Tanımal Mustafa – ikinci Mamudun hekayəsi ” mövzusunda Sərbəst işi Müəllim
Download 65.27 Kb.
|
Tanimal Mustafa
- Bu sahifa navigatsiya:
- İqtisadiyyat və idarəetmə” fakültəsi
- Ədəbiyyat siyahısı
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ “İqtisadiyyat və idarəetmə” fakültəsi “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə “Tanımal Mustafa – ikinci Mamudun hekayəsi ” mövzusunda Sərbəst işi Müəllim: Ülvi babayev Tələbə: Fərdi Nəsirli Bakı-2020 Tanımal Mustafa – ikinci Mamudun hekayəsi Hekayənin baş qəhrəmanı adından da göründüyü kimi Mustafadır. Yaddaşına, adam və mal-heyvan tanıyan olduğuna görə adına “Tanımal” ayaması artırıblar. Mustafadan az qala detektiv kimi istifadə edirlər bəzi cinayət işlərində, hərdən ondan “ekspert rəyi” alırlar. Mustafanın yeganə və başqalarında olmayan bu hünəri onu mahalı üçün özəl bir insana çevirib. Mustafa üzdə özünü təvazökar göstərsə də, daxilində bu qabiliyyəti ilə qürrələnir. Amma bir gün... Həmin gün haqqında danışmağı bir az sonraya saxlayıb İkinci Mahmudun hekayəsindəki nəzəri-estetik məsələlərin təhlilinə baxaq. Hekayələr barədə danışanda adətən, təsvir, təhkiyə ustalığı qabardılır. Mahmudun təsvirləri obrazlılıq və canlılıq, dəqiqlik baxımından uğurludur. Məsələn, Mustafa çox darıxır, sıxılır və nə yollasa diqqəti cəlb etmək istəyir. İstəyir kimsə gəlsin otursun yanında, ona suallar versin, onu narahat edən şeylərdən birlikdə danışsınlar və s. Adi, sakit bir kənd səhərində yuxudan duran həmin kişinin hərəkət süjetinə diqqət edək: “Öskürməkdən bir şey hasil olmayanda da sırıxlısının cibindən müştüyünü çıxarar, əvvəlcə ağzına tutub bir-iki dəfə var gücüylə üfürərdi ki, içindəki tütün qırıntıları yerə tökülsün. Papiros qutusundan bir gilə papiros çıxarıb taxardı müştüyünə, ehmallıca qoyardı damağına. Sonra da o biri cibindən kibrit qutusunu çıxarardı, yavaşcana silkələyərdi ki, içinin boş və ya dolu olduğunu yəqin etsin. Qutudan bir kibrit dənəsi çıxarıb sürtərdi qaloşunun böyrünə. Elə ilk cəhddəncə alışdırardı. Papirosdan bir yağlı tüstü dartıb yerindəcə qurcuxardı. Bu nə qurcuxmaq idi, ya Rəbb! Elə qurcuxardı ki, deyərdin, kişinin altında kələ-kötür bir şey qalıb. Sonra ağzını ac sərçə balası kimi carradan açardı, tüstü bu səhərin sakit havasında burula-burula qalxardı yuxarı, elə bilirdin ki, bir ruhdu, çıxır bədəndən”. Burada müəllif nə obrazı, nə hadisəni, nə də situasiyanın təsvirini verməyə cəhd edib. Ən əsası, təsvirin özünü yox, təsvir olunan situasiyanın ab-havasını tutub, məhz ab-havanın, ovqatın, mətn fonundakı mənzərənin, auranın bədii şəklini çəkə bilib. Oxucu özünü Mustafanın yanında - darıxan, narahat, ümidsiz durumda, nəyinisə itirmiş adam sifətində olan bu kişinin yanında hiss edə bilir. Və onunla birlikdə həmin narahat ovqatın ortağına çevrilir... Mahmudun bu mətni daha çox novella xüsusiyyətlərini özündə əks etdirir. Hekayə janrının bir növü olan novella spesifikası (gözlənilməz sonluq, hadisələrin və süjetin dinamikasındakı dönmə, müəyyən nöqtədə qırılıb yeni başlanğıcla davam etmə və s. bu kimi kəskin dəyişmə məqamları) daha çox hiss olundu bu hekayədə. Mahmud kəndi yaxşı bilir, kənd adamının manera və jestlərini, dilini, ədalarını təbii şəkildə canlandırır. “Ayə, a Səməd! A bala, yeri dayın oğraşı çağır, gəlib toğluları doğazlasın! Daha mənim əvvəlki heyim yoxdu. Səməd vurnuxmağında idi. Tut ağacının haçasından bir çatı sıyırıb tələsik tövləyə girdi, bir az sonra buruntaq verdiyi buzovu sürüyə-sürüyə çölə çıxardı. Çatını buzovun belinə atıb yenidən tövləyə girdi. Şişək bir toğlunun dal ayaqlarından yapışıb həyətə sürütlədi”. Məişət fonunda təsvir olunan hadisələrin mahiyyəti daha çox psixoloji problemlərin qabardılması ilə bağlıdır. Klassik hekayə təhkiyəsi, obrazların sosial statusda tanış boyalarla rəsmi və hardasa elə C.Məmmədquluzadə ilə başlayan məlum hekayə intonasiyasının tanış çalarları diqqətimizi cəlb etdi. Mahmudun təhkiyə və təsvir dilində ciddi qüsurlara rast gəlmədim. Sadəcə “bir gilə papiros” (“Papiros qutusundan bir gilə papiros çıxarıb taxardı müştüyünə”) olmaz yəqin. Bəlkə də “tütün” daha uyğun gələn ifadə olardı. “Mıxca” ifadəsini də “dirək” əvəzinə işlədib. (“Tövləyə girib qapının dalına mıxca dirəmişdi ki, girən olmasın.”) Səhv etmirəmsə, “mıxca” daha kişik ağac parçasıdır və divara vurulur, asılqan kimi istifadə olunur. Paltarı, papağı mıxçadan asmaq anlamında... Qapının dalına dirənəcək ağac parçası isə böyük olur, “paya” sözü ilə ifadə olunsa daha dəqiq, yerində işlənmiş anlayış olardı. Ümumilikdə isə bu hekayə Mahmudun nəsr sahəsində böyük uğurlar qazanacağından xəbər verir... Ədəbiyyat siyahısı “Synaps Library” nədir?- MANİFEST. 18.09.2015 (azərb.) "Gənc yazar İkinci Mahmud vəfat etdi" (azərb.). Azadlıq Radiosu. 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15. Download 65.27 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling