Baş beyin və şöbələrinin funksiyaları Mövzu 9
Download 19.79 Kb.
|
Movzu 9
Orta beyin. Orta beyinə böyük beyin ayaqcıqları və orta orta beyin qapağı aiddir. Orta beyində skelet əzələlərinə daim sinir impulsları göndərən nüvələr yerləşir, sinir impulsları həmin əzələləri tonusunu ( gərginliyini) təmin edir. Görmə və eşitmə, səs qıcıqlarına qarşı əmələ gələn orientasiya ( səmtləşmə) reflekslərinin qövsləri də orta beyindən keçir. Bu reflekslər sayəsində biz başımızı və bədənimizi qıcığa tərəf çeviririk. Fəal qamətin saxlanılması reflekslərinin əmələ gəlməsində də orta beyinin böyük əhəmiyyəti vardır.
Beyincik. Beyincik kütləcə arxa beyinin ən böyük hissədir. Beyincik iki kiçik yarımkürədə və onları birləşdirən soxulcanvari cisimdən ibarətdir. Ayrı-ayrı heyvanlarda beyincik müxtəlif dərəcədə inkişaf etmişdir. Suda-quruda yaşıyanlarda, sürünənlərdə ibtidai şəkildə olan beyincik quşlarda daha yaxşı inkişaf etmişdir. Məməlilərdə xüsusilə insanda beyincik öz inkişafını ən yüksək mərhələsinə çatmışdır. Insanda beyincik beyin yarımkürələrinin ənsə payının altında Varol körpüsü ilə uzunsov beyinin üstündə yerləşmişdir. Beyincik həm afferent, həmdə efferent liflər vastəsilə MSS-nin bütün şöbələri ilə əlaqədardır. Beyincik yerinə yetirdiyi funksiyalara görə baş beyinin köməkçisidir. Beyicnik bədənin əsas sensor yollarından kənarda yerləşmiş və onlardan bilavasitə hissi siqnallar almır. Buna baxmayaraq, beynə gələn efferent somatik impulslar müəyyən mexanizimlərlə beyinciyə ötürülür ki, həmin sensor məlumatlar əsasında o, bədənin vəzyətində xəbərdar olur. Beyinciyin əsas vəzifəsi bədən tonusunu və hərəkətlərini tənzimləməkdir. Ara beyin. Görmə qabarlarından, qabar üstü, qabar arxası və qabaraltı nahiyələrdən ibarətdir. Görmə qabarının alt hissəsində beyin ayaqcıqları arasında qabaraltı sahə - hipotalamus yerləşmişdir. Hipotalamusun aşağı sahəsinə xüsusi borucuq vastəsi ilə daxili sekresiya vəzisi olan hipofiz yerləşmişdir. Bundan başqa, həmin yolla hipofizə baş beynindən sinir impulsları keçir. Beləliklə, baş beyni ilə daxili sekresiya vəziləri arasında qarşılıqlı anatomik və funksional əlaqələr yaradılır. Bütün duyğu orqanlarının reseptorlarından çıxan impulslar ara beyindən keçib yarımkürələr qabığına gəlir. Mürəkkəb hərəkət reflekslərinin çox hissəsi ara beyinlə əlaqədardır. Ara beyin maddələr mübadiləsinin, insanın qida və su qəbulunun, bədən temperaturunu daim bir qaydada olmasını tənzim edir. Download 19.79 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling