Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Kafedra: Fizika
Fənn: Fizikanın əsasları
SƏRBƏST İŞ-1
Fakültə: Nəqliyyat və logistika
İxtisas: Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Qrup: 160A3
Tələbə: Həsənov Kənan
Müəllim: Rəhimov Rəsul
BAKI-2020
İrəliləmə və fırlanma hərəkətinin dinamikası. Enerji, iş və güc. Kinetik və potensial enerji. Mexaniki enerjinin saxlanması qanunu.
Enerji. Kinetik və potensial enerji:
Materiyanın hərəkət formaları müxtəlifdir cismlərin mexaniki yerdəyişməsi, maddə zərrəciklərinin istilik hərəkəti, nüvə və bioloji proseslər, kimyəvi reaksiyalar və.s. İstənilən formalı hərəkət materiyanın ayrılmaz xassəsidir. Materiyanın müxtəlif formalı hərəkətinin universal kəmiyyət ölçüsü enerjidir.
Materiyanın mütəlif hərəkət formalarına uyğun olaraq enerjinin müxtəlif növlərindən danışmaq olar. Məsələn: mexaniki, daxili, nüvə və.s enerji. Cisimlərin qarşılıqlı təsiri nəticəsində materiyanın hərəkət forması dəyişə bilər, bununla bərabər enejinin növü də dəyişir. Məsələn: sürtünmə nəticəsində cismlər isinirlər- onların mexaniki enerjisi daxili enerjiyə çevrilir.
Enerji növünün dəyişməsi cismə qüvvələrin təsiri ilə və işin görülməsi ilə əlaqədardır. Enerji, cism və ya cismlər sisteminin işgörmə qabiliyyətinə deyilir. Mexanikada 2 növ enerji var- kinetik , (hərəkətin enerjisi) və potensial (qarşılıqlı təsir enerjisi).Onların cəmi cisim və ya cisimlər sisteminin tam mexaniki enerjisi adlanır.
Hərəkətdə olan cismin enerjisi kinetik enerji adlanır.
Sürəti olan m kütləli cismin kinetik enerjisini tapaq.
Fərz edək ki, m kütləli cisim dəyişən qüvvə təsirindən sürətini - dən - dək artırır və hər hansı əyrixətli trayektoriya üzrə hərəkət edir.
Elementar iş .
Onda ,
yəni əvəzləyici qüvvənin işi cismin kinetik enerjisinin artımına bərabərdir.
Elementar iş üçün .
Kinetik enerji cismin dayananadək görə bildiyi işə bərabərdir. İstənilən halda .
Cismlərin (cismin müxtəlif hissələrinin) qarşılıqlı vəziyyəti (konfiqurasiyası) ilə müəyyən olunan enerji potensial enerji adlanır. Potensial enerji sahələrin mövcudluğu ilə sıx əlaqəlidir(məs: qravitasiya, elektrik və.s sahələr).
Yer səthindən məsafədə olan m kütləli cismin HYPERLINK "https://kompy.info/ramazanov-protokol-05-2-oktyabr-2012-ci-il-tarixi-ile.html"potensial enerjisi
Yer səthində R1 =0 şərti olaraq qəbul edirik ki, .
Elastik yayın potensial enerjisi
Beləliklə konservativ qüvvələrin işi potensial enerjinin azalmasına bərabərdir:
Elementar iş dA=-dWp bərabərdir.
Potensial enerjinin qiyməti sıfır səviyyəsinin seçilməsindən asılıdır və sistemin (cismin) sıfırıncı səviyyəyə keçməsi zamanı konservativ qüvvələrin işinə bərabərdir.
Enerjinin saxlanma qanunu:
Əgər qapalı sistemə yalnız konservativ qüvvələr təsir edərsə, sistemin quruluşunun dəyişməsi zamanı bu qüvvələrin gördüyü iş dA sistemin kinetik enerjinin () və ona bərabər olan (işarəsi isə əks olan) potensial enerjisinin () dəyişməsi ilə müşaiyət olunur.
Buradan alırıq:
Və ya - bu enerjinin saxlanması qanunudur:
daxilində yalnız konservativ qüvvələr təsir edən qapalı sistemin tam mexaniki enerjisi sabit qalır.
Mexaniki enerjidən başqa bir birinə çevrilə bilən digər enerji növləri də məlumdur (nüvə, elektromaqnit, kimyəvi və.s). Təcrübələr göstərir ki, qapalı sistemdə bütün növ enerjilərin ümumi miqdarı, sistemdə baş verən proseslərdən asılı olmayaraq, dəyişməz qalır. Bu təbiətin ümumi qanunu olan tam enerjinin saxlanması və çevrilməsi qanunudur. Bu qanun eyni dərəcədə yaxşı həm mikro, həmdə makrosistemlərdə bütün sahələrdə ödənilir.
İş və Enerji:
Qüvvə nəyi isə hərəkətə gətirdikdə və ya onun hərəkətini dayandırmağa çalışdıqda iş görülür.
İş görüldükdə enerji ötürülür.
Görülən işin miqdarı ötürülən enerjinin miqdarının ölçüsüdür.
görülmüş iş = ötürülən enerji
Bu səbəbdən iş və enerji eyni ölçü vahidi ilə, (coul, J) ölçülür.
Görülmüş işin miqdarı tətbiq olunan gücün ölçüsündən və gedilən məsafədən asılıdır.
Görülən iş = tətbiq olunan qüvvə x qüvvə istiqamətində gedilən məsafə
(coul, C ) (nyuton, N) (metr, m)
500N gələn bir adam şaquli hündürlüyü 5m olan pilləkənləri qalxdıqda adamın gördüyü işin miqdarı nə qədərdir:
Görülən iş = 500 x 5
= 2500 C (və ya 2.5 kC)
Bəzən çəki əvəzinə obyektin kütləsi verilir.
Kütləni çəkiyə çevirmək üçün aşağıdakı tənlikdən istifadə edin:
Çəki = kütlə#160; x qravitasiya sahəsinin intensivliyi
(nyuton, N) (kiloqram, kq) (Nyuton/kiloqram, N/kq)
|
Do'stlaringiz bilan baham: |