Ağır neft qalıqları olan mazut və qudronun istifadə yolları
Download 125.27 Kb.
|
Muhazire 3.3 (3)
Ağır neft qalıqları olan mazut və qudronun istifadə yolları Mazutun vakuum altında qovulması zamanı qaynama temperaturlarına, özlülüyünə və digər xüsusiyyətlərinə görə fərqlənən yağ distillatları ilə yanaşı, yarımqudron və qudron kimi qalıq əmələ gəlir. Vakuum qurğuları yanacaq və yağ qurğularına bölünür. Yanacaq qurğularında mazut fraksiyasından katalitik krekinq və ya hidrokrekinq üçün xammal sayılan, 550°C temperaturuna qədər qaynayan geniş fraksiya-vakuum qazoyl qovulur. Yanacaq qurğularının vakuum kalonlarında boşqabların sayı çox olmur: qatılaşdırma hissəsində 8-ə qədər, qovulma hissəsində isə 4 boşqab olur. Boşqabların hidravlik müqaviməti mümkün qədər az olmalıdır. Kalonda vakuum 700-740 mm. c. st. saxlanılır. Yağ distillatlarının alınması zamanı ayrılmanın tamlığını təmin etmək üçün kalonlarda daha çox boşqablar yerləşdirilir (hər distillat üçün 8-ə qədər boşqab) və buxarla qovma şöbələrindən istifadə edilir. Ayrılan yağ fraksiyalarının qaynama hədləri neftin təbiətindən, vakuum kolonlarının iş rejimindən, onun ayırıcı xüsusiyyətindən, distillatların tələb edilən özlülüyündən, boşqabların quruluşundan asılı olur. Yağ distillatlarının qovulma hədləri dar olduqca tələb edilən təmizləmə rejimi daha asanlıqla təmin edilir və alınan yağların keyfiyyəti daha yüksək olur. Yağ fraksiyalarının daha yaxşı ayrılması üçün mazut iki kalonlu qurğularda qovulur. Variantların birinə görə birinci vakuum kalonunda geniş yağ fraksiyası ayrılır, ikinci çoxboşqablı vakuum kalonunda isə bu fraksiya daha dar fraksiyalara bölünür. Digər iki kalonlu qovma variantına görə mazut iki ardıcıl birləşdirilmiş vakuum kalonlarında qovulur. Birinci kalondan daha yüngül distillatlar və yarımqudron götürülür ki, o da daha özülüklü distillatlar və qudron almaq üçün ikinci kalona göndərilir. Ozeksuat neftinin mazutu üçün Qiproqrozneft tərəfindən işlənmiş vakuum qurğusunun sxeminin layihəsi birinci varianta misal ola bilər (şək. 1). Bu qurğunun birinci (2) vakuum kalonundan II distillat (< 350oC), geniş yağ fraksiyası (350-375oC) və qalıq – qudron (VII) ayrılır. İkinci vakuum kalonunda (3) geniş yağ fraksiyasından (III) aşağıdakı distillatlar alınır: 350-460oC (IV); 460-490oC (V) və 490oC-dən yuxarı (VI). Distillatda (V) yüngül fraksiyaların tərkibi buxarla qovma kalonu (8) vasitəsilə tənzimlənir. Distillatların və qudronun xarakteristikaları aşağıda verilmişdir:
Şəkil 1. Mazutun qovulması üçün ikikalonlu vakuum qurğusunun sxemi. 1 – borulu soba; 2 – birinci vakuum kalonu; 3 – ikinci vakuum kalonu; 4 – istilikdəyişdiricilər; 5 – soyuducular; 6 – baromerik kondensator, 7 – ejektorlar; 8 – buxarla qovma kalonu. I – mazut; II – distillat < 350oC, III – geniş yağ fraksiyası; IV – distillat 350-460oC; V – distillat 460-490oC; VI – distillat > 490°C; VII – qudron; VIII – su buxarı; IX – su; X – kondensləşməmış buxar və qazlar. Ayrılan axınların istiliyinin bir hissəsi qurğuda 7 atm. təzyiqində su buxarının alınması üçün istifadə edilir. Qurğunun texniki-iqtisadi göstəriciləri (1t xammala görə) aşağıdakı kimidir:
Vakuumkalonlarının (2 və 3) xüsusiyyətləri aşağıda verilmişdir:
Hər iki kalon vakuum yaratmaq üçün müstəqil buxar ejektorlu qurğu ilə təchiz olunmuşdur. Download 125.27 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling