Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Araşdırma zamanı əldə
olunan ümumiləşdirilmiş elmi qənaət və nəticələr qazanılmış tarixi
təcrübənin tətbiqi baxımından praktiki mahiyyət kəsb edir. Tədqiqat işi
təhlil istiqamətləri, nəzəri yanaşma və araşdırma üsulları baxımından isə
sonrakı dövrün tədqiqatları üçün elmi-nəzəri əhəmiyyət daşıyır.
Dissertasiya işi təkcə kulturoloqlar üçün deyil, həmçinin mədəniyyətin
müxtəlif problemlərini araşdıran tədqiqatçılar üçün də faydalı bir elmi mən-
bə rolunu oynaya bilər. Araşdırma zamanı əldə edilmiş elmi nəticələrdən
“Kulturologiya”, “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Tətbiqi kulturologi-
ya” və s. fənlərin, habelə mədəniyyətlə bağlı kursların tədrisində, humanitar
profilli ali və orta ixtisas məktəblərinin müvafiq dərs proqramlarında istifa-
də etmək olar. Dissertasiyanın elmi qənaətlərindən həm də qloballaşma
prosesinin mənfi təzahürlərinin aradan qaldırılmasında tarixi təcrübədən
bəhrələnmək məqsədi ilə də faydalanmaq mümkündür.
Do'stlaringiz bilan baham: |