Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu əlyazması hüququnda
formalaşdıran kulturoloji faktorlar və Y.Z.Talıbzadənin milli həmrəy-
Download 0.58 Mb. Pdf ko'rish
|
tar d amr 19 11 14
- Bu sahifa navigatsiya:
- “Türkiyə mədəni-ictimai mühitinin Y.Z.Talıbzadənin
formalaşdıran kulturoloji faktorlar və Y.Z.Talıbzadənin milli həmrəy-
lik məqsədli çalışmaları”(2.1) adlanır. Burada qeyd olunur ki, Çar Rusiya- sı imperiya daxilində yaşayan xalqları mənəvi-psixoloji təzyiqlərin köməyi ilə öz hüdudları çərçivəsində “əritmək” siyasəti güdürdü. Ona görə də “türkdilli xalqlar, o cümlədən Azərbaycan türkləri milli dildə təhsil almaq, milli mətbuat və ədəbiyyatlarını yaratmaq və s. sahələrdə amansız təzyiq- lərlə qarşılaşırdılar” 1 Ruslaşmanı dövlət siyasəti kimi inkişaf etdirməyi qar- şısına məqsəd kimi qoymuş Rusiya 1830-cu ildə başqa xalqların nümayən- dələrindən rus meylli ziyalı hazırlamaq planlarını ortaya qoymuşdu. Bu məqsədlə həmin il “rus-tatar” məktəbləri açılmağa başladı. XIX əsrin ortalarında isə Qori seminariyası açıldı. Bu mənada 1905-ci il inqilabı Azərbaycan türkləri üçün mühüm hərəkatların başlanğıcı oldu. Azərbaycan türkləri ədəbiyyat, teatr, musiqi və təhsildə olduğu kimi sosial və siyasi sahədə də irəliləməyə başlamışdılar. Bilavasitə milli mətbuatın yardımı ilə siyasi, sosial və milli fikirlər də inkişaf edirdi. Mətbuatda başlıca olaraq aşağıdakı meyllər üstünlük təşkil edirdi: üsuli-cədidi yerləşdirmə, məhəllə, kənd və məscid məktəblərində farsca yerinə türkcə təhsilə keçilməsi və tədrisin modernləşdirilməsi; şiə və sünni dini idarələrini birləşdirmək, vəqflər idarəçilərini və din adamlarını xalqın səsi ilə seçmək; xeyriyyə dərnəkləri və nəşriyyatlar qurmaq; bələdiy- yə və Duma seçimlərinə qatılmada türklərə qoyulan məhdudiyyətləri ara- dan qaldırmaq üçün mübarizə aparmaq; müsəlmanların ruslarla bərabər
1 Mahmudova V.M. İslam tarixi Azərbaycan dramaturgiyasında. Bakı: Səda, 2006, s.11 23
haqlara sahib olması üçün çalışmaq 1 . Belə bir meyli təsiri ilə 1905-ci ildə Azərbaycanda maarif dərnəkləri qurulmağa başlamışdı. H.Zərdabinin bö- yük qeyrəti və məşhur zənginlərdən Zeynalabdin Tağıyevin maddi yardımı ilə təşkil edilən “Müsəlman Cəmiyyəti-Xeyriyyəsi” yanında milli məktəblər açmaq və bu məktəblər üçün müəllimlər yetişdirmək məqsədilə “Nəşri Ma- arif Cəmiyyəti” qurulmuşdu. Bunun xaricində “Nicat”, “Səadət”, “Ədəb Yurdu”, “Səfa” kimi yarı siyasi, yarı mədəni cəmiyyətlər qurulmuşdu. Mədəni tərəqqiyə, milli şüurun oyanmasına rəvac verən belə uğurlu ha- disələrin əsas zəmini təbii ki, 1905-ci il hadisələrindən başlanırdı. İstər Ru- siya müsəlmanları arasındakı islam birliyi təşəbbüslərinin, istər İstanbulla yaranmış sıx əlaqələrin, istərsə də Azərbaycan cəmiyyəti daxilində forma- laşmaqda olan həmrəylik yönlü fəaliyyətlərin aparıcı qüvvəsi sayılan ziya- lılar, o cümlədən Y.Z.Talıbzadə 1905-ci ildən etibarən istək və məqsədləri- ni daha açıq şəkildə ifadə etməyə başlamışdılar. Azərbaycan cəmiyyəti üçün dönüş nöqtəsi sayıla biləcək belə bir dövr- də Bakıya gələn Y.Z.Talıbzadə Realnı məktəbdə müəllim işləməklə yanaşı publisistik fəaliyyətlə də məşğul olur və onun dövri mətbuatda, əsasən dini mövzularda olmaqla, bir sıra maarifçilik xarakterli yazıları dərc olunur. Y.Z.Talıbzadənin 1905-1906-cı illərdə Y.Z.Talıbzadənin “Həyat” qəzetində çoxsaylı məqalələri, ərəb dilindən tərcümə edərək təqdim etdiyi yazıları, habelə onun tərtibatı ilə verilmiş xəritə və təqvimlər çap olunmuş- dur. Bunlar içərisində “Hürriyyəti-dəyanətə cavab”, “Türk Azərbaycan ədə- biyyatı”, “İranda hürriyyət və qanun əsası”, “Vəetsəmuəl bəhubillah cə- miən vəla təfriqə”, “Eydi-şərifi-mübarək”, “Tiflis camaatına açıq məktub”, “Mütəəlimlərin halına bir nəzər”, “Rəsuli-əkrəmin ovsafı”, “Mövludi-nə- bi”, “Realni məktəbinin təzə şagirdlər qəbulu”, “Hürriyyəti-dəyanətə ca- vab”, “Türk-Azərbaycan ədəbiyyatı”, “İstanbul səfərində gördüklərim”, “Hürriyyəti-dəyanətə cavab”, “İranda sədri-əzimin istefası”, “İranda hürriy- yət və qanuni-əsasi”, “Osmaniyyə məktəblərinin proqramları”, “Bakı realni məktəbində imtahan”, “Tarixi-təməddüni-islami”, “Yarımçıqlarımıza ca- vab” (F.Köçərlinin eyni adlı məqaləsinə cavab), “Himadın diyarı Bəhirayə getməsi”, “Təqvimi-şərqi”və “İslamın xəritəsi” (tərtib edəni: Y.Z.Talıb- zadə), Qəzetin müxtəlif saylarında silsilə şəkildə çap olunmuş “Qəssan pad- şahları” (ərəb yazıçısı Cürcü Zeydanın “Fətatül vəssan” romanından tərcü- mə) və “Tarixül-təməddünül-islam” (Cürcü Zeydanın eyni adlı əsəri haq- qında) və s. göstərə bilərik ki, bu yazıların əksəriyyəti həm də A.Şaiqin
1 Devlet N. Rusya türklerinin milli mücadile tarihi (1905-1917). Ankara: Türk Tarih Kurumu Basimevi, 1999, s.132
24
Mənzil Muzeyində mühafizə olunmaqdadır 1 .
Bu dövrdə olur ki, islam ideyaları tərəfdarlarının bəziləri cəmiyyətin tərəqqisində dünyəvi elmlərin rolunu kifayət qədər dərk edə bilmirdilər. Bununla belə, radikal mövqeli din xadimlərdən fərqli olaraq, islam ideyala- rının həyata mexaniki deyil, dövrə bir qədər uyğunlaşdırılmış şəkildə tətbi- qinin zəruriliyini dərk edib, məsələyə bu mövqedən yanaşanlar da var idi. Y.Z.Talıbzadə də məhz belə mütərəqqi fikirli din xadimlərindən olmuşdur ki, bunu onun həmin dövr yazıları da təsdiqləməkdədir. O, “Əmirxanyansa cavab”
2 , “Müsəlmanlar və maarif” 3 , “Erkəklər və qadınlar” başlıqlı silsilə məqalələrində 4 islam dininin mütərəqqi mahiyyəti, inkişafa açıq olması və bugün də müasir elmi-mədəni tərəqqiyə təkanverici bir qüdrət olması haqqında dəyərli mülahizələr irəli sürmüşdür. İkinci fəslin “Türkiyə mədəni-ictimai mühitinin Y.Z.Talıbzadənin
Download 0.58 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling