4 rəqabət strategiyası hansılardır?
Partizan rəqabət strategiyası
Download 28 Kb.
|
1 2
Bog'liq4 rəqabət strategiyasi-WPS Office
Partizan rəqabət strategiyası Bazarın ən kiçik oyunçuları hücuma keçmək üçün böyük resurslara sahib olmur. Amma marketinq müharibəsində döyüşmədinsə məğlub olmağa məhkumsan. Bu cür şirkətlər nə etməlidir? Partizan olmalıdır. Necə? 1. Mümkün qədər dar seqment tapıb orda möhkənməlidir. Şuşa qalası kimi – rəqiblərin ora hücum etməsi, qalanı ələ keçirməsi böyük itki ilə nəticələnəcəyinə görə heç kim ora baş soxmayacaqdır. 2. Uğur qazansanız belə özünüzü lider kimi aparmayın. Partizan olmağın üstün cəhəti gözə girməməsi, kifayət qədər çevik və müstəqil təşkilati struktra sahib olmasıdır. Partizan şirkətinin müdiri özünə bahalı maşın aldğı gün şirkət batmağa keçmişdir. Sadə bir məsələ üzrə qərar qəbulu gecikdisə şirkətin göyərtəsində deşik açılmışdır. Partizanlar daima döyüş meydanında olmalıdır. Rəhbərdən tutmuş siravi işçiyə qədər hamı müştəri ilə ünsiyyətdə olmalıdır. Qərarlar cəld və şəraitə görə verilməlidir. Bu taktika daha çox müştəri qazanmağa gətirib çıxaracaqdır. 3. Parizan dəstəsi istənilən vaxt mövqeyini tərk edib, başqa mövqeyə keçməyə hazır olmalıdır. Bu seqmentdə möhkənmək alınmadı? Problem deyil, daha uyğun mövqe seçib ora köçməyə hazır olun. Bu məhsul satılmadı? Yenisini düzəldib sıfırdan başlayın. İnnovasiyalar partizanların ən yaxşı dostudur. Startap misallarını xatırlayın. Bazarda rəqabət aparan şirkətlər düzgün döyüş strategiyasını seçərək uğur qazanmağa çalışacaqlar. Bu işdə onlara döüyşdə ən vacib olan silah – düzgün marketinq planı köməyə gələcək. Marketinqin döyüş planını düzgün hazırlayın. Download 28 Kb. Do'stlaringiz bilan baham: |
1 2
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling