453 avropa məRKƏZÇİLİYİ VƏ onun yeni modelləRİ
Download 37.38 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ЕВРОПЕЙСКИЙ ЦЕНТРАЛИЗМ И ЕГО НОВЫЕ МОДЕЛИ
- Anahtar kelimeler
- KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
- Birinci sahə
- Üçüncü sahə
- ƏDƏBİYYAT SİYAHISI
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
453 AVROPA MƏRKƏZÇİLİYİ VƏ ONUN YENİ MODELLƏRİ CENTRALIZATION OF EUROPE AND IT’S NEW MODELS ЕВРОПЕЙСКИЙ ЦЕНТРАЛИЗМ И ЕГО НОВЫЕ МОДЕЛИ
*
Avrupa kıtasındaki devletler, yakın geçmşte II. Dünya Savaşı sırasında şiddetli mücadeleler içinde olmuş milyonlarca insan bu savaşta ölmüş, şehirler yerle bir olmuştu. 1950. yıllardan sonra Avrupa devletleri arasında önce ekonomik, sonra siyasî anlaşmalar oldu. 21. yüzyıla girerken bu ekonomik ve siyasi birliktelik, “siyasi birlik” haline geldi. Avrupa; bir devletler merkezi haline gelerek siyasi, hukuki, ekonomik, askeri birlikteliklerini dünya gücü haline getirmek amacındadır. Anahtar kelimeler: Avrupa, yeni model, politik değişim, merkezileşme Summary From the middle ages the peoples of the western Europe strove to unity. Outstanding politicians sought optimum ways and developed different theories. The serious political changes took place in the world since the 90s of the XX century. Increased inteqration led to the formation of Europe Union. Lately the problem of centralisation of Europe has become the subject for discussion. This process reguires some theoretical principles which are being discussed in the political circles. New models of centralization of Europe are undergone. Key words: Europa, new models, political changes, centralisation
Son dövrlərdə Avropanın demək olar ki, bütün əksər dövlətlərinin daha sürətlə təşkilatlanmağa, hansısa bir mərkəz ətrafında birləşməyə can atmasının səbəbləri məlumdur. Məlum olduğu kimi, ancaq XX əsrin I yarısında dünyanın bu qocaman qitəsində iki bir-birindən dəhşətli müharibə oldu. Bu müharibələr nəticəsində milyonlarla avropalı həlak oldu, minlərlə şəhər və kənd yer üzündən silindi, dünya böyük faciələrin, soyqırımların şahidi oldu. Həmin dövrdə elmin və texnologiyanın
* Bakü Devlet Üniversitesi Aspirantı KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
inkişaf etməsi, odlu və kütləvi qırğın silahlarının daha da təkmilləşməsi, nüvə silahının yaranması və artıq bir dəfə sınaqdan keçirilməsi (Yaponiyanın Naqasaki və Xirosima adalarında), ümumiyyətlə bütün bəşəriyyətin, eləcə də Avropa cəmiyyətinin yaxın gələcəkdə dəhşətli təhlükələrlə qarşılaşacağından xəbər verirdi. Dünyanın inkişaf etmiş ölkələri arasında siyasi qütbləşmə və qarşıdurma sürətlə genişlənməkdə davam edirdi. III dünya nüharibəsinin bəşəriyyət üçün nələr vəd edəcəyini söyləmək, hətta düşünmək mümkün deyildi. Digər tərəfdən də nəzərə alınsa ki, son bir neçə böyük müharibə əsasən Avropa coğrafiyasında, bu qitənin sərhədləri daxilində baş vermişdir və müharibələr nəticəsində təbii ki, daha çox avropalılar ziyan çəkmişdilər, siyasətçilər üçüncü dünya müharibəsinin də çox güman ki, məhz bu regionda baş verəcəyindən ehtiyat edirdilər. I dünya müharibəsindən sonra Avropa dövlətlərinin birləşməsi və müəyyən bir mərkəz şəklində təşkilatlanmasıideologiyası yenidən gündəmə gəldi. Avropalılar, xüsusilə, hələ qədim dövrlərdən ata-babalarının qurub yaratmış olduqları qərb sivilizasiyasının təhlükə qarşısında qalaraq məhv olacağından qorxmağa başladılar. 1919-c ildə “hər şey məhv olsa da, tamam itirilməmişdir....Avropa keçmişlərdən gələn sivilizasiya izlərini unudacaqdırmı?” (5, 247) şəklində lakonik sual verən Paul Valeri avropalıların ortaq mədəniyyət və sivilizasiyaya əsaslanaraq birləşməsi təşəbbüsü ilə çıxış etmişdir. Növbəti ağır müharibədən çıxmış avropalılar 1920-ci ildə Aristid Brianın təşəbbüsü ilə Millətlər Cəmiyyəti adlı bir beynəlxalq təşkilat daxilində birləşmək prosesini canlandırmaq qərarına gəldilər. A.Brianın bu təşəbbüsünün ilham vericisi isə Kont Rihard Kondove – Kalerqi (1894-1972) olmuşdur. Kalerqi 1922-ci ildə “Pan Avropa” adlı bir kitab çap etdirmiş (4, 42) və bu kitabda Qərb sivilizasiyasını qorumağın, Avropa xalqları arasında mövcud olan çəkişmələri, düşmənçilikləri, ziddiyyətləri aradan qaldırmağın yeganə yolunu məhz belə bir mərkəzin ətrafında birləşməkdə görmüşdür. Onun fikrincə, qurulacaq belə bir birlik nəticəsində siyasi, sosial və mədəni sahələrdə əməkdaşlıq genişlənəcək, Avropanın daxili siyasi sistemləri modernləşəcəkdir. Müasir Avropa siyasətçiləri onu da yaxşı bilirdilər ki, bu qitənin xalqlarını və dövlətlərini bir mərkəz ətrafında yalnız iqtisadi birliklər və təşkilatlar vasitəsilə birləşdirmək qeyri-mümkündür. Ona görə də, heç də az əhəmiyyət kəsb etməyən bu iqtisadi inteqrasiya prosesini daha da möhkəmləndirmək, onu mümkün qədər daha uzunömürlü etmək üçün hansısa idarəetmə mexanizmi olan, müəyyən qədər avtoritar gücə malik siyasi bir təşkilatın yaranmasına ehtiyac var. 90-cı illərin əvvəllərində dünyada heç kimin gözləmədiyi qlobal tarixi hadisələr baş verdi. Berlin divarları söküldü, sosialist bloku çökdü və möhtəşəm sovet imperiyası asanlıqla dağıldı. Beləliklə, gözlənilmədən dünyanın siyasi xəritəsi tamamilə dəyişdi. Məlum olduğu kimi, bu siyasi hadisələr baş verənə qədər dünyada əsas iki nəhəng siyasi qüvvə - ABŞ və SSRİ qarşı-qarşıya dayanmışdı və dünya hegemonluğu uğrunda mübarizə də məhz NATO və Varşava bloku dövlətləri arasında gedirdi. Təbii ki, Mərkəzi Avropa dövlətləri ayrı-ayrılıqda və təkbaşına dünya hegemonluğu uğrunda mübarizə aparan bu nəhəng dövlətlərlə rəqabətə girmək iqtidarında deyildi. 1957-ci il Roma müqaviləsindən sonra 1992-ci il 7 fevral tarixində Maastrixt müqaviləsi imzalanmışdır. Bu müqavilənin imzalanmasının səbəbləri və əhəmiyyətlərindən bəhs edən Haydar Çakmak yazır: “Belə ki, Şərq Blokunun yıxılması və soyuq müharibənin başa çatması ilə avropalı ölkələr Şərqi Avropanın yenicə müstəqilliyinə qovuşmuş ölkələri üçün də müəyyən işlər görmək və Avropa KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
455 Birliklərinin bir sıra yeniliklər etmək məcburiyyətini hiss etmişdilər”. (3,22) Beləliklə, Maastrixt müqaviləsi imzalandı və dünyada yeni bir siyasi sistemin təməli qoyuldu. Soyuq müharibə başa çatdıqdan sonra on beş üzvü (İrlandiya, Avstriya, Finlandiya, İsveç, Danimarka, Fransa, Yunanıstan, Lüksemburq, Portuqaliya, İngiltərə, Belçika, Almaniya, İtaliya, Hollandiya və İspaniya) olan Avropa İttifaqı, 2004-cü ildə yenə on (Macarıstan, Polşa, Çex Respublikası, Sloveniya, Slovakiya, Estoniya, Latviya, Litva, Cənubi Kipr (Yunan) və Malta), 2007-ci ildə isə daha iki (Rumıniya və Bolqarıstan) ölkəni üzvlüyə qəbul edərək ciddi şəkildə genişlənmiş və üzvlərinin sayını 27-yə çatdırmışdır. Avropa İttifaqına daxil olan bu dövlətlərin öz aralarında olan münasibətlər əvvəlcədən müəyyən edilmiş ümumavropa səciyyəli qanunlarla nizamlanmışdır. Avropa İttifaqına üzv dövlətlərin arasında və dünyanın digər dövlətləri ilə əlaqələrin nizamlanmasında hüquqi əsaslarla fəaliyyət göstərən daha bir neçə idarəetmə, qanunvericilik və icraedici təşkilatlar mövcuddur. Bütün üzv dövlətlər, Avropa İttifaqının təhlükəsizliyinin və xarici siyasətinin qorunmasında və həyata keçirilməsində bir-birlərinə dəstək verməli vahid mövqe nümayiş etdirməlidir. Beləliklə, 1992-ci il müqaviləsinə əsasən 1993-cü ildə Almaniya və Fransanın təşəbbüsü ilə yaradılan Avropa İttifaqı (Aİ), Avropa mərkəzçiliyinin yeni, hələlik son və daha modern modeli olaraq dünyanın siyasi xəritəsinə daxil edildi. Maastrixt müqaviləsi, Avropanın iqtisadi və siyasi birliklərini ittifaqa çevirən üç əsas sahəni özündə əks etdirir. Avropa İttifaqının baza sütunlarını təşkil edən bu sahələr, həm də bu siyasi qurumun (yeni mərkəzçilik modelinin) nəzəri əsasını təşkil edir. Bu sahələrdən Birinci sahə - birlik siyasətləridir və geniş mənada iqtisadi və maliyyə ittifaqlarını əhatə edir. “Delors raportunu əsas götürən bu sahəyə ayrıca anti-dempinq şərtləri, bölgə siyasətləri, məşğulluq, stabillik və artım, enerji, rəqabət, kommunikasiya, ortaq ticarət və təsərrüfat siyasətləri daxil edilmişdir”(3, 58). Avropa İttifaqının birinci sütunu sayılan Avropa İqtisadi Birliyinin (AİB), Avropa Kömür və Polad Birliyinin (AKPB) və AVROATOM-un tərkibinə daxil olan bütün müddəaları özündə ehtiva edən bu sahə, üzv dövlətlərin əsasən səs çoxluğu ilə qəbul etdikləri sahələri ifadə edir. Maastrixt müqaviləsinin əhatə etdiyi İkinci sahə, Aİ-nın II sütunu hesab olunan Avropanın Ortaq Xarici və Təhlükəsizlik siyasətidir. Bu sahəyə, həm də Ortaq Təhlükəsizlik və Müdafiə siyasəti də daxil edilmişdir. Avropa İttifaqı özünün dirçəldilməsi və gücləndirilməsini, eyni zamanda müdafiəsinin təmin edilməsi üçün ilkin olaraq NATO-nun yardımı ilə həyata keçirmək istəyirdi. Ancaq, bir müddətdən sonra, Avropa İttifaqı bu funksiyanı öz üzərinə götürmək və “böhranların qarşısını almaq məqsədilə siyasi-hərbi bir Avropa təşkilatı” (Amsterdam protokolu) kimi təqdim olunan Qərbi Avropa Birliyinin (QAB) vasitəsilə həyata keçirmək təşəbbüsü ilə çıxış etdi.
70-ci illərin əvvəllərində formalaşan Avropa İttifaqının geosiyasi konsepsiyasına görə bu gün bu siyasi qurumun xarici siyasəti vətəndaş gücü ideyasına əsaslanır. Bu konsepsiyaya əsasən, Avropa İttifaqını üzv dövlətləri vətəndaş gücü yolu bu qurumun öz xarici siyasətini əməkdaşlıq institutlarına və əsasən iqtisadi təzyiq üsulları istiqamətinə yönəldir. Beləliklə, başlıca olaraq, tərəflərin bu və yaxud digər məsələ ilə əlaqədar öz üzərinə öhdəliklər götürməsini nizamlayan, tərəfdaşların ümumi strukturlarının yaradılması həlledici əhəmiyyət kəsb edir. Bu zaman xarici siyasətin təsir vasitələrindən olan iqtisadi sanksiyalar təyin edilməsi də istisna deyil. KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
Dünyada zaman-zaman baş qaldıran və fasiləsiz olaraq əsrlər boyu davam edən bir sıra beynəlxalq mübahisələrin, milli münaqişələrin, siyasi qarşıdurmaların qarşısının alınması məsələsinə Avropa İttifaqının və ABŞ-ın münasibətləri fərqlidir. Bu fərqli münasibətləri N.N. Aşenkampf və S.V.Poqorelskaya belə izah edirlər: “Sözün əsl mənasında qitəni viran qoymuş iki dünya müharibəsi yaşamış Avropa, beynəlxalq mübahisələrin həllində güc yoluna əl atmaqdan imtina etmək siyasətini müdafiə edir. Güc işlətməkdən və yaxud bu vasitədən istifadə edilməsi ilə hədələməkdən imtina etmək Yeni Avropa üçün Helsinki yekun paktının və Paris xartiyasının əsası oldu. Birləşmiş Ştatlar isə, əksinə, əxlaqi və güc işlətməyin məqsədəuyğunluğu məsələlərində Avropaya məxsus olan nadir təcrübəyə malik olmadığını, həm də, onların ərazilərinin heç vaxt müxtəlif dövlətlərin hərbi toqquşmalarının meydanı olmadığını nəzərə alsaq hərbi gücə üstünlük verir”(1,110). Nəhayət, Üçüncü sahə, yəni Aİ-nın üçüncü sütunu olan “üçüncü sacayağı” Ədalət və Daxili işlərdə əməkdaşlıq sahəsidir. Aİ-nın bu sahəsi, əsas etibarilə üzv dövlətlərin dövlətdaxili siyasətini müəyyən edir. Bu sahə ilə əlaqədar İbrahim S. Canpolat yazır: “Vətəndaşlara müstəqillik, təhlükəsizlik və ədalət təminatı vermək məqsədilə Avropa İttifaqı üzv dövlətlərin polis və ədliyyə təşkilatlarının cəza məsələsi və xarici düşmənlərlə mübarizə mövzularında əməkdaşlığı planlaşdıran bir Birlik siyasətini inkişaf etdirməkdədir” (6,341). 1999-cu il 15-16 oktyabr tarixində keçirilən Dövlət/Hökumət Rəhbərləri Şurası (DHRŞ) zirvəsində Aİ inteqrasiyasının ortaq hüquq və ədalət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəlinmişdir. Bu razılaşmaya görə ən geci 2004-cü ilə qədər Ortaq Ədalət Siyasəti təşkilatlanmış bir şəkildə bütün Avropa İttifaqı ölkələrində həyata keçirilməlidir. Xüsusilə, miqrasiya siyasəti, siyasi sığınacaq və cinayətin təqibi kimi mövzuları özündə ehtiva edən yeknəsək hüquq sisteminin ləğv olunması nəzərdə tutulur. Bununla belə, təşkilati və təşkil olunmayan cinayətlər, xüsusilə terrorizm, insan ticarəti, uşaqla bağlı cinayətlər, narkotika və silah alveri, rüşvət və kələkbazlıq əsas mübarizə sahələri olaraq qalacaqdır.
1. Ашенкампф Н.Н. Погорельская С.В. Современная геополитика, М.; Академический проект, 2005.-208с. 2. Bulaç Ali. Avrupa Birliği ve Türkiye, İstanbul: Zaman, 2001. – 415s. 3. Çakmak Haydar Prof. Dr. Avrupanın sınırları, “Dış politika” dergisi, Ankara, 1996, Cilt 7. 4. Dedeoğlu Beril. Avrupa Birliyi Bütünleşme Süreci II: Avrupa Birliği’nin Yakın Keçmişi, BKZ.: Dünden Bugüne Avrupa Birliği, Derleyen: Beril Dedeoğlu, İstanbul: Boyut Kitabları, 2003. – 512 s. 5. Valerii Paul. Varietes I et II, Gallivard, Paris, 1930. 6. Canbolat İbrahim S. Avrupa Birliği. Uluslararası bir sistemin Tarihsel, Teorik, Kurumsal, Jeopolitik Analizi ve Genişlenme Sürecinde Türkiye ile ilişkiler, İstanbul: ALFA, 2002. – 357 S. Download 37.38 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling