43. Dezaktivasiya üsulları və onların xarakteristikası


Mənəvi hazırlığın vəzifələri və məqsədi. 45. Psixoloji hazırlığın vəzifələri və məqsədi


Download 24.37 Kb.
bet2/3
Sana06.01.2023
Hajmi24.37 Kb.
#1080993
TuriQaydalar
1   2   3
Bog'liq
43 (1)

44. Mənəvi hazırlığın vəzifələri və məqsədi. 45. Psixoloji hazırlığın vəzifələri və məqsədi . Əhalinin mənəvi-psixoloji hazırlığında məqsəd, xilasediciləri, həmçinin əhalini xilasetmə və digər təhlükəli işlərin yerinə yetirilməsində şüurlu və fəal surətdə iştirak etməyə səfərbər etməkdir. Təsərrüfat obyektlərində mənəvi-psixoloji tərbiyə işləri, bazası əsasında xilasedici, qəza-bərpa dəstələri və digər komandalar yaradılmış təşkilat və idarələrin rəhbərləri tərəfindən aparılır. Xilasetmə və digər təxirə salınmaz işlərin mənəvi-psixoloji təminatı aşağıdakı məsələləri əhatə edir: • xilasedicilərdə yüksək mənəvi-psixoloji keyfiyyətlər, mütəşəkillik, qarşıya qoyulan vəzifələri vaxtında və dəqiq yerinə yetirmək əzmi aşılamaq; • kəşfiyyat aparmaq üçün ayrılan heyətləri qəza ocağında sürətlə və hərtərəfli araşdırmalar aparmağa səfərbər etmək; • xilasediciləri fəlakət rayonuna mütəşəkkil halda hərəkətə, nizam-intizamı ciddi sürətdə gözləməyə və vaxtında yatmağa sövq etdirmək. Fəlakətlər dövründə aparılan mənəvi-psixoloji işdən başlıca məqsəd yaranan son dərəcə çətin şəraitdə belə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etməkdir. Xilasedicilər yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik olmalıdırlar. Bu məqsədlə onlar xüsusi psixoloji hazırlıq keçməlidirlər. Xilasedicilərin mənəvi-psixoloji hazılığı dedikdə, onlarda elə psixoloji keyfiyyətlərin formalaşdırılması nəzərdə tutulur ki, həmin keyfiyyətlər müxtəlif fəlakətlər zamanı yaranan təhlükəli və gərgin şəraitdə bacarıqla fəaliyyət göstərmək qabiliyyətini təmin edir. Bu zaman xilasedicilərə yüksək mənəvi keyfiyyətlər emosional dəyanətlilik, sağlam sosial-psixoloji münasibətlər, intellektual keyfiyyətlər aşılanır.


46. MM - nin xəbərdarlıq siqnalları . MM siqnallarının verilməsində məqsəd – düşmən tərəfindən bilavasitə nüvə, kimyəvi, bakterioloji silahlar və başqa silah işlədilməsi qorxusu yarandığı barədə və dərhal mühafizə tədbirləri görmək lazım olduğu haqqında şəhərlərin və kənd yerlərinin əhalisini vaxtında xəbərdər etməkdir. Siqnallar MM orqanları tərəfindən növbədən kənar verilir, bu məqsədlə radiodan, televizordan, bütün rabitə vasitələrindən, səs və işıq siqnalı vasitələrindən istifadə olunur. Lakin siqnal və xəbər verməyin əsas vasitəsi – məftilli radioveriliş şəbəkəsidir. Müharibə və sülh dövrlərindəki FH-da hər hansı bir xəbər və məlumatdan əvvəl səs sirenaları, habelə müəsissələrin, nəqliyyat vasitələrinin fit səsləri vasitəsilə “Hamının diqqətinə” siqnalı verilir. Ümumi “hamının diqqətinə” siqnalı verilməsində məqsəd əhalinin diqqətini cəlb etmək və bu siqnalın ardınca elan ediləcək şifahi xəbər, məlumat və göstərişlərin hamıya çatdırılmasına nail olmaqdır. Müharibə dövründə “Hamının diqqətinə” siqnalından sonra yaranmış vəziyyətə görə mülki müdafiənin bu siqnalları (xəbərləri) verilə bilər: “hava həyəcanı”, “hava həyəcanı qurtardı”, “radiasiya təhlükəsi”, “kimya həyəcanı”. Bütün əhalinin bu siqnalları bilməsi mühafizə tədbirlərini tez və dəqiq yerinə yetirməyə, tələfatın miqdarını xeyli azaltmağa imkan yaradır. MM siqnalları üzrə bütün əhali üçün davranışın ümumi qaydaları əvvəlcədən, hələ əmin-amanlıq dövründə müəyyən edilir və bütün əhaliyə öyrədilir. Lakin bu siqnallar real surətdə verilərkən konkret şəraitdən, ərazinin (obyektlərin) xüsusiyyətlərindən asılı olaraq davranış qaydaları yerli mülki müdafiə qərargahları tərəfindən dəqiqləşdirilə bilər ki, bu barədə əhaliyə lazımi göstərişlər vaxtında çatdırılır.



Download 24.37 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling