Sulfat turşusunun müasir alınma üsulları


Download 14.48 Kb.
Sana09.01.2022
Hajmi14.48 Kb.
#257747
Bog'liq
xeyale


Sulfat turşusu istehsalının iqtisadi–texniki göstəricilərinin yaxşılaşdırılmasında qazların quru təmizlənməsi sisteminin yaradılması perspektiv hesab olunur. Sulfat turşusunun klassik kontakt üsulu ilə istehsalı bir sıra əks proseslərlə müşayət olunur: qaynar yanma qazları təmizlənmə şöbəsində soyudulur, sonra yenidən kontakt şöbəsində qızdırılır; yuma qüllələrində qaz nəmləşdirilir, quruducularda isə tam qurudulur. Bəzi istehsal sahələrində qazların quru təmizlənməsi ilə sulfat turşusu istehsal olunur. Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, qaynar yanma qazları tozlardan təmizləndikdən sonra soyudulmadan, yuyulmadan və qurudulmadan bilavasitə kontakt aparatına göndərilir. Beləliklədə, klassik 4 mərhələ 3 mərhələ ilə əvəz olunur ki, bunun da nəticəsində xüsusi kapital qoyuluşu 15...25%, sulfat turşusunun maya dəyəri 10...15% azalır. Sulfat turşusunun istehsalı prosesinin təkmilləşdirilməsi məqsədi ilə paralel katalizator layı olan kontakt aparatları (onun metal tutumu 25% azalmışdır) işlənib hazırlanmışdır. Anod qoruyuculu gövdəborulu soyuduculardan istifadə etməklə onların işləmə müddətini 10 ilə qədər uzatmaq olar. Nitroz üsulu ilə sulfat turşusunun istehsalı qüllə sisteminin təkmilləşdirilməsi hesabına təzələnir. Hesablamalar göstərir ki, kolçedanın hava iştirakı ilə yandırılmasından alınan qazların kontakt üsulu ilə emal olunması ilə müqayisədə anoloji gücə malik olan qurğularda (180 min ton/il) və nitroz üsulunda kapital xərcləri 43,6%, kükürdlü qazların emalının maya dəyəri 45,5%, gətirilmiş xərclər 44,7% və əmək tutumu 20,2% azalır. Sulfat turşusunun böyük istehlakçıları onu öz müəssisələrində aidiyyətindən asılı olmayaraq istehsal etməlidirlər; bu dəmir yolu nəqliyyatının işini 3 dəfəyə qədər azaldar və sulfat turşusunun uzaq məsafələrə daşınması üçün tələb olunan sistemlərə da ehtiyac qalmaz. Mineral gübrələrin istehsalında da təmizlənmiş və regenerasiya olunmuş işlənmiş sulfat turşusundan istifadə olunması artacaqdır.

Sulfat turşusunun müasir alınma üsulları.

Hələ XIII əsrdə sulfat turşusunu dəmir kuporosunun (FeSO4) parçalanmasından alırdılar. Elə buna görə indi də sulfat turşusunun növlərindən biri kuporos yağı adlanır. Lakin hal-hazırda kuporosdan sulfat turşusu alınmır. Hazırda sulfat turşusu sənayedə iki üsulla istehsal olunur:

1. Nitroz üsulu (qüllə üsulu);

2. Kontakt üsulu; Nitroz üsulu 200 ildən atrıqdır ki, mövcuddur. Kontakt üsulu isə XIX əsrin axırlarında, XX əsrin əvvəllərində işlənib hazırlanmışdır. Hər iki üsulun birinci mərhələsini kükürdlü xammallardan kükürd qazının (SO2) alınması təşkil edir. İkinci kükürd qazı təmizləndikd ən sonra kükürd–6 oksidə qədər (xüsusilə kontakt üsulunda) oksidləşdirilir. SO2 -nin SO3 -ə adi şəraitdə oksidləşməsi çox yavaş getdiyi üçün katalizator tətbiq edilir. Üçüncü mərhələdə SO3 su ilə udularaq sulfat turşusuna çevrilir. Kükürd tərkibli xammallardan sulfat turşusunun istehsalı bir neçə kimyəvi prosesləri əhatə edir. Bu proseslər aşağıdakı sxem üzrə baş verir: Burada I – mərhələ soba yağının alınması (SO2), II – mərhələ SO2 -nin SO3 -ə katalitik oksidləşməsi və onun da absorbsiyası ilə sulfat turşusunun alınması. Ümumi halda sulfat turşusunun istehsalı prosesini aşağıdakı şəkildə təsvir etmək olar:

Xammal → xammalın hazırlanması → xammalın yandırılması → Soba ya ğının təmizlənm əsi → →kontaktlaşma → kontaktlaşdırılmış qazların absorbsiyası → SULFAT TUR ŞUSU Sulfat turşusu istehsalının konkret texnoloji sxemi xammalın növünd ən, kükürd–4 oksidin katalitik oksidləşdirilm ə



http://www.gem-chem.net/pvcprod.html
Download 14.48 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling