Xxxnin akkreditasiyası üzrə özünütəhlilin hesabat I


Download 56.86 Kb.
bet5/9
Sana05.01.2023
Hajmi56.86 Kb.
#1079131
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9
Bog'liq
XXX Özünütəhlil tapşırıq (1)

7. Beynəlxalq əməkdaşlıq.
XXXnin «Beynəlxalq əlaqələr» şöbəsi 1994-cü ildən fəaliy­yətdədir. Şöbənin əsas məqsədi XXXnin beynəlxalq imi­cinin formalaşması və beynəlxalq nüfuzunun artırılması istiqamətində məqsəd­yönlü fəa­liy­yət göstərməkdir.
Universitet bir sıra beynəlxalq layihələrdə təmsil olunur və dünyanın bir sıra aparıcı universitetləri ilə elmi-yaradıcı əlaqələr qurmuşdur. Avropa Şurasının “Eras­­­mus Mundus” layihəsi, qardaş Türkiyənin “Mövlanə” proq­ra­mı və ikili mü­qa­vilələr əsasında hazırda 25 nə­­fər bakalavr və 5 magistr 6-10 ay müddətində Av­ropanın 8 universitetində pulsuz təh­­sil alır, 2 doktorant isə 10 ay müddətinə Por­tuqaliyada elmi-tədqiqat işlərini davam etdirir. Artıq dördüncü ildir ki, Universi­tetin bir sı­ra tələbələri üçün yay məktəbləri xa­­rici ölkələrdə təşkil edilir.
Universitetin beynəlxalq əlaqələr şöbəsi inkişaf planının icrası ilə əlaqədar bir sıra is­tiqamətlərdə öz fəaliyyətini yenidən qurmuş və genişləndirir. Belə ki, Çexiyanın To­mas Bata Universiteti və Praqanın Dövlət İqtisad Universiteti, Litva­nın Vil­­­nüs Dövlət Universiteti, Kaunas Dövlət Uni­ver­siteti, Polşanın Lodz Döv­lət Universiteti və Bıdqoş İqtisad Uni­ver­si­­­teti ilə 2-li diplom proqramı çərçi­vəsində işlər aparılır. “Erasmus Mundus” proqramı çər­­­çivəsində Avropa univer­sitetləri ilə tə­ləbə mübadiləsi, “Mövlanə” proqramı çərçivəsində qardaş Tür­­­kiyə universitetləri ilə tələbə-müəllim mübadiləsi aparılır və bu sahədə böyük təcrübə qazanılmışdır.
Eyni zamanda Universitet xarici ölkələrdə pedaqoji kadrların doktorantura vasi­təsi ilə hazırlığı üzrə ciddi iş aparır.
Universitetin qəbul etdiyi proq­rama əsasən məzunların işlə təmin edilməsi is­ti­qa­mə­tin­­də əməli işlərin aparılması məq­sədilə “Məzunlarla iş və karyera” mər­kəzi ya­ra­dıl­mış­dır. Bu mərkəzin araş­dır­maları nəticəsində məlum olmuşdur ki, Universiteti son 10 ildə bitirən tələbələrin 85%-dən çoxu ixtisası üzrə müvafiq işlə təmin olunmuşdur, digər məzunların müvəqqəti iş­ləməməsi isə bir sıra obyektiv səbəblərlə izah edilir.



Download 56.86 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling