1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Download 81.03 Kb.
bet22/30
Sana15.01.2023
Hajmi81.03 Kb.
#1093774
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
Bog'liq
Mülki müdafiə

28. Respiratorlar və növləri.
Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitəLərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2d növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarım maskadan ibarətdir, ondan dəfələrlə istifadə etmək və 12 saatdək mühafizə olunmaq mümkündür. R-2d respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir. Respiratorlar nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan vasitədir. Respiratorlar süzücü yarımmaskadan və onu üzdə bərkitmək üçün qaytanlardan ibarətdir. Maskada 2 nəfəsalma klapanı, bir nəfəsvermə klapanı və burun sıxıcı var. Bərkidici qaytanlar maskanın kənarlarına bənd edilib. R-2d respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı hissəsində rəqəmlərlə göstərilib. Respiratorun ölçüsünü elə seçmək lazımdır ki, o, üzə kip yatsın, yoxsa zəhərli hava maskanın altına keçib adamı zəhərləyə bilər.Tənəffüs üzvlərini mühafizə edən sadə vasitələr. Əhali sadə vasitələrdən respirator kimi sitifadə edə bilər. Tənəffüs üzvlərinin sadə mühafizə vasitələrinə toz əleyhinə parça maska və pambıqlı tənzif sarğı aiddir. Toz əleyhinə parça maskası (PTM-1) iki əsas hissədən maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, oraya şüşə lövhəcikləri salınır.
29. Zədələnmə və zəhərlənmə ocaqlarında istifadə olunan tibbi mühafizə vasitələri.
Mülki müdafiənin tibb xidməti tərəfindən yaralılara və xəstələrə göstərilən tibbi yardım üç növə ayrılır: ilk tibbi yardım, ilk həkim yardımı və ixtisaslaşdırılmış tibbi yardım.
İlk tibbi yardım yaralanmış və ya xəstələnmiş insanın halını yüngülləşdirə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk tibbi yardım bilavasitə zədələnmə yerində və ya onun yaxınlığında ən qısa müddətdə göstərilir. Bu yardımı sanitar dəstələri və Mülki müdafiə qoşunlarının şəxsi heyəti göstərir. Tibbi yardımı əhalinin özü də özünəyardım və qarşılıqlıyardım qaydası ilə göstərməyi bacarmalıdır. Bu məqsədlə ilk tibbi yardım göstərmək qaydaları bütün əhaliyə xüsusi proqramlar əsasında əmin-amanlıq dövründə əvvəlcədən öyrədilir. İlk tibbi yardım aşağıkılardan ibarətdir:

    1. qanaxmaları müvəqqəti olaraq dayandırmaq;

    2. yara və yanıq yerlərinə steril sarğı qoymaq;

    3. sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq);

    4. kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə fərdi tibbi mühafizə vasitələrindən istifadə etməklə, şüa zədələnməsi və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz geyindirmək və təhlükəli sahələrdən çıxartmaq.

İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi yaralanmanın son nəticəsinə, yəni yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Elektrik cərəyanı vurarkən, güclü qanaxma, boğulma, ürək fəaliyyətinin dayanması və nəfəs kəsilən hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. İlk tibbi yardımın bütün üsulları ciddi surətdə və çox ehtiyatla icra edilməlidir. Ehtiyatsız və kobud ilk yardım, yaralıya əlavə əziyyət verib onun halını daha da ağırlaşdıra bilər. İlk tibbi yardım göstərilərkən təchizat cədvəlinə əsasən verilən tabel vasitələrdən, sanitar çantasındakı dərman və əşyalardan, həmçinin əlaltında olan yardımçı vasitələrdən istifadə edilir.

Download 81.03 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling