ĠƏMĠstan nəZĠRLĠ
Download 5.01 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Qərib Şamil oğlu Məmmədov
- © Ş.Nəzirli - 2002 3 KĠTABIN ĠÇĠNDƏKĠLƏR
- General Ġbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv sənədi
- İdarənin rəisi Zaqafqaziya Müftisi: Mirzə Hüseyn əfəndi Qayıbzadə Möhür katib: imza, katibin köməkçisi: imza.
- Hərbi Dəniz Donanmasının Xalq komissarı Qərargah rəisi”.
- - Malik müəllim, general Ġbrahim ağa Vəkilovun kartoqrafik xəritəsi sovet xəritələrindən hansı keyfiyyətlərinə görə fərqlənir
1 ġƏMĠSTAN NƏZĠRLĠ TOPOQRAF – GENERAL ĠBRAHĠM AĞA VƏKĠLOV BAKI – “ZAMAN” – 2002 2 Elmi redaktoru: Qərib Şamil oğlu Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor. Üz qabığında Ġ.Vəkilovun tərtib etdiyi milli xəritədən istifadə olunmuĢdur. ġəmistan Nəzirli. Topoqraf-general Ġbrahim ağa Vəkilov. Bakı, “Zaman” nəĢriyyatı, - 2002. 296 səh. və 32 səh. Ģəkillər. Azərbaycanda elə nəsillər var ki, həkim, maarifçi, mühəndis, elm xadimi yetiĢdirməklə yanaĢı, onların hərbçi oğulları da olmuĢdur. Hələ imperiya və Cümhuriyyət dövründə Qacarlar nəslindən səkkiz, Naxçıvan Kəngərlilərindən beĢ, Bakıxanovlardan üç, CavanĢirlərdən dörd, Yadigarovlardan üç, ġıxlinskilərdən iki, TalıĢxanovlardan dörd nəfər general yetiĢmiĢdir. Bunlar bir nəslindən sayca çox olanlardır. Nüfuzlu Vəkilovlar nəsli isə Azərbaycan hərb tarixinə topoqraf-general Ġbrahim ağa Vəkilovu (1853-1934) bəxĢ etmiĢdir. Hərb tariximizdə müstəsna xidmətləri olmuĢ topoqraf-general Zaqafqaziyada yeganədir - nə özündən əvvəl və sonra, nə də müasirləri arasında bu sahə üzrə belə ali hərbi rütbəli mütəxəssis olmayıb. Tədqiqatçı, polkovnik-leytenant ġəmistan Nəzirlinin yeni kitabında general-mayor Ġbrahim ağa Usubovun (1872-1920), general-leytenant Fərəc bəy Ağayevin (1811-1891), general-mayor Həbib bəy Səlimovun (1881-1920), Həsən ağa Bakıxanovun (1833-1898), Ağası bəy AvĢarovun (təx.1830-?), Ģahzadə Rzaqulu Mirzə Qacarın (1837-?), Tərlan bəy Əliyarbəyovun (1892-1956), Əsəd bəy TalıĢxanovun (1857-1919), polkovnik Bəhram bəy Nəbibəyovun (1884-1930), Qalib bəy Vəkilovun (1888-1937), Gəray bəy Vəkilovun (1884-1952), kapitan Bahadır bəy Vəkilovun (1889-1920) və baĢqa görkəmli hərb xadimlərinin ömür yolu zəngin faktlar əsasında qələmə alınmıĢdır. Kitabda həm də ötən yüz illiklərdə indiyədək açılmayan səhifələr barədə (Hərb tariximizdə nələr olmuĢdur?) oxuculara ilk dəfə məlumat verilir. ġ 4702060106 qrifli nəĢr AB № 022039 – 45 © Ş.Nəzirli - 2002 3 KĠTABIN ĠÇĠNDƏKĠLƏR TOPOQRAF-GENERAL ĠBRAHĠMAĞA VƏKĠLOV ALĠM SÖZÜ AĠLƏNĠN BƏXT ULDUZU LEV TOLSTOYA MƏKTUB GECĠKMĠġ CAVAB QÜRBƏTDƏN GƏLƏN MƏKTUB TĠFLĠSDƏKĠ ĠZĠMĠZ HƏRBÇĠ VƏKĠLOVLAR POLKOVNĠK GƏRAY BƏY VƏKĠLOV UZUN ÖMRÜN SƏHĠFƏLƏRĠ GENERAL-MAYOR ĠBRAHĠM AĞA USUBOV YARALI SÖHBƏT ƏZABKEġ ĠNSANIN XATĠRƏLƏRĠ GENERAL HƏBĠB BƏY SƏLĠMOV DANIġAN SƏNƏDLƏR ĠYĠRMĠNCĠ ĠLDƏ QARABAĞ DÖYÜġLƏRĠ POLKOVNĠK BƏHRAM BƏYĠN ĠGĠDLĠYĠ QƏHRƏMAN ALAY DÜġMƏN TƏSLĠM OLMAYANDA GENERAL SƏMƏD BƏY NARAHATDIR 30-CU ĠL ġƏKĠ ÜSYANI HƏRB TARĠXĠMĠZDƏ NƏLƏR OLMUġDUR? ġAHZADƏ-GENERAL RZAQULU QACAR GENERAL-MAYOR AĞASI BƏY AVġAROV GENERAL-MAYOR HƏSƏN AĞA BAKIXANOV GENERAL ƏSƏD BƏY TALIġXANOV GENERAL-LEYTENANT FƏRƏC BƏY AĞAYEV GENERAL-MAYOR TƏRLAN BƏY ƏLĠYARBƏYOV POLKOVNĠK ƏBÜLFƏT AĞA ġAXTAXTĠNSKĠ PODPOLKOVNĠK XASAY XAN USMĠYEV PORT-ARTURUN AZƏRBAYCANLl QƏHRƏMANLARI "DĠKAYA DĠVĠZĠYA", YOXSA TÜRK ĠRSĠNĠ ÖYRƏDƏN GENERAL ALĠM-GENERAL ĠLK HƏRBĠ MEMUARIMIZ GENERAL ƏLĠAĞA ġIXLĠNSKĠ MÜƏLLĠFDƏN 4 TOPOQRAF-GENERAL ĠBRAHĠM AĞA VƏKĠLOV Xalqımızın yetirdiyi elə Ģəxsiyyətlər var ki, onların adına ancaq müxtəlif mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. YaĢadığı dövrdə, illərdə bunların fəaliyyəti geniĢ iĢıqlandırılsa da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub. Xalqımız üçün gördükləri əvəzsiz iĢlər ört-basdır edilib. Totalitar rejimin “müsavat generalı” damğası vurduğu onlarca belə qeyrətli sərkərdəmiz yaddaĢlardan qeyb olub. Böyüməkdə olan gənc nəslin, demək olar ki, adı ara-sıra çəkilən bu Ģəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz həyat yolu bu gün bizim üçün böyük məktəbdir. Topoqraf-general Ġbrahim ağa PaĢa ağa oğlu Vəkilov da belə unudulmuĢ Ģəxsiyyətlərdən biridir. 1853-cü il mayın 7-də keçmiĢ Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olan Ġbrahim ağa Vəkilov on bir yaĢında atadan yetim qalıb. Atası PaĢa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı Ġbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, qürrələnirdi. General Ġbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv sənədi: 1900-cü mart ayının 15-ci günü! Qazax Qəza Rəisi cənablarının 7 yanvar 1900-cü il tarixli 80 nömrəli yazılı müraciəti əsasında mən Qazax Qəzası II sahəsinin Pristavı vəzifəsinin icraçısı Poruçik Kolomeytsev bu tarixdə gizir PaĢa Xəlil ağa, mayor Əli Vəkil Qazaxlı və Pənah Bəy Vəkilov Qazaxlının nə vaxt və hansı valideynlərdən doğulduqlarını aydınlaĢdırmaq məqsədilə dindirilmə aparmaqla Salahlı kəndinin uzunömürlü sakinləri Molla Nəsib Oruc oğlunu, Mustafa Hacı oğlunu, Molla Əli Malik oğlunu, Ġbrahim Əfəndi oğlunu, Məmməd Panbıq BəĢi oğlunu, Əmirxan Hacı oğlunu, Yaqub Hacı Vəli oğlunu, Vəli Umud oğlunu, yerli ruhanilər Molla Usub Əfəndini, Məmməd Əfəndi oğlunu və Molla Məmməd Zərif oğlunu dəvət etmiĢəm. Onların Ģəhadətləri inandırıcıdır və qabaqcadan Ģəhadətlə gətirilərək dindirmiĢəm və yuxarıda ərz olunan məsələ ilə əlaqədar onlar bunları demiĢlər: bizə dürüst məlum olduğu kimi gizir PaĢa Ağa qanuni valideynləri - atası Xəlil Ağadan və anası Fatma Xanım Əlibəy qızından doğulmuĢdur; gizir Xəlil Ağa, mayor Əli Ağadan və ġəhriyar Xanım Hacı Qasım Ağa qızından doğulmuĢdur; mayor Əli Ağa Pənah Ağadan və Zöhrə xanım Abdulla Ağa qızından, Pənah bəy isə Məmməd ġərif Ağadan və anası Yetər Xanım Yolçu qızından doğulmuĢlar. Fəqət onların məhz nə vaxt anadan olmalarını doğulduqları dövrdən xeyli ötüĢdüyünə görə bilmirik. Yuxarıda ərz olunanlarla əlaqədar mən, Pristavın vəzifələrinin icraçısı qərara aldım: Hazırkı protokolu tərtibləyərək siz Qazax Qəza Rəisi cənablarına təqdim etmək. II Sahənin Pristavı Kolomeytsev 1 Hazırkı surəti əsli ilə düzdür, dövlət rüsumu ödənilmiĢ və hərbi topoqraflar Korpusunun Kapitanı Ġbrahim bəy Vəkilova onun xahiĢi əsasında təhvil verilmiĢdir. Bunu da Zaqafqaziya Sünnü Ruhani Ġdarəsi imza və dövlət möhürü ilə təsdiq edir. Dekabr ayının 12-ci günü 1901-ci il Tiflis Ģəhəri. İdarənin rəisi Zaqafqaziya Müftisi: Mirzə Hüseyn əfəndi Qayıbzadə Möhür katib: imza, katibin köməkçisi: imza. Azərbaycan Dövlət Tarix Muzeyinin elmi arxivində saxlanılan əlli altı nömrəli qovluqda Ġbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi Gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə Ġbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə Ġbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporĢik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı Ģöbəsində çalıĢır. Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkiliĢlərlə məĢğul olan Ġbrahim ağa Vəkilov 1883-cü ildə Rus-Ġran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləĢdirilməsində iĢtirak edir. Belə bir ciddi iĢi vaxtından əvvəl - iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, Ġbrahim ağa Vəkilovun xidməti Ġran hökumətinin ən yüksək “ġire-XorĢid” ordeninə layiq görülür. BeĢ il Qafqaz hərbi dairəsinin topoqrafiya Ģöbəsinə rəhbərlik edən Ġbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkiliĢlərlə məĢğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan Ġbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaĢayaraq xüsusi tapĢırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm iĢlər icraçısı iĢləyir. 1901-ci ildən Ģöbə rəisi podpolkovnik Ġbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkiliĢə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır. 1 Sənədin əsli ġöhrət Vəkilovda saxlanılır. – ġ.N. 5 1912-13-cü illərdə Rus-Ġran hökumətinin danıĢıqlarına əsasən polkovnik Ġ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy Ģəhərlərində keçirilən topoqrafik çəkiliĢlərə də baĢçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüĢən ordu qərargahında fəaliyyət göstərən polkovnik Ġbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülür. Ġbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüĢ yeganə Ģəxsiyyətdir. Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında yə Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalıĢan Ġbrahim ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir. 1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təĢkilində fəal çalıĢanlardan olmuĢdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və Ģəhər sovetlərinin seçkilərinə rəhbərlik etməyə göndərmiĢdi. Vəkilovun nüfuzu yeni yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin bölgədə dərinləĢməsinə güclü təkan vermiĢdi. 1918-ci il iyunun 23-də Respublika daxili iĢlər nazirinin əmrilə polkovnik Ġbrahim ağa Vəkilov Gəncənin qubernatoru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığınacaq tapmıĢ daĢnak tör-töküntülərinə divan tutan qubernator onları tərksilah etmiĢdi. Onun daxili iĢlər nazirinə göndərdiyi 1919-cu il 23 mart tarixli məlumatında bildirilirdi ki, Gəncə qəzasında daĢnak irticasının və xarici müdaxiləçilərin törətdiyi fitnə-fəsadlar aĢkar edilmiĢdir. Yerli bolĢeviklərlə birləĢən ermənilər müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmıĢlar. Onların baĢçısı qolçomaq CümĢüd Voskanov həbs edilmiĢdir. 1919-cu ilin martında Novruz bayramı münasibətilə milli ordunun paradı keçirilirdi. Respublika Hərbiyyə naziri Səməd bəy Mehmandarov və bir qrup parlament üzvü parad-nümayiĢdə iĢtirak etmək üçün Gəncəyə gəlmiĢdi. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbiyyə naziri Ġbrahim ağa Vəkilova səmimi təĢəkkürünü bildirmiĢdi. Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər ordudakı nümunəvi xidmətinə görə Ġbrahim ağa PaĢa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmiĢdi. Ay yarım sonra (1919-cu il martın 14-də) general Ġbrahim ağa Vəkilov hökumətin 248 nömrəli əmri ilə BaĢ Qərargahda hərbi topoqrafiya Ģöbəsinin rəisi təyin olunmuĢdu. O, rusların aprel iĢğalına qədər bu vəzifədə qeyrət və vicdanla çalıĢmıĢdı. 1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında BaĢ Qərargah Ġdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya Ģöbəsinin rəisi general-mayor Ġbrahim ağa Vəkilov idi. Ġpək sapla iĢlənmiĢ bayrağın bir üzündə əski əlifba ilə “Azərbaycan”, o biri üzündə isə Müqəddəs Qurandan: “Allahdan kömək və qələbə yaxındadır” ayəsi yazılmıĢdı. BaĢ Qərargah Ġdarəsinin verdiyi beĢ saylı qərarda göstərilir ki, süvari, piyada alaylarında, əlahiddə tabor və hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur. Hələ əsrin əvvəllərində Tiflis ədəbi mühitində yaxından iĢtirak edən Ġbrahim ağa Vəkilov böyük dramaturqumuz Cəlil Məmmədquluzadə ilə dostlaĢmıĢdı. Onların ikisi də xalqımızın nicatı üçün birgə çalıĢırdı. Bu fakta Mirzə Cəlilin həyat yoldaĢı Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim” kitabında da rast gəlmək olar. Həmidə xanım yazır: 1907-ci ildə Qarabağda çəyirtkə və aclıq gözlənilirdi... Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Ġbrahim ağa Vəkilov, katibi Mirzə Cəlil bizim rayonun qaldığı çıxılmaz vəziyyətdən xəbər tutduqda zərərçəkənlərə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul göndərmiĢdi. Polkovnik Ġbrahim ağa Vəkilov 1906-cı ilin yanvarın səkkizində Qafqaz kənd təsərrüfatı cəmiyyətinin zalında Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk sədri seçilir. Azərbaycanın qabaqcıl ziyalıları polkovnik Ġbrahim ağa Vəkilovu səsə qoyulmadan xeyriyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər. Cəmiyyətin katibi Cəlil Məmmədquluzadə, üzvlüyə namizədlər isə Əlimərdan bəy TopçubaĢov, Səməd ağa Qayıbov, Osman bəy Müftizadə, RəĢidbəy Ġsmayılov, Ġmadəddin Sübhanqulov, Kamal Əfəndi Ünsizadə, Məmmədhəsən Ġmanov, Adil-Girey Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və baĢqaları seçilir. Bizdə Mirzə Cəlillə general Ġbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq edən daha bir etibarlı sənəd var. O da 1909-cu il martın 22-də çap olunan “Molla Nəsrəddin” jurnalının on ikinci sayındandır. Həmin sayda Ġbrahim ağa haqda iki dostluq Ģarjı verilib. Birinci Ģarjda küçədə Ġbrahim ağaya rast gələn ziyalı müsəlmanların hamısı ona baĢ əyir, xoĢ təbəssümlə təzim edirlər. Onlar deyirlər ki, sən Xeyriyyə Cəmiyyətini təĢkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik. Ġzof Rotterin məharətlə çəkdiyi bu Ģəklin altında belə yazılıb: “Ġbrahim ağa Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmiĢdən əvvəl”. Ġkinci Ģarjda isə Ġbrahim ağa küçənin ortasında tək dayanıb. Ondan baĢ götürüb qaçan ziyalı müsəlmanlara baxıb, acı-acı gülümsəyərək “Bunlara nə oldu?” - deyir. Bu “ziyalı” müsəlmanların kimisi qaçır, kimisi də gizlincə tindən, dalandan qorxa-qorxa Ġbrahim ağaya baxır. Hərbi formalı Ġbrahim ağanın indi küçədə əlləri təəccüblə açıq qalıb. ġəklin altında oxuyuruq: “Xeyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra”. Əsrin əvvələrində Ġbrahim ağa bir topoqraf kimi çox məĢhur olub. Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən Ġbrahim ağa Vəkilovun xidmətləri Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), 6 Ġranın “ġire-XorĢid” ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. 1902-ci ildə Tiflisdə nəĢr olunmuĢ “Rus imperatorluğunun coğrafi birliyinin Qafqaz Ģöbəsi xəbərləri” kitabının (XV cild) iki yüz əlli səkkizinci səhifəsindəki xəbər eloğlumuzun fəaliyyəti barədə xoĢ təsəvvür yaradır: “Podpolkovnik İbrahim ağa Vəkilovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun yarım verstlik miqyası (məsafədən) çəkilişini davam etdirmək tapşırığını almışdı. İndiyə kimi çəkiliş şöbə tərəfindən əla aparılmışdı. Podpolkovnik İ.Vəkilovun coğrafi çəkiliş şöbəsində kollej assesoru Baqdanov, podyesaul Borisenko, podporuçik Bekleşov və üç torpaq ölçən iştirak etmişdir”. 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor Ġbrahim ağa Vəkilov olmuĢdur. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını bəyan etmiĢ Milli ġuranın üzvü idi. 1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və Hərbi Dəniz Donanmasının əmrində oxuyuruq: “Hərbi topoqrafiya Ģöbəsinin rəisi Ġbrahim ağa Vəkilov yoldaĢ hərbi topoqrafiya kurslarının təĢkili və rəhbərliyi sayəsində misilsiz xidmətlərinə, eləcə də yeni topoqrafların yetiĢdirilməsinə səmimi və vicdanla yanaĢmasına görə, topoqrafçıların birinci buraxılıĢının təntənəsi günü, ümumi iclasın qərarlarına əsasən hərbi topoqrafiya kurslarının fəxri kursantı seçilmiĢdir. Hərbi Dəniz Donanmasının Xalq komissarı Qərargah rəisi”. Yeni gələn Ģura hökuməti onu “müsavat generalı” kimi gözümçıxdıya salsa da, Ġbrahim ağa hərbi-elmi, pedaqoji fəaliyyətini dayandırmayıb. Ehtiyac içində yaĢayan general ömrünün son günlərində hökumətə yazdığı ərizəsində bildirirdi: “Dulam. Bir çarpayıdan, bir mizdən və bir arakəsmədən savayı heç nəyim yoxdur. Oğlumun darısqal evinin kiçik bir küncündə yaĢayıram...” Ədalətsizliyə bax ki, arxivdə saxlanan “Hərbi xidmət kitabçası”nın “rütbəsi” yazılan qrafasında Sovet hökumətinin hansısa xəbis ürəkli bir nümayəndəsi general-mayor sözlərinin üstündən tuĢla qara xətt çəkib. Onun çox böyük topoqraf təcrübəsi inqilabdan sonra yalnız milli diviziyalarda deyil, həm də Respublika Xalq Torpaq Komissarlığı Topoqrafiya-Geodeziya Ġdarəsinin rəisi vəzifəsində, Azərbaycanın Qədim Dövr Ġncəsənət Abidələrini və Təbiəti Mühafizə Komitəsində iĢləyəndə karına gəlmiĢdi. General Ġbrahim ağa Vəkilovun zəngin arxivi ilə tanıĢ olduqca Ģəkil və sənədlərdə fədakar, vicdanlı, xalqını, millətini sevən bir insanın dolğun obrazını açıq-aydın görmək olur. Ġstər hərbi topoqrafiya, istərsə də tariximizin ayrı-ayrı ziddiyyətli, mürəkkəb dövrünü öyrənmək üçün generalın məqalələri kifayət qədər material verir. Onun Azərbaycan Dövlət Tarix Muzeyinin arxivində mühafizə olunan əlyazmasında sovet dövründəki məqalə və məruzələri qeydə alınıb. Əlbəttə, bu, general Ġbrahim ağa Vəkilovun inqilabdan əvvəlki, həmçinin 1918-20-ci illərdə Milli Azərbaycan ordusundakı misilsiz xidmətinin yalnız bir hissəsidir. Hətta, onun sovetlər dövründəki elmi-tədqiqi xidmətinin də tam əksi deyil: 1) Hərbi idarə üzrə 3 dekabr 1922-ci il 373-a nömrəli əmrin surəti, 4-cü § təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurslarının fəxri kursantı seçilmiĢdim. 2) Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi Ġcra Komitəsinə 8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamıĢam. 3) Azərbaycan Mərkəzi Ġcraiyyə Komitəsinin 23/XI-1922-ci il tarixli jurnal qərarının çıxarıĢını yazmıĢam. 4) Azərbaycan Hərbi Komissarlığının 8 may 1923-cü il tarixli 1347 nömrəli vəsiqəsini tərtib etmiĢəm. 5) Azərbaycan SSR Mərkəzi Ġcraiyyə Komitəsinin 1 aprel 1922-ci il tarixli qətnaməsinin çıxarıĢını yazmıĢam. 6) Köçərilər haqqında məqaləm “Azərbaycanı Tədqiq Edən və Öyrənən Cəmiyyətin Xəbərləri” jurnalının 3-cü nömrəsində dərc edilib. 7) “Yeni kənd” jurnalında Ağamalı oğlu adına Torpaq Ölçmə Texnikumunun yaradıcısı kimi mənim fotoĢəklim verilib. 8) T.Q.Sultanovun “Naxçıvan Diyarı və onun iqtisadiyyatı” kitabı mənim tərtib etdiyim xəritə ilə birlikdə nəĢr olunub. 9) a) Azərbaycanın, b) Bütün Qafqazın, v) Avropanın, q) Asiyanın, d) Amerikanın (ġimali və Cənubi), i) türk xalqlarının Asiya və Avropada məskunlaĢmasının xəritələrini tərtib etmiĢəm. ALĠM SÖZÜ 7 General Ġbrahim ağa Vəkilovun sərkərdəlik fəaliyyətindən baĢqa ayrı-ayrı sahələrdə də xalqımız qarĢısında xidmətləri çox olmuĢdur. Azərbaycan Respublikasının siyasi və təbii xəritəsinin ilk tərtibçisi də Ġbrahim ağadır. Bu dəyərli xəritənin taleyi necə olmuĢdur? Bu milli xəritə nə az, nə də çox, yetmiĢ ildən artıq xalqımızdan gizlədilmiĢ, sovet dövründə ondan istifadə olunmamıĢdır. YaddaĢlardan qeyb olunan xəritənin yeganə nüsxəni qeyrətli alim, coğrafiya elmləri namizədi, dosent Malik Mirzəyev qoruyub bu günümüzə qədər saxlaya bilmiĢdir. - Malik müəllim, general Ġbrahim ağa Vəkilovun kartoqrafik xəritəsi sovet xəritələrindən hansı keyfiyyətlərinə görə fərqlənir? - Generalın tərtib etdiyi “Azərbaycan Respublikasının siyasi və təbii xəritəsi” kartoqrafik bir əsərdir. O, məĢhur dünya alimlərinin və kartoqraflarının tərtib etdikləri xəritələrlə müqayisədə nəinki onlardan geri qalmır, hətta onlardan çox-çox üstündür. Adətən, xəritə tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi, fiziki və s.) əks etdirınəklə kifayətlənirlər. Bir xəritədə iki sahəni birləĢdirmək ideyası ilk dəfə general Ġbrahim ağa Vəkilova müyəssər olmuĢdur. O, bir xəritədə həm siyasi, həm də təbii məkanları birləĢdirmiĢ və nəticədə dərin məzmunlu, zəngin təfsilatlı, asan oxuna bilən orijinal kartoqrafik əsər yaratmıĢdır. Xəritənin təhlilindən aydın olur ki, müəllif onu tərtib etmək üçün gərgin elmi axtarıĢlar aparmıĢ, topoqrafiya, toponimika, tarix, onamistika, eləcə də coğrafiya elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirmiĢdir. Xəritə qırmızı rəng çaları ilə iĢlənmiĢ, ay- ulduz bayrağı ilə birgə çap olunmuĢdur. Onun üçün l:420000 miqyas seçilmiĢdir. O dövr üçün hər yerdə-ölkədə ondan asanlıqla istifadə etmək üçün ingilislərin iĢlətdiyi miqyasın da (verst) verilməsi onun praktiki əhəmiyyətini xeyli artırmıĢdır. Xəritədə verilən marĢrut iĢarələrinin yığcamlığı xüsusi əhəmiyyət kəsb edir. Bunların sayı indiki xəritələrlə müqayisədə xeyli azdır. ĠnĢa olunmuĢ, inĢa olunan, ensiz dəmir yolları, araba, Ģosse yolları və axan çay aydın nəzərə çarpan Ģəkildə çəkilmiĢdir. Onun təhlili göstərir ki, müəllif topoqrafiyanı əla bildiyindən iri yaĢayıĢ məntəqələri ətrafında, ayrı-ayrı sahələrdə bağları, Ģorluqları, bataqlıqları da göstərmiĢdir. Xüsusilə, Xocavənd, Lənbəran, Kvartaboyəhmədli ərazilərində bağlıq sahələr daha çox qeyd olunmuĢdur. - Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling