Beynəlxalq Çay Hövzələri Ətraf Mühitinin Mühafizəsi Layihəsi
YSO üçün Monitorinq Proqramı
Download 7.47 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 5.2.2 Təklif olunan Monitorinq Proqramı
- 5.2.3 Kəmiyyət Monitorinqi
- Parametrlər və göstəricilər Tezlik, ən azı
- 5.2.5. Operativ Monitorinq
- 5.2.6 Digər Monitorinq Növləri
- 6.2. SÇD-da NəzərdəTutulan İstisnalar
- 6.3. Orta Kür Hövzəsində SO Üçün Ətraf Mühit Məqsədlərinin Müəyyən Edilməsi
- Cədvəl 30: BÇHƏMM layihəsi üzrə 6 illik planlaşdırma dövrü üçün suyun vəziyyətinəuyğun olaraq ətraf mühit üzrə məqsədlər
- Şəhər Çirkab Sularının Təmizlənməsi Direktivi (91/271/EEC) Əsas Qəzalara dair Direktivi (96/82/EC) Nitratlar Direktivi (91/676/EEC)
- İçməli Su Direktivi (98/83/EC)) Quşlar haqqında Direktiv (79/409/EEC) Canlı Məskənlər haqqında Direktiv (92/43/EEC)
5.2 YSO üçün Monitorinq Proqramı 5.2.1 Yeraltı Suların Mövcud Monitorinq Şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeoloji Ekspedisiya Xidməti Orta Kür HR-da 52 monitorinq quyusunun mövcudluğunu bəyan edir. Onlardan 27 dayaz sərbəst səthə malik olan sərbəst səthi olan(təzyiqsiz) su təbəqələrində və 25 monitorinq quyusu artezyan yeraltı su obyektlərinin içinə qazılıb. (Diaqram 22). On iki artezyan monitorinq quyusu axardır. 2013-cü ildə aparılan BÇT aşkar etdi ki, mövcud monitorinq quyularının kifayət qədər çoxu dağıdılıb və ya tıxanıb. Bu səbəbdən, əvvəlki monitorinq quyularından neçəsinin hal-hazırda hələ də mövcud olduğunu və aparılacaq yeraltı suların monitorinqində istifadə oluna biləcəyini müəyyən etmək üçün monitorinq şəbəkəsinin inventarlaşdırılması tələb olunur. 5.2.2 Təklif olunan Monitorinq Proqramı Orta Kür HR-da yeraltı suların monitorinq proqramı rəsmi olaraq nəzarət, operativ, mühafizə olunan içməli su əraziləri, qarşısının alınması və məhdudlaşdırıcı monitorinqlərindən ibarət olmalıdır. Monitorinq əsasən içməli su təminatı üçün istifadə olunan yeraltı su obyektləri üzərində cəmlənməlidir: G100, G300 and G400. Kompleks Hidrogeoloji Ekspedisiya, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası nəzarət monitorinqi üçün məsuliyyət daşımalıdırlar, su təhcizatı şirkətləri və potensial çirkləndiricilər operativ, mühafizə olunan içməli su əraziləri, qarşısının alınması və məhdudlaşdırıcı monitorinqləri həyata keçirməlidirlər. 5.2.3 Kəmiyyət Monitorinqi Kəmiyyət monitorinqi su səviyyəsinin tendensiyasının uzunmüddətli müşahidəsi və yeraltı suların ayrılması nəticəsində yaranan şoranlaşmanın və digər müdaxilələrin qiymətləndirilməsi deməkdir. Yeraltı su obyektlərinin doldurulması və boşaldılması əraziləri barədə yaxşı informasiya məkanına nail olmaq üçün yeraltı suların səviyyəsinin monitorinqi stansiyaları yeraltı su obyekti üzərində yerləşdirilməlidir. Yeraltı suların səviyəsinin və axınların ölçülməsi aşağıdakı obyektlərdə həyata keçirilir: Monitorinq quyuları (müşahidə monitorinqi) və ya istismar quyularında monitorinq(operativ monitorinq); Təbii bulaqlarda; Quraqlıq dövründə səth su mənbələrində (Gəncə, Şəmkir, Tovuz, Ağstafa çayları); Bütün yeraltı suların kəmiyyət monitorinqi qazma qurğularında elektron məlumat yükləyən cihazların quraşdırılması tövsiyə olunur, çünki fasiləsiz məlumat qeydi su təbəqəsinin təbii rejimdə baş verən dəyişikliklərə və təzyiq/müdaxilə hadisələrinə necə cavab verdiyini daha aydın başa düşməyə imkan yaradır. Elektron məlumat toplayan cihazları quraşdırılmayana qədər yeraltı suların səviyyəsi yerli müşahidəçilər tərəfindən ayda 3 dəfə və nümunələrin götürülməsi zamanı ildə 2-4 dəfə. 83 Diaqram 22.. Orta Kür pilot hövzəsində mövcud yeraltı suların monitorinqi stansiyaları və əlavə olaraq təklif olunan monitorinq bulaqları (G600-1-G600- 4) 84 5.2.4. Nəzarət Monitorinqi Kəmiyyət və nəzarət monitorinqi üçün mövcud monitorinq şəbəkəsi (52 qazma qurğusu) bütün monitorinq qurğuları düzgün işlədiyi halda kifayət edəcək. SÇD-nın uyğunluq monitorinq proqramının yaradılmasından əvvəl şəbəkənin inventarlaşdırılması tələb olunur. PH, temperatur, həll olunmuş oksigen, elektrik keçiricilik, həll olumuş bərk maddələrin ümumi miqdarı və s. kimi kimyəvi parametrlər quyuda sahədə (çöldə) ölçülməlidir. Monitorinq quyuları yeraltı suların nümunələrinin götürülməsindən əvvəl lazımi qaydada təmizlənməlidirlər. Hər il təsdiqlənən planlara əsasən Kompleks Hidrogeoloji Ekspedisiya yeraltı suların nəzarət (milli) monitorinqini həyata keçirməlidir. Təbii şərtlər və antropogen təsir altında formalaşan və yeraltı suların kimyəvi vəziyyətini və keyfiyyətini xarakterizə edən ümumi kimyəvi parametrlər (əsas kationlar və anionlar, qida maddələri) yeraltı suların nümunələrində ən azı ildə iki dəfə təhlil olumalıdırlar. Adətən çox aşağı konsentrasiyası olan və spesifik kimyəvi komponentlər hesab olunan üzvi birləşmələr və pestisidlər altı ayda bir dəfə monitorinq edilməlidir və mikroelementlər, bu komponentlərin aşkar edilməsi ehtimal olunan qurğularda, iki ildə bir dəfə monitorinq edilməlidir. Yeraltı suların monitorinqi üçün büdcə kifayət etmədiyi halda nümunələrin götürülməsi qurğularının rotasiyası tövsiyə oluna bilər. Orta Kür pilot hövzəsi üçün aşağıdakı yeraltı suların monitorinq tezliyi (nəzarət və keyfiyyət monitorinqləri üçün) təklif olunur: Cədvəl 28. Yeraltı suların monitorinq parametrləri və tezliyi Parametrlər və göstəricilər Tezlik, ən azı Əsas anion və kationlar (Na, K, Ca, Mg, Fe tot , NH 4 , HCO 3 , Cl, SO 4 , NO 3 , NO 2 ) və fiziki xassələr (pH, xüsusi keçiriciliyi, permanqanat indeks, və ya TOC) İldə 2-4 dəfə Mikro elementlər (Fe, As, Hg, Cd, Pb, Zn, Cu, Cr, etc.) 2 ildə bir dəfə Pestisidlər* Altı ildə bir dəfə Polisiklik aromatik karbohidrogenlər, fenollar, Trixloretilen, Trixloretilen** 2 ildə bir dəfə Monitorinq quyularında, qazma quyularda yeraltı suların səviyyəsi və təbii bulaqların axımı Elektron məlumat toplayan cihazlar (loggerlər) – hər 6-12 saatda. Digər monitorinq quyularında ayda üç dəfə. Bulaqlar – nümunələr götürülən zaman (ildə 2-4 dəfə) Qeydlər: * pestisidlər yalnız kənd təsərrüfatı ərazilərində yerləşən monitorinq nöqtələrində (məntəqələrində) analiz edilməlidirlər ** PAK, fenollar, TCE&PCE şəhər ərazilərində (Gəncə, Tovuz və s.) yerləşən qurğularda və sənaye əraziləri yanında analiz edilməlidirlər. Təklif olunan yeraltı suların kəmiyyət və nəzarət monitorinq şəbəkəsi diaqram 22 və cədvəl 29 təqdim olunub Cədvəl 29. Təklif olunan yeraltı suların nəzarət monitorinqi şəbəkəsi No YSO-nun adı və kodu Monitorinq qurğularının nömrəsi Nə moni- torinq olunur Monitorinqin məqsədi 1 Təzyiqsiz Dördüncü dövr 27 Hidrogeoloji Ekspedisiya tərəfindən Səviyyə, temperatur YS qidalandığı -istifadə olunduğu ərazilər. Ağstafa 85 YSO (G100, G300, G400) rəsmi olaraq nömrələnmiş monitorinq quyusu və kimya ərazisindəki qazma quyuları Gürcüstanla transsərhəd monitorinq üçün istifadə olunacaq 2 Artezyan Dördüncü dövr YSO (G100, G300, G400) Hidrogeoloji Ekspedisiya tərəfindən rəsmi olaraq nömrələnmiş 25 arteyan monitorinq quyusu Səviyyə, temperatur və kimya YS qidalandığı –istifadə olunduğu ərazilər. Ağstafa ərazisindəki qazma qurğular Gürcüstanla transsərhəd monitorinq üçün istifadə olunacaq 3 Jura təbaşir dövrü YSO (G600) yeraltı suların keyfiyyəti üçün 4 bulaq (G600-1- G600-4) Axını, temperatur və kimya YS qidalandığı –istifadə olunduğu ərazilər Ümumilikdə: 56 monitorinq məntəqəsi 5.2.5. Operativ Monitorinq Orta Kür pilot hövzəsində risk altında olan heç bir YSO olmadığından milli miqyasda yalnız kəmiyyət və nəzarət monitorinqlərinin həyata keçirilməsi planlaşdırılır. Yeraltı su direktivi su obyektini SÇD-nın ətraf mühit məqsədlərinə nail olmamaq riski altına qoyan kimyəvi komponentlər üçün hədd (ilkin) göstəricilərinin təyin edilməsini tövsiyyə edir. Lakin bu tapşırıq Orta Kür HR-nın yeraltı su obyektləri üçün əhəmiyyətli deyil. Yeraltı suların istifadə üçün götürülməsinin təsirini müşahidə etmək üçün su istifadəçilərinə yeraltı suların monitorinqini onların su götürmə məntəqələrində (quyu sahələrində) həyata keçirilməsi tövsiyyə olunur. SÇD-ini 7-ci maddəsi gündə 100 m 3 -dən çox su götürüləndə müşahidə etməyi tövsiyyə edir. Tərk edilmiş su götürülən quyular yeraltı suların monitorinqi üçün istifadə edilə bilərlər. 5.2.6 Digər Monitorinq Növləri İçməli suyun qorunması ərazilərinin monitorinqi və qarşı alma və məhdudlaşma monitorinqi yeraltı su təhcizatı şirkətləri və potensial çirkləndiricilər tərəfindən həyata keçirilməlidir. Qanunvericilikdəki dəyişikliklər su istifadəçilərini suyun götürülməsinin yeraltı su obyektlərinə təsirini müşahidə etməyə və çirkləndiriciləri isə qarşı alma və məhdudlaşma monitorinqlərini həyata keçirməyə məcbur etmək üçün nəzərdə tutulmalıdırlar. 86 6. ƏTRAF MÜHİT MƏQSƏDLƏRİ 6.1 Aİ SÇD-da Nəzərdə Tutulan Ətraf Mühit Məqsədləri Ətraf mühit üzrə məqsədlərin müəyyən edilməsi SÇD-nın 4-cü maddəsinə əsasən və Ətraf mühit üzrə Məqsədlərə nail olmağa və Təqdbirlər Proqramının hazırlanılmasına dair BÇHƏMM Layihəsinin Rəhbər Sənədindən istifadə etməklə həyata keçirilib. Aİ SÇD-ya uyğun olaraq (i) Ətraf Mühit üzrə məqsədlərin hazırlanması və (ii) SÇD-nın tələblərinə uyğun Tədbirlər Proqramınin hazırlanması üçün BÇHƏMM Layihəsinin Rəhbər Sənədindən istəfadə edilmişdir. TP elə şəkildə hazırlanmalıdır ki, o Təzyiq/təsir təhlilləri və risklərin qiymətləndirilməsinin nəticələrinə uyğun olsun və həm də SÇD icrası zamanı ortaya çıxan çatışmazlıqların aradan qaldırılmasına dair planlar buraya daxil edilsin. . Ətraf mühit üzrə məqsdələrin qoyulması elə bir statusun məüyyən edilməsinə yönəlib ki, SÇD-nın hər hansı planlaşdırma dövrü ərzində istər yeraltı istərsə də səth suları üçün ona nail olunsun . Əraf mühit üzrə tədbirlər elə şəkildə təşkil edilməlidir ki, su ehtiyyatlarının istismarı və inkişafı arasındakı balansı tənzimlənsin və onlardan davamlı istifadə təmin edilsin. Buna görə də Aİ SÇD-nın 6 illik planlaşdırma dövrü ətraf mühit üzrə məqsdədlərin tətbiqi zamanı çox mühümdür və xüsusilə də bütün su obyektlərinin yaxşı statsusuna yönələn tədbirlərin icrası üçün vaxt qrafikini müəyyən edir. Aİ-na üzv ölkələr üçün ilk planlaşdırma dövrü 2009-cu ili əhatə edir (ilk ÇHİEP). Ətraf mühit üzrə bütün məqsədlərin icrasının 2-ci dövrü 2015-ci ili, 3-cü dövrü 2021-ci ili və son dövrü isə 2027-ci ili əhatə edir. BÇHƏMM layihəsinin Rəhbər Sənədinə əsasən layihə ölkələrində ilk planlaşdırma dövrü 2015-ci ilin sonundan etibarən başlayacaqdır. Aİ SÇD ətraf mühit üzrə məqsədlərə nail ola bilməkdən ötrü mərhələlər üzrə yanaşmalar tələb edir. Bu yanaşmalarda Aİ SÇD-nın 4-cü maddəsinə uyğun olaraq istisnalar da ola bilər və onları ÇHİEP-da tam və şəffaf şəkildə verilməlidir. Ətraf mühit üzrə məqsədlər və planlaşdırmalar TP-nın hazırlanmasının tərkib hissəsi heasb edilir. Yeraltı və səth sular üçün ətraf mühit üzrə məqsədlərin tətbiqi çay hövzəsinin idarə edilməsi planı üçün əhəmiyyətli rola malikdir. Həmçinin aşağıdakı məqsədlərə xidmət edir: Bütün su obyektlərində yaxşı statusa nail olmaq Suyun statusunun pisləşməsinin qarşısının alınması Su idarəçiyinin davamlılığına nail olmaq Qorunan ərazilər üçün səciyyəvi tələblərə cavab vermək Yüksək statuslu sularda ətraf mühit üzrə məqsədlər suyun stasunun qorunub saxlanılmasına dair tədbirləri əhatə edir. Orta və ya daha pis statuslu su obyektlərinə aşağıdakı məqsədlərə nail olmağa imkan yaradacaq müxtəlif tədbirlər tətbiq edilməlidir: A) Səth su obyektlərinin yaxşı ekoloji/kimyəvi statusuna nail olmaq B) CDSO-da yaxşı ekoloji potensial və kimyəvi status C) Yeraltı su obyuektlərinin yaxşı kimyəvi/kəmiyyət stastusu 6.2. SÇD-da NəzərdəTutulan İstisnalar Aİ SÇD-nın 4-cü maddəsi yaxşı ekoloji/kimyəvi/kəmiyyət statsuna və/ya su obyektlərinin yaxşı potensiala nail olmağın ilkin planlaşdırma dövründə yox yalnız sonrakı dövrlərdə mümkün olmasını və ya ümumiyyətlə qeyri –mümkünlüyünü göstərən istisnaların olmasına imkan verir. Həmçinin ətraf mühit üzrə məqsədlər təyin edilərəkən istisnalara dair tələblər də nəzərə alınmalıdır. SÇD –nın 4(4)-cü maddəsində istisnalarla bağlı şərtlər müəyyən edilib və ətraf mühit üzrə məqsədlərə nail olmağa yönələn tədbirlərin icrasının ilk planlaşdırmılma dövründən sonrakı dövrlərdə keirilməsi üçün 87 bu şərtlər təmin olunmalıdır. Aİ-yə üzv olan ölkələr üçün bu məqsədlərə 2015-ci ildə deyil 2021 və ya 2027-ci ildə nail olunacağı gözlənilir. SÇD-nın çay hövzəsinin planlaşdırma dövrünün sonunadək yaxşı statusa nail olmaq prinsipinə kiçik miqyasda və qısa, orta və ya uzun müddət ərzində əməl olunmayacağını göstərir və aşağıdakılardan ibarətdir : İcra müddətinin uzadılması, başqa sözlə desək yaxşı statusa 2021 və ya ən geci 2027-ci illərədək nail olmaq (Maddə4.4)və ya 2027-ci ildən sonra təbii imkanlar imkan verərn kimi Müəyyən şərtlər altında (maddə 4.5) daha asan tələblərə nail olmaq Təbii proseslər zamanı və ya fors major hallarda statusun müvəqqəti pisləşməsi (maddə 4.6) Yeni dayanıqlı inkişaf fəaliyyəti ilə bağlı olaraq səth su obyektlərinin fiziki göstəricilərində yeni dəyişikliklərin edilməsi, yeraltı su obyektlərinin səviyələrinin dəyişdirilməsi və ya statusun pisləşməsinin(o cümlədən yüksək statusdan yaxşı statusa düşmək də daxil olmaqla ) qarşısının alınmaması (madə 4.7) SO üçün daha asan ətraf mühit məqsədləri müəyyən edildikdə SÇD-nın 4(5)- ci maddəsinin tələblərinə əməl edilməlidir. Orta Kür HR-da istisnalar statusunun dəyişdirilməsi yuxarıdakı səbəblərdən məqsədyönümlü olmayan CDSO- ya ( o cümlədən yenicə inşa olunan Şəmkirçay və Tovuzçay suanbarlarına) tətbiq edilə bilər Bu həm də kəmiyyət və keyfiyyətin idarə edilməsi Azərbaycandan asılı olmayan transsərhəd çayların (Tovuzçay və Agstafaçay) yuxarı axınına aid ola bilər. Qeyd etmək lazımdır ki, Zəyəmçay və Gəncəçayın üzərində də su anbarlarının inşa olunması planlaşdırılır və bu obyektlər üçün də istisnaların tətbiq ediləcəyi gözlənilir.. 6.3. Orta Kür Hövzəsində SO Üçün Ətraf Mühit Məqsədlərinin Müəyyən Edilməsi 6 illik SÇD planlaşdırma dövrü üzrə vaxt qrafikinə əsasən ətraf mühit məqsədlərinin tətbiqi. Ola bilsin ki, bəzi səbəblərə görə su obyetklərinin vəziyyətinin təkmilləşdirilməsi prosesinə 2021-ci ilədək başlanılmasın, amma 2027-ci ilədək bu işin uğurla icra ediləcəyini əminliklə söyləmək olar. Buna görə də, aşağıdakı məqsədlərdə SÇD-nın tələblərinə əməl etməyə yönələn köməkçi tədbirlər 2021-ci ilədək planlaşdırılacaqdır, lakin suyun statusunun yaxşılaşdırlmasından ötrü olan TP-nı 2021-ci ilədək (2016-2021-ci illər ərzində müvafiq addımlar atılacaqdırsa) və ya ikinci planlaşdırma mərhələsində (2027-ci ilədək) icrası məqsədlərə nail olmağa imkan yaradacaqdır. Buna görə də BÇHƏMM layihəsinin rəhbər sənədindəki cədvəldə (cədvəl 30) bəzi dəyişikliklər edilmişdir. Cədvəl 30: BÇHƏMM layihəsi üzrə 6 illik planlaşdırma dövrü üçün suyun vəziyyətinəuyğun olaraq ətraf mühit üzrə məqsədlər Suyun statusu 2015 ƏtrafMühitÜzrəMəqsədlər 1 2 1 2015-ci il üçün su obyektlərinin yüksək və yaxşı statusları 1. ətraf mühit üzrə məqsədlərin müəyyən edilməsi vacibdir 1.1. 2033-cü il və sonra 6 illik planlaşdırma dövrü üçün suyun statusunu saxlamağa yönələn tədbirlər 2 (i ) risk altda olan su obyektlərinin 2015-ci ildə ətraf mühit üzrə məqsədlərə cavab verməmələri və ya (ii ) 2015-ci ildə orta statusa malikdirlər 2.ilk planlaşdırma dövrü (2021-ci ilədək) ətraf mühit üzrə məqsədlərin müəyyən edilməsi vacibdir: 2.1.(i ) 2021-ci ilədək SÇD-ya uyğun təsnifat sisteminin hazırlanması 2.2.(ii) 2027-ci ildək yaxşı su statusuna nail olmaq 2.3. İstisnaların müəyyən edilməsi 88 3 (i ) risk altda olan su obyektlərinin 2015-ci ildə ətraf mühit üzrə məqsədlərə cavab verməmələri və ya (ii ) 2015-ci ildə zəif statusa malikdirlər 3.ətraf mühit üzrə məqsədlərin müəyyən edilməsi vacibdir: 3.1. (i)ilk planlaşdırma dövrü üzrə (2021-ci ilədək) SÇD-ya uyğun təsnifat sisteminin hazırlanması 3.2.(ii) 2027-ci ilədək suyun orta statusuna və 2033-cü ilədək isə yaxşı statusuna nail olmaq 3.3 İstisnaların müəyyən edilməsi 4 (i ) risk altda olan su obyektlərinin 2015-ci ildə ətraf mühit üzrə məqsədlərə cavab vermirlər və ya (ii ) 2015-ci ildə pis statusa malikdirlər 4. ətraf mühit üzrə məqsədlərin müəyyən edilməsi vacibdir: 4.1. (i)ilk planlaşdırma dövrü üzrə (2021-ci ilədək) SÇD-ya uyğun təsnifat sisteminin hazırlanması 4.2.(ii) 2027-ci ildək zəif statusa, 2033-cü ilədək orta statusa və 2039-cu ilədək isə yaxşı statusa nail olmaq 4.3.İstisnaların müəyyən edilməsi Azərbaycanda suyun statusunun qiymətləndirilməsi və təsnifat sistemi mövcud olmadığı üçün 2016- 2021 illərdə onların hazırlanması və pilot çay hövzəsində tətbiqinə ehtiyac vardır. Bu öz növbəsində pilot regionunda bütün su obyektlərinin ekoloji statusunun qiymətləndirilməsinə imkan yaradacaqdır. RAOSO və RAOMOSO -nin ekoloji statusu nəzərə alınmaqla və yuxarıdakı cədvəldən istifadə etməklə Əlavə 10 və 11-ə müvafiq olaraq ekoloji məqsədlər müəyyənləşdirilmişdir. 89 7. TƏDBİRLƏR PROQRAMI 7.1. Tədbirlər Proqramının Hazırlanması Üçün Metodologiya Çay Hövzəsinin İdarə Edilməsi Planına (ÇHİEP) onun əsas tərkib hissəsi olan Tədbirlər Proqramının (TP) hazırlanması daxildir və bu sənəd monitorinq vasitəsilə təzyiq/təsir analizini, risk qiymətləndirməsini və su statusunun qiymətləndirməsindən sonra həyata keçirilir. Tədbirlər Proqramı Aİ SÇD-nın məqsədlərinə və xüsusən də yaxşı su statusuna nail olmağa yönəlib və buna müvafiq olaraq su statusuna çatmaq, onu qoruyub saxlamaq və/və ya təkmilləşdirmək üçün tənzimləyici tədbirlər təmin edir. Tədbirlər Proqramın dair tələblər Aİ SÇD-nın 11-ci Maddəsinin bir hissəsidir və bildirir ki, “hər bir Üzv Dövlət 5-ci Maddəyə əsasən aparılmış təhlillərin nəticələrinə əsasən hər bir çay hövzəsi rayonu, yaxud da beynəlxalq çay hövzəsi rayonunun onun ərazisinə düşən hissəsi üçün tədbirlər proqramının yaradılmasını təmin etməlidir ki, 4-cü Maddəyə əsasən müəyyən edilmiş məqsədlərə müvəffəq olsun”. Maddə 11 SÇD-nın ekoloji məqsədlərinə nail olmağı təmin etmək üçün Tədbirlər Proqramının tərkib hissəsi olacaq tədbirlərin növlərini müəyyənləşdirir. Bu növlər - aşağıdakılardır: 1. Əsas tədbirlər, və əgər zərurət yaranarsa, 2. Əlavə köməkçi tədbirlər. 7.1.1.Əsas Tədbirlər BÇHƏMM layihəsinin Tədbirlər Proqramının Hazırlanması və Aİ SÇD-ya əsasən Ekoloji Məqsədlərə nail olunması üzrə Rəhbər Sənədi Direktivlərlə əlaqədar qırmızı rəngdə işarələnmiş tədbirlərin (Şəkil 23-ə baxın) ilk iki planlaşdırma dövründə həyata keçirilməsini tövsiyə edir. Digər Aİ Direktivləri ilə əlaqədar tədbirlər aşağıdakı planlaşdırma tsikllərində həyata keçirilməlidir. Şəkil 23: Tədbirlər Proqramlarında əsas tədbirlər vasitəsilə diqqət yetirilmək üçün münasib olan Aİ Direktivləri. Direktivlərlə əlaqədar qırmızı rəngdə işarələnmiş tədbirlərə BÇHƏMM layihəsində birinci planlaşdırma dövründə üstünlük verilməlidir. Şəhər Çirkab Sularının Təmizlənməsi Direktivi (91/271/EEC) Əsas Qəzalara dair Direktivi (96/82/EC) Nitratlar Direktivi (91/676/EEC) Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Direktivi (85/337/EEC) İçməli Su Direktivi (98/83/EC)) Quşlar haqqında Direktiv (79/409/EEC) Canlı Məskənlər haqqında Direktiv (92/43/EEC) Çirklənməsinin Qarşısının İnteqrasiyalı Alınmasına Nəzarət Direktivi (96/61/EC) Çimmərlik Suları üzrə Direktiv (2006/7/EC) Bitki İstehsalı Məhsulları Direktivi (91/414/EEC) Kanalizasiya Çirkabı Suları üzrə Direktiv (86/278/EEC) Yuxarıda sadalanan tədbirlərdən başqa, Aİ SÇD 11 (3)-cü Maddəsi digər Aİ Direktivlərinin icrası ilə əlaqədar tədbirlərdən fərqli olan başqa əsas tədbirlər də tələb edir. Bu digər əsas tədbirlər su statusuna istənilən mənfi təsirin qarşısını almalıdır və aşağıda sadalanır və təsvir edilir: Sudan istifadənin xərclərinin bərpasını tətbiq etmək üçün tədbirlər (SÇD Maddə 9) Sudan səmərəli və dayanıqlı istifadəni təşviq etmək üçün tədbirlər İçməli su mənbələrini mühafizə etmək üçün tədbirlər Səth və qrunt sulardan sərfiyyat və onların gölməçə şəklində toplanmasına nəzarət etmək üçün tədbirlər Nöqtəvari və diffuzion çirklənmə mənbələrinə nəzarət etmək üçün tədbirlər |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling