Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


Download 0.55 Mb.
Pdf ko'rish
bet1/45
Sana30.01.2024
Hajmi0.55 Mb.
#1809070
TuriMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   45
Bog'liq
NVT və ATE- mühazirə (əsas)



AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ 
NƏQLİYYAT fakultəsi 
NƏQLİYYAT TİKİNTİSİ VƏ YOL HƏRƏKƏTİNİN TƏŞKİLİ kafedrası 
Fənnin adı: _NV-nin təhlükəsizliyi və avtotexniki ekspertizası 
 
Mövzu № 1. Avtomobilləşmə prosesi və hərəkətin təhlükəsizliyi 
Mühazirənin planı
1.Avtomobilləşmə və yol hərəkətinin təhlükəsizliyinin təmin olunması problemi 
2.Fənnin predmeti və məqsədi 
3.NV-nin konstruktiv təhlükəsizliyi və onun YHT-nin təmin olunmasında rolu
XX əsri avtomobilləşmə əsri kimi qəbul etsək səhv etmərik. Avtomobil ilk 
yarandığı gündən insanların diqqətini özünə cəlb etmişdir. Əgər ilk zamanlar ona 
imkanlı insanlar yalnız bir əyləncə kimi yanaşırdılarsa, sonralar o, öz üstünlükləri-
nə görə cəmiyyətin və iqtisadiyyatın bütün sahələrində xüsusi mövqe tutmuşdur. 
Avtomobilin əsas üstünlüklərinə aşağıdakıları aid etmək olar: 
- idarəetmə prosesinin sadəliyi; 
- yüksək hərəkət sürəti və manevrliyi; 
- yolsuzluq şəraitində hərəkət etmək qabiliyyəti; 
- sərnişinlərin və yüklərin tez bir zamanda və rahat şəraitdə lazım olan 
məntəqəyə çatdırma imkanı; 
- texniki qulluq və təmir işlərinin həcminin nisbətən az olması
Əgər XX-ci əsrin ilk onilliyində dünyada cəmi 300 min avtomobil vardırsa, 
1914-cü ildə onların sayı artıq 2,5 mln çatmış,1938-ci ildə isə artıq 35 mln 
olmuşdur. Avtomobillərin istehsalı (xüsusilə də yük avtomobillərinin) ikinci dünya 
müharibəsi zamanı və ondan sonra – dağılmış iqtisadiyyatın bərpası dövründə, 
daha da artmışdır. Dünya iqtisadiyyatı inkişaf etdikçə, ölkələr arasında ticarət 
əlaqələri gücləndikçə, insanlarn maddi durumu yaxşılaş- dıqça avtomobillərin 
1. 


bütün növlərinə tələbat artmış və onların istehsalı daha yüksək templərlə 
davam etmişdir (bax şəkil 1.). 
Lakin avtomobilləşmə prosesi müsbət tərəfləri ilə bərabər neqativ halların da 
yaranmasına səbəb oldu. Onun yaratdığı problemlərin içində birinci yerdə hərəkə- 
tin təhlükəsizliyinin təmin olunması məsələsi durur. Bildiyimiz kimi, bu gün yol 
qəzalarının qarşısının alınması bütün inkişaf etmiş ölkələrin qarşısında duran əsas 
məsələlərdən biridir. Bu məsələnin həllinin çətinliyi ondan irəli gəlir ki, hərəkət 
prosesi SAYM sisteminin bütün elementlərinin qarşılıqlı əlaqəsi nəticəsində yara- 
nır və hər-hansı bir elementin fəaliyyətinin pozulması bütün sistemin fəaliyyətinə 
təsir edir. Ona görə də YNH-nin qarşısının alınması üçün hər bir elementin normal 
işinin pozulmasına təsir edən amilləri dərindən araşdırmaq lazımdır. Bu fənnin 
öyrənilməsi zamanı bizi yalnız “avtomobil” elementinin fəaliyyəti ilə əlaqədar mə- 
sələlər maraqlandıracaq. 

Download 0.55 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling