1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Əmək münasibətləri sistemində qanunauyğunluqlar


Download 83.57 Kb.
bet2/22
Sana04.04.2023
Hajmi83.57 Kb.
#1326137
1   2   3   4   5   6   7   8   9   ...   22
Bog'liq
şk tərəfdaşlıq.

2. Əmək münasibətləri sistemində qanunauyğunluqlar
Əmək münasibətlərinin təkamülündə müəyyən qanunauyğunluqlara baxılır. Kortəbii bazarda onlar çətin tənzimlənir, əmək və kapital arasında ziddiyyət kəskin xarakter alır və əsasən güc üsulu ilə həll olunur. Lakin tədricən cəmiyyətdə əmək münasibətlərinin müəssisə, milli iqtisadiyyat səviyyəsində və beynəlxalq miqyasda tənzimləmə obyekti olması üçün şərait yaranır. İşəgötürənlər və muzdlu işçilər arasında ziddiyət isə ancaq onların qarşılıqlı maraqları əsasında həll oluna bilər. Beləliklə, sosial tərəfdaşlıq – işçilər, işəgötürənlər və dövlətin maraqlarının tarixən şərtləndirilən razılaşmaları əsasında sosial konsensusu əldə etmək məqsədi olan, əmək bazarında sosial münasibətləri tənzimləyən xüsusi formadır.
Sosial konsensus və əməkdaşlıq ideyası, onları praktiki olaraq həyata keçirmək imkanı yaranmamışdan xeyli əvvəl meydana gəlmişdir. XIX əsrin sonu XX əsrin əvvəlində sənaye ölkələrndə sosial konsensus üçün əsas yaradan bir neçə elementlər yaranmağa başladı: zəhmətkeşlərin həmkarlar ittifaqlarının leqallaşması, əmək qanunvericiliyinin formalaşmağa başlaması, ayrı-ayrı müəssisələrdə həmkarlar ittifaqları və işəgötürənlər arasında danışıqları təşkil etmək cəhdləri oldu. Əmək münasibətlərinin təkamülündə 1917-ci ildə Rusiyadakı inqilabın, eləcə də 1929-cu ildə Qərb olkələrini bürüyən dərin iqtisadi böhranın böyük təsiri olmuşdur; Qərb dövlətləri əmək münasibətləri sahəsində danışıqlar prosesinin daimi və daha fəal iştirakçısı olmuşdur. Hər halda sosial tərəfdaşlığın əmək münasibətlərinin tənzimləmə sistemi kimi fəaliyyət göstərməsini ikinci dünya müharibəsindən sonrakı dövrə aid etmək lazımdır, bu dövrdə inkişaf etmiş sənaye ölkələrində bunun üçün iqtisadi, sosial, siyasi şərait yaranmışdı.
3. İnflyasiya mexanizmi və onun iki mərhələsi
İnflyasiya mexanizmi iki mərhələdən ibarət olur. Birinci mərhələdə müxtəlif sahələrdə əmək məhsuldarlığının qeyri-müntəzəm artması nəticəsində texniki cəhətdən daha mütərəqqi sahələrdə əmək haqqının səviyyəsi texniki baxımdan geridə qalan sahələrlə müqayisədə daha sürətlə artır. İkinci mərhələdə əmək haqqının səviyyəsini bərabərləşdirməyə çalışırlar. Bu proses ən yüksək və ən aşağı maaşların orta həddə çatdırılması yolu ilə deyil, aşağı maaşların yuxarı həddə çatdırılması yolu ilə baş verir. Bu isə texniki tərəqqinin əmək haqqından geri qaldığı sahələrdə qiymətlərin artmasına səbəb olur. Guman etmək olar ki, heç də həmişə birbaşa həyata keçirilmir, yəni geridə qalan sahələrin bir qismində əmək haqqının səviyyəsi qabaqçıl sahələr səviyyəsinə çatdırıldığı halda, geridə qalan digər sahələrdə bu cür tədbirlər görülmür. Bəzi sahələrdə əmək haqqı artırılır, o biri sahələrin bir qismində isə işçilər qiymətlərin artmasının əvəzini çıxmaq üçün onların da əmək haqqının artırılmasını tələb etməyə məcbur olurlar.

Download 83.57 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   22




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling