Beynəlxalq Çay Hövzələri Ətraf Mühitinin Mühafizəsi Layihəsi


YSO üçün Monitorinq Proqramı


Download 7.47 Kb.
Pdf ko'rish
bet10/24
Sana13.02.2017
Hajmi7.47 Kb.
#379
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

5.2 YSO üçün Monitorinq Proqramı 
5.2.1 Yeraltı Suların Mövcud Monitorinq Şəbəkəsi 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeoloji Ekspedisiya Xidməti  Orta Kür HR-da  
52 monitorinq quyusunun mövcudluğunu bəyan edir. Onlardan 27 dayaz sərbəst səthə malik olan sərbəst 
səthi  olan(təzyiqsiz)  su  təbəqələrində  və  25  monitorinq  quyusu  artezyan  yeraltı  su  obyektlərinin  içinə 
qazılıb.  (Diaqram 22). On iki artezyan monitorinq quyusu axardır. 2013-cü ildə  aparılan BÇT aşkar etdi 
ki,  mövcud  monitorinq  quyularının  kifayət  qədər  çoxu  dağıdılıb  və  ya  tıxanıb.  Bu  səbəbdən,  əvvəlki 
monitorinq  quyularından  neçəsinin  hal-hazırda  hələ  də  mövcud  olduğunu  və  aparılacaq  yeraltı  suların  
monitorinqində istifadə oluna biləcəyini müəyyən etmək üçün monitorinq şəbəkəsinin inventarlaşdırılması 
tələb olunur. 
5.2.2 Təklif olunan Monitorinq Proqramı 
Orta  Kür  HR-da  yeraltı  suların  monitorinq  proqramı  rəsmi  olaraq  nəzarət,  operativ,  mühafizə  olunan 
içməli su əraziləri, qarşısının alınması və məhdudlaşdırıcı monitorinqlərindən ibarət olmalıdır. Monitorinq 
əsasən içməli su təminatı üçün istifadə olunan yeraltı su obyektləri üzərində cəmlənməlidir: G100, G300 
and  G400.  Kompleks  Hidrogeoloji  Ekspedisiya,  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  Azərbaycan 
Respublikası  nəzarət  monitorinqi  üçün  məsuliyyət  daşımalıdırlar,  su  təhcizatı  şirkətləri  və  potensial 
çirkləndiricilər  operativ,  mühafizə  olunan  içməli  su  əraziləri,  qarşısının  alınması  və  məhdudlaşdırıcı 
monitorinqləri həyata keçirməlidirlər. 
5.2.3 Kəmiyyət Monitorinqi 
Kəmiyyət  monitorinqi  su  səviyyəsinin  tendensiyasının  uzunmüddətli  müşahidəsi  və  yeraltı  suların 
ayrılması nəticəsində yaranan şoranlaşmanın və digər müdaxilələrin qiymətləndirilməsi deməkdir. Yeraltı 
su  obyektlərinin  doldurulması  və  boşaldılması  əraziləri  barədə  yaxşı  informasiya  məkanına  nail  olmaq 
üçün yeraltı suların səviyyəsinin monitorinqi stansiyaları yeraltı su obyekti üzərində yerləşdirilməlidir.  
Yeraltı suların səviyəsinin və axınların ölçülməsi aşağıdakı obyektlərdə həyata keçirilir: 

 
Monitorinq    quyuları  (müşahidə  monitorinqi)  və  ya  istismar  quyularında  monitorinq(operativ 
monitorinq);  

 
Təbii bulaqlarda;  

 
Quraqlıq dövründə səth su mənbələrində (Gəncə, Şəmkir, Tovuz, Ağstafa çayları); 
Bütün  yeraltı  suların  kəmiyyət  monitorinqi  qazma  qurğularında  elektron  məlumat  yükləyən  cihazların   
quraşdırılması  tövsiyə  olunur,  çünki  fasiləsiz  məlumat  qeydi  su  təbəqəsinin  təbii  rejimdə  baş  verən 
dəyişikliklərə  və  təzyiq/müdaxilə  hadisələrinə  necə  cavab  verdiyini  daha  aydın  başa  düşməyə  imkan 
yaradır.   
Elektron məlumat toplayan cihazları quraşdırılmayana qədər yeraltı suların səviyyəsi yerli müşahidəçilər 
tərəfindən ayda 3 dəfə və nümunələrin götürülməsi zamanı ildə 2-4 dəfə.  
 

 
 
83 
 
 
Diaqram 22.. Orta Kür pilot hövzəsində mövcud yeraltı suların monitorinqi stansiyaları və əlavə olaraq təklif olunan monitorinq bulaqları (G600-1-G600-
4) 

 
84 
 
5.2.4. Nəzarət Monitorinqi 
Kəmiyyət  və
 
nəzarət  monitorinqi  üçün  mövcud  monitorinq  şəbəkəsi  (52  qazma  qurğusu)  bütün 
monitorinq  qurğuları  düzgün  işlədiyi  halda  kifayət  edəcək.  SÇD-nın  uyğunluq  monitorinq  proqramının 
yaradılmasından əvvəl şəbəkənin inventarlaşdırılması tələb olunur.  
PH, temperatur, həll olunmuş oksigen, elektrik keçiricilik,  həll olumuş bərk maddələrin ümumi miqdarı 
və  s.  kimi  kimyəvi  parametrlər  quyuda  sahədə  (çöldə)  ölçülməlidir.  Monitorinq  quyuları  yeraltı  suların 
nümunələrinin götürülməsindən əvvəl lazımi qaydada təmizlənməlidirlər. 
Hər  il  təsdiqlənən  planlara  əsasən  Kompleks  Hidrogeoloji  Ekspedisiya  yeraltı  suların  nəzarət  (milli) 
monitorinqini  həyata  keçirməlidir.  Təbii  şərtlər  və  antropogen  təsir  altında  formalaşan  və  yeraltı  suların 
kimyəvi  vəziyyətini  və  keyfiyyətini  xarakterizə  edən  ümumi  kimyəvi  parametrlər  (əsas  kationlar  və 
anionlar, qida maddələri) yeraltı suların nümunələrində ən azı ildə iki dəfə təhlil olumalıdırlar.  
Adətən çox aşağı konsentrasiyası olan və spesifik kimyəvi komponentlər hesab olunan üzvi birləşmələr 
və  pestisidlər  altı  ayda  bir  dəfə  monitorinq  edilməlidir  və  mikroelementlər,  bu  komponentlərin  aşkar 
edilməsi  ehtimal  olunan  qurğularda,  iki  ildə  bir  dəfə  monitorinq  edilməlidir.  Yeraltı  suların  monitorinqi 
üçün büdcə kifayət etmədiyi halda nümunələrin götürülməsi qurğularının rotasiyası tövsiyə oluna bilər.  
Orta  Kür  pilot  hövzəsi  üçün  aşağıdakı  yeraltı 
suların  monitorinq  tezliyi  (nəzarət  və  keyfiyyət 
monitorinqləri üçün) təklif olunur: 
Cədvəl 28. Yeraltı suların monitorinq parametrləri və tezliyi 
Parametrlər  və göstəricilər 
Tezlik, ən azı 
Əsas anion və kationlar  (Na, K, Ca, Mg, Fe
tot 
,  NH
4
,  HCO
3
,  Cl,  SO
4
,  NO
3
,  NO
2
)  və  fiziki 
xassələr  (pH,    xüsusi  keçiriciliyi,  permanqanat 
indeks, və ya TOC) 
İldə 2-4 dəfə 
Mikro  elementlər  (Fe,  As,  Hg,  Cd,  Pb,  Zn, 
Cu, Cr, etc.) 
2 ildə bir dəfə 
Pestisidlər* 
Altı ildə bir dəfə 
Polisiklik 
aromatik 
karbohidrogenlər, 
fenollar, Trixloretilen, Trixloretilen** 
2 ildə bir dəfə 
Monitorinq  quyularında,  qazma  quyularda 
yeraltı  suların  səviyyəsi  və  təbii  bulaqların 
axımı 
Elektron məlumat toplayan cihazlar 
(loggerlər)  –  hər  6-12  saatda.  Digər 
monitorinq quyularında ayda üç dəfə. 
Bulaqlar  –  nümunələr    götürülən  
zaman (ildə 2-4 dəfə) 
Qeydlər:  *  pestisidlər  yalnız  kənd  təsərrüfatı  ərazilərində  yerləşən  monitorinq  nöqtələrində 
(məntəqələrində) analiz edilməlidirlər 
**  PAK,  fenollar,  TCE&PCE  şəhər  ərazilərində  (Gəncə,  Tovuz  və  s.)  yerləşən  qurğularda  və  sənaye 
əraziləri yanında analiz edilməlidirlər.  
Təklif olunan yeraltı suların kəmiyyət və nəzarət monitorinq şəbəkəsi diaqram 22 və cədvəl 29 təqdim 
olunub  
Cədvəl 29. Təklif olunan yeraltı suların nəzarət monitorinqi şəbəkəsi 
No 
YSO-nun adı və 
kodu 
Monitorinq 
qurğularının nömrəsi 
Nə moni-
torinq 
olunur 
Monitorinqin məqsədi 

Təzyiqsiz 
Dördüncü 
dövr 
27 
Hidrogeoloji 
Ekspedisiya 
tərəfindən 
Səviyyə, 
temperatur 
YS 
qidalandığı 
 
-istifadə 
olunduğu 
ərazilər. 
Ağstafa 

 
85 
 
YSO  (G100,  G300, 
G400) 
rəsmi  olaraq  nömrələnmiş 
monitorinq quyusu 
və kimya 
ərazisindəki 
qazma 
quyuları 
Gürcüstanla 
transsərhəd  
monitorinq üçün istifadə olunacaq 

Artezyan 
Dördüncü 
dövr 
YSO  (G100,  G300, 
G400) 
Hidrogeoloji  Ekspedisiya 
tərəfindən 
rəsmi 
olaraq 
nömrələnmiş  25  arteyan 
monitorinq quyusu 
Səviyyə, 
temperatur 
və kimya 
YS 
qidalandığı 
–istifadə 
olunduğu 
ərazilər. 
Ağstafa 
ərazisindəki 
qazma 
qurğular 
Gürcüstanla 
transsərhəd  
monitorinq üçün istifadə olunacaq 

Jura təbaşir dövrü  
YSO (G600) 
yeraltı  suların  keyfiyyəti 
üçün  4  bulaq  (G600-1-
G600-4)  
Axını, 
temperatur 
və kimya 
YS 
qidalandığı 
–istifadə 
olunduğu ərazilər 
 
Ümumilikdə: 
56 monitorinq məntəqəsi 
 
 
 
5.2.5. Operativ Monitorinq 
Orta Kür pilot hövzəsində risk altında olan heç bir YSO olmadığından milli miqyasda yalnız kəmiyyət 
və  nəzarət  monitorinqlərinin  həyata  keçirilməsi  planlaşdırılır.  Yeraltı  su  direktivi  su  obyektini  SÇD-nın 
ətraf  mühit  məqsədlərinə  nail  olmamaq  riski  altına  qoyan  kimyəvi  komponentlər  üçün  hədd  (ilkin) 
göstəricilərinin  təyin  edilməsini  tövsiyyə  edir.    Lakin  bu  tapşırıq  Orta Kür  HR-nın  yeraltı  su  obyektləri 
üçün əhəmiyyətli deyil. 
Yeraltı  suların  istifadə  üçün  götürülməsinin    təsirini  müşahidə  etmək  üçün  su  istifadəçilərinə  yeraltı 
suların  monitorinqini  onların  su  götürmə  məntəqələrində  (quyu  sahələrində)  həyata  keçirilməsi  tövsiyyə 
olunur. SÇD-ini 7-ci maddəsi  gündə 100 m

-dən çox su götürüləndə müşahidə etməyi tövsiyyə edir. Tərk 
edilmiş su götürülən  quyular yeraltı suların monitorinqi üçün istifadə edilə bilərlər.  
5.2.6 Digər Monitorinq Növləri 
İçməli suyun qorunması ərazilərinin monitorinqi və qarşı alma və məhdudlaşma monitorinqi yeraltı su 
təhcizatı  şirkətləri  və  potensial  çirkləndiricilər  tərəfindən  həyata  keçirilməlidir.  Qanunvericilikdəki 
dəyişikliklər  su istifadəçilərini  suyun  götürülməsinin yeraltı su  obyektlərinə təsirini  müşahidə  etməyə  və 
çirkləndiriciləri isə  qarşı alma və  məhdudlaşma  monitorinqlərini həyata keçirməyə  məcbur etmək üçün 
nəzərdə tutulmalıdırlar.  

 
86 
 
6. ƏTRAF MÜHİT MƏQSƏDLƏRİ 
6.1 Aİ SÇD-da Nəzərdə Tutulan  Ətraf Mühit Məqsədləri 
Ətraf mühit üzrə məqsədlərin  müəyyən edilməsi  SÇD-nın 4-cü maddəsinə əsasən  və Ətraf mühit üzrə 
Məqsədlərə  nail  olmağa  və  Təqdbirlər  Proqramının  hazırlanılmasına  dair    BÇHƏMM  Layihəsinin    
Rəhbər Sənədindən istifadə etməklə həyata keçirilib. 
Aİ  SÇD-ya  uyğun  olaraq  (i)  Ətraf  Mühit  üzrə  məqsədlərin  hazırlanması  və  (ii)  SÇD-nın  tələblərinə 
uyğun  Tədbirlər  Proqramınin  hazırlanması  üçün  BÇHƏMM  Layihəsinin  Rəhbər  Sənədindən  istəfadə 
edilmişdir.  TP  elə  şəkildə  hazırlanmalıdır  ki,  o  Təzyiq/təsir  təhlilləri  və  risklərin  qiymətləndirilməsinin 
nəticələrinə    uyğun  olsun      və  həm  də  SÇD  icrası  zamanı    ortaya  çıxan  çatışmazlıqların  aradan 
qaldırılmasına dair planlar buraya daxil edilsin.  . 
Ətraf mühit üzrə məqsdələrin qoyulması elə bir statusun məüyyən edilməsinə yönəlib ki, SÇD-nın hər 
hansı  planlaşdırma dövrü ərzində istər yeraltı istərsə də səth  suları üçün ona nail olunsun . 
Əraf  mühit  üzrə  tədbirlər  elə  şəkildə  təşkil  edilməlidir  ki,  su  ehtiyyatlarının  istismarı  və  inkişafı 
arasındakı balansı tənzimlənsin və onlardan davamlı istifadə  təmin edilsin. 
Buna görə də Aİ SÇD-nın 6 illik planlaşdırma dövrü ətraf mühit üzrə məqsdədlərin tətbiqi zamanı çox 
mühümdür  və  xüsusilə  də  bütün  su  obyektlərinin  yaxşı  statsusuna  yönələn  tədbirlərin  icrası  üçün  vaxt 
qrafikini müəyyən edir. 
 Aİ-na  üzv  ölkələr  üçün  ilk  planlaşdırma  dövrü  2009-cu  ili  əhatə  edir  (ilk  ÇHİEP).  Ətraf  mühit  üzrə 
bütün  məqsədlərin  icrasının  2-ci  dövrü  2015-ci  ili,  3-cü  dövrü    2021-ci  ili  və  son  dövrü  isə  2027-ci  ili 
əhatə edir. 
BÇHƏMM  layihəsinin  Rəhbər  Sənədinə  əsasən layihə  ölkələrində ilk  planlaşdırma  dövrü  2015-ci  ilin 
sonundan etibarən başlayacaqdır. 
Aİ SÇD ətraf mühit üzrə məqsədlərə nail ola bilməkdən ötrü mərhələlər üzrə yanaşmalar tələb edir. 
Bu yanaşmalarda Aİ SÇD-nın 4-cü maddəsinə uyğun olaraq istisnalar da ola bilər və onları ÇHİEP-da 
tam və şəffaf şəkildə verilməlidir.  
Ətraf mühit üzrə məqsədlər və planlaşdırmalar TP-nın hazırlanmasının tərkib hissəsi heasb edilir.  
Yeraltı  və  səth    sular  üçün  ətraf  mühit  üzrə  məqsədlərin  tətbiqi  çay  hövzəsinin  idarə  edilməsi  planı 
üçün əhəmiyyətli rola malikdir. Həmçinin aşağıdakı məqsədlərə xidmət edir: 

 
Bütün su obyektlərində yaxşı statusa nail olmaq 

 
Suyun statusunun pisləşməsinin qarşısının alınması 

 
Su idarəçiyinin davamlılığına nail olmaq 

 
Qorunan ərazilər üçün səciyyəvi tələblərə cavab vermək 
Yüksək  statuslu  sularda  ətraf  mühit  üzrə  məqsədlər  suyun  stasunun  qorunub  saxlanılmasına      dair 
tədbirləri əhatə edir. 
Orta  və  ya  daha  pis  statuslu  su  obyektlərinə  aşağıdakı  məqsədlərə  nail  olmağa  imkan  yaradacaq 
müxtəlif tədbirlər tətbiq edilməlidir: 
A)
 
Səth su obyektlərinin yaxşı ekoloji/kimyəvi statusuna nail olmaq 
B)
 
CDSO-da yaxşı ekoloji potensial və kimyəvi status 
C)
 
Yeraltı su obyuektlərinin yaxşı kimyəvi/kəmiyyət stastusu 
 
6.2. SÇD-da NəzərdəTutulan İstisnalar 
Aİ  SÇD-nın  4-cü  maddəsi  yaxşı  ekoloji/kimyəvi/kəmiyyət  statsuna  və/ya  su  obyektlərinin  yaxşı 
potensiala  nail olmağın ilkin planlaşdırma dövründə yox yalnız sonrakı dövrlərdə   mümkün olmasını   və 
ya ümumiyyətlə qeyri –mümkünlüyünü göstərən istisnaların olmasına imkan verir. Həmçinin ətraf mühit 
üzrə məqsədlər təyin edilərəkən istisnalara dair tələblər də nəzərə alınmalıdır.  
SÇD –nın 4(4)-cü maddəsində  istisnalarla bağlı şərtlər müəyyən edilib və ətraf mühit üzrə məqsədlərə 
nail olmağa yönələn tədbirlərin icrasının ilk planlaşdırmılma dövründən  sonrakı dövrlərdə keirilməsi üçün 

 
87 
 
bu şərtlər təmin olunmalıdır.  Aİ-yə üzv olan ölkələr üçün bu məqsədlərə 2015-ci ildə deyil 2021 və ya 
2027-ci ildə nail olunacağı gözlənilir. 
SÇD-nın çay hövzəsinin planlaşdırma dövrünün sonunadək yaxşı statusa nail olmaq prinsipinə   kiçik 
miqyasda  və    qısa,  orta    və  ya  uzun  müddət  ərzində  əməl  olunmayacağını  göstərir  və  aşağıdakılardan 
ibarətdir : 

 
İcra  müddətinin  uzadılması,  başqa  sözlə  desək  yaxşı  statusa  2021  və  ya  ən  geci  2027-ci 
illərədək nail olmaq (Maddə4.4)və ya 2027-ci ildən sonra təbii imkanlar imkan verərn kimi  

 
Müəyyən şərtlər altında (maddə 4.5)  daha asan tələblərə nail olmaq 

 
Təbii proseslər zamanı və ya fors major hallarda statusun müvəqqəti pisləşməsi (maddə 4.6) 

 
Yeni dayanıqlı inkişaf fəaliyyəti ilə bağlı olaraq səth su obyektlərinin fiziki göstəricilərində yeni 
dəyişikliklərin  edilməsi,  yeraltı  su  obyektlərinin  səviyələrinin  dəyişdirilməsi  və  ya    statusun 
pisləşməsinin(o cümlədən yüksək statusdan yaxşı statusa düşmək də daxil olmaqla ) qarşısının 
alınmaması (madə 4.7)
 
SO üçün daha asan ətraf mühit məqsədləri müəyyən edildikdə SÇD-nın 4(5)- ci maddəsinin tələblərinə 
əməl edilməlidir.   
Orta  Kür  HR-da  istisnalar  statusunun  dəyişdirilməsi  yuxarıdakı  səbəblərdən  məqsədyönümlü  olmayan 
CDSO- ya ( o cümlədən yenicə inşa olunan Şəmkirçay və Tovuzçay suanbarlarına) tətbiq edilə bilər   
Bu  həm  də  kəmiyyət  və  keyfiyyətin  idarə  edilməsi  Azərbaycandan  asılı  olmayan  transsərhəd  çayların 
(Tovuzçay və Agstafaçay) yuxarı axınına aid ola bilər. 
 Qeyd  etmək  lazımdır  ki,  Zəyəmçay  və  Gəncəçayın  üzərində  də  su  anbarlarının  inşa  olunması 
planlaşdırılır və bu obyektlər üçün də istisnaların  tətbiq ediləcəyi gözlənilir..  
 
6.3. Orta Kür Hövzəsində SO Üçün Ətraf Mühit Məqsədlərinin Müəyyən Edilməsi 
6 illik SÇD planlaşdırma dövrü üzrə vaxt qrafikinə əsasən ətraf mühit məqsədlərinin tətbiqi. 
Ola  bilsin  ki,  bəzi  səbəblərə  görə  su  obyetklərinin  vəziyyətinin  təkmilləşdirilməsi  prosesinə  2021-ci 
ilədək başlanılmasın, amma  2027-ci ilədək bu işin uğurla icra ediləcəyini əminliklə söyləmək olar.  Buna 
görə  də,  aşağıdakı  məqsədlərdə  SÇD-nın  tələblərinə  əməl  etməyə  yönələn  köməkçi  tədbirlər  2021-ci 
ilədək  planlaşdırılacaqdır,    lakin  suyun  statusunun  yaxşılaşdırlmasından  ötrü  olan  TP-nı    2021-ci  ilədək 
(2016-2021-ci  illər  ərzində      müvafiq  addımlar  atılacaqdırsa)    və  ya  ikinci  planlaşdırma  mərhələsində 
(2027-ci ilədək)   icrası məqsədlərə nail olmağa imkan yaradacaqdır. Buna görə də BÇHƏMM layihəsinin 
rəhbər sənədindəki cədvəldə (cədvəl 30) bəzi dəyişikliklər edilmişdir. 
Cədvəl 30: BÇHƏMM layihəsi üzrə 6 illik planlaşdırma dövrü üçün suyun vəziyyətinəuyğun olaraq 
ətraf mühit üzrə məqsədlər
 
 
Suyun statusu 2015 
ƏtrafMühitÜzrəMəqsədlər 
 
 



2015-ci 
il  üçün  su 
obyektlərinin  yüksək  və 
yaxşı statusları 
 
1. ətraf mühit üzrə məqsədlərin müəyyən edilməsi vacibdir 
1.1. 2033-cü il və sonra   6 illik planlaşdırma dövrü üçün suyun statusunu 
saxlamağa yönələn tədbirlər 

(i  )  risk  altda  olan  su 
obyektlərinin  2015-ci  ildə 
ətraf 
mühit 
üzrə 
məqsədlərə 
cavab 
verməmələri  və  ya  (ii  ) 
2015-ci ildə orta 
statusa malikdirlər 
2.ilk  planlaşdırma  dövrü  (2021-ci  ilədək)      ətraf  mühit  üzrə  məqsədlərin 
müəyyən edilməsi  vacibdir: 
2.1.(i ) 2021-ci ilədək SÇD-ya uyğun təsnifat sisteminin hazırlanması  
2.2.(ii) 2027-ci ildək yaxşı su   statusuna nail olmaq   
2.3. İstisnaların müəyyən edilməsi 

 
88 
 

(i  )  risk  altda  olan  su 
obyektlərinin 2015-ci  
ildə  ətraf  mühit  üzrə 
məqsədlərə 
cavab 
verməmələri  və  ya  (ii  ) 
2015-ci  ildə  zəif  statusa 
malikdirlər  
3.ətraf mühit üzrə məqsədlərin müəyyən edilməsi vacibdir: 
3.1. (i)ilk planlaşdırma dövrü üzrə (2021-ci ilədək) SÇD-ya uyğun  
təsnifat sisteminin hazırlanması 
3.2.(ii)  2027-ci  ilədək  suyun  orta  statusuna  və  2033-cü  ilədək  isə  yaxşı 
statusuna nail olmaq 
3.3 İstisnaların müəyyən edilməsi 

(i  )  risk  altda  olan  su 
obyektlərinin  2015-ci  ildə 
ətraf 
mühit 
üzrə 
məqsədlərə 
cavab 
vermirlər və ya (ii ) 
 2015-ci ildə pis 
statusa malikdirlər 
4. ətraf mühit üzrə məqsədlərin müəyyən edilməsi vacibdir: 
4.1. (i)ilk planlaşdırma dövrü üzrə (2021-ci ilədək) SÇD-ya uyğun  
təsnifat sisteminin hazırlanması 
4.2.(ii)  2027-ci  ildək  zəif  statusa,  2033-cü  ilədək  orta  statusa  və  2039-cu 
ilədək isə yaxşı statusa nail olmaq  
4.3.İstisnaların müəyyən edilməsi 
 
 
 
Azərbaycanda  suyun  statusunun  qiymətləndirilməsi  və  təsnifat  sistemi  mövcud  olmadığı  üçün  2016-
2021 illərdə onların hazırlanması  və pilot çay hövzəsində tətbiqinə ehtiyac vardır. Bu öz növbəsində pilot 
regionunda bütün su obyektlərinin ekoloji statusunun qiymətləndirilməsinə imkan yaradacaqdır. RAOSO 
və RAOMOSO -nin ekoloji statusu nəzərə alınmaqla və yuxarıdakı cədvəldən istifadə etməklə  Əlavə 10 
və 11-ə müvafiq olaraq ekoloji məqsədlər müəyyənləşdirilmişdir.
 

 
89 
 
7. TƏDBİRLƏR PROQRAMI 
 7.1.  Tədbirlər Proqramının Hazırlanması Üçün Metodologiya  
Çay Hövzəsinin İdarə Edilməsi Planına (ÇHİEP) onun  əsas tərkib hissəsi olan Tədbirlər Proqramının 
(TP) hazırlanması daxildir və bu sənəd monitorinq vasitəsilə təzyiq/təsir analizini, risk qiymətləndirməsini 
və su statusunun qiymətləndirməsindən sonra həyata keçirilir. 
Tədbirlər Proqramı Aİ SÇD-nın məqsədlərinə və xüsusən də yaxşı su statusuna nail olmağa yönəlib və 
buna  müvafiq  olaraq  su  statusuna  çatmaq,  onu  qoruyub  saxlamaq  və/və  ya  təkmilləşdirmək  üçün 
tənzimləyici tədbirlər təmin edir. 
Tədbirlər Proqramın dair tələblər Aİ SÇD-nın 11-ci Maddəsinin bir hissəsidir və bildirir ki, “hər bir Üzv 
Dövlət 5-ci Maddəyə əsasən aparılmış təhlillərin nəticələrinə əsasən hər bir çay hövzəsi rayonu, yaxud da 
beynəlxalq çay hövzəsi rayonunun onun ərazisinə düşən hissəsi üçün tədbirlər proqramının yaradılmasını 
təmin etməlidir ki, 4-cü Maddəyə əsasən müəyyən edilmiş məqsədlərə müvəffəq olsun”.  
Maddə  11  SÇD-nın  ekoloji  məqsədlərinə  nail  olmağı  təmin  etmək  üçün  Tədbirlər  Proqramının  tərkib 
hissəsi olacaq tədbirlərin növlərini müəyyənləşdirir. Bu növlər -  aşağıdakılardır: 
1.     Əsas tədbirlər, və əgər zərurət yaranarsa, 
2.     Əlavə köməkçi tədbirlər. 
7.1.1.Əsas Tədbirlər 
BÇHƏMM layihəsinin Tədbirlər Proqramının Hazırlanması və Aİ SÇD-ya əsasən Ekoloji Məqsədlərə 
nail olunması üzrə Rəhbər Sənədi  Direktivlərlə əlaqədar qırmızı rəngdə işarələnmiş tədbirlərin (Şəkil 23-ə 
baxın) ilk iki planlaşdırma dövründə həyata keçirilməsini tövsiyə edir. Digər Aİ Direktivləri ilə əlaqədar 
tədbirlər aşağıdakı planlaşdırma tsikllərində həyata keçirilməlidir.  
Şəkil 23: Tədbirlər Proqramlarında əsas tədbirlər vasitəsilə diqqət yetirilmək üçün münasib olan Aİ 
Direktivləri. Direktivlərlə əlaqədar qırmızı rəngdə işarələnmiş tədbirlərə BÇHƏMM layihəsində birinci 
planlaşdırma dövründə üstünlük verilməlidir.  
Şəhər  Çirkab  Sularının  Təmizlənməsi 
Direktivi (91/271/EEC) 
Əsas Qəzalara dair Direktivi (96/82/EC) 
Nitratlar Direktivi (91/676/EEC) 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Direktivi 
(85/337/EEC) 
İçməli Su Direktivi (98/83/EC)) 
Quşlar haqqında Direktiv (79/409/EEC) 
Canlı  Məskənlər  haqqında  Direktiv 
(92/43/EEC) 
Çirklənməsinin  Qarşısının  İnteqrasiyalı  Alınmasına 
Nəzarət Direktivi (96/61/EC) 
Çimmərlik 
Suları 
üzrə 
Direktiv 
(2006/7/EC) 
Bitki İstehsalı Məhsulları Direktivi (91/414/EEC) 
Kanalizasiya 
Çirkabı 
Suları 
üzrə 
Direktiv (86/278/EEC) 
 
 
Yuxarıda  sadalanan  tədbirlərdən  başqa,  Aİ  SÇD  11  (3)-cü  Maddəsi  digər  Aİ  Direktivlərinin  icrası  ilə 
əlaqədar tədbirlərdən fərqli olan başqa əsas tədbirlər də tələb edir.  Bu digər əsas tədbirlər su statusuna 
istənilən mənfi təsirin qarşısını almalıdır və aşağıda sadalanır və təsvir edilir: 

 
Sudan istifadənin xərclərinin bərpasını tətbiq etmək üçün tədbirlər (SÇD Maddə 9) 

 
Sudan səmərəli və dayanıqlı istifadəni təşviq etmək üçün tədbirlər 

 
İçməli su mənbələrini mühafizə etmək üçün tədbirlər 

 
Səth və qrunt sulardan sərfiyyat və onların gölməçə şəklində toplanmasına nəzarət etmək üçün 
tədbirlər 

 
Nöqtəvari və diffuzion çirklənmə mənbələrinə nəzarət etmək üçün tədbirlər 

 
90 
Download 7.47 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling