1. Sistem və model anlayışları
Download 0.62 Mb.
|
Simuliyasiya kollekvium
1.Sistem və model anlayışları Maddi istehsalın müxtəlif sahələrində, elmi tədqiqatlarda, sosial-iqtisadi proqnozlaşdırmada çoxsaylı obyektlərlə daim əməliyyatların aparılması lazım gəlir ki, bunları mürəkkəb sistemlər adlandırırlar. Bu obyektlərin fərqləndirici xüsusiyyətlərinə aşağıdakılar daxildir: -böyük sayda qarşılıqlı əlaqədə və öz aralarında qarşılıqlı hərəkətdə olan sistem elementlərinin olması; -sistemin fəaliyyətinin optimallaşdırılmasına yönəlik məqsəd funksiyası; -sistemi təşkil edən elementlərin məqsəd funksiyası ilə üst-üstə düşməməsi; -paylanmış informasiya şəbəkəsinin və sistemin element bazası daxilində həm də xarici mühitlə qarşılıqlı hərəkəti üzrə çoxsaylı əlaqələrini həyata keçirən idarəetmənin olması. “Sistem” və “mürəkkəb sistem” anlayışları ilə əlaqəli təriflər verək. Element dedikdə müəyyən funksiyaların icrasını təmin edən, bir sıra xassələrə malik , daxili quruluşu tədqiqatın məqsədi üçün maraq kəsb etməyən müəyyən obyekt (material, energetik informasiya) başa düşülür. Elementlər arasındakı əlaqəd(də) tədqiqatın məqsədi üçün vacib olan qarşılıqlı hərəkət proses adlanır. Fəaliyyət məqsədi onu təşkil edən elementlərin fəalyyət məqsədindən fərqli olan qarşılıqlı əlaqədə olan elementlərin məcmusu sistem adlanır. Müxtəlif tipli əlaqəli və müxtəlif tipli elementlərdən təşkil olunmuş sistem mürəkkəb sistem adlanır. Çox sayda eynitipli əlaqəli və eyni tipli elementlərdən təşkil olunmuş sistem böyük sistem adlanır. Qeyd edək ki, mürəkkəb və böyük sistem arasında fərq şərtidir. İnsanın rasional fəaliyyətinin vacib, universal məqsədi obyektlərin, hadisələrin,texnologiyaların iqtisadiyyatda, texnikada, ekologiyada, istehsalatda, cəmiyyətdə yüksək effektiv sistemin yaradılmasından ibarətdir. Yüksək effektivlik müəyyən ədədi xarakteristikaların - effektivlik göstəricilərinin ekstremumuna nail olmaqdan ibarətdir. Bununla əlaqədar olaraq riyazi üsullara zərurət yaranır. Lakin real hadisələrə, obyektlərə, sistemlərə bilavasitə tətbiq olunmur. Bunun üçün ilk növbədə sistemin riyazi modelini yaratmaq lazımdır. Başqa sözlə, riyazi münasibətlərin köməyilə sistemin təqribi yazılışı əldə edilməlidir. Modelləşdirmənin fiziki, riyazi, analitik, kompüter, ədədi, simulyasiya, statistik kimi növləri vardır (şəkil1.1).
Download 0.62 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling