Maddi modellər və informasiya modelləri


Download 19.49 Kb.
Sana25.10.2020
Hajmi19.49 Kb.
#136868
Bog'liq
7 maddi modeller ve informasiya modeli


Maddi modellər və informasiya modelləri

Bizi əhatə edən aləm cox mürəkkəbdir. Bu aləmdəki obyektlər də mürəkkəb quruluşa malikdir və onların çoxlu xassələri var. obyektlərin öyrənilməsi zamanı onların bütün xassələrini nəzərə almaq mümkün olmur. Ona görə də bəzən

obyektlərin modellərindən istifadə olunur. Başqa sözlə, real obyektin əvəzinə, onun bəzi xassələrini özündə əks etdirən bənzərini öyrənmək daha əlverişli olur, məsələn, obyekt olaraq insanı nəzərdən keçirək. Kiçikyaşlı uşaqlar üçün insanın ilk modeli kukladır. Uşaq böyüdükcə belə model onun üçün maraqsız olur. Ona gorə də kukla başqa modellə əvəz olunmalıdır. İnsanın özü kimi, onun modeli də coxcəhətlidir. Belə ki, konkret model məqsəddən asılı olaraq dəyişir; məsələn, dərziyə öz işində maneken daha çox fayda verə bilər. Çünki dərzini, ilk novbədə, insanın ölcüləri – boyu, boynunun həcmi, kurəyinin eni və s. maraqlandırır. Anatomiyanı tədris edən muəllim, yaxud insanın sümük quruluşunu oyrənən tibb işçisi üçün insanın skeletini heç nə əvəz edə bilməz. Heykəltəraş və rəssamın yaratdığı modellərdə isə insanın xarici gorkəmi daha çox əhəmiyyət daşıyır. Beləliklə, eyni bir obyektin müxtəlif modellərini düzəltmək olar. Ona gorə də kukla, maneken, skelet, heykəl, şəkil – insanın muəyyən xassələrini əks etdirən modellərdir. Model obyektin hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasıdır. Muxtəlif texniki qurğuların, maşın və mexanizmlərin, binaların, elektrik döv rələrinin və s. layihələndirilməsi və yaradılmasında modellər çox mühüm rol oynayır. Qabaqcadan sxemini yaratmadan nəinki təyyarəni, hətta onun sadə bir detalını da hazırlamaq mümkün deyil. Bina və tikililərin layihələndirilməsi zamanı çertyojlarla yanaşı, çox zaman onların maketini də hazırlayırlar. Uçuş aparatlarının hava axınında hərəkətlərini oyrənmək üçün onların modelləri aerodinamik boruda tədqiq olunur.

Modelin yaradılması prosesi modelləşdirmə adlanır. Modeli yaradılan obyektin özünə isə orijinal, yaxud prototip deyilir.

Modellər müxtəlif cür təsnif edilir və bu təsnifat hansı xassələrin daha vacib olmasından asılıdır. Məsələn, modelləri istifadə sahələri üzrə təsnif etmək olar: qlobus yerin tədris modelidir, aerodinamik boruda sınaq üçün hazırlanmış təyyarə modeli təcrübi modeldir, proses və hadisələri tədqiq etmək üçün elmi-texniki modellərdən istifadə olunur,oyun və imitasiya modelləri də mövcuddur.

Zaman amilini nəzərə almaqla , modelləri statik və dinamik modellərə ayırmaq olar. Statik model baxılan zaman aninda dəyişmir. Dinamik model isə obyektin zamandan asılı olaraq dəyişməsini nəzərə alir.

Təqdimolunma formasından asılı olaraq modelləri iki böyük sinifə ayırmaq olar: maddi modellər və informasiya modelləri. Maddi modellər obyektlərin həndəsi, fiziki və başqa xassələrini madddi olaraq əks etdirir (qlobus, anatomik mulyajlar, kristal qəfəs modelləri, binaların maketləri və s.).

Informasiya modelləri obyekt və prosesləri yalnız informasiya əsasında təsvir edir. Başqa sözlə, informasiya modelinə əl ilə toxunmaq və ya gözlə görmək olmur. Informasiya modellərinin özlərini də bir neçə növə ayırmaq olar. Adətən, təsviri informasiya modellərinin yaradılmasında təbii dillərdən və şəkillərdən istifadə olunur. Elm tarixində çoxsaylı təsviri informasiya modelləri məlumdur. Məsələn, vaxtilə Kopernikin irəli sürdüyü dünyanın heliosentrik modeli aşağıdakı kimi ifadə olunurdu:

* Yer öz oxu ətrafında fırlanır,

* Yer və bütün digər planetlər Günəşin ətrafında fırlanır.

Formal dillərin köməyi ilə formal informasiya modelləri (riyazi, məntiqi və s.) qurulur. Geniş istifadə olunan formal dillərdən biri riyazi dildir. Riyazi işarələr və düsturlar vasitəsilə qurulan modellər riyazi modellər adlanır. Riyazi dil formal dillərin toplusudur.

Cəbri dil kəmiyyətlər arasındakı asılılıqları formallaşdırmağa imkan verir. Belə ki, Nyuton mexanika qanunlarını, ümumdünya cazibə qanununu kəşf etməklə, onları funksional asılılıq şəklində yazmaqla dünyanın heliosentrik sistemini formalaşdırdı. Fizika kursunda cəbri dildə ifadə olunmuş müxtəlif funksional asılılıqlar verilir ki, onlar öyrənilən yaxud proseslərin riyazi modelidir.



Məntiq cəbri formal məntiqi modelləriqurmağa imkan verir. Mühakimələr cəbrinin köməyi ilə dildə verilmiş sadə və mürəkkəb mühakimələri formallaşdırmaq, yəni onları məntiqi ifadələr şəklində yazmaq olar.

Alqoritmlər müasir informasiya texnologi ya larının əsasını təşkil edir. Əslində alqo -ritm mə sələnin həllinin informasiya modelidir. Alqo ritmin icraçısı qoyulan məsələnin mahiy yə tinə varmadan alqoritmi formal olaraq yeri nə ye tirir. Alqoritmlərin hazırlanması və icra olunması zamanı insan blok- sxemlərdən istifadə edir. Blok-sxem alqoritmi daha əyani təsvir etməyə və onda əsas alqoritmik strukturları (xətti, budaqlanma, dövr və s.) muəyyən etməyə imkan verir. İnsan blok-sxem əsasında alqoritmin yerinə yetirilməsini izləyə bilər, çünki blok-sxemin elementlərini birləşdirən oxlar əməllər ardıcıllığını gostərir
Download 19.49 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling