AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ


Download 218.37 Kb.
Pdf ko'rish
bet2/3
Sana01.01.2018
Hajmi218.37 Kb.
#23519
1   2   3

V nəsil kompyuterlər 

Bu  mərhələ  müasir  dövrü  əhatə  edir  və  məqsəd  yeni  və  ən  yeni  elektron 

texnologiyalara  əsaslanan  müasir  və  gələcəyin  kompyuterlərinin  istehsalını  təşkil 

etməkdir. V nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, 

keyfiyyətcə  yeni  funksional  tələblərə,  o  cümlədən  sözlə,  biliklər  bazaları  ilə  işləməyə, 

süni  intellekt  sistemlərinin  təşkilinə,  istifadəçi  ilə  nitq  və  görmə  vasitəsi  ilə  ünsiyyəti 



12

 

 



təmin  etməyə,  ən  yeni  proqram  vasitələrinin  yaradılması  prosesini  sadələşdirməyə  və  s. 

imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya  malik neyrokompyuterlər real 

neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. 

 

4. Dünyada kompyuter və elektronika sənayesində baş verən 



tendensiyalar 

 

Dünyada  elektronika  sektoru,  sürətlə  böyüyən  və  inkişaf  edən  bir  quruluşa 

malikdir.  Elektronika  sənayesinin  inkişafına  üstünlük  verən  ölkələrin  iqtisadiyyatında 

qısa  müddət  ərzində  əhəmiyyətli  dəyişikliklərin  olduğunu  görmək  mümkündür. 

Malaziya,  Sinqapur,  Cənubi  Koreya,  Tailand  kimi  ölkələr  inkişaflarını  elektronika 

sənayesinə  etdikləri  və  edəcəkləri  investisiyalara  bağlamışlar.  Qərbi  Avropa  ölkələri, 

Uzaq Şərq və Şimalı Amerika ilə girdikləri yarışda, bu sahəyə üstünlük verən ölkələr ön 

plana  bu  sektoru  çəkiblər.  Xususi  ilə  Fillandiya  və  İsveç  kimi  ölkələr,  bu  sahədə  çox 

uğurlu nümunələr nümayiş etdiriblər.  

Kompyuter və elektron avadanlıqlar sənayesi dünya istehsal həcmində işlətdiyi işçi 

sayına  görə  və  sənayenin  bütün  sahələrinə  təsir  göstərmək  baxımından  dünyanın  lider 

sənaye sahəsindən biridir. Elektron avadanlıqların ixracatında ölkələr arasında Çin, ABŞ, 



Cənubi Koreya, Yaponiya, Almaniya və Sinqapur aparıcı yerləri tutur. 

Dünyada  elektrik  və  elektronika  ixracının  2023-cü  ildə  2,5  dəfə  artaraq  7  trilyon 

dollar həcmində bir ölçüyə çatacağı proqnozlaşdırılır. 

Son  əsrdə  dünyada,  mühüm  kəşflər  edilmiş,  yeni  texnologiyalar  inkişaf 

etdirilmişdir.  Son  25  ildə  isə  elektronika  texnologiyasında  əhəmiyyətli  ixtiralar 

edilmişdir. Elektronika sənayesində yeni ixtiraların bir  çoxu heç vaxt itirmədən iqtisadi 

həyata  keçirilmişdir.  Yeni  elektron  vasitələr  istehsal  edilərək,  başda  insanlar  olmaqla 

müəssisələrə və bütün istifadəçilərə təqdim olunmuşdur. Ancaq istehsal olunan hər yeni 

texnoloji məhsulun iqtisadi həyata tətbiq edildiyini demək olmaz. Bəziləri də sektordakı 

rəqabət vəziyyətinə görə gələcəkdə genişlənmək üzrə gözləyir. 

“IBISWorld”  tədqiqat  şirkətinin  hesabatına  uyğun  olaraq,  2013-cü  ildə  dünya 

kompyuter  və  elektron  avadanlıq  sənayesi  bazarının  həcmi  587  milyard  ABŞ  dolları 



13

 

 



təşkil  etmişdir.  Bu  sahədə  28  minə  yaxın  şirkət  fəaliyyət  göstərir  və  3  milyona  yaxın 

mütəxəssis çalışır. Sənayenin 2009-2014-cü illərdə illik artım tempi 0,6 % olmuşdur.  

Qlobal  kompyuter  və  periferiya  qurğularının  istehsalı  bazarının  əsas  iştirakçıları 

arasında  Acer,  Asus,  Apple,  HTC,  Lenovo,  Motorola,  Dell,  HP,  LG,  Amazon, 



Samsung,  Sony,  Sharp  və  Toshiba  kimi  şirkətləri  göstərmək  olar.  Qlobal  stolüstü 

kompyuter  istehsalı  bazarında  Asiya-Sakit  okean  regionunun  payı  34,2%  təşkil  edir. 

Tədqiqatlar  göstərir  ki,  stolüstü  kompyuter  sənayesində  2006-2011-ci  illərdə  noutbuk 

kompyuterlərinin  istehsalında  artım  müşahidə  olunmuşdur.  İnternetdən  istifadənin 

genişlənməsi,  gəlirlərin  artması,  kompyuter  təhsilinin  inkişafı,  urbanizasiya 

səviyyəsindəki artım bu sənaye sahəsinə təsir göstərən əsas faktorlardır. Bununla yanaşı, 

son dövrlərdə e-mail, sosial şəbəkələr və internetə giriş daha çox planşetlər və smartfon 

tipli  kompyuterlər  vasitəsilə  həyata  keçirilir  və  2009-cu  ildə  bunların  istehsalı  kəskin 

şəkildə artmışdır. Belə ki, əgər 2009-cu ildə dünya üzrə 1,4 milyon ədəd planşet istehsal 

olunmuşdursa,  2015-ci  ildə  bu  göstəricinin  150  milyona  çatması  gözlənilir  ki,  bu  da 

stolüstü kompyuter istehsalına (160 milyon ədəd) yaxın bir göstəricidir. 

Qrafik 1. 

 

 



 

Beynəlxalq  İnformasiya  Korparasiyasının  (International  Data  Corporation

apardığı  son  araşdırmalara   görə,  2014-cü  ildə  dünya  üzrə  fərdi  kompyuterlərin 

istehsalı 308,3 milyon ədəd olmuşdur. 2013-cü il ilə müqayisədə 2,1 faiz azalıb. 2014-

cü ildə 


dünya  miqyasında kompyuter və noutbuk satışı

 0,8  faiz  azalaraq 201  mlrd ABŞ 

0%

20%


40%

60%


80%

100%


2007

2008


2009

2010


2015

7.5 


7.6 


10 

14 


145 

145 


126 

145 


160 

108 


140 

169 


205 

350 


1.4 

18 


150 

Kompyuterlərin satış bazarı, milyon ədəd 

Tablet


Notbuk

Destop


Server

14

 

 



Dolları  həcmində  olmuşdur.  2015-ci  ildə  də  satılacaq  kompyuterlərin sayının  293 

milyona düşəcəyi proqnozlaşdırılır. 

 

İnkişaf etmiş iqtisadiyyatlarda satışların artacağını bildirən şirkət inkişaf etməkdə 



olan ölkələrdə eniş gözləndiyini açıqlayıb. Vəziyyətə səbəb kimi isə sərmayə və istehlaka 

əlverişli olmayan pis iqtisadi gedişatı göstərib. 

 

Hazırda  ABŞ-ın  “HP”  şirkəti  xokkey  şaybası  ölçüsündə  miniatür  kompyuter 



istehsal  edib.  Hündürlüyü  5,2  sm  olan  “HP  Pavilion  Mini  Desktop”  və  “Stream  Mini 

Desktop” modellərinin çəkisi 600 qram təşkil edir. Əlin içinə asanlıqla yerləşən qurğular 

“Windows  8.1”  əməliyyat  sisteminin  idarəetməsi  ilə  işləyir  və  “Intel  Core  i3” 

prosessorlarını dəstəkləyir. Onlara “DisplayPort” və “HDMI” portları vasitəsilə ikiyədək 

monitor  qoşmaq  mümkündür.  Modellərdə  həmçinin  “Wi-Fi”,  “Bluetooth”  və  dörd 

“USB” çıxışı yer alıb. Qiyməti 320 dollar olan “HP Pavilion Mini Desktop” modeli 45 

Vatt enerji sərf edir. 

 

Dünyanın aparıcı  Noutbuk markaları 



 

1)  APPLE  -  Ağıllı  telefonlarda,  musiqi  çalarlarda  və  həblərdə  olduğu  kimi, 

notebooklarda  da  bir  nömrə  olan  Apple  bu  xüsusiyyətini  OS  əməliyyat  sisteminə 

borcludur.  Hal-hazırda  demək  olar  ki,  yalnız  7-8  laptop  növünün  olmasına  baxmayaraq 

Apple hələdə professionalların birinci seçimidir. Əməliyyat sisteminin bu ana qədər heç 

bir  şəkildə  problem  çıxartmaması,  ekran  çözünürlüğündeki  qüsursuzluq,  klaviatura 

asanlığı, Touchpad, uzun batareya ömürü və təbii ki 80-ci illərdən bəri davam edən fərqli 

dizaynıyla bütün dünyada bir nömrədir. 

2)  LENOVO  -  Kompyuter  deyiləndə  ağla  gələn  ilk  markalardan  biri  olan 

Lenovodır. Hazırda Windows əməliyyat sisteminə sahib ən yaxşı kompyuter markasıdır. 

Qiyməti digər markalardan bir az daha çox olsa belə bunu sonuna qədər haqq edir. Çünki 

həm dizaynı, həm də avadanlığı istifadəçilərə ən yaxşı variantları təqdim edir. Lenovo, 

səs, qrafik, klaviatura, touchpad, ekran xüsusiyyətləri və texniki xidmətindəki həssaslıqla 

digər markaların qabaqlayır. 



15

 

 



3) ASUS - 20,000 dən çox çalışana sahib və mərkəzi Çin olan Asus, xüsusilə mini 

laptoplar mövzusunda olduqca yaxşıdır. Multimedia sevərlər üçün xüsusi olaraq çıxarılan 

4  dinamikli  N  seriyası,  incə  və  yüngül  laptopları  sevənlər  üçün  çıxarılan  ZENBOOK 

ardıcıllığı, bu anda öndə gedən serialar arasındadır. 

4)  ALIENWARE -  Yüksək  performanslı  kompyuterlərdən  söhbət  getmişkən 

Alienware  -  dan  danışmamaq  olmaz.  Yüksək  performanslı  kompyuterlər  içərisində  bir 

nömrə olan Alienware, Dell-in xüsusi olaraq istehsal edilmiş bir yan məhsul markasıdır. 

Noutbuklarında istifadə etdiyi xüsusi komponentlər, qrafik kartı, ekran, qulaqcıq və siçan 

sayəsində multimedia və oyun sevərlər üçün ideal bir kompyuterdi. 

5)  SONY  -  Samsung  kimi  Sonidə  televiziya,  səs  sistemləri,  telefon  kimi  bir  çox 

elektron  alət  mövzusunda  dünyanın  ən  əhəmiyyətli  markalarından  biridir. 

Noutbuklarından  bazara  təqdim  etdiyi  Soni  Vaio  seriyası  dünyada  söz  etməyə  nail 

olmuşdur.  Batareya  müddəti,  klaviatura  erqonomikası  və  çıxışına  görə  məhsul  qiyməti 

digər brendlərə nisbətən daha uyğundur. Son dövrlərdə istehsal etdiyi yeni nəsil Vaio Fit 

multi-flip  seriyası  çevrilən  kompyuter  adlanır.  Belə  ki,  ekranı  tək  bir  hərəkətlə 

döndərərək həb rejiminə gətirə və praktiklər arasında rahatlıqla görünə bilərsiniz. 

6)  HP  -  1939-ci  ildə  ABŞ-da  qurulan  və  Dünyadakı  ən  köhnə  kompyuter 

istehsalçılarından biri olan HP, köhnə zamanlardakı taxtından enmiş vəziyyətdə. Bunun 

səbəbi  isə  bu  günlərdə  istifadəçilərin  laptoplarında  modelləşdirmə,  oyun  oynama  kimi 

daha  mürəkkəb  əməliyyatlar  etməsidir.  Ancaq  HP  dünya  səviyyəsində  çox  böyük  və 

köhnə marka olduğu üçün müştəri və ehtiyat hissələri xidməti olduqca inkişaf etmiş bir 

şəkildə dünyanın dörd bir yanına çox yaxşı xidmət verir. 

7)  SAMSUNG  -  Televizor,  soyuducu,  kondisioner  kimi  bir  çox  ev  avadanlığı 

istehsalçısı olan Samsung, son illərdə istehsal etdiyi ağıllı telefonlarda Galaxy S seriyası 

da adından söz etdirməyi bacarır.  İstehsal etdiyi bu elektronların yanında noutbuklarla da 

uğur təmin etməyə çalışan Samsung, rəqiblərinin bir az da arxasında qalır. Bunun səbəbi 

də  istehsal  etdiyi  noutbukların  işletimcilerinin  çox  güclü  olmaması  və  səs  çıxışındakı 

çatışmamazlıqdir.  

 

 

 



16

 

 



2014 -cü ildə dünya mobil telefonlar bazarının həcmi 4 faiz artıb 

 

“Gartner”  analitik  şirkəti  dünyada  satılan  mobil  telefonların  sayını 



açıqlayıb.“Apple”  şirkəti  "iPhone  6”  və  “iPhone  6  Plus”  modelləri  sayəsində  dünyada 

ikinci telefon istehsalçısı olub. 

 

Ekspertlərin  2014-cü  il  üçün  məlumatına  görə,  adi  mobil  telefonların  və 



smartfonların dünya səviyyəsində ümumi satış həcmi 1,88 milyard ədəd təşkil edib ki, bu 

da bir il əvvəldən 3,9 faiz çoxdur. Müsbət dinamika mobil telefonlara tələbatın müvafiq 

olaraq  2,8  və  9,1  faiz  azaldığı  Yaponiya  və  Qərbi  Avropadan  başqa  bütün  regionlarda 

müşahidə olunub. 

Dünyanın  əsas  smartfon  istehsalçıları  2014-cü  ilin  nəticələrini  açıqlayıblar. 

Gözlənildiyi kimi, ən parlaq hesabatla “Apple” şirkəti çıxış edib. 

 

 

"Samsung  Electronics”  şirkəti  nəhəng  mobil  telefon  istehsalçısı  olaraq  qalsa  da, 



rəqiblərin  təzyiqi  fonunda  Cənubi  Koreya  istehsalçısının  qurğularının  satışı  azalmağa 

doğru  gedir.  2014-cü  ildə  dünya  istehlakçıları  317,2  milyon  “Samsung”  telefonu  alıb, 

halbuki  2013-cü  ildə  bu  göstərici  319,8  milyon  təşkil  edib.  Nəticədə  hesabat  dövründə 

istehsalçının bazar payı 32,3 faizdən 24,7 faizədək azalıb. Lakin bu hələ də onun yaxın 

izləyicilərindən xeyli çoxdur.  

Bu  dəfə  “Apple”  yeni  uğurla  yadda  qalıb.  Şirkət  “iPhone”-ların  rekord  rüblük 

satışları  ilə  yanaşı,  ümumiyətlə,  satışın  həcminə  görə,  bazarın  lideri  olan  “Samsung”a 

çatıb. Belə ki, hər iki şirkət 2014-cü ilin 4-cü rübündə eyni sayda – 74,5 milyon smartfon 

satıblar. Nəticədə 2014-cü ilin son rübündə hər iki istehsalçının smartfon bazarında payı 

ayrılıqda 19,6% təşkil edib. 



17

 

 



 

Bundan əlavə, “Apple” tarixində ilk dəfə satışlara görə, “Nokia” şirkətinin bütün 

modellərini üstələyib. Əslində, fin istehsalçısının vəziyyətini nəzərə alsaq, bu, əvvəl-axır 

olmalıydı. “Apple” həmçinin “Mac” kompyuterlərinin satışına görə də rekorda imza atıb 

və  ötən  il  ərzində  ümumilikddə  5,5  milyon  kompyuter  satıb.  Lakin  şirkətin  digər 

qadcetləri  satışlara  görə  bir  o  qədər  fərqlənməyib.  “iPod”ların  adı  son  hesabatda 

ümumiyyətlə  hallanmayıb  ki,  bu,  sözügedən  cihazın  yaxın  zamanda  mağazalardan 

itəcəyindən  xəbər  verir.  “iPad”-lər  21,4  milyon  ədəd  satılmasına  baxmayaraq,  ötən  ilin 

eyni dövrü ilə müqayisədə 18%-lik eniş nümayiş etdirib. Bu göstərici, hətta 2013-cü ilin I 

rübü ilə müqayisədə də geri qalır (22,9 milyon). Qeyd edək ki, mütəxəssislər gələcəkdə 

bahalı  planşetlərin  bazar  payının  azalacağını  və  onları  daha  ucuz  cihazların 

əvəzləyəcəyini proqnoz edirlər. 

 

Hərçənd  ümumilikdə  2014-cü  ildə  satışın  həcminə  görə,  “Samsung”  hələ  də 



“Apple”ni üstələyir.  2014-cü ildə 192,7 milyon ədəd «iPhone»  satılıb ki, bu da ümumi 

həcmdə bazarın 15,0 faizi deməkdir. ABŞ şirkəti "Microsoft/Nokia” korporasiyası 185,7 

milyon satılmış qurğu ilə üçüncü yeri tutub.  Nəhəng mobil telefon şirkətləri reytinqində 

dördüncü yerə “Motorola” şirkətini satın alan Çinin "Lenovo” istehsalçısı yüksəlib. 2014-

cü il ərzində “Lenovo” və “Motorola” markalı satılan telefonların sayı 92,7 milyon ədədə 

(ümumdünya göstəricisinin 7,2 faizi) çatıb, halbuki ötən il satış həcmi 62,1 milyon ədəd 

(6,3 faiz) olub. Ümumilikdə, 2014-də dünyada 1283,5 milyon smartfon satılıb. Bu 2013-

cü ilə nisbətən 29,6% artıqdır. 

 

 

 



2019-cu ilədək dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 125 faizə çatacaq 

 

Bu  barədə  "iGR”  tədqiqat  şirkətinin  mobil  rabitə  sahəsi  üzrə  proqnozuna  əsasən 



smartfon  və  planşetlərə  artan  tələbat  mobil  rabitə  bazarının  həcminin  artmasına  səbəb 

olur. 


Qiymətləndirmlərə  görə, 2019-cu ildə dünya üzrə  mobil qoşulmaların sayı 2014-

cü  ilə  nisbətən  (6,9  milyard)  daha  da  artım  nümayiş  etdirərək  9,5  milyarda  çatacaq. 

Bununla  yanaşı,  mobil  rabitənin  ümumi  nüfuzetmə  səviyyəsinin  96,4  faizdən  125 

faizədək artacağı proqnozlaşdırılır. 



18

 

 



Mobil şəbəkələrə qoşulmaların sayının dünya əhalisinin sayını ötməsi faktı onunla 

izah  edilir  ki, bəzən  abunəçi  internetə  çıxışı  olan  bir  neçə  qurğuya  malik  olur.Xüsusilə, 

mobil rabitə abunəçisi smartfon, planşet, mobil çıxış nöqtəsi və avtomobilə quraşdırmaq 

üçün bir neçə SİM kart əldə edir. 

 

 

 



5. Elektron avadanlıqların mənfi cəhətləri 

 

 



Elektron  avadanlıqların  müsbət  cəhəti  olduğu  kimi  mənfi  cəhətləri  də  az  deyil. 

Ötən il dünyada 41,8 milyon ton elektron və elektron avadanlığı tulantıya atılıb. 

 

Mütəxəssislərin hesablamasına görə, bu qədər tullantı ilə 23 kilometrədək uzanan 



1,15 milyon yük maşınını doldurmaq olardı. Yenidən istifadə məqsədilə təkrar emal üçün 

yarıyan zibillərin, eləcə də tullantılardan hasil edilən materialların dəyəri 52 milyard ABŞ 

dolları  təşkil  edir.  Bu  emal  prosesi  “elektron  tullantının”  (e-waste)  ümumi  həcminin 

yalnız altıda bir hissəsi üzərində aparılıb. Məsələn, bütün tullanan zibilərdə 300 ton qızıl 

olub  ki,  bu  da  2013-cü  ildə  dünyada  bu  qiymətli  metalın  istehsalının  11  faizinə 

bərabərdir.  Bundan  başqa,  tullantılarda  qurğuşun,  eləcə  də  civə,  kadmium  və  xromun 

olduğu 2,2 milyon ton material tapılıb. 

 

Ümumi  “e-waste”in  təxminən  60  faizini  soyuducu,  paltaryuyan  maşın  və  digər 



məişət  texnikası  təşkil  edir.  Mobil  telefon,  kalkulyator,  kompyuter  və  printerlərin  bu 

zibildə ümumi payı 7 faizdir. 

 

Adambaşına  düşən  “elektron  tullantı”nın   istehsalında  “qabaqcıl”  ölkələr  ekoloji 



səviyyəsi  yüksək  olan  ölkələrdir.  Məsələn,  Norveçdə  2014-cü  ildə  adambaşına  28,4, 

İsveçrədə  26,3,  İslandiyada  26,1,  Danimarka  24,  Böyük  Britaniyada  23,5  kiloqram  “e-

waste”  düşüb.  Ən  aşağı  göstərici  Afrikada  qeydə  alınıb.  Burada  adambaşına  1,7  kq 

“elektron tullantı”  düşür. Qitədə ümumilikdə 1,9 milyon ton tullantı yaranıb. 

 

Bu göstərici üzrə “liderlər” sırasına ABŞ və Çin (bütün zibilin 32 faizi) daxildir. 



Onlardan  sonrakı  yerlərdə  Yaponiya,  Almaniya  və  Hindistan  qərarlaşıb.  2013-cü  ildə 

dünyada 39,8 milyon ton “elektron tullantı” istehsal olunub. 2018-ci ildə bu göstəricinin 

50 milyon ton olacağı proqnozlaşdırılır. 


19

 

 



Qızıl, məsələn, kompyuter mikrosxemlərindən hasil olunur. Qızıl və digər qiymətli 

və  ya  nadir  metalların  kompyuter  və  başqa  elektron  texnikadan  hasil  edilməsi  kifayət 

qədər baha başa gəlir ki, bu da onların qlobal miqyasda tətbiqinə mane olur. 

 

 



6. Elektronika sənayesi sahəsində dünyanın aparıcı ölkələri 

 

Texnoloji  məhsullar  dünyada  böyük  bir  sürətlə  yayılır  və  daim  daha  yeni 

texnologiyalar  istehsal  edilir.  İstər  Şərqi  Asiya  Ölkələri,  istər  ABŞ,  İsrail  kimi  Qərb 

ölkələri  elektron  məsələsində  çox  inkişaf  etmişlər.  Hər  birinin  elm-texnologiya  və 

elektron sektorun təşviqləri sektorun inkişafında mühüm rollar oynamışdır. 

  

Dünyanın elektronika sənayesi ən çox inkişaf etmiş ölkələri 



ABŞ 

İlk  satışa  çıxarıla  bilən  çiplər  1964-cü  il  tarixində  ABŞ  Prezidenti  Con  Kennedi 

Zamanında  istifadə  edilməyə  başlanmışdır.  Bu  çiplər  ilk  kosmos  işlərində  də  istifadə 

olunmuşdur.  Həmçinin  zaman  keçdikcə  texnologiya  inkişaf  etdikcə  təbii  olaraq 

qiymətlərdə də düşməyə başlamışdır. Məsələn, 1964-cü ildə 64 elementi əhatə edən bir 

çip 32 dollar idisə, 1971-ci ildə  minlərlə elementi saxlayan bir çip 1 dollara satılmağa 

başlanmışdır.

 

1980-ci illərin ortalarında dünya üzrə 150-200 firma var idi. 1985-ci ildə ən böyük 



10 firmanın 60% ABŞ-a aid idi. Sənayedə çox sayda firma olmasına baxmayaraq yalnız 

beş dənəsi topdan çip satışını həyata keçirirdi. Bu firmalar; Texas Instruments, Motorola, 

Intel,  National  Semiconductor  və  Advenced  Micro  Device  idi.  Bunların  1986-ci  ildə 

satışları ABŞ satışlarının 40%-na çatmışdır. 

ABŞ  elektronika  sektorunda  əmək  xərclərini  minimuma  endirmək  üçün  1980-ci 

illərdə ortaq bir strategiya yürüdərək elektron investisiyalarını xarici ölkələrə, ya da bir 

növ sərbəst sahə olan maquladoralara (əkiz zavod) investisiyalar yatırmağa başlamışdır. 

Məsələn:  Commonwealt  Karaip  adalarından  Barbados,  Sankt-Lucıa,  Sankt-Kids  kimi 

yerlərdə  ABŞ  mənşəli  investisiyalar  artmışdır.  Buralarda  emal  adətən  kit  sisteminə 


20

 

 



əsaslanır.  Çalışanların  90%-ı  qadınlardan  ibarət  idi.  Xammallar  fax  ilə  Yaponiya, 

Tayvan, Braziliya və ya Meksikadan tələb olunurdu.  

 

İsrail 

İsrail, elektronika sənayesində yer alan öz böyüklüyündəki ölkələr arasında, end-

to-end  qabiliyyətlərinə  malik  bir  neçə  ölkədən  biridir.  Ümumiyyətlə,  dünyanın  dörd  bir 

yanından  vətəni  olmayan  bir  çox  insanın  köç  etdiyi  İsrail,  kiçik  əhalisinə  baxmayaraq, 

kənd təsərrüfatı və sənayedə bir çox sektorda radikal yenilikləri sınayır və uğur ilə həyata 

keçirir. İsraildə elektronika sektorunda ən mühüm təşviq vasitəsi insan resurslarına olan 

çox böyük investisiyadır. Təhsil sistemi ənənəvi olaraq əməli elmi bacarıqlara əsaslanan 

təhsil sistemidir. 

İsrail  sənayesi  beynəlxalq  arenada,  həm  texnologiya,  həm  də  həqiqi  dünya 

praktikası üçün araşdırma və inkişaf etdirmə sahəsində ən innovativ sənaye kimi tanınır. 

İsrail adambaşına düşən yüksək texnologiya təşəbbüslərinin sıxlığı baxımından dünyanın 

ön  sıralarında  yer  alır,  mütləq  rəqəmlərlə  da  dünyada  Silikon  Vadisindən  sonra  ikinci 

sırada gəlir. 

İsrail  kompyuter  proqram  sənayesi  ildə  təxminən  20  -  25%  arasında  böyüyür. 

İsraildə müəyyən software (cd) və hardware (avadanlıq) istehsalçıları Digital, Motorola, 

İntel,  Microsoft  və  digərləri  Ar-ge  mərkəzlərini  yaradıb  və  birgə  investisiyalara 

getmişdilər.  Technion  adlanan  bir  texnologiya  institutu  davamlı  olaraq  elektronika 

sektorunda yeni mərhələləri qeyd edir.  

1991-ci ildən bəri İsrailin software sənayesi ABŞ-ın kapital bazarında 120 milyon 

dolları  keçən  bir  həcmə  çatmışdır.  İsrailin  elektron  sektorunun  səhmləri  amerikalı 

investorlar üçün Kanadadan sonra ikinci böyük xarici bazardır. İsrailin 70 qədər şirkəti 

ABŞ-ın Wall Street Borsasında qeydiyyatdan keçmişdir. Bunlardan başqa, xarici mühüm 

elektronika firmaları da İsraildə araşdırma mərkəzlərini yaratmışlar. 

Məsələn,  IBM  İsrailin  Hayfa  şəhərində  öz  beynəlxalq  elm  mərkəzini,  Motorola, 

NS və Digital firması da Jerusalem və Herzliyadaki Ar-ge mərkəzlərində yeni nəsil mikro 

prosessorları  inkişaf  etdirdilər.  Üstəlik  maaş  səviyyəsi  ABŞ-dan  fərqli  olmamasına 

baxmayaraq, bu firmaların İsraildə ar-ge mərkəzləri yaratmaları çox mənalıdır. Əhalisi 6 


21

 

 



milyonu olmayan belə bir ölkənin elektronikada bir "mini Super güc" olmasının səbəbləri 

dövlətin verdiyi stimullardır. Dövlət maliyyə dəstəyi ilə sənayeyə ar-ge təşkilatçılığı ilə 

təşviqlər vermişdir. İsrailin ar-ge xərcləri ÜDM-nin 2,5%-ni təşkil edir və dünyanın bu 

baxımdan  5-ci  ölkəsidir.  Bu  gün  elektronika  məhsullarını  Çin,  Hindistan,  Orta  Şərq, 

Müstəqil  Dövlətlər  Birliyi  kimi  geniş  bir  bazara  ixrac  edir.  Həmçinin  elektron  sektoru 

mövzusunda  ABŞ  ilə  qarşılıqlı  fəaliyyət  göstərir.  ABŞ  ilə  İsrail  arasında  "iki  uluslu 

(binational)"  sənaye  ar-ge  fondu  və  ABŞ-İsrail  Elm  və  Texnologiya  Komissiyası 

yaradılıb. Həmçinin Avropa Birliyi ilə Ticarət müqavilələri də keçirilmişdir. 

İsrailin  elektronika  sənayesi  ölkənin  aparıcı  yüksək  texnologiya  sektorlarından 

biridir və ixracat rəqəmləri 2004-cü ildə 3.3 milyard dollara çatan və ölkənin öndə gələn 

digər iki sektoru olan rabitə və tibbi cihaz sektorunun uğurunda da mühüm rol oynayır. 


Download 218.37 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling