1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
“Məsuliyyətli siyasət” məsələsi
Download 83.57 Kb.
|
şk tərəfdaşlıq.
- Bu sahifa navigatsiya:
- 5. Əmək haqqı və işsizlik problemi
4. “Məsuliyyətli siyasət” məsələsi
Müasir şəraitdə Avropada Həmkarlar İttifaqları Konfederasiyaları inflyasiyanın kompensasiya edilməsi üçün əmək haqqının artırılması tələbini ön plana çəkir və yalnız bundan sonra, əmək məhsuldarlığının artmasını nəzərə alaraq, əmək haqqının da imkan daxilində artırılması tələbini irəli sürür. Konfederasiya əmək məhsuldarlığı ilə hasablaşan bu cür siyasəti “məsuliyyətli siyasət” adlandırır. Lakin bu məsələdə bir ciddi qeyri-müəyyənlik var: əmək məhsuldarlığının artması bütövlükdə ölkə üzrə, yoxsa ayrı-ayrı sahələr üzrə nəzərə alınmalıdır? Yəqin ki, bu sualın cavabının birinci variantı daha düzgün sayılmalıdır, lakin problem ondan ibarətdir ki, ölkə üzrə əmək məhsuldarlığının orta hesabla artımının müəyyən edilməsi məsələsində statistikanın vəziyyəti ilə bağlı bir sıra çətinliklər qarşıya çıxır. Bundan əlavə həmin göstəricinin qiymətini hesablamaq üçün metodoloji bazanı təkmilləşdirmək lazimdır. Praktikada həmkarlar ittifaqları əmək məhsuldarlığının “ölkə üzrə orta hesabla” artımını deyil, konkret şirkətlərdə və ya sahələrdə artımını əsas götürürlər. Lakin məsələyə bu cür yanaşmaqla inflyasiyaya qalib gəlmək olmaz. Buna görə də bir sıra dövlətlər əmək haqqının əsassız olaraq (onların fikrincə) artırılmasına yol verməmək üçün həmkarlar ittifaqları ilə işəgötürənlər arasındakı danışıqlar prosesinə müdaxilə edirlər. 5. Əmək haqqı və işsizlik problemi Həmkarlar ittifaqlarının şəxsində işçilərin əmək haqqı uğrunda mübarizədə qazandıqları mütəşəkkil qüvvə işsizlık probleminə heç də birmənalı şəkildə təsir etmir. Həmkarlar ittifaqları tezliklə anladılar ki, əmək haqqının səviyyəsi işsizlik səviyyəsinə təsir edir. Ümumi şəkildə bu asılılıq ondan ibarətdir ki, əmək haqqı nə qədər yüksək olsa, işsizlik səviyyəsi də bir o qədər yüksək olur və əksinə. Buna görə də həmkarlar ittifaqlarının bir qismi əmək haqqının artırılması barədə tələblərini işsizlıyin artması təhlükəsi ilə uyğunlaşdırmağa çalışırlar.Bəzən onlar əmək haqqının artırılması imkanını qurban verməyə hazırdılar, bu şərtlə ki, müvafiq vəsait işsizlərə yardım göstərilməsinə, onlara peşə öyrədilməsinə, yeni iş yerləri yaradılmasına sərf edilsin. Bundan əlavə, əgər əmək haqqının artırılması nəticəsində istehsal edilən məhsulun qiyməti də artarsa, onda həmkarlar ittifaqları nəzərə almağa məcburdur ki, bu vəziyyət müvafiq müəssisələrin satış bazarının məhdudlaşmasına, istehsal edilmiş məhsulların yığılıb qalmasına səbəb ola bilər. 1990-cı illərin əvvəllərində Azərbaycanda iqtisadi sərbəstlik şəraitinə düşmüş bir sıra əmək kollektivləri öz üzvlərinin həyat səviyyəsini yüksəltmək üçün əmək haqqının artırılması üsulunu həyata keçirdilər. Bu sınaqlar müxtəlif kollektivlərdə fərqli nəticələr verdi, lakin ümumiyyətlə, demək olar ki, bu halda inflyasiya üçün şərait yaranırdı. Bəzi istehsal sahələrində isə məhsulların qiymətinin artırılması bazar üçün qeyri-məqbul oldu, yəni həmin məhsullar satılmadı,nəticədə bəzi müəssisələr müflisləşmə dərəcəsinə çatdı. Əmək haqqı siyasəti sahəsində Azərbaycanın bazar münasibətlərinə keçid təcrübəsi sənaye cəyətdən inkişaf etmiş digər ölkələrin təcrübəsinə zidd deyil. Həmin ölkələrdə də təxminən elə bu cür problemlər qarşıya çıxır. Cəmiyyətin sənayeləşməsindən əvvəlki dövrlə müqayisədə müasir dövlətlər əmək haqqının tənzimləməsi məsələsində əvvəlkindən daha mürəkkəb vəziyyətə düşmüşdülər. Əvvələr dövlətlərin əsas marağı işçilərlə işəgötürənlər arasında razılığa nail olmaqdan və sosial sülhü təmin etməkdən ibarət idisə, indi bəzi sahələrdə həmkarlar ittıfaqlarının və işəgötürənlərin birgə təzyiqinə dözmək qayğısı da əlavə olunmuşdur, çünki bu cür təzyiq ayrı-ayrı sahələrin birtərəfli üstünlüklər əldə etməsi məqsədi güdür. Buna görə də, bəzi dövlətlər işəgötürənlərlə həmkarlar ittifaqları arasında sazişlərə müdaxilə edərək çalışırlar ki, əmək haqqı ya heç artırılmasın, ya da bu artım elə məhdudlaşdırılsın ki, nəticədə inflyasiya göstəricisi daha da artmasın Download 83.57 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling