Ağır neft qalıqları olan mazut və qudronun istifadə yolları


Download 125.27 Kb.
bet3/3
Sana24.12.2022
Hajmi125.27 Kb.
#1065040
1   2   3
Bog'liq
Muhazire 3.3 (3)

Koksun közərdilməsi. Bir sıra tədrici kokslaşma qurğuları koksdan uçucu komponentlərin əsas hissəsinin kənarlaşdırılması üçün gözərtmə aqreqatları ilə təmin olunurlar. Uçucuların çıxımı koksun qızdırılması və koksun müəyyən standart şəraitdə saxlanılması zamanı ayrılan buxar və qazların miqdarı ilə müəyyən edilir (DÜİST 3929-65 görə koksun gözərdilməsi 850°C temperaturda 7 dəqiqə ərzində aparılır). Uçucuların maksimum buraxıla bilən miqdarı 1-ci nov koks üçün 7%(kütlə), 2-ci növ koks üçün 9% təşkil edir. Tədrici kokslaşma koksu kameralarda nisbətən aşağı temperaturlarda qalaqlandığı üçün uçucuların göstərilən miqdarı heç də həmişə göstərilən miqdar qədər olmur. Koksun anod kütləsi və ya qrafıtləşdirılmiş elektrodların istehsalı üçün hazırlanması məqsədi ilə onun 1200-1300°C temperaturda gözərdilməsi vacib sayılır. Gözərdilmə nəticəsində koksda karbonun nisbi miqdarı artmış olur, onun həqiqi sıxlığı artır və elektrik müqaviməti aşağı düşür.
Bir sıra hallarda koksun gözərdilməsi elektrod mohsulu hazırlayan zavodda həyata keçirir. Lakin, son zamanlar neftayırma zavodlarının kokslaşma qurğularında yerləşdirilmiş gözərtmə sobalarından geniş istifadə olunmağa başlanmışdır. Bu zaman NEZ-dan nəql edilən və sonrakı istifadəsi yüngülləşən koksun miqdarını 5-10% azaltmaq mümkün olur. Belə ki, uçucuların mıqdan çox olduqda onların məhsul istehsalı yerlərində yandırılması tələb olunur kı, bu da texnologiyanı mürəkkəbləşdirir, közərtmə sexlərinin qazlaşdınlmasını yüksəldir
Download 125.27 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling