Elektromaqnit induksiya hadisəsi
Məlumdur ki, elektrik cərəyanları öz ətrafında maqnit sahəsi yaradır. Bunun əkisi olan hadisə də, yəni maqnit sahəsi vasitəsilə elektrik cərəyanlarının yaradılması hadisəsidə mövcuddur. Bu məsələ Faradey tərəfindən 1831-ci ildə təcrübi olaraq həll edilmişdir və elektromaqnit induksiya hadisəsi adlanır. Faradey müəyyən etmişdir ki, keçirici qapalı konturdan keçən maqnit selinin dəyişməsi zamanı konturda elektrik cərəyanı yaranır. Bu cərəyana induksiya cərəyanı deyilir. İnduksiya cərəyanın yaranması göstərir ki, maqnit seli dəyişdikdə konturda induksiya EHQ meydana çıxır. Ən mühüm təcrübi fakt ondan ibarətdir, induksiya EHQ-nin qiyməti maqnit selinin dəyişmə üsulundan asılı deyildir. İnduksiya EHQ maqnit selinin dəyişmə sürətilə, yəni -nin qiymətilə müəyyən olunur. Həm də nisbətinin işarəsi dəyişdikdə induksiya EHQ-nin işarəsi, yaxud “istiqaməti” dəyişir. Elektromaqnit induksiya hadisəsini müşahidə etmək üçün Faradeyin apardığı klassik təcrübələrə baxaq.
I təcrübə (şək.9.a). Ucları həssas qalvanometrlə bağlanmış sarğacın içərisinə sabit maqnit girdikdə və ya çıxdıqda qalvanometr əqrəbin sağa və ya sola meyl etdiyini göstərir, yəni sarğacda cərəyan yaranması müşahidə olunur.
II təcrübə (şək.9.b). Sabit maqniti sarğacın içərisinə girə bilən başqa bir cərəyanlı sarğacla əvəz etsək, yenə cərəyan müşahidə olunar. Maqniti sükunətdə saxlayıb, sarğacı ona nisbətən hərəkət etdirsək, hadisə eyni ilə təkrar olunar.
Elektromaqnit induksiyası üçün Faradey qanunu.
Aparılan çoxlu təcrübələri yekunlaşdıraraq Faradey elektromaqnit induksiyasını kəmiyyətcə xarakterizə edən qanun verdi. Bu qanuna görə qapalı konturda yaranan induksiya e.h.q-si ədədi qiymətcə konturun əhatə etdiyi səthdən keçən maqnit selinin dəyişmə sürətinə bərabər olub, işarəcə onun əksinədir:
(19)
Bu Faradeyin elektromaqnit induksiya qanunu adlanır.
Mənfi işarəsi göstərir ki, maqnit seli artdıqda ( ) induksiya e.h.q.-si olur, yəni induksiya cərəyanının maqnit sahəsi onu yaradan dəyişən maqnit sahəsinə əks istiqamətdə yönəlir. Maqnit seli azaldıqda ( ) induksiya e.h.q.-si olur, yəni induksiya cərəyanının sahəsi əsas sahə ilə eyni istiqamətdə olur.
Beləliklə, induksiya cərəyanın istiqaməti Lens qaydası ilə təyin olunur: induksiya cərəyanı həmişə elə istiqamətdə olur ki, onun yaratdığı maqnit sahəsi, bu cərəyanın yaranmasına səbəb olan maqnit sahəsinin dəyişməsinə əks təsir göstərir.
Do'stlaringiz bilan baham: |