Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


İşıq şualarının əksolunma növləri


Download 0.55 Mb.
Pdf ko'rish
bet22/45
Sana30.01.2024
Hajmi0.55 Mb.
#1809070
TuriMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   45
Bog'liq
NVT və ATE- mühazirə (əsas)

İşıq şualarının əksolunma növləri 
 

37. 



Yolların və onlar üzərindəki obyektlərin görünməsi bu obyektlərin səthinin 
strukturundan, rəngindən və əksetdirmə qabiliyyətindən asılıdır. Şua mənbələrin- 
dən başqa bütün obyektlər müxtəlif əksetdirmə dərəcəsinə malik olub aşağıdakı IV 
qrupa bölünürlər: 
a) Diffuziya (sürücü maneədən əks olunan zəif işıq siqnalı görür) 
b) Güzgü (gecə vaxtı hamar səthdən güzgü əksetdirməli şualar sürücünün gö- 
zünü qamaşdırır) 
c) Qarışıq (səthlərin əksəriyyəti bu növ əksetdirməyə malik olur) 
d) İşıqqaytarıcı (yüksək əksetdirmə qabiliyyətinə malik süni quruluşlar sürücü- 
nün gözünü qamaşdırmadan gecə vaxtı uzaqdan seçilir) 
Yoxlama sualları: 
1.Avtomobilin müşahidəliliyi dedikdə nə başa düşülür? 
2.Sürücünün hərəkəti istiqamətdə və yan istiqamətində müşahidəliliyinə təsir 
edən amillər hansılardır? 
3.Sürücünün hərəkəti üzrə müşahidəliliyin yuxarı sərhəddi hası tələblərlə 
müəyyən edilir? 
4.İşıq şualarının əksolunmasının hansı növləri mövcuddur? 
5.Hər bir işıqqaytarma növünü xarakterizə edən xüsusiyyətlər hansıdır? 
Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə) 
Mövzu № 12. Sürücünün iş yeri  
Mühazirənin planı
1. Sürücünün işçi yeri və onun parametrləri
2. Oturacaqları və idarəetmə orqanları xarakterizə edən parametrlər
3. İşçi yerinin mikroiqlimi
Sürücünün işçi yerinin rasional təşkili HT-yini, əmək məhsuldarlığının yüksəl- 
dilməsi və onun sağlamlığının təmin edilməsində müstəsna əhəmiyyəti vardır. 
38. 


Sürücünün işçi yerini xarakterizə edən istismar xüsusiyyəti onun məskunluq 
(sürücünün iş yerinin insanın psixofizioloji və antropometrik xüsusiyyətlərinə uy- 
ğunlaşması) və ya rahatlıq dərəcəsi adlanır və, o, aşağıdakı parametrlərlə xarak- 
terizə olunur: 
-kabinanın ölçüləri; 
-idarəetmə orqanından istifadə rahatlığı; 
-oturacağın vəziyyəti; 
-idarəetmə orqanlarının sürücüyə nisbətən yerləşməsi; 
-kabina içərisində səs-küy, titrəyişlər, mikroiqlim və s. erqonomik parametrlər. 
Kabinanın ölçüləri sürücünün sərbəstliyini (yəni lazımi idarəetmə orqanlarına 
rahat çatmasını, sükan çarxını asan döndərməsini, lazımi istiqamətdə bədənin sər- 
bəst çönməsini və s.) təmin etməli və salonun daxilində sürücü üçün komfortlu, 
yüksək iş qabiliyyətini və məhsuldarlığı təmin edən mikroiqlim yaratmalıdır.

Download 0.55 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling