1972-ci ildə Yardımlı rayonu Bozayran kəndində anadan olmuşdur. 1989-cu ildə orta məktəbi bitirmiş, həmin ildə
FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ
Download 48.02 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ELASTİK DİSKLƏR VƏ DİSK SÜRÜCÜLƏRİ
- FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ
- ELASTİK DİSKLƏRİN STRUKTURU
- Şәkil 51. Elastik diskin plyonka tәbәqәsi ELASTİK DİSK SÜRÜCÜSÜNÜN TƏRKİB HİSSƏLƏRİ
- Şәkil 52. Flash disklәr A.B. Babayev, E.V. Seyidzadə 142 CD VƏ CD SÜRÜCÜLƏRİ
- FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ 143 Şәkil 54.
- CD SÜRÜCÜLƏRİNİN TƏRKİB HİSSƏLƏRİ
- FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ 147 Cədvəl 24. DMA rejimi Standart tipi Maksimum mübadilә
- Cədvəl 25. PIO Rejimi Standart tipi Maksimum mübadilә sürәti ( Mb/san. )
FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ 137 PSMCIA kartı vә ya USB әlaqәsi istifadә edәn xüsusi әlaqә kabellәri vasitәsilә bu cür problemlәr aradan qaldırılmaqdadır. İnkişaf mәrhәlәsindә nәzәrdә tutulmuş SATA standartları aşağıdakı cәdvәldә göstәrilmişdir: Cədvəl 22. Ardıcıl ATA tipi İstifadәyә verilmәsi gözlәnilәn tarix Şin mәrtәbәsi ( Bit ) Şin sürәti ( MHz ) Mәlumat ötürmә sürәti (ötürmә mәrtәbәsi Mbps ) SATA-300 2005 1 3000 300 SATA-600 2007 1 6000 600 ELASTİK DİSKLƏR VƏ DİSK SÜRÜCÜLƏRİ Elastik disklәr (Şәkil 48.) kiçik hәcmli mәlumat saxlama qurğularıdır. Kiçik hәcmdәki mәlumatların daşınması vә arxiv olaraq saxlanılması üçün praktik vә intensiv olaraq istifadә edilir. Sürәtlәri digәr yaddaş qurğularına nisbәtәn ( HDD , memory bar vә s.) olduqca aşağıdır. Şәkil 48. Elastik disk sürücülәri Elastik disklәr, sәrt disklәrin hәlә istifadә edilmәdiyi zamanlarda sabit yaddaş qurğusu olaraq istifadә edilirdilәr. Әsasәn fәrdi A.B. Babayev, E.V. Seyidzadə 138 kompüterlәrlә birlikdә istifadәyә başlamış vә hәlә dә öz әhәmiyyәtini saxlamaqdadır. Elastik disklәrdә mәlumatlar sәrt disklәrdә olduğu kimi cığır/sektorlarda ( track/sector ) saxlanılır. Elastik disk sürücüsünün oxuma-yazma başlığının cığırlar üzәrindә hәrәkәt edәrkәn müәyyәn zamanda qәt etdiyi yola sektor ( sector ) adı verilir. Sektor sahәlәri 512 bayt sabit informasiya saxlayır. Sektorların daxili cığırlarda daha kiçik olmasına baxmayaraq eyni miqdarda informasiya saxlaya bilmәlәrinin sәbәbi disk dönmә sürәtinin sabit olmasıdır. Buna bağlı olaraq elastik disk sürücüsünün maqnit başlığı xarici cığırlarda daha seyrәk yazır (Şәkil 49.). Şәkil 49. Elastik disk vә daxili strukturu Elastik disklәr müxtәlif hәcm vә ölçüdә olur. İlk dәfә olaraq 1967 - ci ildә IBM tәrәfindәn istifadә edilәn elastik disk sürücülәri 8 ’’ ölçüsündә elastik disk istifadә edirdi. IBM tәrәfindәn 1981 -ci ildә ilk dәfә fәrdi kompüterlәrdә istifadә edilәn elastik disklәr 5.25 ’’ ölçüsündә idi. Әski 5.25 ’’ ölçüsündәki elastik disklәr vә bu tip disklәri istifadә edәn elastik disk sürücülәri hazırda istifadә edilmir. 1990 -cı illәrdәn etibarәn vә hazırda geniş istifadә edilәn elastik disklәr 3.5 ’’ ölçülü 1.44 Mb hәcmli disklәrdir. Aşağıdakı cәdvәldә elastik disk standartları verilmişdir: Cədvəl 23. Ölçü Sıxlığı Hәcmi ӘS 3.5 ’’ DD 720 Kb DOS 3.5 ’’ HD 1.44 Mb DOS 5.25 ’’ DD 360 Kb DOS 5.25 ’’ HD 1.2 Mb DOS 3.5 ’’ DD 800 Kb MAC 3.5 ’’ HD 1.40 Mb MAC FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ 139 Bunlara әlavә olaraq Microsoft proqramları ilә birlikdә gәlәn DMF disk formatını istifadә edәn 1.68 Mb vә 1.72 Mb hәcmli elastik disklәr dә vardır, lakin bu disklәr xüsusi proqramlarla birlikdә istifadә edilir. DD (aşağı sıxlıqlı) elastik disklәrin alt hisslәrindә bir, HD (yüksәk sıxlıqlı) elastik disklәrdә isә iki pәncәrә olur. Elastik disk elastik disk sürücüsünә yerlәşdirildiyi andan fırlanaraq bir nöqtәyә gәlir vә әmr gözlәyir. Әmrin verildiyi andan etibarәn elastik disk sürücüsünün oxuma-yazma başlığı elastik disk üzәrindә әmrin icra edilәcәyi yerә (sektora) gәtirilәrәk әmrin icrasını hәyata keçirir. Oxuma-yazma vaxtı oxuma-yazma başlığı disk sәthi ilә tәmas halında olur. Buna görә dә oxuma zamanı elastik disk sürücüdәn qәtiyyәn çıxarılmamalıdır. Diqqәt edilmәdiyi hallarda elastik disk sürücüsünün oxuma-yazma başlığı sıradan çıxa bilәr, hәmçinin bu elastik diskin dә tez bir zamanda sıradan çıxmasına sәbәb ola bilәr. Buna görә dә elastik disk sürücüsü üzәrindәki xәbәrdaredici indikatorun sönmәsindәn sonra elastik disk sürücüdәn çıxarıla bilәr. Diskin fırlanması ilә bәrabәr başlıq cığırlar üzәrindә hәrәkәt edir. Aşağı sıxlıqlı ( DD ) elastik disk sürücülәrinin başlığı yüksәk sıxlıqlı ( HD ) sürücülәrin başlığına nisbәtәn daha genişdir (Şәkil 50.). Şәkil 50. Elastik disk sürücülәrinin başlığı HD elastik disklәrinin ( 1.44 Mb ) cığırlar arasındakı mәsafәsi DD elastik disklәrinin ( 720 Kb ) cığırlar arasındakı mәsafәyә nisbәtәn daha dardır. Buna görә dә aşağı sıxlıqlı elastik disk sürücülәri yüksәk sıxlıqlı elastik disklәri oxuya bilmirlәr, çünki DD elastik disk sürücülәrinin başlığı HD elastik disklәrinin üzәrindә yerlәşәn cığırlar arasındakı mәsafәdәn daha genişdir, lakin HD elastik disk sürücülәri hәm DD , hәm dә HD A.B. Babayev, E.V. Seyidzadə 140 elastik disklәrini rahatlıqla oxuya bilirlәr. Hazırda aşağı sıxlıqlı elastik disk sürücülәri artıq istehsal edilmir vә istifadә olunmurlar. ELASTİK DİSKLƏRİN STRUKTURU Elastik disklәrin plastik lövhәlәri daxilindә olan plyonka әsasәn plastik vә üzәrindә yerlәşәn dәmir-oksid tәbәqәdәn ibarәtdir (Şәkil 51.). Bu plyonkanı daxilindә saxlayan qoruyucu plastik lövhәlәr sadә diski tәşkil edirlәr. Elastik disklәr hazırlanma Texnologiyası baxımından musiqi kasetlәrinә çox bәnzәyir, lakin istәnilәn mәlumata müraciәt üçün arada istifadә olunan bütün mәlumatları oxumaq lazım deyil. Birbaşa müraciәt üsulu ilә maqnit başlığı istәnilәn mәlumatın saxlanıldığı ünvana müraciәt edә bilir. Şәkil 51. Elastik diskin plyonka tәbәqәsi ELASTİK DİSK SÜRÜCÜSÜNÜN TƏRKİB HİSSƏLƏRİ Elastik disk sürücülәri oxuma-yazma başlığı (OYB), OYB-nin hәrәkәtini tәmin edәn mühәrrik, elastik diskin fırlanmasını tәmin edәn mühәrrik, elektron nәzarәt lövhәsi vә mexaniki hissdәn tәşkil olunur. OYB elastik diskin hәr iki sәthindә dә eyni anda hәrәkәt edә bilәcәk şәkildә yerlәşdirilmişdir, ancaq yazma prosesindә meydana gәlә bilәcәk problemlәrin qarşısının alınması mәqsәdilә, iki OYB tam olaraq üzbәüz yerlәşdirilmәmişdir. Elastik diskin fırlanmasını tәmin edәn mühәrrik elastik disk sürücüsünün orta hissәsindә yerlәşir vә elastik diskin 300-360 rpm ( rotation per minute ) sürәtindә fırlanmasını tәmin edir. OYB-ni hәrәkәtә gәtirәn mühәrrik, onun irәliyә vә geriyә hәrәkәtini tәmin edәrәk elastik disk üzәrindә istәnilәn mövqeyә gәtirilmәsini tәmin FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ 141 edir. Mexaniki hissә elastik diskin sürücüyә yerlәşdirildiyi andan oxuma- yazma üçün hazır hala gәlmәsinә kömәk edir. Elektron nәzarәt lövhәsi elastik disk sürücüsünün idarә edilmәsini vә nәzarәtini tәmin edir. Oxunacaq mәlumatın olduğu mövqe OYB-yә nәzarәt lövhәsindәn gәlәn siqnallarla bildirilir. Eyni zamanda oxunan mәlumatın yaddaşa köçürülmәsi vә elastik disk sürücüsünә verilәn әmrlәrin icra edilmәsi nәzarәt lövhәsi vasitәsilә hәyata keçirilir. Quruluş etibarilә hazırda istifadә edilәn bir çox elastik disk sürücülәri xidmәt vә tәmir ehtimalı çox az olaraq istehsal edilir. Yeni bir elastik disk sürücüsünün qiymәtinin tәmirindәn daha ucuz olması vә çox tez-tez istifadә edilmәmәsi sәbәbi ilә, istehsalçı firmalar elastik disk sürücülәrinin xidmәt vә tәmirini nәzәrdә tutmurlar. FLASH DİSKLƏR Artıq müasir dövrdә elastik disklәr öz yerlәrini hәcm vә sürәt baxımından onlardan 100 dәfәlәrlә çox olan Flash disklәrә vermәkdәdirlәr. Artıq bir neçә ildir portativ kompüterlәrdә elastik disk sürücüsü yerlәşdirilmir. Bundan başqa Flash disklәrin etibarlılığı da elastik disklәrdәn dәfәlәrlә çoxdur. Artıq 512 Mb , 1 Gb hәcmlәrindә Flash disklәr geniş istifadә olunur (Şәkil 52.). Şәkil 52. Flash disklәr A.B. Babayev, E.V. Seyidzadə 142 CD VƏ CD SÜRÜCÜLƏRİ CD sürücüsü hazırda istifadә olunan bütün fәrdi vә xidmәti kompüterlәrdә әn azı sәrt disk qәdәr vacib qurğulardan biridir. Әmәliyyat sistemlәri dә daxil olmaqla, bütün proqramlar CD ilә birlikdә verilir. Buna görә dә CD sürücülәrinin istifadәsi ehtiyacdan çıxıb tamamilә mәcburiyyәt halına gәlmişdir. Xarici vә daxili olmaqla iki ayrı formada istehsal edilir. 1980 -ci illәrdә ilk dәfә istifadәyә çıxarılan CD-ROM -lar hazırda geniş istifadә edilәn yaddaş qurğusudur. İlk olaraq multimedia sistemlәrindә istifadә edilmiş, sonralar isә yüksәk yaddaş imkanına sahib olduğu üçün oyun vә video mәlumatlarının saxlanılmasında da istifadә edilmәyә başlamışdır. Müasir dövrdә CD-ROM kompüterlәrin әsas tәrkib hissәlәrindәn biri olmuşdur. Әmәliyyat sistemlәrindәn sürücülәrә qәdәr, müxtәlif proqramlardan multimedia çәkilişlәrinә qәdәr әksәr mәlumatlar CD -dә saxlanmaqla istifadә edilir. CD-ROM ( Compac Disk Read Only Memory – Yalnız Oxuna Bilәn Kompakt Disk) 120 mm diametr vә 1.2 mm qalınlığında üç laydan tәşkil olunmuş vә sadә texnologiyaya baxmayaraq yüksәk hәcmdә mәlumatı saxlaya bilәn bir sabit yaddaş qurğusudur (Şәkil 53.). Şәkil 53. CD-ROM sürücüsü Mәlumatların sәrt vә elastik disklәrdә maqnit mühitindә saxlanmasından fәrqli olaraq CD -dә girinti vә çıxıntılar halında optik mühitdә saxlanılır. Buna görә dә CD -lәr daha etibarlı yaddaş qurğularıdır. Sәrt vә elastik disk sürücülәrindә olan oxuma-yazma başlığı yerinә CD- ROM -da disk sәthini oxuyan lazer oxuyucu istifadә edilir (Şәkil 54.). FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ 143 Şәkil 54. CD-ROM -da disk sәthini oxuyan lazer oxuyucu CD‐DƏ MƏLUMAT OXUMA ƏMƏLİYYATI NECƏ APARILIR CD -nin tәşkil olunduğu üç tәbәqәdәn ortada olan tәbәqәsi işığı әks etdirәn alüminiumdan hazırlanmışdır. CD -yә rәng verәn hissә dә bu laydır. Bu layın üstündә 0.002 mm qalınlığında mühafizә layı vә әn altda polikarbonatdan hazırlanmış şәffaf lay vardır. Alüminiumun hava ilә tәması kәsilmişdir. CD -dә dә sәrt disklәr kimi mәlumat saxlamaq üçün cığır vә sektorlar istifadә edilir. Mәlumatlar alüminium sәthinin üzәrindәki girinti vә çıxıntılar sayәsindә CD әtrafında 2 Kb -lıq sektorlarda saxlanılır. CD sürücüsünün CD üzәrindәki mәlumatları oxuya bilmәsi üçün 180 nanomillimetr qalınlığında lazer istifadә edilir. CD üzәrindәki girinti vә çıxıntılar “ 1 ” vә “ 0 ” rәqәmlәrinә uyğun gәlir. Bu çıxıntılardan müxtәlif formalarda әks etdirilәn lazer şüası foto-diod üzәrinә ötürülmәklә elektrik siqnallarına çevrilmәsi tәmin edilmişdir. Şüanın çıxıntılara görә müxtәlif formalarda әks etdirilmәsi müxtәlif elektrik cәrәyanının meydana gәlmәsinә sәbәb olur. Foto-diod, üzәrinә düşәn işıq şiddәtindәn asılı olaraq cәrәyan hazırlayan bir elektron dövrәdir (Şәkil 55.). Şәkil 55. CD-ROM -da oxuma/yazma prosesinin tәşkili CD -nin parlaq (oxunan) hissәsinin qorunması üçün bu hissәnin cızılmaması vә hәtta әllә toxunulması belә qadağan olunduğunu hәr kәs A.B. Babayev, E.V. Seyidzadə 144 bilmәlidir. Yuxarıda şәrh edilәn CD oxuma әmәliyyatı әslindә şәrh edilәndәn daha geniş vә böyük hәcmdәdir, çünki lazer şüasının yüksәk sürәtlә vә çox zaman titrәmәlәrlә bәrabәr dönәn CD üzәrindә oxunacaq mәlumat üzәrindә toplanması, bu nöqtәdә CD -nin yaxşı tәmizlәnmәmiş olması vә şәffaf hissәsinin bәzi yerlәrinin pozulmuş olmaları sәbәbi ilә mәlumat oxuma әmәliyyatı çәtinlәşir. CD sürücüsünün başlığı bu sәbәbdәn bәzi yerlәri (xәtalı oxumaları düzәltmәk mәqsәdilә) dәfәlәrlә oxuyur. Buna görә dә CD -nin yaxşı qorunması çox vacibdir. Digәr tәrәfdәn, CD -nin üst sәthindә olan rәngli hissә eyni dәrәcәdә vacib qorunmalıdır. Hәr nә qәdәr oxuma әmәliyyatı ilә bu sәthin әlaqәsi olmasa da, alüminium tәbәqәnin CD -nin üst sәthindә yerlәşәn rәngin altına yerlәşdirilmiş olduğu unudulmamalıdır. CD -nin üst hissәsinin hәr hansı bir metal parçası ilә cızılması alüminium tәbәqәnin dә zәrәr görmәsinә sәbәb ola bilәr. Şәkil 56. CD sәthinin görünüşü Köçürülmә CD -nin alüminium hissәsindә yanaraq әmәlә gәtirilәn pitlәr (girinti-çıxıntılar) orijinal CD -dәki qәdәr tәmiz olmur (Şәkil 56.). Bәzi CD sürücülәri lazer şüasını vә oxuma dövrәlәrinin hәssas bir şәkildә hazırlanmış olmaması sәbәbi ilә köçürülmә CD -lәri oxuya bilmirlәr. Yeni bir CD sürücüsü almazdan әvvәl, bu mövzuya әhәmiyyәt vermәk daha mәqsәdәuyğundur. CD üzәrindәki girinti vә çıxıntıların doğru şәkildә oxunması mәqsәdilә verilәnlәrin olduğu izlәrin üç müxtәlif tәrәfdәn lazer şüaları ilә izlәnmәsi tәmin edilmişdir. Yığcam disklәr ( compact disk ) arasındakı әsas fәrq dә budur. CD-ROM -lar üç müxtәlif lazer şüası ilә izlәmә sayәsindә FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ 145 xәta tapma vә düzәltmә imkanına sahibdirlәr. CD sürücüsü daxilindә olan lazer mәnbәyindәn çıxan şüa әksetdiricilәr sayәsindә üç müxtәlif hissәyә bölünәrәk onun üzәrinә üç müxtәlif bucaq ilә göndәrilir. CD üzәrindә olan çıxıntı şәklindәki hissәlәrdәn әks olunaraq geri dönәn şüalar tәkrar toplanaraq paralellәşirlәr. Şüalardan xәtalı olanları paralelindәki şüaların kömәyi ilә düzәldilir. Nәticәdә müxtәlif xәtalı şüalar düzәldilmiş halda çıxışda әks etdirilir. Hazırda bazarda mövcud olan CD sürücülәrinin demәk olar ki, әksәriyyәti CIRC ( Cross Interleaved Reed Solomon Code ) adı verilәn alqoritm ilә ikinci bir xәta ayırd etmә mexanizmini istifadә edirlәr. Bu alqoritm sayәsindә CD sәthindәki cızıq vә tozlar sәbәbi ilә meydana gәlәn xәtalar aradan qaldırıla bilir vә “göz yumula” bilir. Belәliklә, CD -dә әmәlә gәlәn kiçik cızıqlara baxmayaraq oxuma әmәliyyatı aparıla bilir, lakin bütün CD sürücülәri CIRC alqoritmini tam mәnası ilә istifadә etmirlәr. Buna görә dә bәzi CD sürücülәri üzәrindә cızıqlar olan CD -lәri oxumaya bilәrlәr. CD SÜRÜCÜLƏRİNİN TƏRKİB HİSSƏLƏRİ CD sürücülәri CD -lәri oxumaq mәqsәdilә istifadә edilir. CD üzәrindә hәr hansı bir dәyişiklik aparıla bilmәz. CD üzәrindә dәyişiklik apara bilmәk vә ya yeni bir CD yaza bilmәk üzün CD yazanlar istifadә edilir, ancaq CD yazanlar daha yüksәk texnologiya ilә hazırlandıqları üçün bahalıdırlar. Buna görә dә sadәcә lazım olan yerlәrdә istifadә edilirlәr. CD sürücülәri quruluş baxımından elastik disk sürücülәrinә oxşayırlar (Şәkil 57.). Şәkil 57. CD sürücüsünün tәrkib hissәlәri 1. Disk qapağı; 2. Qulaqlıq çıxışı; 3. Sәs artırma/azaltma; A.B. Babayev, E.V. Seyidzadə 146 4. LED xәbәrdarlığı işığı. CD sürücüsünün işә hazır olduğunu bildirir; 5. CD sürücüsünün qapağı açılmadığı zaman mexaniki açılmasını tәmin edәn dәlik; 6. Audio CD sәslәndirmә düymәsi; 7. CD sürücü qapağını açma-bağlama düymәsi. CD sürücülәrinin arxasında (Şәkil 58.): güc mәnbәyi girişi, sәs kartı ilә әlaqәlәndirilmәsi üçün sәs çıxışı vә verilәnlәr şini üçün giriş olur. Demәk olar ki, CD sürücülәrinin hamısı IDE interfeysini istifadә edirlәr. IDE interfeysinin CD sürücülәri ilә tam ahәng saxlaya bilmәsi üçün ATAPI ( AT Atachment Programmable Interface ) adı verilәn proqramlaşdırılabilәn interfeys әlavә edilmişdir. Şәkil 58. CD-ROM -un arxa görünüşü CD‐ROM‐LARIN SÜRƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR IDE interfeysi mikroprosessora yük düşmәmәsi vә sürәt artımını tәmin etmәk üçün DMA adı verilәn yaddaş kanallarını istifadә edir. IDE interfeysi yalnız bir DMA rejimi istifadә edir. Әsasәn CD sürücülәri DMA3 rejimini istifadә edirlәr. Bu rejimdә işlәyәn CD sürücülәri mәlumat mübadilәsini yaxşı hәyata keçirirlәr. Aşağıdakı cәdvәldә DMA rejimlәri vә onların xüsusiyyәtlәri göstәrilmişdir: FƏRDİ KOMPÜTER SİSTEMİ VƏ ELEMENT VASİTƏLƏRİ 147 Cədvəl 24. DMA rejimi Standart tipi Maksimum mübadilә sürәti ( Mb/san. ) Single word 0 Hamısı 2.1 Single word 1 Hamısı 4.2 Single word 2 Hamısı 8.3 Multiword 0 Hamısı 4.2 Multiword 1 ATA-2, Fast ATA, Fast ATA-2, ATA-3, ULTRA ATA EIDE 13.3 Multiword 2 ATA-2, Fast ATA-2, ATA-3 Ultra ATA, EIDE 16.6 Multiword 3 (DMA- 33) Ultra ATA 3.3 CD sürücülәrindә sürәt artımına sәbәb ola bilәcәk ikinci amil isә, PIO ( Programmable Input/Output – Proqramlaşdırılabilәn Giriş/Çıxış) rejimidir. PIO , kanalın DMA yaddaşını istifadә etmәsi anında proqramlaşdırma rejimdir. PIO rejimlәrinin istifadә edilәn anakart tәrәfindәn dәstәklәnmәsi vәziyyәtinә görә CD sürücüsünün sürәt vә mәhsuldarlığı dәyişir. Sürәtli bir CD sürücüsü ilә әsasәn PIO3 rejimini dәstәklәyәn anakartın istifadә edilmәsindә fayda vardır. Әks tәqdirdә CD sürücüsü mәlumatları nә qәdәr sürәtli oxuyarsa oxusun, informasiya eyni sürәtlә digәr qurğulara köçürülmәyәcәyi üçün CD sürücüsünün sürәtli olması heç bir işә yaramaz. Yeni anakartların demәk olar ki, hamısı bütün PIO rejimlәrini dәstәklәyir. Aşağıdakı cәdvәldә PIO rejimlәri vә onların xüsusiyyәtlәri göstәrilmişdir: Cədvəl 25. PIO Rejimi Standart tipi Maksimum mübadilә sürәti ( Mb/san. ) Mode 0 Hamısı 3.3 Mode 1 Hamısı 5.2 Mode 2 Hamısı 8.3 Mode 3 ATA-2, Fast ATA, Fast ATA-2, ATA-3 ATAPI, ULTRA ATA, EIDE 11.1 Mode 4 ATA-2, Fast ATA-2, ATA-3, ATAPI, ULTRA ATA, EIDE 16.6 CD sürücülәrinin informasiya mübadilәsini hәyata keçirә bilmәsi üçün daha sürәtli SCSI interfeysindәn dә istifadә edilir. Әsasәn 14 periferiya qurğusunun bir sistem lövhәsi ilә dәstәklәnә bilmәsi vә mikroprosessoru mәşğul etmәmәsi sәbәbi ilә xidmәti kompüterlәrdә SCSI interfeysi istifadә edilir. IDE interfeysindә inkişaf etdirilәn Ultra A.B. Babayev, E.V. Seyidzadə 148 DMA rejimlәri ilә bәrabәr CD sürücüsü üçün lazım olan sürәt vә mәhsuldarlıq saxlanılmışdır. SCSI interfeysi sürәtli olmasına baxmayaraq, bahalı olduğu üçün fәrdi kompüterlәrdә daha çox IDE interfeysi istifadә edilir. CD sürücülәri bir sıra әmәliyyatları mikroprosessorun kömәyi ilә icra edirlәr. CD sürücüsünün mikroprosessor üzәrinә yüklәyәcәyi yük çox vacibdir. Mikroprosessor artıq yüklәndiyi zaman sürәti aşağı düşür vә әsasәn xidmәti kompüterlәrdә әmәliyyat sisteminin çökmәsinә sәbәb olur. Buna görә dә professional istifadә zamanı, sürәt vә etibarlılığın ön plana çıxdığı zamanlarda SCSI CD sürücülәrinin istifadә edilmәsi daha mәqsәdәuyğundur. CD sürücüsünün sürәtinә tәsir edәn amillәrdәn biri dә, onun aralıq ( bufer ) yaddaşıdır. CD sürücülәrindә bir aralıq yaddaş olur. Tez-tez oxunan vә әn son oxunan mәlumatlar bu yaddaşda müvәqqәti olaraq saxlanılır. CD sürücüsünün aralıq yaddaşının işlәmәsi anakart üzәrindәki keş yaddaşının işlәmә prinsipinә çox bәnzәyir, ancaq burada әsas olan aralıq yaddaşın hәcmindәn fәrqli olaraq sәmәrәli işlәyә bilmәsidir. Aralıq yaddaşın hәcmi haqqında CD sürücüsü ilә verilәn mәlumat kitabçalarının bәzilәrindә göstәrilir. CD sürücülәrinin sürәtlәri qiymәtlәndirilәrkәn, CD sürücüyә yerlәşdirildiyi andan etibarәn onun hazır hala gәlmәsinә qәdәr keçәn zaman vә eyni şәkildә CD -nin çıxarılması üçün düymәyә sıxılan andan etibarәn CD sürücüsünün әmri alıb icra etdikdәn sonra cavab vermәsinә qәdәr keçәn vaxt da nәzәrdә tutulmalıdır. CD -nin sürücüyә yerlәşdirilib tam dövr sürәtinә çatmasına qәdәr keçәn zamana Spin-Up , CD -nin sürücüdәn çıxarılması üçün düymәyә sıxıldığı andan onun dönmәsinin dayanmasına qәdәr keçәn zamana isә Spin-Down adı verilir. CD sürücüsünün sürәtinә tәsir edәn digәr amillәrdәn biri dә müraciәt zamanıdır ( access time ). Müraciәt zamanı, CD oxuyucu başlığının informasiyanın saxlandığı sahәyә çatmasına qәdәr keçәn zamandır. CD üzәrindә tez-tez müxtәlif sahәlәrә müraciәt hallarında müraciәt zamanının vacibliyi ortaya çıxır. CD müraciәt zamanları CD sürücüsü ilә verilәn kitabçalarda göstәrilir. Download 48.02 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling