Telefon aparatlarının təsnifatı Telefon aparatları vəzifəsinə görə


Download 225.56 Kb.
bet1/2
Sana05.12.2020
Hajmi225.56 Kb.
#159907
  1   2
Bog'liq
TELEFON APARATI



Telefon aparatlarının təsnifatı
Telefon aparatları vəzifəsinə görə 2 yerə bölünür:

1. Ümumi istifadə edilən aparatları;

2. Xüsusi istifadə edilən aparatlar.

Ümumi istifadə edilən telefon aparatlarına stasionar telefon aparatlar və pullu avtomatlar- taksafonlar aiddir:

Xüsusi telefon aparatlarına gəmilərdə, şaxtalarda,hərbi hissələrdə istifadə edilən telefon aparatları aiddir.Yaddaşlı çox funksiyalı telefon aparatları da xüsusi aparatlara aiddir.

Konstruksiyasına görə, telefon aparatları 2 yerə bölünür:

1.Stasionar şəraitdə işləyən telefon aparatları məs: stolüstü, divardan asılan.

2. Yeri dəyişdirilən telefon aparatları, məsələn hərbi səhra şəraitində işlənən aparatlar.

Qoşulma üsuluna görə telefon aparatları 2 yerə bölünür:

1.Telefonu və mikrofonu danışıq vaxtı xəttə qoşulan telefon aparatları

2.Telefon qəbul vaxtı, mikrofonla veriliş vaxtı xəttə qoşulan telefon aparatları.

Birinci tip aparatlar öz növbəsində 2 yerə bölünür:

a)Yerli effektli(təsirli) aparatlar;

b) Əks yerli effektli aparatlar.

Yerli effekt dedikdə, abunəçinin özü öz səsini telefonda eşitmə hadisəsi başa düşülür.

Texniki tələbatlar nəticəsində telefon aparatları yüksək keyfiyyətli veriliş və qəbul proseslərini həyata keçirtməli, fiziki cəhətdən davamlı olub, etibarlı işləməli, tətbiqi sadə olub, aşağı qiymətə, estetik cəhətdən yaxşı tərtib edilməli və montajı yüksək texnologiyalı olmalıdır.



Telefon aparatlarının qoşulma sxemləri
Yerli effektin maneəedici təsiri iki hadisə ilə əlaqədardır:

1.Səsin pərdələnməsi (örtülməsi) 2. Veriliş prosesinin uyğunlaşması.

Səsin pərdələnməsi dedikdə, maneəedici səslərin və ya hay-küy maneələri təsirindən qulağın həssaslığının azalması başa düşülür. Ən güclü pərdələnmə təsiri aşağı səs tezliklərində yaranır. Çox güclü intensivliyə malik səslərin pərdələyici təsiri az olur. Uyğunlaşma- adaptasiya dedikdə, insan qulağının güclü səslərə uyğunlaşması prosesi başa düşülür və nəticədə qulağın həssaslığı xeyli azalır. Lakin güclü səsdən qəflətən sakit mühitli səsə keçdikdə qulaq bu təsirə tezliklə uyğunlaşa bilmir və nəticədə onun mövcud seçiciliyi xeyli pisləşir.Telefon aparatlarında yerli effektin olması aşağıdakı təsirləri yaradır.

1. Otaqda yaranan hay-küylər. Bu səs mənbələri mikrofona təsir edir və eyni vaxtda abunəçinin qulağına, qəbul siqnalı ilə bərabər daxil olmaqla, pərdələnmə hadisəsi yaradır.

2. Çox güclü səsin olması qəbul siqnalının adaptasiyasına səbəb olur.

Hər iki hadisə qəbul edilən danışığın seçiciliyinə mənfi təsir göstərən amillərdir. İstismarda olan telefon aparatları ancaq əks yerli sxem əsasında hazırlanır. Beləliklə abunəçinin özü-öz səsinin eşidilməsinin qarşısı alınır. Əks yerli sxemlərin 3 tipi geniş yayılmışdır:

1.Körpü sxemli telefon aparatları.

2. Kompensasiya sxemli telefon aparatları.

3.Avtotransformator sxemli telefon aparatları.

İki tipdən olan telefon aparatının iş prinsipi ilə tanış olaq.

Körpü sxemli telefon aparatları. Bu tip sxemə malik telefon aparatlarında telefon transformatorunun I dolağına elektomaqnit sistemli telefon kapsulu qoşulduğu halda, II dolaq müqavimətləri eyni olan 2 yarım dolağa bölünməklə orta nöqtəyə kömür mikrofonu qoşulur Bu halda yarımdolaqların tam müqavimətləri təqribən eyni olduğu üçün, mikrofonun qarşısında danışan zaman yarım dolaqlardan qiymətcə eyni, istiqamətdə əks döyünən cərəyanlar axacaqdır. Kirxhofun I qanununa görə, düyün nöqtəsində cərəyan və deməli maqnit seli də sıfır olduğu üçün II dolaqda induksiyalanmış cərəyan və deməli maqnit seli olmayacaqdır, çünki

=0

və ya


I1=I2

şərti ödənilir. Giriş danışığı vaxtı isə hər iki yarım dolaqdan axan cərəyanın axma istiqaməti və qiyməti eyni olduğundan, maqnit selləri toplanır və II dolağa induksiyalanır.







Download 225.56 Kb.

Do'stlaringiz bilan baham:
  1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2022
ma'muriyatiga murojaat qiling