2. Əsas fondların qiymətləndirilməsi Əsas fondlardan istifadə göstəriciləri
Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir
Download 54.55 Kb.
|
Istehsal fondlari
- Bu sahifa navigatsiya:
- 3. Əsas fondlardan istifadə göstəriciləri
- F(v) = V/F(əs)
Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir. İstehsal gücü əsas istehsalın aparıcı sexlərinin gücünə görə müəyyən edilir; çünki bu sexlərdə əsas texnoloji proseslər yerinə yetirilir və onlar hazır məhsul buraxılışının təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Müəssisənin istehsal gücü aparıcı sexlərdəki avadanlıqların sayı və məhsuldarlığından, onların ekstensiv və intensiv istifadə dərəcəsindən, is-tehsalın və əməyin təşkili səviyyəsindən asılıdır. Müəssisənin istehsal gücünün reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin tərkib hissəsindən biri ayrı-ayrı sexlərin istehsal gücləri arasındakı proporsionallığın təmin edilməsidir. Bu, bir sex tərəfindən ahəngdar şəkildə məhsul istehsalı, digəri tərəfindən isə tam və fasiləsiz şəkildə bu məhsulun istehlakı imkanını təmin edir. Məhdud imkanlı sahə, sex və avadanlıq qruplarının olması, yəni buraxılış qabiliyyəti aparıcı istehsal sexlərinin gücünə uyğun gəlməyən sexlər, sahələr, avadanlıq qrupları müəssisənin istehsal gücünün azaldılması üçün əsas ola bilməz. Müəssisədə belə yerləri aradan qaldırmaq üçün texniki-təşkilati tədbirlər işləyib hazırlanmalı və həyata keçirilməlidir.
Azərbaycan Respublikası qanunvericiliyinə görə, dəyəri 100 manatdan yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 100 manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sadələşdirilməsi ilə əlaqədardır. Çünki dəyəri 100 manatdan az olan və ömür müddəti 1 ildən çox olan istehsal vasitələrinin əsas fondlar kimi uçotunun aparılması əmək tutumludur və uçot işini xeyli dərəcədə mürəkkəbləşdirir. 3. Əsas fondlardan istifadə göstəriciləri İstehsal firması və ya müəssisənin iqtisadi inkişafına və onun maddi-texniki bazasının möh-kəmləndirilməsinə əsas fondların yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. İstehsal əsas fondların-dan istifadə edilməsinin səmərəliliyi bir sıra göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər ümumiləşdirici (iqtisadi) və xüsusi (texniki və texniki-iqtisadi) göstəricilərə bölünür. Firmaların istehsal əsas fondlarından istifadəni səciyyələndirən iqtisadi (ümumiləşdirici) göstəriciləri bir çox texniki-təşkilati və iqtisadi amillərdən asılıdır və əsas fondlardan istifadənin son nəticəsini xarakterizə edir. Buraya fondverimi və fondtutumu göstəriciləri aid olunur. Firma üzrə fondverimi həcm göstəricilərindən birinin – əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi müəyyən edilir və bu, əsas fondların bir manatına düşən məhsul buraxılışını özündə əks etdirir. Fondverimi nə qədər yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı istifadə olunar. Fondverimi (Fv) göstəricisi aşağıdakı düsturla hesablanır: F(v) = V/F(əs) Burada, V – il ərzində istehsal edilən məhsulun dəyəri, manatla; Fəs – istehsal əsas fondlarının orta illik dəyəri, manatla. Download 54.55 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling