Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi
Download 0.55 Mb. Pdf ko'rish
|
NVT və ATE- mühazirə (əsas)
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ NƏQLİYYAT fakultəsi NƏQLİYYAT TİKİNTİSİ VƏ YOL HƏRƏKƏTİNİN TƏŞKİLİ kafedrası Fənnin adı: _NV-nin təhlükəsizliyi və avtotexniki ekspertizası Mövzu № 1. Avtomobilləşmə prosesi və hərəkətin təhlükəsizliyi Mühazirənin planı. 1.Avtomobilləşmə və yol hərəkətinin təhlükəsizliyinin təmin olunması problemi 2.Fənnin predmeti və məqsədi 3.NV-nin konstruktiv təhlükəsizliyi və onun YHT-nin təmin olunmasında rolu XX əsri avtomobilləşmə əsri kimi qəbul etsək səhv etmərik. Avtomobil ilk yarandığı gündən insanların diqqətini özünə cəlb etmişdir. Əgər ilk zamanlar ona imkanlı insanlar yalnız bir əyləncə kimi yanaşırdılarsa, sonralar o, öz üstünlükləri- nə görə cəmiyyətin və iqtisadiyyatın bütün sahələrində xüsusi mövqe tutmuşdur. Avtomobilin əsas üstünlüklərinə aşağıdakıları aid etmək olar: - idarəetmə prosesinin sadəliyi; - yüksək hərəkət sürəti və manevrliyi; - yolsuzluq şəraitində hərəkət etmək qabiliyyəti; - sərnişinlərin və yüklərin tez bir zamanda və rahat şəraitdə lazım olan məntəqəyə çatdırma imkanı; - texniki qulluq və təmir işlərinin həcminin nisbətən az olması Əgər XX-ci əsrin ilk onilliyində dünyada cəmi 300 min avtomobil vardırsa, 1914-cü ildə onların sayı artıq 2,5 mln çatmış,1938-ci ildə isə artıq 35 mln olmuşdur. Avtomobillərin istehsalı (xüsusilə də yük avtomobillərinin) ikinci dünya müharibəsi zamanı və ondan sonra – dağılmış iqtisadiyyatın bərpası dövründə, daha da artmışdır. Dünya iqtisadiyyatı inkişaf etdikçə, ölkələr arasında ticarət əlaqələri gücləndikçə, insanlarn maddi durumu yaxşılaş- dıqça avtomobillərin 1. bütün növlərinə tələbat artmış və onların istehsalı daha yüksək templərlə davam etmişdir (bax şəkil 1.). Lakin avtomobilləşmə prosesi müsbət tərəfləri ilə bərabər neqativ halların da yaranmasına səbəb oldu. Onun yaratdığı problemlərin içində birinci yerdə hərəkə- tin təhlükəsizliyinin təmin olunması məsələsi durur. Bildiyimiz kimi, bu gün yol qəzalarının qarşısının alınması bütün inkişaf etmiş ölkələrin qarşısında duran əsas məsələlərdən biridir. Bu məsələnin həllinin çətinliyi ondan irəli gəlir ki, hərəkət prosesi SAYM sisteminin bütün elementlərinin qarşılıqlı əlaqəsi nəticəsində yara- nır və hər-hansı bir elementin fəaliyyətinin pozulması bütün sistemin fəaliyyətinə təsir edir. Ona görə də YNH-nin qarşısının alınması üçün hər bir elementin normal işinin pozulmasına təsir edən amilləri dərindən araşdırmaq lazımdır. Bu fənnin öyrənilməsi zamanı bizi yalnız “avtomobil” elementinin fəaliyyəti ilə əlaqədar mə- sələlər maraqlandıracaq. Download 0.55 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling