Beynəlxalq biznesdə transmilli korporasiya və transmilli banklar


Download 37.48 Kb.
Sana22.05.2020
Hajmi37.48 Kb.
#108973
Bog'liq
ərsalan biznes


Beynəlxalq biznesdə transmilli korporasiya və transmilli banklar

Plan :


1. Təsərrüfat yoldaşlıq formaları və onların xarakteristikası

2. Təsərrüfat cəmiyyətləri və onların xarakteristikası

3. Holdinq şirkətləri biznesin təşkilinin effektiv forması kimi


  1. Təsərrüfat yoldaşlıq formaları və onların xarakteristikası

Müxtəlif mülkiyyət formalarına əsaslanan sahibkarlıq fəaliyyətinin müxtəlif növləri fəaliyyət göstərirlər ki, bu da bazar iqtisadiyyatının səmərəli təşkili üçün mühüm zəmin sayılır: Sahibkarlıq korporasiyası növlərinin çoxluğu imkan verir ki, hər bir konkret halda biznesin marağına daha düzgün cavab verən formanı seçsin. Kollektiv sahibkarlığın ən geniş yayılmış formaları təsərrüfat yoldaşlıqları və təsərrüfat cəmiyyətləri hesab edilir. Onlar təsisçilərin (iştirakçıların) nizamnamə kapitalında payları bölünməklə kommersiya təşkilatları sayılır. Təsərrüfat yoldaşlıq şərikli (tam ortaqlı) müəssisə və payçı və şərikli (komman-dit ortaqlıqlar) müəssisə; təsərrüfat cəmiyyət səhmdar cərrtiyyəti, məhdud məsuliyyətli cəmiyyət və əlavə məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərirlər. Əgər yoldaşlıq formasına tarixi aspektdə baxsaq, onda qeyd etmək lazımdır ki, onlar ailə başçısının bütün başqa üzvlər üzərində hökmranlığa əsaslanan sahibkarlığından inkişaf etmişlər. Şəhər həyat şəraiti ailəvi ümumi təsərrüfat aparmağa məcbur etdi.

Ailə üzvləri ümumi ailə əmlakı ilə yanaşı şəxsi daşınmaz əmlaka sahib olmağa başladılar. Tədricən təşkilatın forması dəyişilərək ailə üzvlərini başqa iştirakçılar ya yoldaşlıq rolunda, ya da qulluqçu rolunda əvəz etdilər. Ailə öz vəsaitilə təsərrüfat işlərini yerinə yetirməkdə çətinlik çəkdi və başqaların iştirakı ilə birgə sahibkarlıq fəaliyyəti yerinə yetirməyə başladılar.İştirakçılar öz əmlaklarını, kapitallarını birləşdirərək daha məqsədyönlü işgüzar fəaliyyətlə məşğul olmağa səy göstərdilər. Birgə fəaliyyətin formaları təkmiliəşərək cəmiyyətin mütərəqqi inkişaf mənbəyinə çevrildi.

Müəssisənin intensiv işi yalnız о halda mümkündür ki, əgər onun başında bir şəxs deyil, öz aralarında möhkəm inam olan bir neçə şəxs tərəfindən vahid fəaliyyət yerinə yetirilsin. Belə bir şəraitdə yoldaşların tam bərabər hüquqlu olması və birgə işgüzar fəaliyyətin səmərəli həyata keçirilməsi mümkündür. Beləliklə, çoxlu tam şərikli tədricən payçı-şərikli (kommandit ortaqlıqlar) formaya keçirlər. Kommandit ortaqlıqlar çoxlu sayda iştirakçılar cəlb edir ki, onlar pay qoyuluşçuları olur və müəyyən gəlir (mənfəət faizlə) əldə edirlər. Yoldaşlıq iki növ olur: tam şərilkli və payçı və şərikli.Şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərik-ləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borciarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır.

Müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Payçı və şərikli müəssisə azı bir şərik və payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər. Şərik müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə daxil olan şərik həm də müəssisənin həmin vaxta kimi olan borclarına görə də bütün əm.lakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi yaranmış borclara görə də digər şəriklərlə birgə öz əmlakı ilə məsuliyyət daşıyır. Müəssisənin idarə heyətinin üzvlərinin seçilməsində və onların səlahiyyətləri müəyyənləşdirən nizamnamə müddəalarınırı qəbul edilməsində yalnız şəriklərin səs vermək hüququ vardır.

Nizamnamənin digər müddəalarının qəbul edilməsində və müəssisədaxili məsələlərin həllində həm də paycıların səs verrnək hüququ vardır. Payçı və şərik müəssisədən çıxdıqda payını geri alır.

1.Yoldaşlığın göstərilən növlərinə bir neçə ümumi əlamətlər xasdır: Yoldaşlıq - insanların könüllü birləşərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Praktiki olaraq yoldaşlığa çoxda böyük olmayan bir qrup şəxslər daxil oiur. Şərikləri vahid maraq birləşdirir.

2. Yoldaşlıq - müqavilə birliyidir. Müqavilə yazılı şəkildə bağlanılır və tam iştirakçıların hamısı tərəfindən imzalanır. Təsis müqaviləsində şəriklərin adı, onun yerləşdiyi yer və idarəetmə qaydası haqqında məlumatlar, qoyulan kapitalın həcmi və tərkibi, nizamnamə kapitalında iştirakçıların payının dəyişilməsi, iştirakçıların məsuliyyəti barədə məlumatlar əks etdirilir.

3. Yoldaşlıq - əmlak vasitələrinin birləşməsidir, hansıki pul, əşya, daşınan və daşınmaz əmiak şəklində bağlanıla bilər.Daşınmaz əmlaka torpaq, torpaq sahəsi, su obyekti, meşə, bina, tikililər və s. aid edilir. İştirakçılar həm özünün bütün əmlakını, həm də onun müəyyən hissəsini qoymaq hüququna malikdir.

4. Yoldaşlıq - maddi vəsaitlərlə yanaşı şəxsi qüvvənin birləşməsidir. Şəxsi iştirak işin yerinə yetirilməsində, yaxud xidmətlər gostərilməsində təşkilati, sərəncam və idarəetmə fəaliyyətinin həyata keçirilməsində, intellektual əməkdə ola bilər. Bu cür iştirakçının payı müxtəlif ola bilər, ancaq müəssisənin fəaliyyətində hər hansı formada şəxsi iştirakı mütləq olması vacibdir, əks təqdirdə iştirakçının mənfəətdən pay istəmək hüququ yoxdur.

5. Yoldaşlığın məqsədi özünün xarakterinə görə ən müxtəlif birgə fəaliyyətdən mənfəət alınması hesab edilir. Yuxarıda qeyd olunan əlamətlərə əsasən yoldaşlıq müəssisəsinə aşağıdakı tərtfi vermək olar.Yoldaşlıq - öz maddi vəsaitlərini birləşdirən və şəxsi səyləri ilə müştərək fəaliyyətdən mənfəət alınmasına çalışan iştirakçıların bağladıqları müqaviiəyə əsaslanan korporasiyadır. Şərikli (tam ortaqlı) termini şərti xarakter daşıyır, bu о demək deyil ki, onun iştirakçıiarı bütün əmlaklarını mütləq birləşdirsinlər və müştərək fəaliyyətə səy göstərsinlər.

Paylar və şəxsi töhfə müxtəlif ola bilər və onları iştirakçıların özləri müəyyənləşdirirlər. Ona görə də çox düzgün olaraq bu «tam şərikli» adında əks etdirilmir. Tam şərikli - ümumi təsərrüfat fəaliyyəti həyata keçirmək üçün iki və daha çox şəxsin birləşməsidir. Tam şərikli - nisbətən mürəkkəb olmayan təşkilatdır. Lakin sadə şərikli ilə müqayisədə tam şəriklinin əmlakının məzmunu daha genişdir, iştirakçılar yalnız ciddi şəxsi öhdəlikləri ilə bağlıdır. Həm də şəxsi element burada çox əhəmiyyətlidir. Birincisi, müştərək fəaliyyətdə bütün şəriklərin həddindən ziyadə maraqlı olmaları ilə səciyyələnir. Bu hər bir iştirakçının öz yoldaşının işinə münasibətdə ciddi nəzarəti və yüksək cəsarəti ilə şərtlənir. İkincisi, nəqədərki hər bir iştirakçıdan bütövlükdə korporasiyanın fəaliyyəti asılıdır, onda şəxslərin birləşməsi inama əsalanır.

Tam şəriklərə xas olan inam münasibətindən həmin birliyin idarə olunması xüsusiyyəti meydana çıxır. Həqiqətən hər hansı idarəetmə orqanı çox vaxt olmur, qərar iştirakçıların hamısının razılığı ilə əksər səs çoxluğu ilə qəbul edilir. Tam şərikli müəssisələrdə maliyyə məsələsi müstəsna ehəmiyyət kəsb edir. Maliyyə məsələsi əmlak xarakterli məsələ ilə, hər şeydən əvvəl hər bir iştirakçının qoyduğu vəsaitlə birbaşa bağlıdır. Qoyuluş təkcə həcminə və qiymətinə görə deyil, həm də onun xarakterinə görə fərqlənir. Bu nöqteyi-nəzərdən qoyuluş şəriklərin mülkiyyətinə, yaxud istifadəyə verilə bilər. Şəriklərin hər bir üzvü müəssisənin mənfəəti və zərərinin bölgüsündə özlərinin qoyuluşuna mütənasib şəkildə iştirak edir.

Bu prinsipal sxemdir. Tam şərikli müəssisədə şəriklərin müəssisənin bütün öhdəliklərinə görə məsuliyyət daşıması daha vacibdir, Bunu iki mövqe üzrə xarakterizə etmək olar.

a) həcminə görə - qeyri məhdud; b) məsuliyyətin xarakterinə görə - həmrəylik.

Bu о deməkdir ki, biri digəri üçün məsuliyyət, biri hamı üçün, hamı is’ biri üçün məsuliyyət daşıyır.. Tam şərikli müəssisə aşağıdakı hallarda daha faydalıdır, əgər iştirakçılar: - canlı əmək, yaxud bilik formasında müəssisəyə böyük şəxsi töhfə verərlərsə; - müəssisədə öz şəxsi əməyini gələcəkdə tətbiq etmək istəyərlərsə; - kapitalda təqribən eyni dərəcədə iştiraka cəhd edilərsə; - tam şəxsi məsuliyyətlə riskləri nəzarətdə saxlayırlarsa. Payçı və şərikli (kommandit ortaqlıqlar) müəssisələr XX əsrin ortalarında geniş yayılmışdır. Kommandit ortaqlıqlarının başlanğııc forması əmtəə olmuşdur. Bu formalı müəssisələrin əsasını öz kapitallarından istifadəyə cəhd etmək təşkil edib. Şahibkarlıq kapitalı payçıların və müəssisənin təşkilatçısının özünün qoyuluşlarından təşkil olunmuşdur.

Korporasiyanın işində iştirak hüququndan istifadə dərəcəsi iştirakçıların şəxsiyyətindən asılı idi. İşin təşkilatçıları korporasiyaya müəyyən təsir edə bilirdilər. Cari məsələlərin həllində digər iştirakçılarla çox vaxt razıiaşmırlar, məsləhətləşmirlər. Payçı və şərikli təşkilat tam şərikli təşkilata nisbətən əvvəlcədən müəyyən məbləğlə riskə hazır olan insanları daha asan tapa bilər. Eyni zamanda enerjili sahibkar kapitalın cəlb edilməsinin bu üsulu sayəsində müəssisəni öz əlində saxlaya bilər. Göründüyü kimi, payçı və şərikli müəssisə tam şərikli müəssisə ilə müqayisədə nisbətərı sadədir. Kommandit ortaqlıqlar müəssisənin başlıca fərqləndirici ölaməti onun iştirakçılarının məsuliyyət xarakteridir. Onlar iki cür ola bilər. Təsisçilər kreditorlara dəyən zərəri tam ödəməlidir. Onlar qoyduqları əmlak payının həcmindən asılı olmadan müəssisənin bütün öhdəliklərinə cavab verirlər. Əgər yoldaşlıq əmlakı kifayət etməzsə, onda onlar öz şəxsi əmlaklarını bunun üçün cəlb etməyə borcludurlar. Buna hamı həmrəylik göstərərək hərəkət edirlər. Payçı və şərikli müəssisə ən azı bir payçı və bir şərikli terəfindən təsis edilə bilər. Bu tip müəssisənin idarə olunma qaydasının həmçinin öz xüsusiyyətləri vardır. İki qeyd olunan qrup şəriklər idarəetmədə eyni dərəcədə iştirak etmirlər.



Tam şəriklərin və payçıların əmlak qoyuluşu bir-birindən fərqlənməyə bilər, hərçənd onların payı çox vaxt kəskin fərqlidir. Bütün bunlar iştirakçıların razılığı ilə olur. 19 Qoyuluş həm pul, həm də əşya kimi ola bilər. İntellektual qoyuluş payçılar tərəfindən nəinki nəzərdə tutulmur, hətta qanunla qadağan edilir. Kommanditçilər ümumi yığırıcaqlarda iştirak etmək, iliik hesabatlarla və balanslarla tanış olmaq, mənfəətin müəyyən hissəsini almaq hüququna malikdirlər. Kommandit yoldaşlığa əsaslanan müəssisə öz tərkibində dəyişikliyə məruz qala bilər və hatta ləğv edilə bilər. Tam yoldaşın ölümü onun şəxsi iştirakını dayndırır, hansa vərəsəsinə keçmir. Onlar əmlak hüququ qazanır və payçı ola bilər. Payçının ölümü yoldaşlığın strukturuna heç cür təsir etmir, yalnız heyət dəyişilir, əgər vərəsələr və onların yoldaşlığa daxil oimaq arzusu varsa yalnız onda tərkib dəyişilir. İstənilən halda yoldaşlıq saxlanılır, əgər ən azı bir payçı və bir şərik qalırsa. Kommandit yoldaşlığa əsaslanan müəssisə onun bütün iştirakçıları çıxıldıqda ləğv edilir. Lakin tam şəriklər müəssisəni ləğv etrnək əvəzinə onu kommandit yoldaşlıq müəssisəsinə çevirmək hüququna malikdirlər. İqtisadi ədəbiyyatda təsərrüfät yoldaşlığın tam yoldaşiıq ve kommandit yoldaşlıq formaları fərqləndirilir. Tam yoldaşlıq əsasında fəaliyyət göstərən müəssisədə müəyyən təsərrüfat fealiyyətini birgə həyata keçirmək üçün iştirakçılar öz araiarında müqavilə bağlayırlar. Tam yoldaşlıq zamanı əmlakın formalaşma mənbələri əsas etibarilə iştirakçıların əmanətlərindən ibarət olur. Tam yoldaşlığa əsaslanan müəssisənin yaradılması zamanı nizannnamə tələb olunur. O, təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərir. Təsis müqaviləsini təsərrüfat yoldaşlığının bütün iştirakçıları imzalayırlar. Təsis müqaviləsində yoldaşlıq müəssisəsinin adı, onun yerləşdiyi ərazii, fəaliyyətin idarə olunması qaydası, yoldaşlıq müəssisəsində yığıma yönəldilən kapitalın həcmi və tərkibi, hər bir iştirakçının pul əmanətinin həcmi göstərilir. Burada həmçinin tam yoldaşlıq müəssisəsirı təqdim olunan əmanətlər üzrə öhdəliklərin yerinə yetirilmədiyi hallarda iştirakçıiarın məsuliyyətilə bağlı məsələrə də toxunulur. Tam yoldaşlıq müəssisəsində mənfəət və zərər onun iştirakçıları arasında yığıma yönəldilən kapitalda xüsusi çəkiyə görə proporsional qaydada bölüşdürülür. Hər bir iştirakçıya görə verginin məbləğini müəyyən etmək üçün onun malik olduğu gəlirin üzərinə ümumi mənfətdən xüsusi çəkidə əlavə edilir və bu məbləğdən vergi hesablanır. Tam yoldaşlığa əsaslanan sahibkarlıq müəssisəsinin iştirakçıları öz əmlakları üzərində tam məsuliyyət daşıyırlar. İqtisadi ədəbiyyatda və sahibkarlıq praktikasında kommandit yoldaşlığını çox hallarda qarışıq yoldaşlıq forması da adlandırırlar. Qarışıq yoldaşlıq formasının mahiyyəti və əsas xüsiyyətlərii üzərində dayanaq. Burada yoldaşlıq adından sahibkarlıq fəaliyyətini həyata keçirən və öz əmlakına görə məsuliyyət daşıyan iştirakçılarla yanaşı bir və bir neçə iştirakçı olur ki, bunları da kommanditçilər adlandırırlar. Kommanditçilər əslində təqdim etdikləri əmanətlərin məbləği çərçivəsində zərər üçün riskə də gedirlər. Kommanditçilər yoldaşlıq müəssisəsində shibkarlıq fəaliyyətinin həyata keçirilməsində iştirak etmirlər. İstər tam yoldaşlıq və istərsə də qarışıq yoldaşlıq formalarına əsaslanan sahibkarlıq müəssisələri heç bir nizamnaməyə maiik olmur. Onlar bütün iştirakçıların imzaladıqları təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərirlər.

  1. Təsərrüfat cəmiyyətləri və onların xarakteristikası

Sahibkarlıq korporasiyasının müasir təşkilati formalarından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı növləri fərqlərıdirilir: məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər. Bazar münasibətlərinə keçidin ilkin dövrlərində məhdud məsuliyyətli yoldaşlıq müəssisəsinin yardılması geniş yayılmışdır. Bu cür cəmiyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Məhdud məsuliyytəli cəmiyyətin nizamnamə kapitalı hər bir təsisçinin kapitalının xüsusi çəkisi əsasında formalaşır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəliklərinə cavbdehlik daşımır və qoyduqları əmanətin dəyəri çərçivəsində cəmiyyətin fəaliyyəti ilə bağlı zərərlilik riskini öz üzərinə götürürlər. Məhdud məsuliyyətli cəmiyyət- ilkin kapitalı iştirakçıların müəyyən pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiyasır. İştirakçılar qoyduqları həmin pay çərçivəsində məsuliyyət daşıyırlari. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçiları həm fiziki və həm də hüquqi şəxs ola bilər. Cəmiyyət bir şəxs tərəfindən də yaradıla bilər.Məhdud məsuliyyətli cəmiyyətin üzvlərinin aşağıdakı hüquqları vardır:

- cəmiyyətin işinin idarə olunmasında iştirak etmək;

- cəmiyyətin fəaliyyəti haqqında, mühasibat sənədləri daxil olmaqla zəruri informasiya almaq;

- mənfəətin bölgüsündə iştirak etmək;

- ləğv etmə kvotuna;

- müvafiq payını almaqla cərniyyətdən azad çıxmaq.

Nizamnamə kapitalı cəmiyyət yaranarkən iştirakçılardan yarısından az olmayaraq alınmalıdır. Ancaq bir il ərzində onu tam həcmdə köçürmək lazımdır. Məhdud məsuliyyətli cəmiyyətin başlıca cəlbedici cəhətlərindən biri onun iştirakçılarının məhdud məsuliyyəti hesab odilir. Bu о deməkdir ki, onlar yalnız qoyduqları pay həcmində cavabdehlik daşıyırlar Məhdud məsuliyyətli cəmiyyət hüquqi forma kimi kiçik və hətta ailə müəssisəsinə daha çox uyğun gəlir. Bu müəssisələr öz dövriyyəsinə az miqdarda adamları cəlb edir. Bu növ ınüəssisənin əsas sənədi təsis müqaviləsi və nizamnaməsi sayılır. Təsis müqaviləsi həmçinin investisiya müqaviləsi adlanır.

Nizamnamə - məhdud məsuliyyətli cəmiyyətin bir növ konstitusiyası hesab olunur. Qərb ölkələrində təsis müqaviləsi çoxdan öz əhəmiyyətini itirib və hazırki vaxtda hətta qeydiyyata alınmır, hərçənd formal şəkildə onun təqdim edilməsi tələb olunur. Cəmiyyətin idarəetmə orqanı onun iştirakçılarının ütnumi yığıncağı sayılır. Məhdud məsuliyyətli cəmiyyət kiçik biznesin təşkilati-hüquqi formasına aiddir. Kiçik biznesin iqtisadi rolundan danışarkən aşağıdakılan xüsusi qeyd etmək lazımdır:

1. Yeni iş yerlərinin yaradılması.

2. Yeni əmtəə və xidmətlərin tətbiqi.

3. İri müəssisələrin ehtiyaclarının ödənilməsi.

4. İxtisaslaşdırılmış əmtəə və xidmətlərlə təmin edilməsı. Məhdud məsuliyyətli cəmiyyətlərdən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sənədləri əsasında müəyyən edilmiş əmanətin dəyəri çərçivəsində istər öz əmanətləri üzrə öhdəiiklərə və istərsə də cəmiyyetin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyırlar. İştirakçılardan birinin məsuliyyətliliyi şəraitində onun öhdəlikləri qalan iştirakçılar arasında əmanətlərə uyğun proporsional qaydada bölüşdürülür..

İştirakçılar həmrəy olaraq əlavə məsuliyyət daşıyırlar. Əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları öz qoyduqları əmanətlə yanaşı əlavə əmlaka da cavabdehdirlər. Bundan başqa, əlavə məsuliyyətli cəmiyyət iştirakçılardan birinin müflisləşməsindən də kreditorlara təminat verir. Əlavə məsuüyyətli cəmiyyətin iştirakçılardan hər hansı birinin müflisləşdiyi halda cəmiyyətin öhdəliklərinə görə onun məsulıyyəti qalan iştirakçılar arasında onların qoyduqları əmanətə ııyğun proporsional bölüşdürülür.

Müasir şəraitdə sahibkarlığın ən geniş yayılmış formalarından biri səhmdar cəmiyyətidir. Səhmdar cəmiyyətiərinin əksəriyyəti dövlət və bələdiyyə mülkiyyətinə əsaslanan müəssisələrin özəlləşdirilməsi yolu ilə yaradılır. Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü saziş əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmləri müs-təqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.

Dövlət əmlakına sərəncam vermək hüququna malik olan idarəetmə orqanlarının təsis etdikləri cəmiyyəti istisna olmaqla, səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir. Dövlət əmlakına sərəncam vermək səlahiyyətinə malik olan idarəetmə orqanlarının təsis etdikləri səhmdar cəmiyyətinin təsisçilərinin sayı məhdudlaşdırılmır. Onlar təklikdə (təkbaşına) səhmdar cəmiyyətinin təsisçisi ola bilərlər.

Cəmiyyətin təsisçilərinin ümumi yığıncağında qəbul edilən nizamnamədə aşağıdakılar göstərilməlidir: cəmiyyətin adı, tipi, hüquqi ünvanı, fəaliyyət növü, təsisçi və ya təsisçilərin tərkibi; nizamnamə fondunun məbləği; buraxılacaq səhmlərin kateqoriyası, növü, nominal dəyəri, təsisçi və ya təsisçilər tərəfindən alınan səhmlərin miqdarı; səhmdarlar öz öhdəliklərini yerinə yetirmədikdə görülən tədbirlər; idarəetmə, nəzarət və maliyyə-təftiş orqanlarının tərkibi və səlahiyyətiəri, fondların siyahısı və onların formalaşdırılması qaydası. Səhmdar cəmiyyətinin yaradılmasında dövlət müəssisəsi iştirak etdikdə Maliyyə Nazirliyinin rəyi olmalıdır. Səhmdar cəmiyyəti dövlət müəssisəsinin çevrilməsi əsasında da yaradıla bilər. Bu halda dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi əsaslarını parlament müəyyənləşdirir. Cəmiyyətdə səhmlərə abunə yazılışı və ya səhmlərin (payın) bölüşdürülməsi təsis müqaviləsi, yaxud təsis planı əsasında həyata keçirilir. Abunə yazılışının müddəti 6 aydan ox olmamalıdır. Abunə yazılışında iştirak edən şəxslər səhmin nominal dəyərinin 10 faizini qabaqcadan ödəməlidir..

Təsisçilər həmin şəxsə müəyyən miqdarda səhmlərin atılması brədə yazılı öhdəlik verirlər. Elanda göstərilmiş müddət keçdikdə abunə yazılışı başa çatır. Həmin müddətdə səhmlərin 60 faizinə abunə yazılmışsa, cəmiyyətin təsis edilməsi baş tutmamış sayılır və bunəçilərə ödədikləri məbləğ, yaxud verdikləri əmlak 30 gün ərzində geri qaytarılır. Təsis yığıncağının çağırılması gününədək abunəçilər qabaqcadan ödənilmiş məbləği nəzərə almaqla səhmin ominal dəyərinin 30 faizini ödəməlidirlər. Təsisçilər bu şəxslərə müvəqqəti şəhadətnamə verirlər. Qapalı tipli cəmiyyətdə təsisçilər təsis yığıncağının çağırılması gününədək səhmlərin nominal dəyərinin 50 faizini ödəməlidirlər. Cəmiyyətin təsis yığıncağı abunə yazılışı bitdikdən sonra ay ərzində çağırılır Təsis yığıncağında abunəçilərin azı 60 faizi iştirak etməlidir. Cəmiyyətin yaradıimasına, müşahidə şurasının, icra və nəzarət orqanlarının seçilməsinə, təsisçilərə imtiyazlar verillir .

Digər məsələlər isə adi səs çoxluğu llə həll edilir. Cəmiyyət qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatından keçdiyi gündən bir il ərzində səhmdar abunə yazıldığı səhmlərin nominal dəyərini tamamilə ödəməlidir. Səhmdar abunə yazıldığı səhmlərin dəyərini təsis yığıncağında müəyyənləşdirilmiş müddətdə, lakin bir ildən çox olmamaq şərtilə tam ödəyərək onları satın almalıdır. Əks ərində cəmiyyətin nizamnaməsində başqa hal nəzərdə tutuimayıbsa, səhmdar gecikdirilmiş məbləğin 10 faizi həcmində əlavə vəsait ödəməlidir. Səhmlərin satınalma müddəti gecikdirildikdə cəmiyyət onları sərbəst surətdə sata bilər.

Cəmiyyətin ilkin mənfəətinin məbləğindən səhmdar malik olduğu səhmin və ya müvəqqəti səhm şəhadətnaməsinin dəyərinə uyğun olaraq dividend alır. Hər bir səhmə düşən dividendin məbləği səhmdarların ümumi yığıncağında müəyyən edilir. Səhmdar cəmiyyətlərin səhmdarlarına ümumi yığıncağının qərarı iiə səhmlər üzrə dividendlər rüblər üzrə ödənilə bilər. Hər bir səhmdarın ümumi yığıncaqda iştirak etmək, müşahidə şurasının idarə heyətinin üzvlərindən izahat tələb etmək, təkliflər vermək, öz iradlarını bildirmək hüququ vardır.

3.Holdinq şirkətləri biznesin təşkilinin effektiv forması kimi

İqtisadiyyatda qloballaşma prosesinin getdiyi indiki şəraitdə biznesin səmərəli təşkili və intensiv inkişaf etdirilməsi təkcə ölkə daxilində əmtəə-pul münasibətlərinin inkişafını deyil, həm də xarici iqtisadi, ticarət və elmi-texniki əlaqələrin qurulması vasitəsilə dünya təsərrüfat sisteminə qovuşmağı zəruri edir Dünya təcrübəsi göstərir ki, iqtisadi cəhətdəıi inkişaf etmiş ölkələrin böyük əksəriyyəti ağır tənəzzülə uğramış iqtisadiyyatlarını dirçəltmək və sağlamlaşdırmaq üçün dost ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq quraraq onların material VƏ maliyyə resurslarından istifadə ediblər.

Keçid dövründə Azərbaycan Respbulikası da artıq sınaqdan çıxmış bu təcrübədən bacarıqla istifadə edərək öz milli iqtisadiyyatını bazar münasibətləri əsasında formalaşdırır və intensiv inkişaf etdirir. Biznes fəaliyyətinin səmərəli təşkilində, rəqabət qabiliyətlı iqtisadiyyatın formalaşmasında iri korporativ strukturların, o cümlədən hoidinq şirkətlərinin yaradılması çox böyük rol oynayır. Holdinq şirkətlərində sənaye kapitalı, investisiya, iriutumlu texnologiyalar, kompüterləşdirilmiş iş yerləri, yüksək ixtisaslı kadrlar cəmləşir. Korporativ idarəetmə strukturları düşdüyü ağır iqtisadi böhran vəziyyətindən çıxarmağa gücü olan lokomativ sayılır, müəssisələrin qarşılıqlı borclar probleminin həllinə kömək edirlər.

Dövlət əmlakının özəlləşdirilməsi və iqtisadiyyatın transformnsiyası prosesində biznesin müxtəlif təşkilati-hüquqi formaları - səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları, holdinq şirkətləri yaradılmışdır. Təhlil göstərir ki, mövcud maliyyə-sənaye qrupları və səhmdar cəmiyyətləri səmərəli fəaliyyət göstərmir, biznesin və bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyətli rol oynamırlar. Bununla əlaqədar olaraq tanınmış iqtisadçı alimlər korporativ idarəetmənin müasir strukturu kimi holdinq şirkətlərinin yaradılmasına və geniş miqyascla fəaliyyət göstərməsinə üstünlük verirlər. Bizim fikrimizcə, holdinq şirkəti - ticarət, maliyyə və digər kommersiya fəaliyyətini birgə həyata keçirən qarşılıqlı əlaqəli hüquqi şəxslərin məcmusudur. Holdinq şirkətləriniıı aktivlərinin çox hissəsini başqa kompaniyaların, cəmiyyətlərinin səhmləri təşkil edir. Korporativ biznesin bir sıra müsbət və mənfi cəhətlərl var.

Böyük həcmdə kapitalın daha asan toplanması və uzunmüddətli mövcudluq imkanı, məsuliyyətin məhdudluğu, mülkiyyət hüququnun sərbəst ötürülə bilməsi, korporasiyanın digər müəssisələrə nisbətən üstün cəhətləri sayılır. 26 Holdinq şirkətlərinin mülkiyyətçiləri çoxlu sayda müəssisələr, səhmdarlar ola bilər ki, bu da böyük həcmdə kapitalın formalaşdırılmasını asanlaşdırır. Qanuniləşdirilmiş müstəqil hüquqi şəxs olmaqla korporasiya uzunmüddətli mövcudluq imkanı əldə edir. Çünki hər hansı səhmdarın, müəssisənin holdinq şirkəfini tərk etməsi onun fəaliyyətinə əhəmiyyətli təsir göstərmir. Xarici iqtisadi ədəbiyyatlarda holdinq şirkəti bütün mülki hüquqlara malik olan hüquqi şəxs kimi səciyyələndirilir. Holdinq şirkəti müqavilələr bağlaya, mülkiyyətə malik ola, Iddiaçı və cavabdeh qismində çıxış edə bilər.

Məsuliyyətin məhdudluğu holdinq şirkətinin üstün cəhətlorindən biridir. Şirkət öz hərəkətləri üçün öhdəlikləri üzrə məsuliyyət daşıyır. Mülkiyyətçilər yalnız öz qoyuluşları həcmində cavabdehlik daşıyırlar. Buna görə də kreditorlar yalnız şirkətin əmlakına iddia ilə çıxış edə bilərlər. Holdinq şirkətləri səhmdar kapitallı müəssisələrdir. Holdinq şirkətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olımadan və şirkətin fəaliyyyətinə təsir göstərmədən sata bilər. Holdinq şirkətlərinin üstün cəhətlərindən biri də iri biznesin səmərəli idarə edilməsi hesab olunur. Holdinq strukturlarında idarəetmə və mütkiyyətin ayrılması xüsusi bilik və vərdişlərə malik insanların idarəetməyə cəlb edilməsini zərurirətə çevirir. Biznesin təşkilinin korporativ formasının bəzi mənfi cəhətlərinə də rast gəlinir.



Korporasiyalara, о cümlədən holdinq şirkətlərinə qarşı dövlət tənzimlənməsi çox güclüdür. ABŞ- da korporasiyalar qeydiyyata alındığı ştatın hakimiyyət orqanlarına öz fəaliyyəti haqqında hesabat verməlidir.üzrə Bundan əlavə iri korporasiyaların qiymətli kağızlar və birja əməllyyatları üzrə komissiyaya da hesabat təqdim etməsi məcburidir. Rəqabətqabiliyyətli holdinq şirkətlərinin formalaşması üzrə tədbirlərdə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və biznesin inkişafına dövlətin dəstəyi mütləq nəzərə alılınmalıdır.

Iqtisadiyyatın idarə olunması və tənzimlənməsində dövlətin iştirakını nəzərə almaqla holdinq şirkətinin təşkilati layihəsini işləyib hazırlayarkən aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir: - Holdinq şirkətinin əsas müəssisəsinə dövlətin səhm paketinin verilməsi; - Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində nəzarət səhm paketi vasitəsilə holdinq şirkətinin əsas müssisəsinin yaradılması; İxracyönümlü holdinq şirkətlərinin layihələşdirilməsi bəzi istehsal sahələrinin restrukturizasiyası zamanı aktual ola bilər.
Download 37.48 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling