1. Sistem və model anlayışları


S-modelin yaradılması və açılması


Download 0.62 Mb.
bet3/4
Sana06.11.2021
Hajmi0.62 Mb.
#171094
1   2   3   4
Bog'liq
Simuliyasiya kollekvium

1.3.2. S-modelin yaradılması və açılması.

Yeni S-modelinin yaradılması aşağıdakı üsullardan biri ilə reallaşdırılır:



  • Ctrl+N düymələr kombinasiyası vasitəsilə;

  • Alətlər panelində düyməsinin seçilməsilə;

  • Matlab sisteminin əmrlər pəncərəsində File | New Model əmrinin seçilməsilə

S-model .mdl genişlənməli faylda saxlanılır.

12.Simulink-də yeni S-modelin qurulması mərhələləri

Simulink mühitində yeni S-modelinin yaradılması üçün S-modelin yeni faylı yaradılmalıdır. Bu zaman şək.1-dəki kimi boş pəncərə görünəcəkdir.



Şəkil1. S-modelin boş pəncərəsi



S-modelin yaradılması prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

  1. S-model pəncərəsində blokların yerləşdirilməsi. Bunun üçün kitabxananın müvafiq bölməsi açılır, tələb olunan blok üzərinə kursor gətrilir, mausun sol düyməsi basılaraq blok sürüşdürülərək S-model pəncərəsinə gətirilir (şək.2).

Şək.2. Blokların S-model pəncərəsinə , gətirilməsindən sonrakı vəziyyət



  1. Əlaqələndirmələrin aparılması. Hər bir blok bir və ya bir neçə tərəfdən “>” işarəli giriş və çıxış portlarına malikdir (şək.3). Blokdan çıxan > simvolu çıxış portu və ya sadəcə çıxış adlanır.

Şək.3. Blokun giriş və çıxış portları

Lazımi bloklar S-modeli pəncərəsinə gətirildikdən sonra blok-sxemin elementləri birləşdirilməlidir. Bunun üçün blokun çıxışı üzərinə kursoru gətirib mausun düyməsini basıb saxlamaq və digər blokun girişinə xətt çəkilməlidir. Bundan sonra mausun düyməsi buraxılır. Düzgün əlaqələndirmə aparıldığı halda xətt qalın qara rəngli xəttə çevrilir, əks halda, qırmızı punktir xətt şəklini alır.

Bloklar arasında əlaqələrin yerinə yetirildiyi S-modelin sxemi şəkil 4-də göstərilib.



Şəkil 4. Əlaqələr qurulduqdan sonra S-modelin sxemi



Punktir xətlə düzgün olmayan birləşdirmə göstərilib. Bu əlaqəni redaktə etmək olar. Xəttin silinməsi üçün onu qeyd etmək və Delete düyməsi ilə silmək olar.

  1. Blokların parametrlərinin köklənməsi. Proqramın susmaya görə qurulmuş parametrlərini dəyişmək üçün kursorla təsviri üzərinə gəlməli və mausun sol düyməsini iki dəfə basmaq lazımdır. Bu blokun parametrlərinin redaktə pəncərəsi açılır (şək. 5).

Şəkil 5 .


Download 0.62 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling