Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu əlyazması hüququnda


səciyyəsi  və  Y.Z.Talıbzadənin  dünyagörüşünə  təsir  edən  əsas  amillər”


Download 0.58 Mb.
Pdf ko'rish
bet14/34
Sana05.01.2022
Hajmi0.58 Mb.
#206414
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
Bog'liq
tar d amr 19 11 14

səciyyəsi  və  Y.Z.Talıbzadənin  dünyagörüşünə  təsir  edən  əsas  amillər” 

(1.1) adlanan ilk paraqrafında qeyd olunur ki,  Yusif Ziyanın gələcək həya-

tında Tiflis mühitindəki mütərəqqi xarakterli hadisələrin nə kimi əhəmiyyət 

daşıdığını  şərh  etməkdən  məqsəd  bir  tərəfdən  onun  dünyagörüşünü 

formalaşdıran  təhsil  sisteminə,  digər  tərəfdən  isə  islami  və  türkçü  əqidə 

sahibi kimi  yetişməsinə təsir göstərmiş amilləri aydınlaşdırmağa çalışmaq-

dan  ibarətdir.  Çünki  çarizmin  siyasətinin  üzdə  olan,  görünən,  müəyyən 

mənada  xalqların  maariflənməsinə  şərait  yaradan  tərəfləri  ilə  yanaşı,  həm 

də qərəzli münasibətdən, işğalçı niyyətdən irəli gələn gözəgörünməz, gizlin 

yönləri  də  var  idi.  Çox  vaxt  da  cəmiyyət  həyatındakı  müsbət  dəyişikliklər 

dar, məhdud çərçivələrdə – məmurlar və ziyalılar mühitində müşahidə olu-

nurdu. Yusif Ziyanın da uşaqlıq illəri belə bir mühitdə keçmişdir  

Talıbzadələr  ailəsinin  maddi  təminatı  və  təhsili  baxımından  əlverişli 

olan  bu  şərait  başqa  bir  tərəfdən  Yusif  Ziyanın  gələcək  milli  azadlıq 

mübarizəsi  üçün  də  müəyyən  mənada  zəmin  yaratmışdır.  Siyasi  yetkinlik 

dövrünə  qədəm  qoyduqca  Yusif  Ziya  aydın  başa  düşürdü  ki,  ilk  baxışda 

çarizmin  xoşməramlı  görünən  mədəni  tədbirləri  arxasında  tamamilə  fərqli 

niyyətlər dururdu. Məhdud maarifçilik fəaliyyətləri ilə yanaşı, milli intibah 

və birliyi çətinləşdirəcək tədbirlər də unudulmurdu. 

O  dövrün    din  xadimlərində  öz  xalqının  ədəbiyyatına,  dilinə  qüvvətli 

maraq,  təbii  sevgi  və  coşğun  həvəs  o  qədər  güclü  idi  ki,  onları  hətta  dini 

əqidələrinə  zidd  olan  müasirləri  M.F.Axundovla  da  yaxınlaşdırmışdı.  On-

lardakı  milli  hisslər  Ə.Hüseynzadə  və  nə  qədər  uşaq  olsa  da 

Y.Z.Talıbzadəyə  də  təsir  etmiş,  onları  da  M.F.Axundov  komediyalarının 

dilinə,  milli  ruhuna  bağlamışdır.  Ə.Hüseynzadə  sonralar  bu  haqda  yazırdı: 

“Qafqaz türkcəsilə qayət gözəl vəpsixoloji komediyalar yazmış olan bu zat 

Qafqazda  əcəm  lisanının  zərərinə  olaraq  türkcəyi  oyandıranların  başında 

bulunuyordu”

1



                                                

1

Bayramlı O. Ə.Hüseynzadə və Şeyx Əhməd Səlyani / “Mədəniyyət dünyası”, VIII 



buraxılış. Bakı: ADMİU, 2004, s.33

 



21 

 

Sonrakı  illərdə  təhsilini  ərəb  və  fars  dillərindıə  davam  etdirməsinə 



baxmayaraq, Y.Z.Talıbzadənin türkcəyə və türkçülüyə bağlılıq duymasında 

atasının  və  onun  ailə  dostları  olan  M.F.Axundov  və  Ş.Ə.Səlyaninin  təsiri 

şübhəsizdir. Çünki “İran və rus mədəniyyətlərinin təsiri altında yetişmiş bu 

iki istedadlı şəxsiyyət öz mədəniyyətlərini az-çox anlamış kimsələrdi”

1



Ümumiyyətlə,  Y.Z.Talıbzadənin  milli  düşüncələrini  tərbiyə  edən,  onu 



hərtərəfli  şəxsiyyət  kimi  yetişdirən  ilk  məktəb  Tiflis  mədəni  mühiti 

olmuşdur. Bu illər əslində  onun  mənəvi yetkinləşmə illəri olmuşdur. O, öz 

müşahidələri və mütaliəsi ilə yaşadığı bu mühit sayəsində daxili bir inkişaf 

keçirmişdir  ki,  ilk  müəllimləri  də  atası  və  onu  əhatə  edən  Azərbaycan 

ziyalıları olmuşdur. 

Birinci  fəslin  “Yeni  tarixi  şərait  və  Y.Z.Talıbzadə  milli-mədəni 




Download 0.58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling