2. Əsas fondların qiymətləndirilməsi Əsas fondlardan istifadə göstəriciləri
Download 54.55 Kb.
|
Istehsal fondlari
- Bu sahifa navigatsiya:
- GİRİŞ
- 1. İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı
İstehsal fondlarının mahiyyəti, təsnifatı, qiymətləndirilməsi, istifadə göstəriciləri. Plan: GİRİŞ
2. Əsas fondların qiymətləndirilməsi 3. Əsas fondlardan istifadə göstəriciləri GİRİŞ Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən ictimai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasitələrinin müxtəlif kəmiyyət nisbətlərində və kombinasiyalarda birləşdirilərək insanların tələbatlarını ödəmək üçün maddi nemətlərin yaradılması prosesidir. Əmək vasitələri və əmək predmetləri, məlum olduğu kimi, ictimai istehsalın maddi ünsürlə-ridirlər. Əmək prosesindəki və məhsulun yaradılmasındakı roluna görə əmək vasitələri istehsalın mühüm amilidir. Məhz əmək vasitələri istehsalın texniki və ictimai əmək məhsuldarlığının səviyyəsini müəyyən edir. Əmək vasitələri dedikdə, binalar, qurğular, nəqliyyat vasitələri, iş maşınları və avadanlıqları, güc maşınları, ötürücü mexanizmlər, ölçü və tənzimləmə cihazları və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi istehsal avadanlıqlarıdır ki, bunlara xammal və mate-rialları bilavasitə emal edən və onlarda müəyyən fiziki, kimyəvi dəyişiklik apara bilən, onu yeni istehlak dəyərinə çevirə bilən bütün dəzgahlar, maşınlar, aqreqatlar və mexanizmlər daxildirlər. 1. İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı Əmək vasitələri dəyər ifadəsində istehsal əsas fondları adlanır. Başqa sözlə, əsas fondlar isteh-sal prosesində uzun müddət və bütövlükdə – bütün ünsürləri birlikdə – iştirak edən, öz natural formasını ömrü boyu saxlayan və dəyərini istehsal edilən məhsulun üzərinə – köhnəlmə dərəcəsindən asılı olaraq – hissə-hissə keçirən əmək vasitələrinin maddi-texniki deyil, dəyərlə ifadə olunmuş formasıdır. İstehsal əsas fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir. Mövcud uçot qaydasına müvafiq olaraq əsas fondların dəyərinə istehsal firmalarının, təchizat və satış təşkilatlarının anbarlarında olan maşın və avdanlıqlar, quraşdırmaq üçün alınmiş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikinti balansında olan avadanlıqların dəyəri daxil edilmir. Firmanın əsas fondları istehsal əsas fondları və qeyri-istehsal əsas fondlarına bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xidmətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşərgələri və s.) binaları, qurğuları və s. aid edilir. İstehsal əsas fondla-rından fərqli olaraq, bunlar istehsal prosesində iştirak etmədiklərindən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçirmirlər, daha doğrusu, keçirə bilməzlər. Onlar öz dəyərlərini istismar edil-dikcə itirirlər. Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-istehsal əsas fondlarının təkrar istehsalı yalnız yeni investisiya qoyuluşu vasitəsilə həyata keçirilir. İstehsal əsas fondlarının tərkib hissələrindən biri də qeyri-maddi aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduqlarından dəyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların (qeyri- maddi əsas fondların) fiziki əsasları (ölçüləri) yoxdur. Qeyri-maddi aktivlər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər. Qeyri-maddi aktivlərə patentlər, əmtəə (mal) nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan (torpaq və təbii resurslar, ixtiraçılıq və müəlliflik və s.) istifadə, "nou-hau", rəs-miləşdirilmiş məsləhət və s. aid edilir. İstehsal firmasının sərəncamındakı əsas fondlar – iqtisadi məzmununa görə həmcins olsalar da – əşya formasında müxtəlif ünsürlərdən ibarət olurlar. Buna görə də əsas fondların uçota alınmasını həyata keçirmək, onların təkrar istehsalının həcmcə artırılmasını əsaslandırmaq və habelə onlardan istifadə olunması işinə nəzarəti gücləndirmək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda birləşdirir, yəni təsnifləşdirirlər. Əsas fondların təsnifatı onların istehsal-dakı işinin xarakterinə (təyinatına) görə əsas fondların differensasiyasını nəzərdə tutur, onların müasir texniki səviyyəsini əks etdirir. İstehsal əsas fondları onların istehsaldakı funksiyalarının xarakteri, texniki səviyyələri və ayrı-ayrı ünsürlərin istehsaldakı təyinatı və xidmət müddətləri kimi əlamətlərə görə təsnifləş-dirilir. Qüvvədə olan təsnifata görə firma və ya müəssisənin əsas fondları öz təyinatları, istehsaldakı funksiyaları və maddi məzmunlarına görə aşağıdakı kimi qruplaşdırılır. Download 54.55 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling