Xxxnin akkreditasiyası üzrə özünütəhlilin hesabat I


Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu


Download 56.86 Kb.
bet2/9
Sana05.01.2023
Hajmi56.86 Kb.
#1079131
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9
Bog'liq
XXX Özünütəhlil tapşırıq (1)

Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu.

Universitetdə bakalavr səviyyəsində 10 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır: “Dünya iqtisadiyyatı”, “Mühasibat uçotu və audit”, “Maliyyə”, “İqtisadiyyat”, “Sənayenin təşkili və idarə olunması”, “Menecment”, “Marketinq”, “Biznesin idarə edilməsi”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Tərcümə (ingilis dili)”.
Magistratura səviyyəsində 5 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır: “Dünya iqtisadiyyatı”, “Mühasibat uçotu və audit”, “Maliyyə”, “Menecment”, “Dövlət və bələdiyyə idarəetməsi”.
01 yanvar 2016-cı il tarixə bakalavr pilləsində təhsil alan tələbələrin ümumi sayı 1360 nəfər, uyğunlaşdırılmış tələbə kontingenitinin sayı 1360 nəfər təşkil edir.
Son beş ildə bakalavr pilləsi üzrə Universitetdə təkrar kursda qalanlar yoxdur, tələbələr sırasına bərpa olunanların sayı 242 nəfərdir: o cümlədən hərbi xidmətlə bağlı akademik məzu­niyyətdən qayıdan 55 nəfər, digər səbəblərə görə bərpa olu­nan 187 nəfər. Tə­ləbə sırasından hərbi xidmətə görə akademik məzuniy­yətə çıxan­lar 110 nəfər, digər səbəblərə görə xaric olunan­ların sayı 248 nəfər olmuş­dur.
Son 5 ildə magistratura pilləsi üzrə Universitetdə təkrar kursda qalan yoxdur, tələ­bələr sırasına bərpa olunanların sayı 24 nəfədir: o cümlədən hərbi xidmətə görə akademik məzuniyyətdən qayıdan 21 nəfər, digər səbəblərə görə bərpa olunan 3 nəfər. Tə­ləbə sırasından hərbi xidmətə görə akademik məzuniyyətə çıxanlar 44 nə­fər, digər səbəblərə görə xaric olunan­ların sayı 10 nəfər olmuş­dur.

  1. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi.

XXX-da tədris prosesi onun Nizamnaməsinə və Azərbaycan Respublikası Təh­sil Nazirliyinin əmr və göstərişlərinə uyğun olaraq idarəetmənin kompleks sis­temi formasında təşkil edilmişdir. Tədris posesinin birbaşa təşkilini universitetin əsas tədris-elmi struktur bölmələri kimi kafedralar və fakültə dekanları Elmi-Me­todik Şura ilə sıx qarşılıqlı əlaqəli şəkildə həyata keçirirlər. Kafedraların fəaliy­yətinə tədris işləri üzrə prorektor və fakültə dekanları nəzarət edirlər.
Universitet üzrə 2015-2016-cı tədris ilində ali təhsilin bakalavr pilləsi üzrə buraxılış qruplarında bütün ixtisaslar üzrə mütəxəssis hazırlanır.
Bu ixtisasların tədris işləri Dövlət Təhsil Standartları və baza təhsil proq­ramları əsasında hazırlanmış və universitetin Elmi Şurası ilə razılaşdırılaraq rektor tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir.
Tədris planlarının tərtibində fənn bölümləri üzrə saatların optimal nisbəti, nə­zəri, tədris və təcrübə hazırlıq həcmlərinin balanslaşdırılmış nisbəti nəzərə alınmış­dır. Tələbələrin auditoriyada maksimal tədris yükü həftədə 30 saatdan çox deyil. Bütün nəzəri tədris dövründə auditoriya məşğələlərinin həcmi orta hesabla həftədə 28 saatdır.
Bakalavr təhsil pilləsində nəzəri tədris müddəti I – VIII semestrlərdə 15 həftə, VIII semestrdə 10 həftədir. Semestrdə imtahanların sayı 6 – dan çox deyildir. Təd-ris ili ərzində tətil müddəti 11 həftədir (o cümlədən, 2 həftə qış dövründədir).
Bütün ixtisaslar üzrə bakalavr təhsil pilləsində Yekun Dövlət Attestasiyası yekun buraxılış dövlət imtahanları ilə tamamlanır.
Universitet üzrə 2015-2016-cı tədris ilində ali təhsilin magistratura pilləsi üzrə buraxılış qruplarında 5 ixtisas üzrə mütəxəssis hazırlanır.
Tədris məşğələlərinin əsas növlərinə auditoriya (mühazirələr, seminarlar, təc­rü­bə məşğələləri, laboratoriya praktikumları) və auditoriyadankənar iş (tələbələrin sərbəst işi) daxildir.
Tədris olunan fənn proqramları kafedralar tərəfindən mütəmadi olaraq yeni­ləş­dirildikdən və müvafiq fakültələrin elmi şuralarında baxıldıqdan, həmçinin, Elmi-Metodik Şurasının tövsiyəsinə əsasən Təhsil Nazirliyinin qrifi ilə təsdiq olun­muşdur.
Tələbələrin auditoriyadankənar sərbəst işi keçirilən dərslərin dərindən öyrə­nil­məsinə, tədris planı üzrə tapşırıqların yerinə yetiril­mə­sinə, laboratoriya işləri üzrə referatların və hesabatların yazılmasına, tələbə elmi-tədqiqat işlərinin və s. yerinə yetirilməsinə yönəldilmişdir.
XXX-nun tədris və tədris-metodiki informasiyasının əsas mənbəyi onun elek­tron kitabxanasıdır. Kitabxanada hal-hazırda 3 nəfər ali təhsilli mütəxəssis çalışır.
Kitabxananın faydalı sahəsi 432 kv. metrdir. Eyni zamanda Universitetin kitabxana fondunda cəmi 222.135 nüsxə ədəbiyyat vardır. Ondan 176.910 nüsxə tədris ədəbiyyatı, 26.098 nüsxə normativ-sorğu ədəbiyyatı və 19127 nüsxə bədii ədəbiyyat təşkil edir.
Son beş il ərzində kitabxanaya orta hesabla hər ildə dərsliklər və tədris-metodik vəsaitlər, monoqrafiyalar, 18 adda elmi, elmi-texniki və ictimai-siyasi jurnal, 16 adda qəzet alınmışdır. Hal-hazırda isə 16 adda informasiya xarakterli jurnal və 15 adda qəzet alınır. Göstərilən müddət ərzində kitabxanaya 5486 adda 48400-dən çox kitab daxil olmuşdur.
Hal-hazırda kitabxananın oxucularının sayı 1440 nəfərdir ki, bunların 86 nəfəri professor-müəllim, 1350 nəfəri tələbələr, qalanları isə digər kateqoriyalı oxuculardır.
Kitab fondunun 203008 nüsxəsi ixtisas ədəbiyyatı təşkil edir ki, onun da 173008-i Azərbaycan dilindədir.
Fondda olan ümumi kitabların sayına görə hər tələbəyə 142-183 kitab, ixtisas üzrə isə 141 kitab düşür.
Son beş ildə universitetin əməkdaşları tərəfindən hazırlanmış 40 adda dərslik, dərs vəsaiti, 30 adda monoqrafiya, 292 adda jurnal məqalələri, 200 adda konfrans materialları, 439 adda proqram və metodik vəsaitlər qriflə nəşr edilib kitabxanaya verilmişdir. Universitetdə hazırda ümumi sahəsi 432 kv. metr olan ən müasir tipli yeni elektron kitabxana fəaliyyət göstərir. Universitetdə həm də tədris vəsaitlərinin təminat bazasını yaratmaq və ondan səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə daimi fəaliyyət göstərən komissiya yaradılmışdır.
XXX-da tədris prosesinin təşkilində ən müasir interaktiv metodlardan istifadə olunur: mühazirələr, slaydlar, praktik və seminar məşğələləri, təqdimatlar, la­bo­ratoriya işləri, esselər, istehsalat və tədris-ixtisas təcrübələri, elmi-tədqiqat işi, buraxılış işləri, kurslararası sessiya attestasiyaları və yekun dövlət attes­tasi­yası.
Universitetin maddi-texniki bazası tədris həftəsini birnövbəli, 5 günlük iş rejimi ilə həyata keçirməyə imkan verir. Lakin tələbələrin mənimsəmə keyfiyyə­tinin daha da artırılması məqsədilə tədris-təlim ikinövbəlidir. Universitetin bütün strukturları, həmçinin iş rejiminə müvafiq olaraq kitabxana, oxu zalları, idman kompleksi fəaliyyətlərini iki növbədə davam etdirirlər.
XXXndə istehsalat və ixtisas təcrübələri Azərbaycan Res­publikası Təhsil Nazirliyinin 17 noyabr 2014-cü il tarixli məktubuna, həmçinin Ali məktəblərdə təcrübələrin keçirilməsinə dair nümunəvi əsasnaməyə uyğun olaraq həyata keçirilir. 2014/2015-ci tədris ili üçün akademik təqvim qrafiki hazırlanmış və təsdiq edilmişdir. Bu qrafikə uyğun olaraq bakalavr üzrə son kurs tələbələri diplomqabağı ixtisas təcrübəsi keçmişlər. Təcrübə 20 aprel 2015-ci il tarixindən 16 may 2015-ci il tarixinədək olan dövrü əhatə etmişdir. Tələbələrin diplomqabağı ixtisas təcrübəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, Azər­baycan Tərcümə Mərkəzində, Biznes İnsight Cəmiyyətində və Yasamal rayon Bə­lədiyyəsində keçirilmişdir. Diplomqabağı ixtisas təcrübəsində 258 nəfər tələbə olmuşdur.
Rektorluğun 01 iyul 2014-cü il tarixli 96 nömrəli əmrinə əsasən III kurs tələbələri 16 iyul 2015-ci il tarixdən, 14 avqust 2015-ci il tarixədək müvafiq idarə və müəssisələrdə istehsalat təcrübəsi keçmişlər.
Təcrübə keçən 261 nəfər tələbə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhər və rayon mərkəzlərində (96 nəfər), AR Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrində (108 nəfər), Yasamal rayon Bələdiyyəsində (20 nəfər) və Biznes İnsight Mərkəzində (37 nəfər) istehsalat təcrübəsi keçmişlər.

Download 56.86 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling