1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Sahibkar birliklərinin mahiyyət


Download 100 Kb.
bet21/23
Sana04.04.2023
Hajmi100 Kb.
#1326148
1   ...   15   16   17   18   19   20   21   22   23
Bog'liq
DOC-20230403-WA0007.

24.Sahibkar birliklərinin mahiyyət
Zəhmətkeşlərin həmkarlar ittifqalarının əsas sosial tərəfdaşı sahibkar, sahibkar təşkilatlarıdır.
Lakin sahibkarların müxtəlif xarekterli və funksional təyinatlı təşkilatları ola bilər. Hər şey onların hansı maraqlara iqtisadi, siyasi və ya peşə-əsaslanmasından asılıdır.
Səhmdar cəmiyyət və ya maliyyə-sənaye qrupu da təşkilatdır. Ancaq belə təşkilatı sahibkarlar müəyyən iqtisadi məqsədlər gəlir əldə etmək üçün yaradırlar. İşgüzar dairənin nümayəndələri özlərinin siyasi partiyalarınıda yarada bilərlər, ancaq bu halda onların əsas məqsədi siyasi hakimyyət uğrunda mübarizə olacaqdır.

Səhmdar cəmiyyət və maliyyə-sənaye qruplarının sahibləri bazar iqtisadiyyatında rəqiblər kimi çıxış edirlər, onların arasında kəskin sosial mübarizə gedir. Sahibkarlara onların hamısını birləşdirən vahid siyasi partiya yaratmaq müəssər olmurdu. Bunun tamamilə obyektiv səbəbi var: onların siyasi, ideoloji əqidələri müxtəlifdir, bəzən isə ziddir. Təsadüfi deyil ki, sahibkarlar ən müxtəlif siyasi hərakatlara “səpələniblər”, əksər hissəsi isə ümumiyyətlə siyasətlə məşğul olmaq istəmirlər.


Sahibkarlar bazarda öz aralarında gələcək rəqiblər kimi müxtəlif siyasi və ideoloji baxışlarını saxlayaraq, onları sahibkarların birlikləri çərçivəsində təşkil olunmağa məcbur edən ümumi peşə maraqlarını qoruyurlar.
Həmkarlar ittifaqı ilə münasibət müəssisənin fəaliyyətinə birbaşa təsir edən amillərdən biridir. İstənilən sahibkar kəskin sosial münaqişələrdən qaçmağa bilavasitə maraqlıdır, belə ki, bu onun iqtisadi marağını gəlir əldə etməsini heçə endirir. Bələ qayğı digər sahibkarlar üçün də səciyyəvidir. Peşə birliklərində birləşərək, sahibkarlar həmkarlar ittifaqları ilə özlərinin münasibətlərində əmək haqqı və əmək şəraiti, məşğulluq, sosial təminat və i.a. məsələlər üzrə razılaşdırılmış siyasət aparmağa cəhd edirlər. İki sosial tərəfdaş-zəhmətkeşlərin həmkarlar ittifqları və sahibkarların birlikləri arasındakı dialoq əmək münasibətlərinin bərpasında mühüm vasitə ola bilər.
Sahibkarlar peşə birlikləri vasitəsilə dövlətlə də öz münasibətlərini tənzimləyir. Onlar sahibkarlıq fəaliyyətinə bilavasitə əlaqəsi olan dövlət qanuncericiliyi və sosial-iqtisadi siyasətin bir çox məsələləri üzrə ümumi rəy hazırlamağa maraqlıdır. Xüsusilə söhbət əmək münasibətləri, vergi siyasəti və dövlət büdcəsindən dotasiya, daxili və xarici bazarda milli sahibkarlığın müdafiyəsini və i.a. haqqında gedir.
Sahibkarlar özləri də fəaliyyətlərinin əlaqələndirilməsi və tənzimlənmənin zəruriliyni tədricən anlamağa başlamIışlar. Dövlətin və həmkarlar ittifaqlarının hərəkətinə cavab olaraq sahibkarlar öz maraqlarını qorumağa kömək edən birlik yaratmağa başlayır. Müəsisə kimi fəaliyyət göstərən və gəlir əldə etmək üçün yaranmış istehsalat birliklərini və könüllü ictimai təşkilat kimi fəaliyyət göstərən sahibkarların birliklərini fərqləndirmək lazımdır.


Download 100 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   23




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling