38. Ürək fəailiyyəti dayandıqda və nəfəs kəsildikdə ilk tibbi yardım.
Elektrik cərəyanı vurarkən, suda boğularkən, tənəffüs yolları sıxılarkən, habelə bir sıra digər zədələnmələr nəticəsində tənəffüs və ürəyin fəaliyyəti qəflətən dayanar və klinik ölüm halı baş verə bilər. Ürək fəaliyyətinin dayanmasını nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edirlər. Belə adamlara dərhal süni tənəffüs verilsə və ürək xaricdən masaj edilsə bir cox hallarda onların həyatını xilas etmək olar.Yaralının çənələri sıxılmış halda olduqda alt çənəni bir qədər irəli çəkib çənəaltını basaraq yaralının ağzını açmaq, sonra ağız boşluğunu tüpürcəkdən və ya selikdən salfetlə təmizləmək və süni tənəffüs verməyə başlamaq lazımdır; bu məqsədlə yaralının açılmış ağzına bir qat salfet sərir, burnunu sıxır, dərindən nəfəs alıb, dodaqlarını yaralının dodaqlarına kip sıxır və havanı bərkdən onun ağzına üfürürlər. Havanı yaralının ağzına o qədər üfürmək lazımdır ki, onun ağciyərləri hər dəfə mümkün qədər çox açılsın . Hava az paylarla üfürüldükdə süni tənəffüs səmərəli olmur. Havanı ritmik surətdə hər dəqiqədə 16-18 dəfə, təbii tənəffüs bərpa olunanadək və ya ölüm əlamətləri aydın aşkara çıxana qədər üfürmək lazımdır.
Ürəyin masaj edilməsi – Ürəyin fəaliyyəti qəflətən dayandıqda dərhal ürəyi masaj etməyə başlayırlar. Bu məqsədlə yaralını arxası üstə uzadır, onun sol tərəfində dayanıb, əllərin ovucları bir-birinin üstündə olmaqla onları yaralının döş qəfəsinin aşağı üçdə bir nahiyəsinə qoyurlar. Sonra dəqiqədə 50-60 cəld ritmik təkanla sinəni aşağı basır və hər təkandan sonra əlləri yuxarı qaldırırlar ki, döş qəfəsi qalxıb düzələ bilsin. Təkan zamanı döş qəfəsi ən azı 3-4 sm aşağı basılmalıdır. Tənəffüsün kəsilməsi ilə bir vaxtda ürəyin fəaliyyəti dayanarsa, eyni zamanda süni tənəffes verir və ürəyi masaj edirlər.
Do'stlaringiz bilan baham: |