2. Əsas fondların qiymətləndirilməsi Əsas fondlardan istifadə göstəriciləri


Download 54.55 Kb.
bet14/14
Sana25.02.2023
Hajmi54.55 Kb.
#1231368
1   ...   6   7   8   9   10   11   12   13   14
Bog'liq
Istehsal fondlari

NƏTİCƏ
İstehsal əsas fondlarından istifadənin yaxşılaşdırılmasının iqtsadi əhəmiyyəti olduqca böyükdür. Onlardan səmərəli istifadə olunduqda məhsul buraxılışı artır və beləliklə, məhsul vahidi istehsalına sərf edilən maddiləşmiş əməyin miqdarı (konkret olaraq istehsal əsas fondlarını təmsil edən amorti-zasiyanın məbləği) azalır. Məlumdur ki, istehsal əsas fondlarına hesablanan amortizasiya ayırmaları istehsal həcmindən asılı deyil və istehsal əsas fondlarının ömür müddətinə görə hesablanır. Bu baxımdan onlardan səmərəli istifadə məhsul vahidinə düşən amortizasiya ayırmalarının azalmasına səbəb olur. Nəticədə, məhsulun maya dəyəri aşağı düşür, əmək məhsuldarlığı artır. Bu hal fondtutumlu sahələr üçün məsələn, neft hasilatı üçün daha səciyyəvidir.
Əsas fondların həcminin sabit qaldığı şəraitdə onlardan istifadəni yaxşılaşdırmaqla məhsul istehsalının artırılması yeni əsas fondlar yaratmadan (əsaslı tikinti yolu ilə) istehsalın genişləndirilməsinə bərabər hesab olunur. Buradan belə bir nəticə çıxır ki, əsas fond-lardan istifadənin yaxşılaşdırılması yeni əsas fondların yaradılmasına tələbatı azaltdığına görə əsaslı vəsait qoyuluşlarına qənaət etməyə imkan yaranır.
Əsas fondlardan istifadənin yaxşılaşdırılması onların dövriyyəsinin sürətlənməsi deməkdir. Nəticədə, il ərzində əsas fondların vahidindən alınan məhsulun miqdarı artır ki, bu da istehsal gü-cünün nisbi mənada genişləndirilməsi deməkdir. Bununla yanaşı, əsas fondların dövriyyəsinin sürətlənməsi onların fiziki köhnəlməsinin tezləşməsinə səbəb olur və nəticə etibarilə əsas fondların təzələnməsi tempini artırır.
İstehsalın inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə istehsal əsas fondlarının yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmə-rəliliyini yüksəltməklə nail olmaq mümkündür. Əsas fondlardan istifadə səmərəliliyinin artırılması amilləri maddiləşmiş əməyə qənaət, əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldil-məsi, istehlakçıya xidmətin həcmcə artırılması, miqyasca genişləndirilməsidir. Avadanlıqlardan gücə görə istifadə avadanlığın iş intensivliyinin artırılmasına əsaslanır. Avadanlıqdan istifadənin intensivlik göstəricisi vaxt vahidində hər bir avadanlıq üzrə istehsal olunan məhsulun miqdarı, başqa sözlə, yerinə yetirilən işin kəmiyyətidir. Vaxt vahidində avadan-lıqdan daha intensiv istifadəyə aşağıdakı yollarla nail olmaq olar:
– texnologiyanı təkmilləşdirmək və fasiləsiz axın istehsalını təmin etməklə;
– avadanlığın birdəfəlik yükünü, məsələn, blüminqdə yayılan külçənin çəkisini, dəzgahda metal emalı zamanı kəsici alətin irəliləmə sürətini artırmaqla;
– material emalının sürətini, məsələn, domna və marten sobalarında posa materiallarının əridilmə, metalın mexaniki emalında onun kəsilmə sürətini artırmaqla;
– xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji prosesin tələblərinə və hazırlanan məhsulun keyfiyyətinə uyğun gəlməsini təmin etməklə;
– istehsal prosesinin qrafik üzrə sabit və müntəzəm, boşdayanma hallarına yol vermədən ahəngdar və birqərarda getməsini təmin etməklə.
İstehsal əsas fondlarından istifadənin səmərəliliyinin yüksəldilməsi yollarından biri onların strukturunun təkmilləşdirilməsidir. Məlumdur ki, müəssisənin istehsal gücü aparıcı sexin aparıcı sahəsinin aparıcı avadanlıqlarının mexaniki gücləri vasitəsilə müəyyən edilir. İstehsal əsas fondlarının strukturunda maşın və avadanlıqların payının artırılması əlavə əsaslı vəsait qoyuluşları həyata keçirmədən müəssisənin məhsul istehsalını artırmağa imkan verir ki, bu da məhsul vahi-dinə düşən amortizasiya ayırmalarının aşağı düşməsinə səbəb olur. Avtomatlaşdırma, xüsusilə onun çevik formaları, istehsal gücünün müasir istehsalın tələblərinə uyğunlaşdırılmasına imkan verir. İstehsala hazırlıq vaxtını azaldaraq, bir məhsulun istehsalından digərinə keçidi sürətləndirərək proqramlı avtomatlaşdırma istehsal gücünü daha çevik edir və elmi-texniki tələblərə uyğunluğunu şərtləndirir.
Avadanlıq parkının texniki-iqtisadi səviyyəsinə investisiya qoyuluşlarının texnoloji quruluşu, istehsal əsas fondlarının təzələnməsi və sıradan çıxmasının nisbəti və habelə avadanlıqların yaş strukturu təsir göstərir. Texniki tərəqqinin intensivliyi və avadanlıq parkının elmi-texniki tərəqqinin inkişaf sürətinə uyğun olaraq yeniləşmə tempi sürətləndikcə əsaslı vəsait qoyuluşunun böyük hissəsi köhnələn və aşınan əmək vasitələrinin dəyişdirilməsinə yönəldilir. Bu isə, nəticə etibarilə bütünlükdə istehsal əsas fondlarından istifadə səviyyəsini yüksəldir.


İstifadə olunmuş ədəbiyyat siyahısı:


1. İ.M.HÜSEYNOVA- Müəssisənin iqtisadiyyatı
2. X.M. Yahudov- Müəssisənin iqtisadiyyatı
3. T.Ə.Hüseynov-Müəssisənin iqtisadiyyatı
(dərs­lik) Səda 2005.
4. T.Ə.Hüseynov “Firmanın iqtisadiyyatı”
(dərslik), B. 2009.
5. Z.S.Abdullayev, Z.Ə.Bağırova “Müəssisənin iq­ti­sadiyyatı ”
6. V.Niftullayev “ Sahibkarlığın əsasları”, B. 2002.

Download 54.55 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   6   7   8   9   10   11   12   13   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling