1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Azərbaycanda həmkarlar ittifaqlarının yaranması
Download 83.57 Kb.
|
şk tərəfdaşlıq.
20.Azərbaycanda həmkarlar ittifaqlarının yaranması
Азярбайъанда илк дяфя 1905-ъи ил октйабр айынын 17-дя Бакы шящяри атла сцрцлян дямирйолу фящляляри вя гуллугчуларынын щямкарлар иттифагы йарадылды. ХХ ясрин яввялляриндя Азярбайъанда щямкарлар иттифагы тяшкилатларынын илк гейри-щюкумят тяшкилатлары кими мейдана эялдийи сосиал тарихи шяраитдя ъямиййятин сосиал структурунда йени институт формалашмаьа башлайырды. Щям хейриййя ъямиййятляри, щям дя щямкарлар иттифаглары истяр сосиал характериня, истярся дя функсионал фяалиййятиня эюря фярглянсяляр дя, мащиййятъя гейри-щюкумят тяшкилатлары функсийаларыны йериня йетирмишляр. Мцяййян спесификликля фярглянсяляр дя, бцтцн юлкялярдя гейри-щюкумят тяшкилатларынын тарихи эенезиси демяк олар ки, бу ъцр олмушдур. Щяр ики тяряф разылыьа эяляндян сонра 1904-ъц илин 14 декабрында «Електрическайа сила» заводунда нефт сянайеси ишчиляринин цмуми йыьынъаьында гябул едилмиш гятнамянин ясасында «Мазут конститусийасы» адланан Коллектив мцгавиля имзаланды. Беляликля, 1905-ъи ил йанварын бириндян зящмяткешлярин иш шяраитиндя ялавяляр вя дяйишикликляр едилди. Бу коллектив мцгавилянин дюврцня эюря ящямиййяти мцстясна иди. Бц дюврдя щямкарлар иттифагларынын тяшяккцлц ятрафында кяскин мцзакиряляр эедирди. Ингилаби йюнцм эютцрмцш нефтчи фящляляр нефт сянайесиндя мяшьул олан бцтцн ишчиляри ващид вя эцълц иттифаглары бирляшдирмяйя чалышырды. Фящлялярин бир гисми ися сех принсипи цзря цч кичик иттифаг - газмачылар, емал едян ишчиляр, механики завод ишчиляри вя усталарынын иттифагыны йаратмаьы тяклиф едирдиляр. Узун мцзакирялярдян сонра 1906-ъы илдя «Нефт сянайеси фящляляринин иттифагы» йарадылды. Гыса мцддят ярзиндя «Нефт сянайеси фящляляринин иттифагы» ян кцтляви щямкарлар иттифагларына чеврилмишдир. 1907-ъи илин сонунда онун сыраларында 6 миндян чох цзв бирляшмишди. İlk ittifaqlararası həmkarlar ittifaqları təşkilatının formalaşması isə Azərbaycanda 1912-ci ildən başlayır. Həmkarlar ittifaqlarının vahid mərkəzdə birləşdirilməsi və fəaliyyəti isə 1920-ci ilin aprel çevrilişindən olmuşdur. SSR-i tərkibində Azərbaycan Respublikasının mövcudluğu müddətində respublikanın bütün dövlət və ictimai strukturları kimi həmkarlar ittifaqları da müstəqil fəaliyyət göstərməsələr də, üzərlərinə düşən funksiyaların – işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, istiqamətində xeyli iş görməyə səy göstərmiş və bunlara nail olmuşlar. Sovet hakimiyyəti illərində digər qeyri-hökmət təşkilatları kimi həmkarlar ittifaqları da hakim partiyanın asılılığında olmaqla onun bir strukturuna çevrilmişdir. Bu isə onun nəinki müstəqil fəaliyyət göstərməsini məhdudlaşdırdı, hətta özünün nizamnaməsi ilə qarşısına qoyduğu vəzifələri deyil köməkçi funksiyaları (əmək intizamı, sosializm yarışı və s.)yerinə yetirməyə sövq edilirdi. O cümlədən, inzibati amirlik metodlarından istifadə olunaraq, həmkarlar ittifaqları yalnız yuxarı orqanların göstəriş və təlimatlarını yerinə yetirməyə məcbur edilir, onların təşəbbüskarlığına imkan verilmirdi. Respublika həmkarlar itifaqlarının Beynəlxalq əlaqələrinin inkişafı, həmrəyliyinin nümayiş etdirilməsi tamamilə məhdudlaşdırılmışdır. Yerli həmkarlar ittifaqları fəallarının təşəbbüskarlığı məhdud dairədən kənara çıxa bilmirdi. Azərbaycan ikinci dəfə özünün müstəqilliyini qazandıqdan sonra bütün sahələrdə olduğu kimi həmkarlar ittifaqlarında da islahatların aparılması zərurətə çevrilirdi. Bu baxımdan Azərbaycan Həmkarlar ittifaqlarının 5 fevral 1993-cü ildə keçirilən qurultayının müstəsna əhəmiyyəti vardır. Həmin qurultay ərəfəsində yaradılmış təşəbbüs qrupunun təklifləri ilə əski sovetlər birliyindən qalma, inzibati amirlik sistemini özündə yaşadan, aşağıların təşəbbüskarlığına əhəmiyyət verməyən Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq, səlahiyyətlərini konfederativ tipli Həmkarlar İttifaqları Konfederasiyasına verdi. Bu sistemi yaratmaqla inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özünə qaytarılmaqla təşəbbüskarlığa yol açıldı. Hazırda Konfederasiyaya daxil olan 26 üzv təşkilatların hamısının öz Nizamnaməsi, fəaliyyət proqramı mövcuddur, hər biri hüquqi şəxsdir, qəbul edilmiş sənədlər çərçivəsində müstəqil fəaliyyət göstərirlər. Təşkilati məsələlərdə konfederasiyyadan yalniz məsləhət formasında tövsiyyələr alırlar. (1993-təsis, 1998-I, 2003-II, 2008-III, 2013-IV) Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini tənzimləyən “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli qanunu qəbul edilmişdir. Qanun Həmkarlar İttifaqlarının tam sərbəst, müstəqil olaraq heç bir dövlət strukturundan asılı olmayaraq nizamnamələri çərçivəsində fəaliyyət göstərməsini bir daha təsdiq edir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Həmkarlar İttifaqı üzvlərinin iqtisadi, hüquqi, mənəvi mənafelərinin müdafiyəsini ifadə edən və həyata keçirən sahələrarası birliklərinin könüllü ittifaqıdır. Həmin sahələr üzrə həmkarlar ittifaqlarının üzvü 1,6 milyon nəfərdən çoxdur. Sahələrdə birləşən ilk həmkarlar ittifaqı təşkilatları-18000-dən yuxarıdır. Konfederasiya Azərbaycan Respublikasının Konstitutsiyası, Qanunları çərçivəsində və qurultayında təsdiq olunmuş Nizamnaməyə müvafiq sürətdə fəaliyyət göstərir. AHİK BƏT-in üzvüdür və bu beynəlxalq təşkilatın bütün tədbirlərində respublikanın dövlət orqanları ilə birlikdə fəal iştirak edir. 1997-ci ildə İCEM-in Azərbaycanda resurs mərkəzi yaradılmışdır. Bu mərkəz İCM və ona qoşulmuş 9 Respublika Həmkarlar İttifaqı Komitəsi arasında əlaqələndirici kimi çıxış edir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2000-ci ilin noyabrında dünyanın bu sahədə ən nüfuzlu təşkilatı olan Beynəlxalq Azad Həmkarlar İttifaqı Konfederasiyasına (BAHİK) üzv qəbul edilib. MDB məkanında Azərbaycandan əvvəl yalnız Moldova bu təşkilatın sıralarına qoşula bilmişdi. BAHİK-in əsas vəzifəsi beynəlxalq həmrəylik, işçilərin və həmkarlar ittifaqının müdafiəsidir. O, dünyanın təqribən 152 ölkəsində 160 milyon həmkarlar üzvünü birləşdirir. 1949-cu ildə yaradılıb, mənzil qərargahı Brüssel şəhərində yerləşir. Sosial tərəfdaşlığın perspektiv inkişafının mühüm şərtlərindən biri odur ki, Azərbaycan həmkarlar ittifaqları öz təşkilati strukturlarını qorudular. Respublikamızda idarəetmə sistemində ciddi struktur dəyişikliklərin aparılması həmkarlar ittifaqlarından yan keçmir. Konfederasiyanın subyektlərinin federasiya olması üçün sahə respublika komitələrinin federasiyalara çevrilməsi və bəzilərinin birləşməsi prosesi gedir. Həmkarlar ittifaqının zamanın sınağına davam gətirən yeganə ictimai birlik kimi, muzdlu əmək adamının müdafiə funksiyasının və müəssisə və təşkilatlarda istehsalat demokratiyasının həyata keçirilməsinin bütün ağırlığını öz üzərinə götürməsinə baxmayaraq, əməyin ödənişi və mühafizəsi sahəsində nəzarətsiz fəaliyyətlərinə maneə olduğu üçün aradan götürmək istəyən qüvvələr az deyil.Dövlət klassik bazar iqtisadiyyatından əmək münasibətlərinin yeganə, alternativsiz həll olunması üsuluna, yəni əmək bazarının idarə olunmasının məhz üç subyektinin-hökumət sahibkarlar və həmkarlar ittifaqları-eyni əhəmiyyətə malik olan fəaliyyətinə keçir. Bütün bunlara baxmayaraq, həmkarlar ittifaqları müasir cəmiyyətin istənilən ictimai sistemində mövcud olan obyektiv amildir, bazar iqtisadiyyatı şəraitində cəmiyyət isə-xüsusidir.Həmkarlar ittifaqları bu gün ictimai münasibətlərdə bufer və amortizator rolunu yerinə yetirir-təzyiq həm yuxarıdan, həm də aşağıdandır. Muzdlu əmək adamları üçün müdafiə rolundan başqa, onlar həm də ictimai rəyin indikatoru rolunu yerinə yetirir, özlərinin sosial-iqtiadi siyasətlərinə vaxtında düzəliş etməyə imkan verən dövlət hakimiyyət orqanları ilə əks əlaqə sistemi vəzifəsini görür. Başqa sözlə, həmkarlar ittifaqlarını tanımamamaq, uzağı görə bilməyən siyasət yeritmək və mahiyyət etibarı ilə sosial sahəni minalamaq, sosial partlayışlar gözləmək deməkdir. Bazar iqtisadiyyatının istənilən forması həmkarlar ittifaqları olmadan fəaliyyət göstərə bilməz. Bunu qaçılmaz reallıq, hamının hesablaşmalı olduğu varlıq kimi qəbul etmək lazımdır. Əlbəttə, həmkarlar ittifaqlarının işçi qüvvəsinin təklifində vasitəçi kimi və əmək bazarının idarə olunmasında subyekt kimi rolu olduqca azdır. Ancaq bir çox xarici ölkə həmkarlar ittifaqlarının əhalinin həyat tərzi və firavanlıq dərəcəsinin etalon, əksəriyyət üçün örnək olduğu cəmiyyətlərdəki nümunəsi həmkarlar ittifaqlarının istənilən cəmiyyətin ən kütləvi təbəqəsinin nümayəndəsi olaraq təsirli güc olduğunu təsdiq edir. Download 83.57 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling