2. Əsas fondların qiymətləndirilməsi Əsas fondlardan istifadə göstəriciləri
Download 54.55 Kb.
|
Istehsal fondlari
- Bu sahifa navigatsiya:
- K(int)= t(vn)/ t(f)
K(növ)= ( h1+h2+h3)/S(ü)
Burada, h1,h2,h3 – I, II, III növbələrdə faktiki işlənmiş dəzgah-növbələrin sayı; Sü – müəssisədə, sexdə qurulmuş avadanlıqların ümumi miqdarıdır. Növbəlilik əmsalı avadanlıqlardan gücə görə istifadə səviyyəsi haqqında təsəvvür yarada bilmir. Bütün növbə boyu işləyən avadanlığın texniki gücündən necə istifadə edilməsini növbəlilik əmsalı ilə öyrənmək mümkün deyil, çünki həmin göstərici avadanlığın yalnız vaxtından istifadəni xarakterizə edir. Belə bir çatışmamazlığa baxmayaraq, növbəlilik əmsalının vaxtaşırı hesablanması və təhlili avadanlıqlardan vaxta görə istifadə prosesini idarə etmək üçün çox vacibdir. Maşın və avadanlığın güclərinə və məhsuldarlığına görə istifadə səviyyəsi intensiv istifadə əmsalı (Kint) adlanan xüsusi (texniki) göstərici ilə xarakterizə olunur ki, bu da aşağıdakı düsturla hesablanır: K(int)= t(vn)/ t(f) Burada, tvn – məhsul (iş) vahidi üçün texniki cəhətdən əsaslandırılımş vaxt norması; tf – məhsul (iş) vahidinin hazırlanması üçün faktiki sərf olunmuş vaxtdır. Vaxta və gücə görə maşın və avadanlıqdan istifadənin inteqral əmsalı (Ku) yuxarıda hesablanmış iki əmsalın – Kint və Kekst –nin hasili kimi tapılır: Əsas fondların aktiv hissəsi olan maşın və avadanlıqlardan istifadəni səciyyələndirən xüsusi (texniki) göstəricilərin hesablanmasını şərti bir misal ilə izah edək. Dəzgah-növbə dedikdə 1 avadanlığın növbə ərzində nə qədər işlənməsindən asılı olmayaraq 1 növbə işləməsi başa düşülür. Məsələn, əgər müəssisədə quraşdırılmış 240 dəzgahdan 1-ci növbədə 200-ü, 2-ci növbədə 180-i və 3-cü növbədə 160-ı işləmişdirsə, deməli firmanın quraşdırılmış avadanlıqları gün ərzində 540 dəzgah-növbə işləmişlər. Fərz edək ki, 3 növbəli iş rejimində işləyən müəssisədə 20 avadanlıq quraşdırılmışdır. Onlar ay ərzində 14400 saat işləməlidirlər (20x3x8x30). Bu vaxt ərzində – 1 detalın istehsalına vaxt norması 5 saat olduğundan – 2880 ədəd detal istehsal olunmalıdır. Lakin ay ərzində faktiki olaraq I növbədə 18, II növbədə yenə 18, III növbədə isə 14 avadanlıq işləmişdir. Ona görə də avadanlıqların işlədikləri faktiki işlənmiş dəzgah növlərin sayı 12000-ə bərabər olsada 2800 ədəd detal istehsal etmək mümkün olmuşdur – hər birinə 5 saat əvəzində 4 saat 15 dəqiqə vaxt sərf edilmişdir. Yuxarıda gətirilən məlumatlara görə avadanlıqlardan: a) ekstensiv istifadə əmsalı 0,83 olmuşdur (12000:14400); b) intensiv istifadə əmsalı 1,13 olmuşdur (5 saat:4 saat 15 dəqiqə); c) inteqral hesablama əmsalı isə 0,94-ə bərabər olmuşdur (0,83x1,13). Göründüyü kimi avadanlıqlardan vaxta görə istifadə (ekstensiv) o qədər qənaətbəxş olmasada onun texniki imkanları yaxşı reallaşdırılmış və nəticədə inteqral istifadə göstəricisi pis olmamışdır. İnteqral istifadə əmsalının yüksəldilməsi bütün istehsal prosesini əhatə edən tədbirlər kompleksi: qabaqcıl texnologiyanın tətbiqi, texnoloji proseslərin intensivləşdirilməsi; avadanlığın planlı boş dayanmasının azaldılması və plandankənar boşdayanmaların aradan qaldırılması; avadanlığın qeyri-məhsuldar işinin ləğv edilməsi; xammal və materialın keyfiyyətinin yaxşılaşdırılması və s. ilə təmin edilir. Praktikada avadanlığın əsas növlərindən istifadənin natural (texniki) göstəricilərindən də geniş istifadə edirlər. Bunlar müəssisənin texnoloji avadanlıqlarından istifadə dərəcəsini səciyyələn-dirən özünəməxsus göstəricilərdir. Məsələn, domna sobasının hər m3 həcmindən alınan günlük çuqun istehsalı – sobanın faydalı həcmindən günlük istifadə əmsalı; marten istehsalında sobanın döşəməsinin hər m2 sahəsindən alınan poladın miqdarı və s. Bu göstəricilər həm faktik iş vaxtına nisbətən və həm də təqvim vaxtına görə müəyyən edilə bilər. Göstəricilər faktiki iş vaxtına görə müəyyən ediləndə əsas fondlardan istifadənin səviyyəsini tam əks etdirir, çünki faktik iş vaxtına görə hesablama avadanlığın yüklənmə intensivliyini və bütün təqvim dövründə onun faktiki olaraq necə istifadə olunduğunu səciyyələndirir. Download 54.55 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling