2. Əsas fondların qiymətləndirilməsi Əsas fondlardan istifadə göstəriciləri


«İş maşınları və avadanlıqları» yarımqrupuna


Download 54.55 Kb.
bet3/14
Sana25.02.2023
Hajmi54.55 Kb.
#1231368
1   2   3   4   5   6   7   8   9   ...   14
Bog'liq
Istehsal fondlari

2. «İş maşınları və avadanlıqları» yarımqrupuna bilavasitə əmək predmetlərini (xammal, material və yarımfabrikatları) mexaniki, termik və kimyəvi emal edən maşınlar, avadanlıqlar və aparatlar aiddir. Bunlar əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər. Maşın və avadanlıqların bu yarımqrupu əsas sexlərin və həm də bütövlükdə müəssisənin istehsal gücünü müəyyən edir.


3. «Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları» yarımqrupuna avtomatik idarəetmə mexanizmləri, vaxtı, təzyiqi, temperaturu, sürəti və s. ölçən və nizamlayan ci-hazlar, avtomatik idarəetmə pultları, dispetçer nəzarət vasitələri, müəssisə və elmi-tədqiqat laboratoriyalarının cihaz və aparatları və s. aiddir. Bunlar istehsal proseslərini əl ilə və avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət etmək, laboratoriya-sınaq və tədqiqatları aparmaq üçündür.


4. «Hesablama texnikası» yarımqrupuna elektron hesablama maşınları, idarəçi və analoji maşınlar (kompüterlər, printerlər, skanerlər, telefon aparatları və s.), rəqəmli hesablayıcı maşınlar və qurğular, informasiyanın yığılması və ötürülməsi üçün texniki vasitələr və s. aiddir.


5. «Avtomat maşın və avadanlıqlar» yarımqrupuna proqramla idarə olunan dəzgahlar, avtomatik xətlər, kimyəvi-termiki emal üçün qızdırıcı soba və s. kimi maşın, aparat və avadanlıqlar aiddir. Bunlar istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcıl-lıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır. Fəhlə yalnız avadanlığı sazlayır, texnoloji prosesin gedişinə nəzarət edir, ilk yükləmə və son boşaltma əməliyyatlarını yerinə yetirir.


6. «Sair maşın və avadanlıqlar» yarımqrupuna avtomat telefon stansiyalarının avadanlığı, yanğınsöndürən maşınlar, soyuducular, televizorlar və s. aiddir. Bu yarımqrupa yuxarıda göstəril-miş yarımqruplara daxil olmayan və müəyyən texniki funksiyaları yerinə yetirən maşın və mexanizmlər daxildir.



Download 54.55 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling