol verilməməsi üzrə Komitənin Katibliyi 

 

Avropa Şurası Parlament Assambleyası 

F-67075 Strasburq Cedex 

Tel : +33 (0)3 90 21 47 78 

Fax : +33 (0)3 90 21 56 49 

http://assembly.coe.int

 

 

© Avropa Şurası, təhlil edilmiş versiya, noyabr 2012 

Avropa Şurasında çap edilib 

 

 

 

 

 

 

 

 

  4 

Mündəricat 

 

Avropa Şurası haqqında 

 

Parlament Assambleyası  və “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi haqqında 

 

Parlament Assambleyasının Sədri tərəfindən  ön söz 

 

Qadınlara münasibətdə  zorakılıq haqqında  Baş məruzəçinin müraciəti 

 

Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında 

Konvensiyanın dəstəklənməsində parlament üzvlərinin rolu  

 

Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında 

Konvensiyası (CETS No. 210, İstanbul Konvensiyası) 

 

Nə üçün Konvensiya 

Konvensiya nələri əhatə edir 

 

Vahid siyasət və məlumatların toplanması 

 

Qabaqlayıcı tədbirlər 

 

Müdafiə və dəstək 

 

Maddi (substantiv)  hüquq  

 

İstintaq, məhkəmə təqibi, prosessual hüquq və qoruyucu tədbirlər 

 

Miqrasiya və sığınacaq 

 

Monitorinq Mexanizmi 

 

Digər beynəlxalq sənədlərlə oxşarlıq 

 

Yekun müddəalar 



 

Avropa Şurası Baş Katibinin Müavini tərəfindən son söz 

 

Əlavələr  

 

Qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığının  qarşısının  alınması  və  ona  qarşı  mübarizə  haqqında 

Konvensiyası

 

(CETS No. 210)



 

 

İmzalamış və ratifikasiya etmiş ölkələrin cədvəli 



 

Qadınlara qarşı zorakılıqla bağlı Avropa Assambleyasının qərar və tövsiyələrinin siyahısı (2000-2012) 

 

Qadınlara qarşı zorakılıqla bağlı Avropa İnsan hüquqları Məhkəməsinin presedent hüququ 



 

Digər müvafiq beynəlxalq sənədlər və standartların siyahısı 

 

“Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsinin üzvlərinin siyahısı 



 

Avropa Şurası haqqında 

  5 

 

Avropa Şurasına 47 ölkə daxildir ki, buda faktiki olaraq Avropa qitəsinin bütünü 



deməkdir.  Təşkilatın  məqsədi  İnsan  Hüquqları  və  Fundamental  Azadlıqlarının 

müdafiəsi  haqqında  Konvensiyaya  (İnsan  Hüquqları  üzrə  Avropa  Konvensiyası) 

və  şəxslərin,  o  cümlədən  qadın  və  qızların  müdafiəsi  üzrə  digər  sənədlərə 

əsaslanan  ümumi demokratik və  hüquqi prinsipləri inkişaf etdirməkdən ibarətdir. 

1990-cı  ildən  bəri  Avropa  Şurası  qadınlar  və  qızları  gender  əsaslı  zorakılıqlardan 

qorumağı  fəal  şəkildə  təbliğ  edir.  2002-ci  ildə  Qadınları  hər  növ  zorakılıqdan 

qorumaq  haqqında  5  saylı  Tövsiyənin  qəbul  edilməsi,  2006  -  2008-ci  illərdə  isə  

qadınlara  qarşı  zorakılığı,  o  cümlədən  məişət  zorakılığını  pisləyən  və  bütün 

Avropanı əhatə edən kampaniyanın keçirilməsi buna sübutdur. 

 

www.coe.int/conventionviolence

 

conventionviolence@coe.int

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  6 

Parlament Assambleyası və “Zorakılıqdan azad qadınlar” 

Parlament Şəbəkəsi haqqında 

 

Parlament Assambleyasını Avropa Şurasına üzv olan 47 dövlətin milli parlamentlərini 



təmsil edən nümayəndələr təşkil edirlər. Onlar ildə 4 dəfə görüşərək aktual məsələləri 

müzakirə  edir,  Avropa  hökumətlərinə  təşəbbüslərlə  müraciət  edərək  hesabatlar 

hazırlayırlar. Bu parlament üzvləri onları seçən 800 milyon Avropalının adından çıxış 

edirlər. 

“Zorakılıqdan  azad  qadınlar”  Parlament  Şəbəkəsi  ilk  dəfə  qadınlara  qarşı  zorakılıqla 

mübarizə  kampaniyası(2006-2008) çərçivəsində  yaradılmışdır. Həmin müddət ərzində 

40-a  yaxın  milli  parlament  Avropada  200-dən  artıq  müxtəlif  növ  tədbir  həyata 

keçirərək  qadınlara  münasibətdə  zorakılığı  pisləmiş,  parlament  üzvləri  və  cəmiyyət 

arasında  maarifləndirmə  işləri  aparmış,  bu  bəlanın  qarşısını  almaq  üçün  qanunlarda 

dəyişiklik edərək qurbanların qorunması və günahkarların məhkəməyə cəlb edilməsini 

təmin etmişlər. 

Özünün  1635  saylı  (2008-ci  il)  “Qadınlara  qarşı  zorakılıqla  Mübarizə:  Avropa  Şurası 

Konvensiyasına  doğru  Tövsiyəsi  ilə  Assambleya  belə  qərara  gəlib  ki,    kampaniyanın 

bitməsi  Şəbəkənin  sonu  demək  deyil.  Əksinə,  bu  parlament  üzvləri  arasında 

informasiyanın  mübadiləsinin  genişləndirilməsi  və  onların  birgə  fəaliyyətlərdə  sıx 

əməkdaşlıq etmələri üçün yeni və güclü vasitədir. 

Şəbəkənin  hal-hazırda  Parlament  Assambleyasına  üzv  olan  və  orada  müşahidəçi 

statusuna  malik  olan  dövlətlərin,  eləcə  də  Demokratiya  naminə  Partnyorların 

nümayəndə  heyətlərindən  ibarət  51  üzvü  vardır.  Şəbəkənin  Siyasi  Əlaqələndiricisi 

olaraq fəaliyyət göstərən qadınlara qarşı zorakılıq üzrə Baş məruzəçi ona sədrlik edir. 

İstanbul  Konvensiyasının    Nazirlər  Komitəsi  tərəfindən  qəbul  olduğu  vaxtdan  bəri, 

Şəbəkə  onun  gecikdirilmədən  qüvvəyə  minməsi  naminə  təbliğ  və  təşviq  edilməsinin 

genişləndirilməsini qarşına başlıca məqsəd olaraq qoymuşdur. 

 

www.assembly.coe.int/stopviolence/ 

womenfreefromviolence@coe.int

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  7 

 

Şəkil 

 

Parlament Assambleyasının Sədri Tərəfindən  Ön söz 

 

İndi qadınlara münasibətdə zorakılığın qarşının alınması üçün hərəkət edin! 

 

2012-ci  il  olmasına  baxmayaraq,  hələ  də  dünyanın  hər  yerində  milyonlarla  qadın  fiziki  və  psixoloji 



zorakılıqdan əziyyət çəkməyə və bütün digər hüquqlarından daha vacib olan zorakılıq qorxusundan azad 

yaşamaq  hüququndan  məhrum  edilməyə  davam  edir.  Qadına  qarşı  zorakılıq,  habelə  məişət  zorakılığı 

qəbuledilməz və dözülməz haldır. Amma yenə də Avropada hər beş qadından biri zorakılığın ya keçmişdə 

qurbanı olmuş, ya hal-hazırda qurbanıdır, ya da gələcəkdə  potensial olaraq qurbanına çevrilə bilər.  Belə 

rəftarı  yalnız  pisləmək  artıq  kifayət  deyil:  biz  artıq  hərəkət  etməliyik.  Siyasi  məsuliyyətimiz    bizdən  bu 

fundamental  hüquqların pozulmasına son qoymağı tələb edir. 

 

Parlament  üzvləri  şəbəkəsinin  əsasını  qoyduqdan  və  2006  -  2008-ci  illərdə  geniş  miqyaslı  kampaniya 

həyata keçirdikdən sonra Avropa Şurası qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə və onun 

qarşısının  alınması  haqqında  Konvensiya  qəbul  etməklə  fəaliyyətinə  konkret    forma  vermiş  oldu. 

Konvensiya 2011-ci il 26 may tarixində İstanbul şəhərində imzaya açıq elan olundu. 

 

İstanbul  Konvensiyası  qadınlara  qarşı  zorakılıq,  o  cümlədən  məişət  zorakılığı  ilə  mübarizə  sahəsində 

qurbanları müdafiə yollar, qabaqlayıcı tədbirlər, törədən şəxslərin məsuliyyətə cəlb olunması və bu sahədə 

siyasətlərin  formalaşdırılması  kimi  məsələləri  özündə  ehtiva  edən  hərtərəfli  beynəlxalq  sənəddir.  Kifayət 

qədər  ölkədə  ratifikasiya  olunduğu  təqdirdə,  Konvensiya  qadınların  statusunu  yüksəldəcək  və  insan 

hüquqlarına  hörmət  bəslənməsinə  töhfə  verəcəkdir.  Konvensiyanın  ratifikasiyası  və  daha  sonra  həyata 

keçirilməsi bizim qurbanların ədalətə olan ehtiyaclarından xəbərdar olduğumuzu və  onlarla bu məsələdə 

həmrəy olduğumuzu aydın şəkildə nümayiş etdirəcəkdir. Bu günə qədər 24 ölkə Konvensiyaya imza atıb və 

yalnız bir ölkədə - Türkiyədə bu sənəd ratifikasiya olunub. Buna görə də,  qurbanların müdafiəsini özündə 

əks etdirən bu sənəd hələ qüvvəyə minməyib. 

 

Mən Avropa Şurasına üzv dövlətlərin və digər ölkələrin parlament üzvlərini İstanbul Konvensiyasına imza 

atılmasını, onun ratifikasiya edilməsini və həyata keçirilməsini artırmağa səsləyirəm. Biz bu konvensiyanı 

gözardı etməməli, tam əksinə onun zorakılıq üzərində qələbəsinə zəmin yaratmalıyıq. 

 

Sizi  Konvensiyanın  mahiyyətini  aydın  şəkildə  anlamaq  üçün  bu  stolüstü  kitabdan  praktiki  vəsait  kimi 

istifadə  etməyə  dəvət  edirəm.  Bu  kitabça  Konvensiyanın  təbliği  üçün  bir  sıra  fəaliyyətlərin  həyata 

keçirilməsi  sahəsində  bələdçi  rolunu  oynamaqla  yanaşı,  həm  də  sənədin  mahiyyətini  anlamağa  yardım 

edəcək.  Eyni  zamanda,  sizi  Strasburqda  davamlı  iclaslar  keçirən    “Zorakılıqdan  azad  Qadınlar” 

Parlament Şəbəkəsinin işlərini izləməyə dəvət edirəm. 2006-cı ildən bu Şəbəkənin üzvləri qadınlara qarşı 

zorakılıqla  mübarizənin  bayraqdarları  sayılırlar.  Belə  ki,  onlar  öz  müvafiq  parlamentlərində  və  ümumi 

ictimaiyyət arasında maarifləndirmə işləri aparırlar. İndi isə, Şəbəkə üzvləri bütün fəaliyyətlərini İstanbul 

Konvensiyasının təbliğinə yönəldiblər. 

 

Avropa  Şurası  Parlament  Assambleyasının  artıq  cənab  Mendes  Botanın  simasında  qadınlara  qarşı 

zorakılıqla  bağlı  məsələlər  üzrə  rəsmi  sözçüsü  var.  O,  qadınlara  qarşı  zorakılıq  məsələləri  ilə  bağlı  Baş 

Məruzəçi təyin  olunub.  Mən sizi cənab Mendes Botanın ekspert xidmətlərinə  müraciət  etməyə çağırıram. 

Şəxsən özüm də onu bu işdə tamamilə dəstəkləyirəm. 

 

Biz hamımız zorakılığa qarşı birləşməli,  gücümüzü nümayiş etdirərək  bu konvensiyanın qüvvəyə  minməsi 

üçün  əsl  siyasi  stimul  yaratmalıyıq.  Gəlin  2012-ci  ili  qadınlara  qarşı  zorakılıq  və  məişət  zorakılığı  ilə 

mübarizə nöqteyi-nəzərindən mühüm il elan edək. Hərəkət edin. Konvensiyanı ratifikasiya edin. 

Jan –Klod Minyon (Jean Claude Mignon) 

Avropa Şurası Parlament Assambleyasının Sədri 

 

 



  8 

Şəkil 

 

Qadınlara qarşı zorakılıq üzrə  Baş Məruzəçinin müraciəti 

 

Zorakılıqdan azad yaşamaq insanın ən birinci hüququdur! 

 

 

Qadınlara  qarşı  zorakılıq,  o  cümlədən  məişət  zorakılığı  Avropada  insan  hüquqlarının  ən  ciddi 

pozuntularından biridir. Bu, ən çox yayılmış cinayət növlərindən biridir. Lakin hələ də bu məsələ ilə bağlı 

güclü sosial təzyiq mövcud olduğundan, qurbanların çoxu bunu həyatda qaçılmaz bir fakt kimi qəbul edir 

və  bu  barədə  şikayətlənməkdən  çəkinir.  Rəsmi  orqanlardan  kömək  istəməyə  özündə  cəsarət  tapan  digər 

zərərçəkənlərin isə məsələləri bəzi hallarda ciddiyə alınmadan geri göndərilirlər. Bəziləri isə ölkələrindəki 

hüquqi və siyasi bazada boşluq və çatışmazlıqların olması səbəbiylə  heç bir müdafiə və ədalət yolu tapa 

bilmirlər. 

 

Mən fəxr edirəm ki, Avropada insan hüquqlarının qabaqcıl müdafiəçisi olan Avropa Şurası   bir daha  öz 

roluna və mandatına sadiq qalaraq  qadınlara qarşı zorakılığı ört-basdır edən pərdəni qaldırdı. Parlament 

Assambleyası  tərəfindən  dəfələrlə  və  ardıcıl  şəkildə  edilən  gender  əsaslı  zorakılığın  yayılmış  bütün 

formaları ilə mübarizə, onların aradan qaldırılması və günahkarların məsuliyyətə cəlb olunması üçün ən 

yüksək  səviyyəli  standartların  yaradılmasını  nəzərdə  tutan  sənədin  işlənib  hazırlanmasını  ehtiva  edən 

müraciətin Avropa Şurası tərəfindən əməl edilməsindən çox məmnunam.  

 

2 il davan edən intensiv danışıqlardan sonra Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının 

Alınması  və  Ona  qarşı  Mübarizə  haqqında  Konvensiya  işıq  üzü  gördü.  İndi  konvensiya  imzalanmağa  və 

ratifikasiya edilməyə hazırdır. İnsan hüquqlarının müdafiəsini üzərinə öhdəlik götürmüş parlament üzvləri 

olaraq,  bizim  əsas  vəzifəmiz  bu  konvensiyanın  mümkün  qədər  tez  bir  zamanda  qüvvəyə  minməsi  üçün 

əlimizdən gələnin ən yaxşısını etməkdir. 

 

İstanbul Konvensiyasını dəstəkləməyimizin bir çox səbəbləri var : bu, qadınlara qarşı zorakılıq haqqında 

məcburi  hüquqi  qüvvəyə  malik  olan  ilk  sənəddir  ki,  dünyada  istənilən  bir  ölkənin  potensial  olaraq  ona 

qoşulması üçün açıqdır; bu, zorakılıqla mübarizə, qurbanların qorunması, günahkarların məsuliyyətə cəlb 

olunması,  bu sahədə  vahid siyasətin müəyyənləşdirilməsi kimi məsələlərlə   bağlı tədbirləri nəzərdə  tutan 

müfəssəl bir sənəddir; bu konvensiya dövlətləri qadınlara qarşı zorakılığın qanuna zidd olmasın, cinayətin 

bir növü olmasını elan etməyə və onunla mübarizə üçün effekti, adekvat cəzalar tətbiq etməyə çağırır; bu 

konvensiya, parlament üzvlərinin də aktiv iştirak etdiyi sərbəst və güclü monitorinq mexanizmlərini özündə 

ehtiva edir. 

 

Bütün  bunlarla  yanaşı  mən  inanıram  ki,  zorakılıqdan  azad  yaşamağın  hər  bir  insanın  ən  birinci  hüququ 

olduğu  üçün  bu  konvensiyanı  dəstəkləməliyik.  Qadınlara  qarşı  zorakılıq  qurbanı  ləyaqətindən  məhrum 

edir. Zorakılığın qurbanları olmuş qadınlar bir çox məziyyətlərindən məhrum olur. Bu, onların bərabərlik 

tələb etməyə olan inamlarını azaldır. Heç bir qadın zorakılığa məruz qaldığı müddətdə öz hüquqlarından 

yararlana və səmərəli istifadə edə bilməz. 

 

Biz bu çıxılmaz dairəni qırmalıyıq. 

 

Bu  konvensiyanın qəbul edilməsi zəruridir, hətta zamanı gecikdirilib. 

 

Bu konvensiyanı dəstəkləməmək zorakılığa göz yummaq deməkdir. 

 

Bu konvensiyanı dəstəkləməmək cinayətdir. 

 

Bu konvensiyanı dəstəkləməmək qadınlara qarşı daha bir cinayətdir. 

 

 

Mendes Bota 

  9 

Qadınlara qarşı zorakılıq üzrə Baş Məruzəçi 

“Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin 

 Siyasi Koordinatoru 

 10 

Qadınlara  qarşı  Zorakılıq  və  Məişət  Zorakılığının  Qarşısının 

Alınması  və  Ona  qarşı  Mübarizə  haqqında  Konvensiyanın 

dəstəklənməsində parlament üzvlərinin rolu  

 

Qadınlara  qarşı  Zorakılıq  və  Məişət  Zorakılığının  Qarşısının  Alınması  və  Ona  qarşı  Mübarizə  haqqında 



Konvensiya dəstəklənməsində Parlament üzvləri həlledici rola malikdirlər. 

 

Qanunverici  orqanın  nümayəndələri  və  siyasət  formalaşdıran  şəxslər  olaraq  parlament  üzvləri  prosesi  



Konvensiyaya  imza  atmaq  və  ratifikasiya  etmək  mərhələsinə  qədər  çatdıra  bilərlər.  Bundan  başqa,  onlar 

ratifikasiya  prosesində  birbaşa  iştirak  edirlər.  Onların  üzərlərinə  götürə  biləcəyi  və  götürməli  olduqları 

fəaliyyətlər bunlardır: 

 



 

Konvensiyanı dəstəklənməsi ilə bağlı hökumətlərinin rəyini öyrənmək; 

 

İmza atma və ya ratifikasiya prosesinin hansı mərhələsinə çatıldığı ilə bağlı hökumətlərindən 



məlumat almaq; 

 



Konvensiya ilə bağlı milli səviyyədə, xüsusilə öz parlamentlərində  müzakirələr təşkil etmək; 

 



Öz parlamentlərinin sənədləşmə mərkəzində müvafiq məlumat sənədlərinin olmasını təmin etmək; 

 



Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti arasında Konvensiya barəsində biliklərin 

artırılması üçün təşəbbüslər irəli sürmək və dəstəkləmək; 

 

Konvensiyanı dəstəkləmək məqsədilə ictimai sorğu keçirmək; 



 

Konvensiyanın milli dillərə tərcümə olunmasını təmin etmək. 



 

İstanbul Konvensiyasından asılı olmayaraq belə, parlament üzvləri qadınlara qarşı zorakılığa son qoymaq 

üçün bir sıra addımlar ataraq əhəmiyyətli töhfələr verə bilər ki, bura xüsusilə aşağıdakılar daxildir : 

 



 

Qadınlara  qarşı  zorakılıq  sahəsində  qanunlar  hazırlamaq  və  onların  beynəlxalq  standartları  ən 

yüksək dərəcədə əks etdirməsini təmin etmək; 

 



Qadınlara  qarşı  baş  vermiş  zorakılıq  halları  haqqında    milli  səviyyədə  sistematik  məlumatlar 

toplanması ilə bağlı müraciət etmək; 

 

 Zorakılıq qurbanlarına yardım edən xidmət qruplarına lazımi resursların ayrılmasını təmin  etmək. 



 

Nəhayət, cəmiyyətin fikrinə təsir edə bilən şəxslər  olaraq parlament üzvləri mentalitetlərin təkamülünə 

təkan verə biləcək imtiyazlı mövqeyə sahibdirlər.  Bu səbəbdən,  onlar : 

 



 

mətbuat  vasitələri  də  daxil  olmaqla,  ictimaiyyət  arasında  qadınlara  qarşı  zorakılığı  pisləmək  və 

inkar etmək məqsədilə güclü mövqe nümayiş etdirməli; 

 



qadınlara  qarşı  zorakılığın  tamamilə  aradan  qaldırılması  kimi  məsələləri  öz  partiyalarının  siyasi 

proqramlarına daxil edilməsi üçün lobbiçilik fəaliyyəti aparmalıdırlar; 

 

ictimaiyyət  qarşısında  etdikləri  hər  çıxışda  qadınlara  qarşı  zorakılığın  köklü  surətdə  aradan 



qaldırılması məsələsinə toxunmalıdırlar; 

 



İctimai  rəyə  təsir etmək imkanına  malik olan digər şəxslərin,  məsələn, jurnalistlərin,  yazıçıların, 

şou  biznes  nümayəndələrinin  də  iştirakı  ilə  qadınlara  qarşı  zorakılıqla  bağlı  maarifləndirmə 

tədbirləri təşkil etməlidirlər.

 

 



 

 


 11 

Download 0.7 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling