Birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsi hakiminin
Download 90.45 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Gəncə Apellyasiya Məhkəməsi hakiminin
- MÜƏYYƏN ETDİ
- QƏRARA ALDI
- Q Ə R A R I
- Q Ə R A R A A L D I
İş № 3(104)-34/2014
Birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsi hakiminin
07 mart 2014-cü ildə Gəncə şəhərində
Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Xasməmmədov Elçin İsgəndər oğlunun sədrliyi, Hüseynova Türkan Mehdi qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Əzizov Yaşar Ziyad oğlunun İnzibati xəta haqqında qərar qəbul etmiş Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran regional bölməsinin müdiri Quliyev Araz Şiraslan oğlunun iştirakı ilə
Əzizov Yaşar Ziyad oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 228.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin 14.02.2014-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ :
Bərdə Rayon Məhkəməsinin 14 fevral 2014-cü il tarixli 3(021)-85/2014 saylı qərarı ilə (sədrlik edən Ağarza Səmədov) 17 sentyabr 1958-ci ildə Bərdə rayonunun Qayalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar, Bərdə şəhəri B.Hacıyev küçəsi ev 1-də yaşayan
Əzizov Yaşar Ziyad oğlunun şikayəti təmin edilməmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 228.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran regional bölməsinin 28 yanvar 2014-cü il tarixli qərarının ləğv edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə fərdi sahibkar Yaşar Əzizov 13 yanvar 2014-cü il tarixdə “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinin, “Yeyinti Məhsulları haqqında” Qanunun 21-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydalarının” 15-ci bəndinin tələblərini pozaraq istifadəsində olan Bərdə şəhəri Bakı küçəsində yerləşən mağazasında ümumi dəyəri 258,40 manat olan saxlama müddəti ötmüş, istifadəyə yararsız malları satışa çıxarmışdır. Saxlama müddəti ötmüş və istifadəyə yararsız mallar 13 yanvar 2014-cü ildə Dövlət Xidmətinin Aran regional bölməsinin əməkdaşları tərəfindən, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində
mövcud qayda və normalara, malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə əməl olunmasının vəziyyətini yoxlanılması zamanı aparılmış reydlər nəticəsində aşkar edilib götürülmüşdür. Həmçinin, birinci instansiya məhkəməsinin qənaətinə görə fərdi sahibkar Yaşar Əzizov Azərbaycan Respublikası İXM-nin 228.0.2-ci maddəsində nəzərdə tuutlan inzibati xətanı törətmişdir və vəzifəli şəxs tərəfindən ona tətbiq edilən cərimə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verən fərdi sahibkar Yaşar Əzizov məhkəmənin həmin qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Əzizov Yaşar Ziyad oğlu məhkəmə iclasında göstərdi ki, bir neçə ilə əvvəl fərdi sahibkar kimi fəaliyyətə başlamış, ərzaq və digər məhsulların satışı ilə məşğul olmaq məqsədilə Bərdə şəhərində Bakı küçəsində icarəyə mağaza (qeyri-yaşayış sahəsi) götürmüşdür. Həmin vaxtdan da oğlu ilə birlikdə mağazada fəaliyyətə başlamışdır. Mağazanın iş prinsipi belədir ki, topdan-satış bazaları ərzaq məhsullarını özləri gətirib mağazaya verir, məhsul satıldıqca isə mütəmadi olaraq pulunu aparırlar. Əgər gətirilən malların içərisində vaxtı ötmüş, istifadəyə yararsız mal aşkar edilirsə, belə məhsullar onu vermiş topdan-satış bazasına qaytarılır. Antiinhisar xidmətinin əməkdaşlarının reydindən təxminən bir neçə gün əvvəl özü mağazada vaxtı keçmiş məhsulları aşkar etmiş, onları toparlayıb vitrindən kənarda saxlamışdır ki, topdan- satış bazasının işçiləri gələn vaxt onlara versin. Lakin, 13 yanvar 2014-cü ildə xidmət əməkdaşları ümumi dəyəri 258,40 manat olan ərzaq məhsullarını onun mağazasında aşkar etmişlər. Məhsulun istifadə müddətinin ötməsi, istifadəyə yarasız olması ilə bağlı xidmət əməkdaşlarının iradlarını qəbul edir. Əməlində inzibati xəta olduğunu da qəbul edir. Lakin, qeyd etmək istəyir ki, göstərilən xətanı qəsdən və kiməsə ziyan vurmaq məqsədilə törətməmişdir. İşlədiyi müddətdə kimsə ona vaxtı ötmüş mal satmasını irad tutmamışdır, çünki, heç vaxt belə məhsulları satmamışdır. Bunu satmağa ehtiyacı da olmamışdır, belə ki, o həmin məhsulları topdan-satış bazalarına qaytarmış, əvəzində yararlı mallar almışdır. Aşkar olunan malları da bazaya qaytarmağı düşünmüş, lakin vaxtında təhvil verməmişdir. Hazırda əməlindən olduqca peşmandır. Bir daha belə xətaya yol verməyəcəyinə məhkəməni əmin etmək istəyir. Bildirmək istəyir ki, ona tətbiq edilmiş 1500 manat cərimə onun maddi imkanlarına uyğun deyil, mağazasının dövriyyəsi zəifdir, ay ərzində 500-600 manat gəlir əldə edib ailəsini güclə saxlayır. Onun həmin cəriməni ödəməsi mağazasının fəaliyyətini dayandırmasına səbəb ola bilər. Ona görə də məhkəmədən cəriməni daha yüngül inzibati tənbehlə əvəz etməyi xahiş edir. İnzibati xəta haqqında qərar qəbul etmiş Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran regional bölməsinin müdiri Quliyev Araz Şiraslan oğlu məhkəmə iclasında apellyasiya şikayətini qəbul etmədi və izahatında göstərdi ki, Yaşar Əzizova tətbiq edilmiş cərimə qanuni əsaslarla təyin edilmiş, bu zaman qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Yaşar Əzizovun mağazasında aşkar edilmiş 258,40 manat dəyərində istifadəyə yararsız məhsul onun öz ərizəsinə əsasən mağazadan çıxarılmış və xidmət əməkdaşlarının iştirakı ilə məhv edilmişdir. Həmin mağazadan əvvəllər hər hansı neqativ fakt aşkar etməmiş, mağaza ilə bağlı əvvəllər Aran regional bölməsinə vətəndaşlardan şikayət daxil olmamışdır. Hesab edir ki, Yaşar Əzizovun apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Bərdə Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş edir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilmiş halları əsasında nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək Yaşar Əzizova daha yüngül inzibati tənbeh təyin edilməlidir.
Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir, 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır, 6.12-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında işin materialları tələb edilib araşdırılarkən məlum olmuşdur ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran regional bölməsinin müdiri Quliyev Araz Şiraslan oğlu 13.01.2014-cü ildə sərəncam verərək Bərdə şəhəri Bakı küçəsində fərdi sahibkar Yaşar Əzizovun mağazasında saxlama müddəti ötmüş, etiketlənməsi NTS tələblərinə uyğun olmayan malların satışının olub- olmaması məqsədilə yoxlama keçirilməsini qərara almış, həmin tarixdə “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” əldə etməklə yoxlamaya icazə almışdır. Daha sonra xidmət əməkdaşları qeyd olunan mağazada olub yoxlama apararkən ümumi dəyəri 258,40 manat dəyərində istifadəyə yararsız ərzaq məhsulları aşkar etmişlər. Həmin vaxt akt tərtib edilmişdir. Yaşar Əzizov saxlama müddəti ötmüş həmin məhsulları məhv etməyi xahiş etmişdir (onun bu barədə ərizəsi iş materiallarındadır). Yaşar Əzizovun özünün iştirakı ilə xidmət əməkdaşları saxlama müddəti ötmüş məhsulları məhv etmişlər. İnzibati xəta haqqında materialların araşdırılması zamanı daha sonra müəyyən edilmişdir ki, Yaşar Əzizovun əməlində inzibati xəta tərkibinin olmasına əsaslanan xidmət əməkdaşları onun barəsində İXM-nin 228.0.2-ci maddəsi ilə protokol tərtib etmiş, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran regional bölməsinin müdiri Quliyev Araz Şiraslan oğlu isə onun barəsində 28 yanvar 2014-cü ildə inzibati xəta haqqında qərar qəbul edərək 1500 manat inzibati cərimə etmişdir. Göründüyü kimi Yaşar Əzizovun inzibati məsuliyyətə cəlb edilməsinin inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş prosedurlarına əməl edilmiş, nəticədə müvafiq vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 228.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə təyin edilmişdir. İş materiallarından görünür ki, Yaşar Əzizov birinci instansiya məhkəməsində və apellyasiya şikayətində barəsində olan inzibati xəta haqqında qərarı mübahisələndirsə də, apellyasiya instansiyası mərhələsində şikayətinə baxılarkən əməlinin hüquqi tövsifi ilə bağlı vəzifəli şəxsin qərarını qəbul etmiş, hətta əməlindən peşman olduğunu bildirmişdir. Onun əsas dəlilləri təyin edilmiş cərimənin miqdarı ilə bağlıdır. İnzibati xəta törətmiş şəxs cərimənin onun maddi və əmlak vəziyyətinə uyğun olmadığını, sahibkarlıq fəaliyyətinə mənfi təsir edəcəyini bildirmiş və məhkəmədən cərimənin daha yüngül inzibati tənbehlə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti vermiş şəxsin həmin dəlilləri ilə əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məlum olduğu kimi Azərbaycan Respublikasının hər bir qanunvericilik aktının, o cümlədən İnzibati Xətalar Məcəlləsinin məqsədi insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bu sahədə olan qanunvericiliyin vəzifələri Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsində öz əksini tapmış, Məcəllənin məqsədinin nədən ibarət olduğu göstərilmişdir. Eləcə də həmin Məcəllənin 4-cü maddəsində inzibati xətalar haqqında işə baxılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin rəhbər tutulması təsbit edilmişdir. İXM-nin 9.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 228.0.2-ci maddəsinin sanksiyasında təsvir olunan inzibati xətanın törədilməsinə görə 1500 manatdan 2000 manatadək inzibati cərimə nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran regional bölməsinin inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi Yaşar Əzizova İXM-nin 228.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cəriməni ən aşağı həddə tətbiq etmiş, vəzifəli şəxsin qərarında şikayətə baxan birinci instansiya məhkəməsi isə bunu nəzərə alaraq həmin qərarı dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta törətmiş Yaşar Əzizovun əməlinin vəzifəli şəxs tərəfindən düzgün tövsif edilməsi və birinci instansiya məhkəməsinin həmin tövsifi qəbul etməsi ilə razılaşsa da, hesab edir ki, məhkəmənin inzibati cərimənin həddi ilə bağlı gəldiyi nəticə inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun gəlmir və bu səbəbdən də İXM-nin 9.1-ci maddəsində nəzərdə tutulan ədalətlilik tələblərinə cavab vermir. Məhkəmə hesab edir ki, əgər təyin edilmiş inzibati tənbeh İXM-nin 9-cu maddəsinin tələblərinə cavab vermirsə, həmin Məcəllənin 21-ci maddəsinin tətbiq olunması yolu inzibati tənbehin daha yüngül tənbehlə əvəz edilməsi mümkündür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər. İnzibati işin materiallarından görünür ki, Yaşar Əzizovun törətdiyi inzibati xəta heç bir ictimai təhlükəli nəticələrə səbəb olmamışdır. Yaşar Əzizov özü ərizə yazaraq saxlama müddəti ötmüş məhsulların məhv edilməsini xahiş etmiş, xidmət əməkdaşları onun iştirakı ilə həmin məhsulları məhv etmişlər. Saxlama müddəti keçmiş malların ümumi dəyəri isə 258,40 manatdır və kifayət qədər böyük məbləğ deyil. Eyni zamanda barəsində qərar qəbul edilmiş şəxsin mağazadakı fəaliyyətindən əldə oluna biləcək gəlirlərin ümumi miqdarı ilə tətbiq edilən cərimə arasında mütənasiblik yoxdur. Cərimənin miqdarının onun sahibkarlıq fəaliyytinə mənfi təsir edəcəyi aydın görünür. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar, xüsusən törədilmiş xətanın heç bir bir ictimai təhlükəli nəticələrə səbəb olmaması və inzibati xəta örətmiş şəxsin xətanın nəticələrinin aradan qaldırılmasına yönəlmiş davranışı inzibati xətanın az əhəmiyyətli olmasına dəlalət edən hallardır. Bu halları nəzərə almaqla təyin edilmiş inzibati tənbehin daha yüngül inzibati tənbehlə əvəz edilməsi İXM-nin 9-cu maddəsində nəzərdə tutulan ədalətlilik tələblərinə cavab verir. Xüsusilə vurğulanmalıdır ki, daha böyük miqdarda cərimənin saxlanması Yaşar Əzizovun sahibkarlıq fəaliyyətinə də mənfi təsir edən faktordur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsində göstərilmişdir ki, yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam
və obyektiv araşdırmağa borcludur. Bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İXM-nin 9 və 21-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan vəzifəli şəxsin Yaşar Əzizov barəsində təyin etdiyi inzibati tənbehin az əhəmiyyətli olmasına lazımi hüquqi qiymət verməmiş, vəzifəli şəxsi tətbiq etdiyi cəriməni qüvvəsində saxlamaqla həmin cərimə ilə inzibati xətanın əhəmiyyəti arasındakı tarazlığa riayət edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 436.1 və 436.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında yeni qərar çıxarıla bilər. Qeyd olunanlara əsaəsn və Azərbaycan Respublikası İXM-nin 433-437-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bu iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 fevral 2014-cü il tarixli 3(021)-85/2014 saylı qərarı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran regional bölməsinin 28 yanvar 2014-cü il tarixli 007898 nömrəli qərarının inzibati tənbeh tətbiq edilməsi hissəsində dəyişdirilsin. İnzibati xəta törətmiş Əzizov Yaşar Ziyad oğluna inzibati tənbeh tətbiq etmək hüququna malik olan vəzifəli şəxsin 28 yanvar 2014-cü il tarixli 007898 nömrəli qərarı ilə təyin edilmiş 1500 manat inzibati cərimə həmin Məcəllənin 21- ci maddəsi tətbiq edilməklə xəbərdarlıq növündə inzibati tənbehlə əvəz edilsin. Bərdə Rayon Məhkəməsinin 14 fevral 2014-cü il tarixli 3(021)-85/2014 saylı qərarı qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilməsinə yol verilmir.
İş № 3(021)-85/2014
Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi hakiminin İnzibati xəta haqqında iş üzrə Q Ə R A R I
14 fevral 2014-cü il Bərdə şəhəri
Bərdə Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Qarayev Vüsal Yusif oğlunun katibliyi ilə,
17 sentyabr 1958-ci ildə Bərdə rayonu Qayalı kəndində anadan
olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum
olunmamış, Bərdə şəhəri, B.Hacıyev küçəsi ev 1-də yaşayan Əzizov Yaşar Ziyad oğlunun
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Aran Regional Bölməsinin 28.01.2014-cü il tarixli 007898 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq,
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Aran Regional Bölməsinin 28.01.2014-cü il tarixli 007898 saylı qərarı ilə Y.Z.Əzizov Azərbaycan Respublikası İXM-nin 228.0.2-ci maddəsi ilə təqsirli bilinərək, min beş yüz manat cərimə edilmişdir. Y.Z.Əzizov qeyd edilən qərardan yaşadığı yer üzrə Bərdə Rayon Məhkəməsinə şikayət edərək qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında izahat verən Y.Z.Əzizov şikayəti əsaslandıraraq bildirmişdir ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla adına 4000925912 saylı VÖEN qeydə alınmışdır. Mağazasında 13.01.2014-cü ildə yoxlama keçirilmiş və 258,40 manat dəyərində saxlama müddəti ötmüş mal aşkar olunduğundan min beş yüz manat cərimə edilmişdir. Mağazasında olan vaxtı keçmiş mallar satışda deyil bir kənara yığılmış vəziyyətdə olmuşdur. Odur ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Aran Regional Bölməsinin 28.01.2014-cü il tarixli 007898 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı izahat verən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət xidməti Aran Regional Bölməsinin nümayəndəsi Quliyev Fərahim Əhməd oğlu bildirmişdir ki, Y.Z.Əzizova məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən obyektinə bölmənin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı mağazadan 258,40 manat dəyərində saxlama müddəti ötmüş mal aşkar edilib götürülmüşdür. Y.Z.Əzizovun Azərbaycan Respublikası İXM-nin 228.0.2- ci maddəsi ilə təqsirli bilinərək, min beş yüz manat cərimə edilməsi barədə 28.01.2014-cü ildə qərar qəbul edilmişdir. Şikayət əsasız olduğundan təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmamalı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Aran Regional Bölməsinin 28.01.2014-cü il tarixli 007898 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Belə ki, inzibati xəta haqqında material məhkəmədə öyrənilərkən məlum olmuşdur ki, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində mövcud qayda və normalara, malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə əməl olunmasının vəziyyətini araşdıran Dövlət Xidmətinin Aran Regional Bölməsinin əməkdaşları tərəfindən Bərdə şəhəri, Bakı küçəsində fərdi sahibkar Y.Z.Əzizova (VÖEN 4000925912) məxsus ərzaq mağazasında 13yanvar 2014-cü il tarixli 009830 saylı sərəncama əsasən yoxlama keçirilmiş, bu barədə akt və protokol tərtib edilmişdir. Yoxlama zamanı obyektdə dəyəri 258,40 manat olan saxlama müddəti ötmüş, istifadəyə yararsız malların satıldığı aşkar edilmişdir. Bununla da “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinin, “Yeyinti Məhsulları haqqında” Qanunun 21-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydalarının” 15-ci bəndinin tələbləri pozulmuşdur. Bu
səbəbdən fiziki
şəxs Y.Z.Əzizov Azərbaycan Respublikası İXM-nin 228.0.2-ci maddəsi ilə təqsirli bilinərək min beş yüz manat cərimə edilmişdir.
Y.Z.Əzizovun Azərbaycan Respublikası İXM-nin 228.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün ərizəsi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlərlə təsdiq olunmuşdur. Odur ki, Y.Z.Əzizovun min beş yüz manat cərimə edilməsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Aran Regional Bölməsinin 28yanvar 2014-cü il tarixli 007898 saylı qərarı qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə riayət edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Шикайятчинин гярарын ляьв едилмяси барядя мящкямя акты гябул олунмасыны хащиш етмяси иля баьлы мящкямя гейд едир ки, онун инзибати мясулиййятя ъялб едилдийи маддянин санксийасында вязифяли шяхслярин 1500 манатдан 2500 манатadək ъяримя барядя мясулиййят нязярдя тутулмуш вя шикайятчи 1500 манат ъяримя олунмушдур. Щямин маддянин санксийасында 1500 манат ъяримя ъязасындан ашаьы, даща йцнэцл ъяза нязярдя тутулмамышдыр. Она эюря дя шикайятин тямин олунмасы мцмкцн дейилдир.
Şикайятчи inzibati tənbeh tətbiq olunarkən ailə vəziyyətinin, yaşayış səviyyəsinin, ailə üzvlərinin nəzərə alınmamasına истинад едяряк тятбиг едилən инзибати тянбещин даща йцнэцл инзибати тянбещ нювц иля явяз едилмясиniqeyd etmişdir.Бунунла баьлы мящкямя гейд едир ки, истещлакчыларын щцгугларынын позулмасы, онларын саьламлыьы вя щяйатына тящлцкя йарадан сахлама мцддяти ютмцш ярзаг мящсулларын сатышы вя санксийасында вязифяли шяхсляр цчцн 1500 манатдан 2500 манатадяк ъяримя нязярдя тутан инзибати хята щеч дя аз ящямиййятли щесаб олуна билмяз. Азярбайъан Республикасы ИХМ-нин 21-ъи маддяси тörədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilмясини нязярдя тутмушдур.
Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 435-438-ci maddələrini əldə rəhbər tutub, məhkəmə
Əzizov Yaşar Ziyad oğlunun Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Aran Regional Bölməsinin 28.01.2014-cü il tarixli 007898 saylı qərarın ляьв едилмяси барядя шикайяти тямин едилмясин.
Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Ağarza Səmədov
Download 90.45 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling