“Yeni Azərbaycan”. 2014. 5 sentyabr.№160. S azərbaycan-Argentina münasibətləri inkişaf edir


Download 156.07 Kb.
Pdf ko'rish
Sana21.12.2019
Hajmi156.07 Kb.

“Yeni Azərbaycan”.-2014.-5 sentyabr.-№ 160.-S.8. 

 

Azərbaycan-Argentina münasibətləri inkişaf edir 

 

İki ölkənin bir sıra qurumları arasında keçirilən çoxsaylı görüşlər yeni-yeni əməkdaşlıq 

perspektivlərini meydana çıxarıb 

 

Xəbər  verildiyi  kimi,  Argentinanın  nüfuzlu  mətbuat  orqanı  olan  “La  Nacion”  qəzetində 

Azərbaycan  Respublikasının  Argentinadakı  səfiri  Məmməd  Əhmədzadənin  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həqiqətlərinə  dair  həmin  qəzetin  redaksiyasına 

göndərdiyi  məktubu  dərc  olunub.  Məktubda  bildirilir  ki,  “Dağlıq  Qarabağ  tarixi  Azərbaycan 

torpağıdır.  Çar  Rusiyasından  əvvəl  Dağlıq  Qarabağ  müxtəlif  Azərbaycan  dövlətlərinin  tərkib 

hissəsində  olub  ki,  bunlardan  da  sonuncusu  Qarabağ  xanlığı  idi.  Ermənilər  Dağlıq  Qarabağda 

XIX  əsrin  əvvəllərində  Rusiya-Osmanlı  və  Rusiya-İran  müharibələrinin  yekunu  olaraq 

məskunlaşdırılıblar  və  bu  müharibələrdən  sonuncusu  Azərbaycan  xanlıqlarının,  o  cümlədən 

Qarabağ xanlığının Rusiya imperiyası tərəfindən işğalı ilə nəticələnib”. 

Bundan başqa sözügedən məktubda o da qeyd edilir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist 

Respublikasının  tərkibində  qarışıq  azərbaycanlı  və  erməni  əhalisinin  yaşadığı  Dağlıq  Qarabağ 

Muxtar Vilayəti yaradılır. 1988-ci ildən etibarən Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə 

bağlı  Azərbaycana  ərazi  iddiaları  irəli  sürür.  Sovet  İttifaqının  dağılması  ilə  Ermənistan 

Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu (ümumilikdə ölkə ərazisinin 20 faizini) 

hərbi  yolla  işğal  edir  və  etnik  təmizləmə  siyasəti  vasitəsilə  həmin  ərazilərdən  bütün 

azərbaycanlıları qovur. Ermənistan öz təcavüzkar siyasətini ört-basdır etmək üçün Azərbaycanın 

işğal  olunmuş  ərazilərində  heç  bir  ölkə,  o  cümlədən  Ermənistanın  özü  tərəfindən  belə 

tanınmamış qondarma “Dağlıq Qarabağ respublikası” adlı qeyri-qanuni separatçı rejim yaradıb. 

Səfir  Məmməd  Əhmədzadə  məktubunda  BMT,  ATƏT,  Avropa  Şurası,  Avropa  Parlamenti, 

NATO,  Qoşulmama  Hərəkatı,  habelə  çoxsaylı  digər  beynəlxalq  təşkilatların  Azərbaycan 

Respublikasının  ərazi  bütövlüyünü,  o  cümlədən  Dağlıq  Qarabağı  Azərbaycanın  tərkib  hissəsi 

kimi  tanıdıqlarını,  Ermənistan  qoşunlarının  ölkəmizin  ərazilərindən  çıxarılmasını,  qaçqın  və 

məcburi  köçkünlərin  öz  yurd-yuvalarına  qaytarılmasını  tələb  etdiklərini  vurğulayıb.  Diplomat 

bildirib  ki,  Ermənistan beynəlxalq  ictimaiyyətin  bu mövqeyini inkar  edir və  münaqişə  ilə bağlı 

status-kvonu  saxlamağa  çalışır.  Təmas  xəttində  son  hadisələr  göstərdi  ki,  status-kvo 

qəbuledilməzdir,  getdikcə  daha  da  təhlükəlidir  və  bu  münaqişə  tez  bir  zamanda  öz  həllini 

tapmalıdır. 

Diplomat yazısını bu fikirlərlə tamamlayır: “20 ildən çoxdur ki, Azərbaycan münaqişənin sülh 

yolu ilə nizamlanmasına cəhdlər göstərir. Bu da ölkəmin sülhə verdiyi önəmdir. Azərbaycan heç 

zaman öz torpaqlarının işğalı ilə barışmayacaq, suverenliyini və ərazi bütövlüyünü bərpa etmək 

üçün əlindən gələni əsirgəməyəcək”. 

Yeri  gəlmişkən,  Azərbaycan  diplomatının  yazısının  dərc  olunmasını  yerli  erməni  icması 

kəskin  narazılıqla  qarşılayıb.  Belə  ki,  Argentinadakı  erməni  icmasının  müxtəlif  nümayəndələri 

“La  Nacion”  qəzetinin  internet  saytında  yazının  altında  məktubun  dərc  edilməsi  və  yazıdakı 

fikirlərə  münasibətdə  çoxsaylı  şərhlər  yerləşdiriblər  ki,  həmin  şərhlərin  də  böyük  əksəriyyəti 

qəzetin redaksiyası tərəfindən çıxarılıb. Əlacsız qalan yerli erməni icması özünün KİV-i olan və 

icmadan  kənar  oxucu  kütləsi  olmayan  “Prensa  Armenia”  saytında  Azərbaycan  diplomatının 

fikirlərinə münasibətdə heç bir əsası olmayan fikirlər səsləndiriblər.  

Bu  məqamda  vurğulamaq  yerinə  düşər  ki,  Azərbaycan  Respublikası  ilə  Argentina 

Respublikası  arasında  diplomatik  münasibətlərin  əsası  hələ  müstəqilliyimizin  ilk  illərində 

qoyulub.  Daha  dəqiq  desək,  Argentina  Respublikası  Azərbaycan  Respublikasının  dövlət 

müstəqilliyini  9  mart  1992-ci  il  tarixində  tanıyıb  və  8  noyabr  1993-cü  il  tarixində  diplomatik 

əlaqələrin qurulması haqqında protokol imzalanıb. Bu protokolla Argentina Moskvadakı səfirini, 

eyni zamanda, Azərbaycan Respublikasına da akkreditə edib.  


İki  ölkə münasibətlərinin inkişaf sürəti son illərdə qarşılıqlı rəsmi səfərlərin intensivləşməsi 

ilə  daha  da  artıb.  Qeyd  edək  ki,  Azərbaycan  ilə  Argentinanın  kənd  təsərrüfatı,  təhsil,  kosmik 

sənaye  və  digər  sahələrdə  müvafiq  qurumları  arasında  keçirilən  çoxsaylı  görüşlər  yeni-yeni 

əməkdaşlıq  perspektivlərini  meydana  çıxarıb.  Bu  görüşlərə  nəzər  salmaqla  qarşılıqlı  əlaqələrin 

ortaq maraqlara söykəndiyini aydın görmək olar.  

Belə  ki,  3  aprel  2006-cı  il  tarixində  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  Elmar 

Məmmədyarov Argentinaya rəsmi səfər edib. Səfər zamanı Argentinanın xarici işlər naziri, vitse-

prezident,  federal  planlaşdırma,  ictimai  investisiya  və  xidmətlər  naziri  ilə  görüşlər  keçirilib,  iki 

ölkənin  xarici  işlər  nazirlikləri  arasında  Anlaşma  Memorandumu  və  Diplomatik  və  Xidməti 

pasportları üçün vizasız gəliş-gediş haqqında Saziş imzalanıb. Bu səfər Azərbaycan Respublikası 

ilə  Argentina  Respublikası  arasında  əməkdaşlıq  imkanlarının  təyin  edilməsi  baxımından 

əhəmiyyətli olub. 

2007-ci  ildən  etibarən  Argentina  Respublikasının  Azərbaycana  məsul  diplomatik  missiyası 

Ankaradakı səfirliyə həvalə edilib və həmin ilin 5 mart tarixində Argentina səfiri etimadnaməsini 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib. 

2010-cu  ildə  Azərbaycan  hökuməti  Cənubi  Amerika  regionunda  ilk  dəfə  olaraq  Argentina 

Respublikasında Azərbaycan Respublikası səfirliyinin təsis olunması barədə qərar qəbul edib və 

Prezident  İlham  Əliyev  25  may  2010-cu  il  tarixində  Məmməd  Əhmədzadənin  Azərbaycan 

Respublikasının  Argentina  Respublikasında  fövqəladə  və  səlahiyyətli  səfiri  təyin  olunması 

haqqında  Fərman  imzalayıb.  Səfir  öz  etimadnaməsini  Argentina  Respublikasının  Prezidenti 

xanım  Kristina  Fernandes  Kirçnerə  1  noyabr  2010-cu  il  tarixində  təqdim  edib.  Bununla  da 

Azərbaycan ilə Argentina arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 

Azərbaycan  hökumətinin  Argentinada  səfirlik  təsis  etməsi  haqqında  qərarı  Argentina 

hökuməti  tərəfindən  təqdir  edilib  və  bunun  nəticəsi  olaraq  Argentina  xarici  işlər  nazirinin 

müavini  Alberto  Pedro  D’Alotto  24-25  noyabr  2010-cu  il  tarixlərində  siyasi  məsləhətləşmələr 

üçün Azərbaycana gəlib. Nazir müavini Pedro D’Alotto Azərbaycanda olduğu müddətdə xarici 

işlər  naziri  Elmar  Məmmədyarov  və  digər  rəsmilərlə  görüşlər  keçirib.  Səfər  çərçivəsində  iki 

ölkənin  xarici  işlər  nazirlikləri  arasında  Siyasi  Məsləhətləşmələr  haqqında  Anlaşma 

Memorandumu  və  Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin  Diplomatik  Akademiyası 

ilə  Argentina  Xarici  İşlər  Nazirliyinin  Milli  Xarici  Xidmət  İnstitutu  arasında  Əməkdaşlıq 

haqqında  Memorandum  imzalanıb.  Görüşlər  zamanı  Argentina  şirkətlərinin  Azərbaycanda, 

xüsusilə, enerji, kənd təsərrüfatı və əczaçılıq sahəsində fəaliyyət imkanları araşdırılıb. 

2011-ci  il  martın  10-da  Azərbaycan  Respublikasında  da  akkreditə  olunmuş  Türkiyədəki 

Argentina səfiri Xuan Xose Maffey öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib. 

Qeyd olunduğu kimi, iki ölkə əlaqələri elm və təhsil sahələrində də inkişaf etməkdədir. Bunun 

təsdiqi olaraq, 2011-ci ilin oktyabrında Argentina Milli Elm və Texniki Araşdırmalar Şurasının 

(CONİCET)  prezidenti  Azərbaycana  səfər  edib.  Səfər  zamanı  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının (AMEA) prezidenti, təhsil naziri, rabitə və informasiya texnologiyaları nazirinin 

müavini  və  Bakı  Dövlət  Universitetinin  rektoru  ilə  görüşlər  keçirilib,  CONİCET-lə  AMEA 

arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.  

2012-ci il 29 fevral tarixində Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes 

Kirçner  Azərbaycan  Respublikasının  Bakı  şəhərində  bu  ölkənin  səfirliyinin  təsis  olunması 

haqqında Sərəncam imzalayıb. 2012-ci il 4 iyun tarixində Argentinanın  Müvəqqəti İşlər Vəkili 

Xorxe  Roballo  Səfirliyin  təsis  olunması  məsələlərilə  bağlı  məsul  şəxs  təyin  olunması  haqqında 

Argentina xarici işlər və etiqad naziri Hektor Timermanın rəsmi məktubunu təqdim etmək üçün 

xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.  

2012-ci  il  26-27  iyul  tarixində  xarici  işlər  naziri  Elmar  Məmmədyarov  Azərbaycan  iqtisadi 

inkişaf  nazirinin  və  Azərbaycanın  ən  iri  holdinq  rəhbərlərinin  müşayiəti  ilə  Argentinaya  səfər 

edib. Səfər zamanı II Argentina-Azərbaycan Biznes Forumu təşkil olunub.  

Ümumilikdə,  Argentinadan  Azərbaycana  idxal  olunan  əsas  məhsullar  şəkər  çuğunduru, 

yağlar,  soya  yağı  və  digər  taxıl  məmulatları,  əczaçılıq  məmulatları,  süd  və  süd  məhsulları, 

yerfındığı, tütün məmulatları, kiçik maşınlar və sitrus meyvələridir. 



Azərbaycan-Argentina münasibətləri ötən ildə də müxtəlif sahələr üzrə inkişaf edib. Belə ki, 

2013-cü  ilin  fevralında  Argentina  Respublikasının  prezidentinin  sərəncamı  ilə  fövqəladə  və 

səlahiyyətli  elçi  Carlos  Dante  Riva  iqamətgahı  Bakı  şəhəri  daxil  olmaqla  Azərbaycan 

Respublikasına səfir təyin edilib. 

Ötən ilin aprelində, həmçinin, Prezident İlham Əliyev Argentina Respublikasının ölkəmizdə 

yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Carlos Dante Rivanın etimadnaməsini qəbul 

edib. 

Argentinanın  nüvə,  kosmos,  sənaye,  tibb,  neft-qaz,  kimya,  dövlət  təhlükəsizliyi  və  müdafiə 



sahələri üzrə çoxtərəfli texnoloji layihələr həyata keçirən INVAP (“İnvestigaciones Aplicadas  - 

Tətbiqi  tədqiqatlar”)  şirkətinin  Kosmik  Layihələr  üzrə  Biznesin  İnkişafı  sektorunun  rəhbərləri 

Nestor  Pablo  Tognetti  və  Ricardo  Sagarzazu,  habelə  Argentina  Respublikası  Federal 

Planlaşdırma,  İctimai  Sərmayələr  və  Xidmətlər  Nazirliyinin  əməkdaşı  Santiago  Arbo  ötən  ilin 

sentyabrında Azərbaycana səfər ediblər. Səfər zamanı Argentina nümayəndə heyəti Azərbaycan 

Respublikası  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyində  və  AZƏRKOSMOS-da 



müvafiq görüşlər keçiriblər. 

 

Pərviz Sadayoğlu 

 


Download 156.07 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling