Qısa icmalı:II dünya müharibəsinin qələbəsindən sonra yazıçı və şairlərin qarşısında duran vəzifələr. Müharibədən sonrakı bərpa və quruculuq illərində bir sıra ədəbi məcmuələrin yaranması.”Vətən səsi”,”Ərməğan”,”Zəfər”,”Gənclik töhfəsi”.Şeirlər və nəğmələr.Şair və yazıçılarımızın əsərlərində gənclərimizin müharibədə göstərdikləri rəşadət, mətanət, əmək,ümumi təhsil məsələləri – vətənə məhəbbət, sülhə çağırış, müstəmləkə xalqlarının səsinə səs vermək və s. öz əksini tapmışdır.
M.Dilbazinin həyatı və bədii irsi.Şairənin yaradıcılığnda gənc nəslin estetik tərbiyəsi ilə bağlılığı. “Günəş”,”Yaz yağışı”,”Gör gurlayır” şeirləri kiçikyaşlı uşaqlarda təbiətə məhəbbət oyadan əsərlər kimi. Vətən mövzusunda yazdığı şeirləri:”Azərbaycan elləri”,”Otu qırçınlı düzlər”, “Ölkəm” və s.Poemaları,mənzum nağılları: “Reyhan”,”Balaca nümayəndə”,”Xeyir və Şər”,”Qardaşlar” və s. Azərbaycan xalqının keçmiş günlərinin, bu günkü inkişafımızın,insan övladının hər şeyə adir olmasından söhbət açır.
M.Rzaquluzadənin həyatı və bədii irsi.Uşaq ədəbiyyatı nəzəriyyəçisi və uşaq şairi kimi fəaliyyəti. Uşaq şeirləri:”Ürəkdə izlər”,”Ağ dana”, poemaları,mənzum nağılları – “Leyla”,”Əl ələ”, “Naxışlar”,”Ovçu Elişlə qoçaq Aytəkinin nağılları” və s. də dostluq, vətənpərvərlik, mərdlik kimi sifətlərin uşaq psixologiyasına uyğun bir səpğidə təlqin olunması. Hekayələrində - “Qu ğölü”,”Dan söküləndə”,”Dəli ozan” və s. də yazıçı bir nasir kimi uşaqlara yeni söz deməyə, həyatı, hadisələri sadə şəkildə oxucularına çatdıran bir ədib kimi özünü göstərməsi. M.Rzaquluzadənin tərcüməçilik fəaliyyəti: Nizami, Qoqol,Puşkin, Qorki,Düma və s.
Nağıllardakı fikirlərin inkişafı.Nağıllardakı ideyalar. Nagılların müxtəlif cür oxunması.
Dərslik:1. Q Namazov, “Azərbaycan uşaq ədəbiyyatı”,2007, səh.272-285, 248-254,285-299 2.Rəhimova İ. “M.Rzaquluzadənin yaradıcılığı”, 2001.
|
|
|
|