1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri
Mülki müdafiənin mühafizə qurğuları
Download 81.03 Kb.
|
Mülki müdafiə
- Bu sahifa navigatsiya:
- Təyinatına görə
- Mühafizə xassələrinə görə
- Yerləşdirilməsinə görə
- Yüklənən konstruksiyaların materialına görə
- 31. Radiasiya əleyhinə daldanacaqlar.
30. Mülki müdafiənin mühafizə qurğuları.
Müasir sığınacaqlar insanları bütün silahların təsirindən,radiasiya əleyhinə daldalanacaqlar isə əsasən radioaktiv zəhərlənmədən, eləcə də düşmənin top-mərmi atəşlərinin təsirindən qorumaq üçündür. Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif edilir. Təyinatına görə: İdarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular; Əhalinin mühafizəsi üçün qurğular; Tikilmə müddətlərinə görə: əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən); teztikilən qurğular. Mühafizə xassələrinə görə: Sığınacaqlar; Radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar); Sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalanacaqları çatışmadıqda). Yerləşdirilməsinə görə: Bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı Binadan ayrı tikilən qurğular. Bina ilə birgə tikilən qurğular binalarında; Yüklənən konstruksiyaların materialına görə : dəmir -beton konstruksiyalı qurğular; daş divarlı qurğular; meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular. Sığınacaq adətən, adamlar yerləşən əsas otaqlardan və yardımçı otaqlardan ibarət olur. Sığınacaqda dəhliz , ventilyasiya, su-kanalizasiya, elektrik təchizatı və isitmə sistemləri olur. 31. Radiasiya əleyhinə daldanacaqlar. Radiasiya əleyhinə daldalanacaqlar əsasən radioaktiv zəhərlənmədən, eləcə də düşmənin top-mərmi atəşlərinin təsirindən qorumaq üçündür. Bunlardan əlavə evlərin zirzəmilərində və xüsusi olaraq düzəldilən üstü örtülmüş səngərlərdə və ya açıq xəndəklərdə də gizlənmək və qismən mühafizə olunmaq mümkündür. Bunlara sadə daldalanacaqlar deyilir. Belə daldalanma yerləri xüsusən sərhədboyu rayonlarda hər bir ailə üçün olmalıdır. Radiasiya əleyhinə daldalanacaqlar da, adətən, sığınacaqda olduğu kimi adamlar yerləşən əsas otaqlardan və yardımçı otaqlardan ibarət olur. Əsas otaqda havanın təmizlənməsi üçün süzücü-ventilyasiya aqreqatı quraşdırılır. Burada da adamların oturması və dincəlməsi üçün oturacaqlar və taxtlar yerləşdirirlər. Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizəqurğuları ilə təmin edilməyən hallarda müasir qırğın vasitələrindən əhalinin kütləvi mühafizəsini qısa müddətdə təmin etmək üçün sadə daldalanacaqlar həlledici əhəmiyyət kəsb edir.Sadə daldalanacaqlara üstü açıq və örtülü yarğanlar , səngərlər aiddir.Örtülü yarğan adamları işıq şüalnmasından tamamilə qoruyur, zərbə dalğasının təsirinin 2, 5-3 dəfə zəiflədir, nüfuzedici radiasiyanın və radioaktiv şüalanmanın təsirinin isə 200-300 dəfə azaldır. Belə daldalanacaqların üstün cəhətləri bundan ibarətdir: konstruksiyaları sadədir; tikinti materialları asan əldə edilir; işlərin həcmi az olur; radiasiya daldanacağının mühafizə xassələrini sığınacağın xassələri səviyyəsinə çatdırmaq mümkündür.Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur. Download 81.03 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling