1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Sahibkar birliklərinin əsas məqsədləri


Download 83.57 Kb.
bet21/22
Sana04.04.2023
Hajmi83.57 Kb.
#1326137
1   ...   14   15   16   17   18   19   20   21   22
Bog'liq
şk tərəfdaşlıq.

25.Sahibkar birliklərinin əsas məqsədləri
Sahibkarların peşə birliyinin əhəmiyyəti onların özlərinin 6 əsas məqsədini nə dərəcədə müvəffəqiyyətlə yerinə yetirə bilməsi ilə müəyyən olunur:


  1. Sosial-iqtisadi vəziyyətin təhlili, sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaranması üçün mübarizə;

  2. Fəaliyyət birliyi və strategiyanın təkmilləşdirilməsi, sahibkarların öz içərisində münaqişələrin həll olunması:

  3. Sahibkarların dövlətlə, müxtəlif səviyyəli hakimiyyət orqanları ilə münasibətdə maraqlarının müdafiəsi və müvəkkillik:

  4. Qanunvericilik aktlarının təhlili və təsdiqlənməsi:

  5. Muzdlu işçilər və onların təşkilatları ilə münasibətlərdə strategiyanın təkmilləşdirilməsi:

6.Birliyin üzvlərinə müxtəlif növ xidmətlərin (məlumat məsləhət ictimai firkin öyrənilməsi və formalaşdırılması və i.a.) göstərilməsi.

İnkişaf etmiş bazar iqtisadiyyatlı öləkələrin əksəriyyətində sahibkarların birliyi həm iqtisadi, həm də sosial siyasətin aparılması və formalaşdırılmasında, həmkarlar ittifaqı və dövlətlə qarşılıqlı münasibətlərdə öz üzvlərının maraqlarını təmsil etməkdə kifayət qədər böyük təcrübəyə malikdir.


Sahibkarların birliyi normativ aktların hazırlanması, sosial-əmək münasibətlərinin nizamlanması haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzərində fəal iştirak edir.
Hazırda işəgötürənlər və işçilərin baxışlarındakı eynilik islahatlara sosial xərclərin azalmasının zəruriliyi anlayışında, iqtisadi dəyişikliklər siyasətində, sosial siyasətin məntiqli qurulmasında da özünü göstərir.
Fəal əmək bazarının formalaşdırılmasına yönəlmiş hökümət proqramını müdafiyə edərək, sahibkarların birliyi həm kollektiv danışıqların gedişində, həm də qanunvericilik fəaliyyətində, hər şeydən əvvəl, iş yerləri yaradan və qoruyan, kadrların hazırlanması və təkmilləşdirilməsini fəal aparan, kiçik biznesin inkişafına yardım edən işəgötürənləri müdafiə edən inadlı xətt yeridir. Belə bir tezis üstünlük təşkil edir: iş yerlərini qoruyan və yaradan işəgötürənləri həvəsləndirməyə vəsait sərf etmək işsizlərə müavinət ödəməkdən daha yaxşıdır.
Lakin Azərbaycanın timsalında sahibkarlar təşkilatı haqqında sosial tərəfdaşlığın mükəmməl subyekti kimi danışmaq yəqin ki, çox tezdir. Bunun bir neçə səbəbi var. Əvvələn, sahibkarlar mülkiyyətçi kimi öz məhsuliyyətlərini indi dərk etməyə başlayırlar. İkincisi, şəxsi biznes sahibkarlıq fəaliyyətinin icazə sistemi çərçivəsində dövlətdən hələ çox asılıdır. Üçüncüsü, sahibkarlar zəhmətkeşlərin həmkarlar ittifaqlarına sosial tərəfdaş kimi deyil, hökümətdən müxtəlif güzəşt və imtiyazlar alınması üçün onların ümumi mübarizəsində mümkün kimi müttəfiq kimi, maraq göstərirlər.
Sosial tərəfdaşlıq sisteminin formalaşmasına kim tərəfindənsə rəhbərlik imkanı olan insan avtoritarizmi kimi kök salmiş ənənə də mənfi təsir edir. Keçmiş “direktor korpusunun” nümayəndələri tez-tez həmkarlar ittifaqını basıb əzmək, onu “itaətkar” etmək cəhdi göstərirlər. Onlardan çoxu hesab edir ki, muzdlu işçilər tərəfindən ümumiyyətlə heç bir nümayəndəliksiz ötüşmək olar.
Həmkarlar ittifaqları üçün olduğu kimi, sahibkarlar üçündə xüsusi bitkin konsepsiyaların olmaması səciyyəvidir. Bir çox praqmatik əhval-ruhiyyəli sahibkarlar onların təşkilatlarının fəaliyyəti qurula bilən konseptual əsasları, sadəcə olaraq nəzərə almır. Konsepsiyanın işlənib-hazırlanmasına onlar faydasız, mücərrəd nəzəriyyə kimi baxmağa meyillidir, onları əsasən təşkilatın yaxın zamanda konkret fəaliyyət proqramı maraqlandırır. Lakin konseptual əsas olmadan, sahibkarların peşə birlikləri və siyasi partiyalar arasında fərqlər dərinləşir. Özünün şəxsi sosial-iqtisadi proqramı olmadan, sahibkarlıq təşkilatlarına icra hakimiyyətinin və zəhmətkeşlərin həmkarlar ittifaqının nümayəndələri ilə əməli dialoq aparmaq çətindir.
Yəqin ki, hər şeyin öz yerində olması üçün müəyyən vaxt lazımdır. Ölkənin normal inkişafı şəraitində siyasi ehtiraslar azalır, sahibkarlar isə öz təcrübələrində əmin olurlar ki, sosial tərəfdaşlığa alternativ yoxdur. Onlar vətəndaş cəmiyyətinin hələ formalaşmadığı, kortəbii çıxışların tez bir vaxtda artaraq, böyük dağıdıcı gücə malik sosial partlayışa keçə bilən bir ölkədə öz mənafelərini daha yaxşı dərk etməlidir. Müasir sahibkar, Azərbaycanda sosial tərəfdaşlığa sosial idarəetmə aləti kimi onun qərbdəki həmkarlarına nisbətən daha maraqlı olmalıdır. Bu baxımdan Respublika Sahibkarlar Konfederasiyasının fəaliyyəti də öz müsbət təsirini göstərirdir.

Download 83.57 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   22




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling