Avtomatikanin rele elementləRİ VƏ onlarin
Download 1.84 Mb.
|
Avtomatikanin rele elementl R V onlarin
- Bu sahifa navigatsiya:
- İcra orqanı
- Əsas relelərə
- Zaman relesi
Rezonans relelər elektrik rəqsi sistemlərdə rezonans hadisəsinə əsaslanır, mühafizə və telemexaniki tezlik qurğularında tətbiq olunurlar.
Əgər releyə ümumi şəkildə baxsaq, o ilk çevirici, icra orqanı, yavaşıdıcı orqan, tənzimləyici orqanı özündə birləşdirmiş olar. İlk çeviriciyə xaricdən verilən siqnallar təsir edirlər. İcra orqanı siqnalları reledən xarici dövrəyə vermək üçündür. Yavaşıdıcı orqan relenin təsirini yavaşıtmağı təmin edir. Tənzimləyici orqan relenin işləmə parametrini dəyişdirir. Rele bir neçə müstəqil elektrik dövrələrini eyni vaxtda idarə edə bilər. Xarici fiziki hadisələrin təsirinə öz parametrlərini (müqavimət, tutum, induktivlik yaxud e.h.q.) elektrik idarə dövrələrinin görünmədən ayırmaqla sıçrayışla dəyişən relelər kontaktsız relelər adlanır. XX əsrin 50-ci illərindən etibarən relelərin konstruksiyalarına elektrik dövrələrinin idarə olunması üçün mexaniki yerdəyişmələri tələb etməyən maqnit gücləndiriciləri, tranzistorlar və tiristorlar daxil olunmuşdur. Kontaktsız relelərə rele rejimində işləyən maqnit gücləndiricisi və məntiq elementləri misal ola bilər. Bütövlükdə konstruksiyasına görə relelər hermetik və qeyri-hermetik adlanır. Elektromaqnit relelər müxtəlif əlamətlərə görə ayrı-ayrı növlərə bölünür: 1. Cərəyanın növünə görə sabit və dəyişən cərəyan (sənaye və yüksək tezlikli); 2. Dolaqların sayına görə: - bir dolaqlı və çox dolaqlı; 3. Kontakt qrupların sayına görə: bir cüt kontaktlı və çox kontaktlı; 4. Dolağından keçən cərəyanın istiqamətindən asılı olaraq işləməyə görə: - qütb- lənmiş və neytral (neytral relelərin işlənməsi dolağından keçən cərəyanın isti- qamətindən asılı deyildir); 5. İşləmə baxımına görə relelər cəld işləyən (tişl = 1...50 ms), normal işləyən (tişl = 50...150 ms) və yavaş işləyən (tişl =0,15...1 ms) olurlar. olan relelər ətalətsiz, olan relelər isə zaman releləri adlanır; 6. Vəzifələrinə (təyinatlarına) görə relelərdə əsas, köməkçi, zaman və siqnal rele- lərinə bölünürlər. Əsas relelərə cərəyan, gərginlik və b. relelər aiddir. Köməkçi relelərə: aralıq, zaman dözümlü, siqnal releləri aiddir. Aralıq releləri kontaktların sayını artırmaq, təsiri bir reledən başqasına vermək və kontaktların kommutasiya xüsusiyyətini yüksəltmək üçündür. Zaman relesi zamana görə ləngimə yaratmaq üçündür. Siqnal releləri - əsas relelərin işini qeyd edir (fiksasiya), işıq və səs siqnalları ilə idarə olunur. Aralıq releləri elektrik intiqallarının avtomatik idarə sxemlərində, habelə avtomatikanın digər sxemlərində tətbiq olunurlar. MKУ-48 növlü dəyişən və sabit cərəyan elektromaqnit releləri (24 – 127 B gərginlikli) kənd təsərrüfatı maşınlarının texnoloji proseslərin avtomatik idarəetmə sxemlərində, elektrik avadanlıqlarının mühafizə sxemlərində, o cümlədən elektrik mühərriklərinin iki fazada işləməsindən mühafizə sxemində istifadə olunur. PПТУ – 1 aralıq relesi nəqliyyat sistemlərinin və mexanizmlərinin (nəqletdiricilər, elevatorlar və b.) idarə dövrələrində tətbiq olunurlar. PПТ – 100 növlü aralıq relesi əməliyyat dövrələrinin açılması, yaxud kontaktların gücünün artırılması tələb olunan dəyişən cərəyan dövrələrində tətbiq olunurlar. Download 1.84 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling