Azərbaycan universiteti SƏRBƏst iŞ Fakültə


Download 47.58 Kb.
bet1/3
Sana15.06.2023
Hajmi47.58 Kb.
#1479448
  1   2   3
Bog'liq
New Microsoft Word Document (3)


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN UNİVERSİTETİ

SƏRBƏST İŞ

Fakültə: Biznes və iqtisadiyyat
Kafedra: Maliyyə və iqtisadiyyat
Fənn: İnsan resurslarının idarə edilməsi
İxtisas: Maliyyə
Tədris ili: II
Qrup: 204406
Mövzu: insan resusrlarinin qiymətləndirilməsi istiqamətlər
Müəllim: dok. Kazımov Asəf Əsəd oğlu
Tələbə: Mirzəyeva Səbinə

Plan
Giriş


Xidməti fəaliyyyətin qiymətləndirilməsində istifadə olunan metodlar
Xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiq edildiyi sahələr
Nəticə
ədəbiyyat siyahısı

Giriş
Iş qiymətləndirmə metodları əməyin mürəkkəbliyini, dəqiqliyini və gərginliyini nəzərə alaraq baza tarif maaşının formalaşmasında elmi mənbə kimi çıxış edir. Bu metodlar “analitik” və “qeyri -analitik” metodlar olaraq iki qrupa bölünür. “Qruplaşdırma” və “Sıralama” metodları “qeyri-analitik” metodlara aiddir. 1. Sıralama metodu. Bu metodda işlər iş yeri nəzərə alınmaqla onları müəyyən edən faktorlara uyğun olaraq vaciblik sırasına görə qruplaşdırılaraq qiymətləndirilir. Bacarıq və məsuliyyət kimi amillər nəzərə almır və işlər qruplaşdınlaraq də- rəcələndirilir. Qruplaşdırma mərhələsində işin məzmunu və xüsusiyyətləri aid olduğu qrupların ümumi xüsusiyyətləri ilə müqayisə edilərək onun dərəcəsi müəyyən edilir. Ən sadə və ən ucuz bir üsuldur. İşlərin sayı az olduğu zaman daha effektli olur. Bu metodda işlərin əhəmiyyətini və dərəcəsini diqqətə almaqla bir sıralama aparılır.


İşlərin sayı 20-30 olan təşkilatlarda bu üsul geniş tətbiq edilir. Sıralama zamanı heç bir standart nəzərə alınmır. Sıranın üst pilləsində ən çox 320 əhəmiyyət kəsb edən işlər yer alır, üst pillələrdən aşağıya doğru endikcə isə işlərin əhəmiyyət dərəcələri azalır. Sıralama üsulunda bəzən müqayisə etməklə də işlərin qiymətləndirilməsi yerinə yetirilir. Bu zaman iki işi bir-biri ilə müqayisə edirlər. Alınan cütlər içərisində çox əhəmiyyət kəsb edən işlər işarələnir. Müqayisənin yekununda hansı işin daha çox işarələndiyinə diqqət yetirilir. Ən çox işarələnən iş ilk pillədə, ən az işarələnən iş isə son pillədə yer alır.


Qalan digər işlər bu iki pillənin arasında yerləşdirilir. Bu üsulun üstünlükləri aşağıdakılardır:
• Çox sadə bir üsuldur. Buna görə də çox tez və asan tətbiq edilir;
• Az vaxtda az sayda işçilər üçün tətbiq edildiyi təqdirdə çox ucuz başa gəlir;
• Yekunlar həm rəhbərlik, həm də işçilər tərəfindən tez mənimsənilir;
• Az sayda işlərin qiymətləndirilməsi zamanı müsbət nəticələr verir. Bu üsulun nöqsanlı tərəfləri aşağıdakılardır:
• İşlərin çox və qarışıq olduğu təşkilatlarda bu işləri sıra- lamaq o qədər də asan deyil;
• Sıralama prosesində bütün faktorlar diqqətə alınmır. Bu baxımdan obyektiv bir üsul deyil;
• Qiymətləndirmə prosesini icra edən şəxslər işləri deyil, bu işləri yerinə yetirən işçiləri qiymətləndirməyə məruz qala bilər;
• Bəzi kateqoriyalardan istifadə etmədiyinə görə mövcud işlərdə baş verə biləcək dəyişikliklərin qiymətləndirilməsi lazım gəldikdə təsirsiz və ya effektsiz olan bir üsuldur. 2. Qruplaşdırma metodu. Bu üsul da sıralama üsuluna bənzəyir, lakin bəzi fərqləri vardır. Bu üsulda işlər tək-tək deyil, qrup halında qiymətləndirilir. Bu üsulun da bəzi üstünlükləri və nöqsanlı tərəfləri vardır. Bu üsulun üstünlükləri aşağıdakılardır:
• Asan tətbiq edilir, az vaxt aparır;
• Mövcud işlərlə baş verə bilən dəyişikliklərdən və ya yeni işlərin meydana çıxması hallarına siniflərin xüsusiyyətlərinə görə və siniflərə daxil olan başqa işçilərlə müqayisələr aparmaqla işlərin qiymətləndirilməsinə nail olmaq mümkündür;
• Siniflər müəyyən faktorlara görə təyin edildiyi üçün, sıralama üsuluna nisbətən daha obyektiv nəticələr əldə etmək mümkündür. Bu üsulun nöqsanlı tərəfləri aşağıdakılardır:
• İşlər bütöv bir şəkildə qruplaşdınidığına görə aralarındakı fərqlər diqqətə alınmır;
• Sinifləndirmədə yalnız bir faktor nəzərə alımr;
• Təşkilat daxilindəki işləri bütün detalları ilə bilmək mümkün deyil. Buna görə də qiymətləndirmə fəaliyyətini yerinə yetirən şəxslər bu baxımdan işlərini tam olaraq gerçəkləşdirmək iqtidarmda deyillər. 3»Analitik metodlar. Bu metodlarda əsasən işlərin qiymətləndirilməsi üçün təyin olunan faktorlardan istifadə edilir. Bu metodlar “Balla qiymətləndirmə” və “Faktor müqayisəsi” olaraq iki formada olur.
3.1. “Balla qiymətləndirmə” metodu.
Bu metod işlərin qiymətləndirilməsində ən çox istifadə edilən metodlardandır. Bu metodda işin dəyəri, bir çox faktorun və hər bir faktora müəyyən bir sistem içində ədədi balın verilməsi ilə təyin olunur. Bu üsul əsasən mövcud işlərin nisbi qiymətləndirilməsi nəticəsində formalaşan hər bir işin faktorlara, altfaktorlara və faktor dərəcələrinə görə təhlil edilərək bal verməklə dərəcələndirilmə- sidir. Bu metod işlərin nisbi dəyərini təyin etmək üçün hər faktorun öz içindəki dərəcələndirməsindən və faktor üzrə qruplaş- dırılmasından ibarətdir. Dərəcə səviyyələri hər bir iş üzrə faktorların təyin olunmasında meydana gələcək fərqləri əks etdirən, getdikcə yüksələn balla ifadə edilir və dərəcələndirilir. Bundan sonra müxtəlif bal aralıqlarına uyğun dərəcə qrupları və bu qrupların pulla ifadə edilməsi təyin oluna bilər. Məsələn; 322 0-100 bal aralığındakı işlər birinci dərəcəli işlər olaraq təyin oluna bilər.
3.2. “Faktor müqayisəsi” metodu. Bu metod bir neçə təyin olunmuş faktora əsaslanan və digər üsullardan daha dəqiq- dir. İşə aid düzgün təyin olunmuş hər hansı bir faktorlardan da istifadə edilə bilər. Lakin bu metodda əsasən dörd faktordan istifadə edilir. Bu faktorlar qabiliyyət, səy, məsuliyyət və iş şərtlərindən ibarətdir. Bu metod bu faktorlara uyğun olaraq hər işi digər işlərlə müqayisə edərək bir qruplaşdırma formalaşdırır. Bu metodda işlər pulla ifadə oluna bilən müxtəlif faktorlara görə qiymətləndirilir. Bu metodda beş ardıcıl mərhələdən-qiymətləndirmə üçün istifadə ediləcək faktorların seçilməsi və təyin olunması; əsas işlərin seçilməsi; faktorlara görə əsas işlərin sıralanması; faktorların pul qarşılıqlarının təyin olunması; digər işlərin sıralanması istifadə edilir.
Bal limitləri ən az ball ilə ən yüksək ball arasında müəyyənləşdirilir. Ən yüksək baldan ən az ball çıxılır, alınan rəqəm işlərin pillə sayına bölünür, hər pillə üçün başlanğıc və son ballar müəyyən edilir. Əməkhaqqı ilə əlaqədar təhlilin nəticələri, pillələrin sayı və əməkhaqqı qrupları təyin olunduqdan sonra işlərin pulla qarşılığı müəyyən edilir. Əməkhaqqı müəyyən edildiyi zaman ondan tutulan standart ödənişlər də nəzərə alınır. Qeyd etmək lazımdır ki, əməkhaqqından tutulan ödənişlərin miqdarı müxtəlif hüquqi normalarla məhdudlaşdırılır. İşçilərin əməkhaqqından tutulan ödənişlərin bir qismi aşağıda verilmişdir:
• Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, əsas etibarilə gəlir vergisi;
• Sosial sığorta haqları;
• Məhkəmə qətnaməsi ilə icra sənədlərində müəyyən edilmiş miqdar;
• İşçinin təqsiri üzündən onun əməkhaqqmdan artıq olmamaq şərti ilə tutulan ziyanın məbləği;
• İşçilərin hüquqlarını qoruyan təşkilatlarda ödənilən ödənişlər və s.



Download 47.58 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling