1. Metalların təsnifatı. Metalların kristallik quruluşu


Download 21.44 Kb.
bet2/4
Sana16.04.2023
Hajmi21.44 Kb.
#1358498
1   2   3   4
Bog'liq
Bilet 1

Dendrit likvasiyası- bərk məhlul əmələ gətirən ərintilərdə likvidus və solidus xətləri arasında
sahədə baş verir. Bu xətlər arasında sahə böyük olduqca, dendrit likvasiyası da müvafiq surətdə
inkişaf edir. Hə-min xətlər arasındakı məsafə artdıqca, bərk məhlulun ilk və sonuncu kristallarının
tərkibləri arasındakı fərq çoxalır. Dendrit likivasiyası bərk məhlullarda diffuziya prosesinin aşağı
temperaturlarda çətinləş-məsinin nəticəsidir. Yayma və döymədən sonra dendritlər xırdalanaraq
müəyyən istiqamətdə yönələrək liflər əmələ gətirirlər. Xüsusi hallarda dendrit likivasiyasını yox etmək məqsədilə uzun müddət solidus xəttinə yaxın temperaturlarda qızdırılma üsulundan istifadə edirlər.
Buna diffuziyalı yumşaltma əməliy-yatı deyilir. Nəticədə saf metallarda olduğu kimi bircinsli bərk
məhlul dənələri alınır. Bəzi hallarda dendrit likvasiyası kristallik dənənin daxilində baş verir. Belə kristaldaxili likvasiya deyilir.
Yerli likvasiya - qaynayan poladlarda təsadüf olunur. Burada birinci növbədə üst səthdə çox təmiz
metal kristallaşır. Qatışıqlarla, xüsusən fosfor və karbonla zənginləşmiş ərintinin daxili hissəsi axırda
kristallaşdığından metal külçəsində bircinsli olmayan müxtəlif məntəqələr alınır. Belə metal külçəsini
nazik vərəqlər və ya çubuqlar şəklində yaydıqda, metalın təmiz səthi metal köynəklə örtülmüş olur,
daxili isə fosfor, karbon və s. ilə çirklənmiş olur.
Xüsusi çəkiyə görə likvasiya- ərintinin komponentləri bir-birində həll olmadığı və onların xüsusi
çəkisi arasında fərq olduğu halda baş verir. Soyudulma sürəti azaldıqca likvasiya dərəcəsi də çox Ərintilərdə xüsusi çəkiyə görə likvasiya zərərli hal sayılır. Onun qarşısını almaq məqsədilə ərintini
sürətlə soyutmaqdan və ya çökməyə mane olacaq tor yarada bilən başqa komponentlərdən istifadə
edirlər.

3.Karbonlu poladlar
Qara metallurgiyanın əsas məhsulu poladdır. Bunun da təxminən 85%-ni karbonlu po-ladlar təşkil 15%-ni isə legirli poladlar təşkil edir. Buna görə də ən çox karbonlu polad-lardan istifadə edilir.
Karbonlu poladların tərkibində 97,0-99,5% Fe olur. Dəmirdən başqa kar-bonlu poladlarda bir sıra
elementlər də iştirak edir.Bu elementlərin bir neçəsi poladda olmalıdır, yəni poladın əsas tərkib hissəsi
sayılır (məsələn silisium, manqan), bir neçəsi tamamilə polad-dan kənar etmək mümkün olumadığına
görə (kükürd, fosfor, oksigen, azot hidrogen və s.), bir hissəsi isə təsadüfən metala düşür (şixtədən,
yanacaqın tərkibindən keçən xrom, nikel, mis və s.) .Bu elementlərdən yalnız karbon polada xüsusi
məqsədə verilir.
Poladda az miqdarda karbon olduqda belə onun xassələrinə güclü təsir edir.Ona görə də karbon
poladda əsas element sayılır.
Tərkibində 2,14%- ə qədər carbon olan dəmir-karbon ərintisinə polad deyilir. Polad-ların tərkibində
0,8% manqan (Mn), 0,35%-ə qədər silisium (Si) olur qalan tərkib hissəsi isə də-mir olur. Eyni zamanda
poladların tərkibində hər birinin miqdarı 0,04%-ə qədər olan fosfor və kü-kürd də iştirak edir.Sənayedə
çox geniş istifadə edilən poladlarda karbon 1,2%-ə qədər olur.
Çox hallarda poladların xassələrini özü də əsas etibarı ilə mexaniki xassələrini artır-maq üçün termiki emala uğradırlar.Poladlar termiki emala uğradılan zaman onun tərki-bindəki karbonun miqdarı
0,3%-dən az olmamalıdır.

Download 21.44 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling