Signal Routing | Mux bloku parametrlərinin köklənməsi pəncərəsi
Onluq kəsr şəklində olan ədədləri daxil edən zaman vergül işarəsindən deyil, nöqtədən istifadə olunur. Dəyişikliyi həyata keçirdikdən sonra pəncərəni OK düyməsi ilə bağlamaq olar və ya Apply düyməsi ilə pəncərəni bağlamadan dəyişikliyi reallaşdırmaq olar.
Modelləşdirmə parametrlərinin köklənməsi. Köklənmə pəncərəsinin çağırılması redaktə olunan S-modelin aktiv pəncərəsində Ctrl+E düymələr kombinasiyasının basılması və ya menyunun Simulation | Configurations Parameters… bəndinin seçilməsi ilə reallaşdırıla bilər.
S-modelin faylda saxlanılması. S-modelin blok-sxeminin yaradılmasından və modelləşdirmənin parametrlərinin köklənməsindən sonra File | Save as… menyu bəndi ilə saxlamaqlazımdır.
Do'stlaringiz bilan baham: |