Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu əlyazması hüququnda
Download 0.58 Mb. Pdf ko'rish
|
tar d amr 19 11 14
Dissertasiyanın aprobasiyası. Dissertasiya işi Azərbaycan Milli Elm-
lər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “İncəsənətin qarşılıqlı 19
əlaqələri” şöbəsində yerinə yetirilmişdir. Tədqiqatın nəticələri Azərbaycan, Türkiyə və Türkmənistanda nəşr edilən müxtəlif toplu və jurnallarda (AMEA-nın “Xəbərləri”, “İncəsənət və mədəniyyət problemləri”, “Mədə- niyyət dünyası”, “Qobustan”, “Müasir mədəniyyətşünaslıq”, “Azərbaycan arxeologiya və etnoqrafiyası”, “Musiqi dünyası”, “Sosyoloji Yıllığı”, “Türk Dünyası İncelemeleri Dergisi” və s.) dərc olunmuş məqalələrdə öz əksini tapmışdır. Habelə beynəlxalq elmi konfrans və simpoziumlarda doktorantın mövzu üzərindəki axtarışlarını əks etdirən məruzələri dinlənilmişdir. O cümlədən, işin əsas məzmunu “Türkmənistan: Altun əsrin muzeyləri” (Aşqabad, 2007), “100. Yılında II. Meşrutiyet Gelenek ve Değişim Ekseninde Türk Modernleşmesi” (İstanbul, 2008), “Ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər” (Bakı, 2008), “Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri” (Bakı, 2010), “Bir Fikir Harekatının Yüz Yılı. Türk Ocakları” (İstanbul, 2012) adlı beynəlxalq kon- fransların və “Kulturoloqların II Milli Forumunun” (Bakı, 2010) materialla- rında öz əksini tapmışdır. Eyni zamanda tədqiqat mövzusu dissertantın üç monoqrafiyasında (“Abdulla Şaiq və teatr (1910-1958)” (2003), “Yusif Ziya Talıbzadənin həyatı və mühiti (1877-1923)” (2005), “Abdulla Şaiq. Arazdan Turana. Çapa hazırlayan, tərtibçi və qeydlərin müəllifi: Minaxa- nım Əsədli) (2003) işıqlandırılmışdır. Eləcə də həmmüəllifi olduğu “Mədə- niyyət tarixi və nəzəriyyəsi” (2006) və “Beynəlxalq mədəni əlaqələr” (2008) dərsliklərində mövzuya dair bilgilər də qismən yer almışdır.
Download 0.58 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling